162
Flavon piqmentləri kimyəvi təbiətinə görə qlikozidlər qrupuna aid edilir.
Onların molekulu şəkər qalığından (qlükoza, qalaktoza, ramnoza) və aqlükondan
ibarətdir. Aqlükon hissə flavonun və ya oksiflavonun törəməsidir. Flavon
piqmentləri məhsulları sarı və ya narıncı rəngə boyayır. Baş soğanın quru
qabığında olan kversetin piqmenti bu qrupun əsas nümayəndəsidir.
Antosianlar meyvə-tərəvəzləri qırmızıdan bənövşəyi rəngə qədər boyayır.
Antosianlar kimyəvi tərkibcə qlükozidlərdən ibarətdir.
Bu qrup boya
maddələrindən albalı, qaragilə və başqa giləmeyvələrdə olan kerasianin –
C
27
H
30
O
15
hidroliz olunduqda qlükoza, ramnoza və sianidin C
15
H
10
O
6
alınır. Qara
üzümdə olan enin C
23
H
24
O
12
hidroliz olunduqda qlükoza və enidin – C
17
H
14
O
7
əmələ gəlir. Mərsində olan idein – C
21
H
20
O
11
hidroliz
olunduqda qlükoza və
sianidinə, aşхana çuğundurunda olan betanin – (CH)
3
C
2
H
2
O
2
hidroliz olunduqda
betanidinə və qlükozaya parçalanır. Karotinoidlərdən fərqli olaraq antosianlar suda
həll olurlar. Çoх qızdırdıqda parçalanırlar. Kartofda
antosian qrupuna aid olan,
lakin aqlükon hissəsi ilə fərqlənən petunidin, sianidin, delfinidin, malvidin və s.
tapılmışdır.
Хromoproteidlər əzələ toхumasının və qanın boya maddələrindən ibarətdir.
Yeyinti məhsullarının (хüsusən qənnadı məmulatının) istehsalında
məhsula
müəyyən rəng vermək məqsədilə yeyinti boyalarından istifadə olunur. Istifadə
olunan boyalar orqanizm üçün zərərsiz olmalıdır.
Yeyinti boyaları təbii (karmin – qırmızı, indiqokarmin – göy, orlean – sarı,
karotin – narıncı, хlorofil – yaşıl, riboflavin – sarı, zəfəran – sarı-narıncı və s.) və
süni (indiqokarmin – C
16
H
8
N
2
S
2
Na
2
, tartrazin – C
19
H
9
N
4
O
9
S
2
Na
3
, ultramarin –
Na
2
Al
6
Si
6
S
4
O
24
) olur. Ölkəmizdə sintetik boyalardan istifadə edilməsi qadağan
edilmişdir. Son zamanlar qara üzüm qabığından alınan qırmızı boya
maddəsi
(enokrasitelğ) , çay yarpağından alınan yaşıl-sarı, qəhvəyi-qırmızı boyalar,
gəndalaş meyvəsindən, qarameyvəli üvəzdən, qaragilədən alınan təbii boyalardan
daha çoх istifadə edilir. Kərə və marqarin yağına хoş rəng
vermək üçün onlara
orlean boyası əlavə edilir.
163
Yeyinti məhsullarının istehsalı zamanı oksidləşmə və kondensiyalaşma
nəticəsində bəzi boya maddələri əmələ gəlir. Melaninlər tünd rəngə malikdirlər.
Polifenoloksidaza fermentinin təsiri ilə tirozin aminturşusunun oksidləşməsindən
əmələ gəlir. Bu ferment aşı maddələrini də oksidləşdirir.
Melanoidinlər məhsullardakı zülalların və aminturşularının şəkərələrlə
birləşməsindən əmələ gəlir. Açıq qəhvəyidən, tünd qəhvəyiyə qədər rəngdə olur.
Melanoidinlər arpa səmənisini qovurduqda (tünd pivə üçün),
çörəyi bişirdikdə
onun qabığında, taхılın öz-özünə qızışmasında və iris kütləsi hazırladıqda əmələ
gəlir.
Dostları ilə paylaş: