Qədim Finikiya təxminən müasir Livan dövlətinə uyğun bir ölkə idi. Şərqi Aralıq dənizi sahilindən şərqə
doğru uzanan ərazini Suriya, Finikiya və Fələstin tuturdu. Finikiyalılar semit dilli tayfalardandır idi, onların dili
yəhudilərin dilinə çox bənzəyirdi. Ölkə Aralıq dənizinin sahillərində yerləşdiyi üçün buranın əhalisi dənizçilik
sahəsində böyük nailiyyətlər əldə edərək qədim dünyanın ilk ticarətçi xalqına çevrişmişdi. Çox da böyük ol-
mayan bu xalq sonralar Avropa mədəniyyətinin formalaşmasına əhəmiyyətli dərəcədə təsir göstərmişdi. Bu
prosesə ticarət əlaqələri, həmçinin geniş şəkildə yayılmış müstəmləkələr kömək edirdi. Digər Asiya ölkələrindən
fərqli olaraq, Finikiya şəhər-dövlətlərin (Tir, Sidon, Palmira və s.) federasiyasını təşkil edirdi. Bu şəhərlərin
başında şah dururdu. Onların hakimiyyəti kahinlər, adlı-sanlı və zəngin tayfalar şurası xalq yığıncağı (veçe)
tərəfindən məhdudlaşdırılırdı. Buna görə də, həmin şəhər-dövlətlərə aristokratiya və ya plutokratik (dövlət
hakimiyyətinin varlı adamların əlində olan siyasi quruluş) respublika xarakterikdir. Şəhərlərdə köhnə və yeni
vətəndaşlar, həmçinin şəhər və kəndlər arasında ziddiyyətlər mövcud idi: kəndlilər böyük mükəlləfiyyət daşıyır,
qulların vəziyəti daha ağır idi. Ümumilikdə götürdükdə isə, finikiyalılar çox ciddi, zirək, tədbirli, inadkar və çox
ideal olmasa da, praktik bir xalq idi.
Qədim finikiyalıların mədəniyyəti haqqında danışarkən onların dini təsəvvürlərini qeyd etmək vacibdir.
Bütün Suriya xalqlarında olduğu kimi, finikiyalıların da dini xalis hissi xarakter daşıyır, təbiəti ilahiləşdirirdi.
Onun mahiyyətini yaradıcı və artım gətirən təbiət qüvvələrinə sitayiş və etiqad təşkil edirdi.
113
Baş allah Günəşin təmsilçisi olan Vaar, digər şəhərlərin allahları Vaal-Peor, Vaalsev və başqaları hesab
olunurdu. Bununla yanaşı, məhəbbət ilahəsi Vaaltis (Əşşəra) da mövcud idi. Dağıntı allahı Molox öküzbaşlı
görkəmə malik idi, qadın allahı Astarta da dini obrazlardan birini təmsil edirdi. Tir şəhərinin yerli himayəedici
allahı Melkartda – (yəni səyyar günəşdə təmsil olunan), həm yaradar, həm də dağıdardı. Adonis, qürub edən
Günəş, Daqon isə dəniz allahı idi. Finikiyalıların sitayişi, həm sərt (belə ki, Molox və Astartanın şərəfinə insan-
lar qurban verilərdi), həm də hisslərlə (ilahə Vaaltisin şərəfinə məbədlərdə qızlar insan ehtiraslarını
coşdururdular) müşayiət olunan idi. Bu xalqda sünnət də dini səciyyə kəsb edirdi. Ulduz allahlarına ithaf olunan
mərasimlər də çox geniş vüsət tapmışdır.
Qədim finikiyalılar balıqçılıqla, sənaye və ticarətlə məşğul idilər. Bu ölkədə dağ-mədən sənayesi də
inkişaf etdirilirdi. Ölkənin dənizin kənarında yerləşməsi Finikiyada dənizçiliyin inkişafına səbəb olmuşdur.
Finikiyalılar gözəl sənətkar idi. Onların çox nəhəng gəmiləri mövcud idi. Bu sahədə finikiyalılar dünyanın digər
xalqlarına güclü təsir göstərirdi.
Dənizçilik ticarəti inkişaf edirdi. Onun marşrutları Şərqdə Hindistan, Qərbdə isə Yunanıstan, İtaliya,
İspaniya və hətta Britaniya adalarınadək, Şimal dənizinin sahillərinədək uzanırdı. İskəndəriyyənin şöhrəti
yüksələndən sonra (b.e.ə. 330-cu illərdən) Finikiya özünün əvvəlki kommersiya əhəmiyyətini tamamilə itirdi.
Bu xalq dünyada şüşə istehsalı sahəsində də çox məşhurlaşmış və böyük təcrübə əldə etmişdi. Parçanın
qırmızı rəngə boyanması da ilk dəfə Finikiyada kəşf olunmuşdur. Dünyada ilk dəfə burada gümüş pul zərb edil-
di. Metal emalı, toxuculuq istehsalı və oymaçılıq sənəti sahəsində böyük nailiyyətlər əldə edildi.
Qədim finikiyalıların ədəbiyyatı haqqında məlumatların mədəniyyət tarixində azlıq təşkil etməsinə bax-
mayaraq bu xalqın ədəbi fəaliyyəti haqqında da fikir yürütmək olar. Finikiyalıların özlərinin kəşf etdikləri və ya
onların daha qədim yazıdan iqtibas etdikləri yazı sistemi (b.e.ə. XI-X əsr) Yunan əlifbasının və eyni zamanda
müasir əlifbanın sələfidir.
Finikiya əlifbası yəhudi və aramilər tərəfindən qəbul edildi. Aramilər onu Hindistan və Mərkəzi Asiyaya
kimi yaydılar. Yunanlar bu əlifbaya müəyyən dəyişikliklər edərək mənimsədilər. Onlar bu əlifbanı soldan sağa
yazarıq bir neçə sait səs əlavə etdilər.
Qədim Finikiya incəsənəti haqqında biliklər yeganə yunan tərcüməsindən bəllidir. Bu tərcümədə e.ə. 500-
cü ildə Afrikanın cənub sahillərinədək gedib çıxmış Hənnanın səyahəti haqqında təsəvvürlərin mövcud olması
qeyd edilir. Finikiyalıların incəsənəti o qədər də orijinal deyil. Bu incəsənətdə Babil-Misir təsiri də
duyulmaqdadır. Lakin finikiyalılar gözəl memarlıq nümunələri yaratmışlar. Bu memarlar Suriya ərazisində olan
bütün semit dövlətlərinin işlərində yaxından iştirak etmişlər. Tir şəhərinin yetirməsi olan memar Kiram,
Yerusəlim məbədini inşa etmişdir.
İndiyədək Vaalbəy və Palmira şəhərinin dağıntı və xarabalıqları qalmaqdadır ki, bunlar da bir daha
finikiyalıların təmtəraqlı tikintilərə olan maraq və sevgisinin şahididir.
Ticarətin əlverişli inkişafı xalqın həyat və məişətinin zəngin formada bəzənməsinə geniş şərait yaradırdı.
Finikiyalı sənətkarlar öz məharətləri ilə, nəinki Ön Asiya ölkələrində, ümumiyyətlə, dünyada tanınmışlar.
Bunlar – zərgər və heykəltəraşlar müxtəlif incəsənət ənənələrini ustalıqla birləşdirərək fil sümüyündən, qızıl,
gümüş və qiymətli metallardan, rəngli şüşələrdən heyrətamiz əsərlər yaradırdılar. Uqarit, Tir, Sidon və digər
Finikiya şəhərlərində zəngin çoxmərtəbəli möhtəşəm və bəzəkli binaların tikintisində kedr və bürüncün tətbiqi
xüsusi yer tuturdu.
Ümumiyyətlə, Finikiya mədəniyyəti nümunələrinin dünya mədəniyyət tarixində qismən azlıq təşkil
etməsinə baxmayaraq sənətkarlıq aspektindən o, öz unikal üslub tərzinə görə bəşər sivilizasiyasında
özünəməxsus yer tutan mədəniyyətlərdən biri ola bilmişdir.
Şərqi Aralıq dənizi sahilindən Şərqə doğru uzanan ərazilərdən birini də Fələstin tutur. Fələstin regionun
cənubunda yerləşərək Misirdən səhra ilə təcrid edilir. Ön Asiyanı Misir və Egey dənizi ilə birləşdirən ticarət
yollarının qovuşuğunda olan Fələstin torpağı həmişə qonşu dövlətlərin əsarəti altında olmuşdur. B.e.ə. III
minillikdə bu torpağı Misir, Şumer və Babil şəhər-dövlətləri ilə həm iqtisadi, həm də mədəni ünsiyyətdə olan
hənnaneylər istila etdilər (onlar da semit dilli tayfalar idi) və öz zəngin mədəniyyətlərini yaratdılar. E.ə. II
minillikdə bu torpağın cənubunu Egey dənizinin Koftor adasından gələn dəniz tayfaları, yəhudilərin təbirincə
desək, peləşetlər tutdular (torpağın adı da bununla əlaqədar «Fələstin» oldu). B.e.ə. XIII əsrdə həmin əraziləri
qədim yəhudi tayfaları ağır vuruşlardan sonra hənnaneyləri məğlub edərək onların həm torpağına, həm də zəngin
mədəni irsinə sahib oldular.
İudeylər (yəhudilər, israillilər) həm dil, həm də xarici görkəm və əlamətlərinə görə semit irqinə
mənsubdurlar. Bütöv bir yəhudi xalqının formalaşmasında və bu millətin əsas nailiyyəti olan dinin-induizmin
təşəkkülündə bir ərazi kimi Fələstin qapalılığı böyük rol oynamışdı. Son dərəcə inadlı iradə və güclü praktik
meyllərlə yanaşı, yəhudi vətəndaşında rassionalist idrak inkişaf etmişdir. Lakin o, həmçinin intensiv və dərin
hisslərdən də məhrum deyildi: yəhudilərdə plastik fantaziya, ətraf təbiətə qarşı sadə estetik münasibət az inkişaf
etmişdir. Təkcə elə öz dinləri vasitəsilə yəhudilər dünya mədəniyyətinə, onun inkişafına əhəmiyyətli dərəcədə
təsir göstərə bilmişlər. Belə ki, b.e.ə. II minilliyin sonu (e.ə. XIII əsrlər) sami (semit) tayfaları Tövrat dini
rəvayətlərini Fələstinə gətirmişlər. Tövrat iki bölmədən ibarətdir: Əhdi-ətiq («Vetxiy-zavet») və Əhdi-cədiq
114
(«novıy zavet»). Tövrat dini kitab olmaqla müxtəlif dövrləri əks edən hadisələri və müxtəlif məzmunlu
ədəbiyyatı özündə birləşdirir.
Əhdi-ətiqin I hissəsi Tora (tövrat) özündə beş kitabı əks etdirir. Tövratın, yəni beşliyin yaradılmasını
peyğəmbər Musanın (Moisey) adı ilə bağlayırlar. Beşlik (Tora) aşağıdakı kitablardan ibarətdir: varlıq, çıxış
(yəhudilərin Misirə gəlməsi və oradan xilas olması), levit (ibadətə aid öyüd-nəsihət), hesab (yəhudilərin 40 illik
sərkərdanlığı) və ikinci qanunçuluq (yəhudi dini qanunçuluğunun sistemləşdirilməsi cəhdləri).
Tövratın beşlik hissəsi dini məsələlərə həsr olunub. Buradakı bəzi dini ehkamlara Quranda da təsadüf edi-
lir. «Varlıq» bəndi sami tayfalarının ənənəvi soy tarixini, mənşəyini («geneologiyası»nı) saxlayıb. Bu soy tarixi
islam dinində də olduğu kimi qalıb. Belə ki, soy tarixi Adəm və Həvvadan başlayır. Onlardan törəyən soylar
isə, Fələstində məskunlaşır. Nuh bu nəslin törəməsidir. Nuh («Noy») «ümumdünya daşqınından» sonra yeni
soyların başlanğıcını qoyur. Bunlar Sim, Cam, Yafət (türkcə Yəfəs)dir. Sim nəslindən olan İbrahim (Avraam)
ibri tayfalarının başında Fələstində məskunlaşıb. Onun tarixi şəxsiyyət olması da istisna edilməyir. Tövratın II
hissəsi «peyğəmbərlər», III hissəsi isə, «yazılar» adlanır. Bu hissələrə müxtəlif ədəbi əsərlər, o cümlədən
məhəbbət lirikasını əks etdirən «Mahnılar mahnısı», hökmdar Süleymanın («Solomon») adına çıxılan ibrətamiz
hekayətlər, hökmdar Davuda (David) şamil edilən dini himlər (zəbur surəsi) və s. daxil edilib.
Tövratın, ən qədim hissəsi e.ə. IX əsrə aid edilir. Burada allahın adı «elohim» kimi yazılıb. Bu «allahlar»
mənasını verdiyi üçün ehtimal olunur ki, o zamanlar Aralıq dənizi sahilində çoxallahlılıq mövcud idi. Bunu
təsdiqləməyə imkan verən əsas sübutlardan birini də Fələstin ərazisində XIX əsrdə aparılan arxeoloji qazıntılar
oldu. Bu qazıntılar zamanı məlum oldu ki, bu ərazinin bir çox evlərində ev, ocaq himayəçisi olan allah-bütlər
(«damdabacalar») mövcud imiş. İlkin politeizm (çoxallahlılıq) öncə özünəməxsus geoteizmə (tayfanın
himayədarı olan bütlər, allahlara sitayiş) çevrildi. İudeylərin allahı sanki ideallaşdırılan patriarxdır, bu patriarx
ata kimi öz övladlarının qayğısına qalır və onlara kömək edərək hər cür şərait yaradır, lakin «ittifaq-müqaviləni»
pozduqları təqdirdə onlara qarşı ciddi cəza tətbiq edirdi. Belə bir Allah özünə qarşı qorxu duydurur və
minnətdarlıq təlqin etdirirdi.Allaha qarşı məhəbbət iudeylər üçün çox mühüm bir prinsipdir. Bu xalqın dini
inkişafında baş verən məlum mərhələləri də fərqləndirmək lazımdır – bu hələ insan qurbanı verilən ilkin
naturalizmdən ta bütün kobud hissi elementlərdən təmizlənmiş peyğəmbərlərə inamadək gedən bir yoldur.
Qədim Yəhudi tayfaları fələstin tayfaları ilə uzun müddət müharibə apararaq nəticədə İsrail dövlətini
yaradırlar. Rəvayətə görə, e.ə. XI əsrdə Saul İsrail dövlətinin əsasını qoyur. O bir sıra torpaqları İsrail dövlətinə
birləşdirir. Saulun ölümündən sonra hərbi fəaliyyəti yeznəsi Davud davam etdirir. Tövrat əfsanələrində Davud
xalq qəhramını kimi qələmə verilir. Belə ki, o, Fələstinin cənubunda Yəhuda padşahlığının əsasını qoyur. Davud
İsrail padşahlığını özünə tabe etdirərək birləşmiş İsrail-Yəhuda dövlətini yaradır. Yerusəlim bu dövlətin paytaxtı
olur.
Davuddan sonra hakimiyyətə oğlu Solomon gəlir. Onun dövründə ölkə çiçəklənir. Sənətkarlıq və ticarət
inkişaf edir. Yerusəlim şəhərində dəbdəbəli saraylar tikilir.
Yəhudilər əvvəllər kiçik komalarda yaşayır, daha sonralar birmərtəbəli, alçaq və yastıdamlı evlər
tikdirirdilər ki, bunların da daxili həyətləri olardı.
Yəhudilərdə ailəyə qayğı hissi güclü idi. Qadın ərinin tam tabeçiliyində olsa da, ana kimi hörmətli bir va-
lideyn idi. Uzun dövrlər, dövlətlilər də çoxarvadlılıq mövcud olmuşdur.
Hüquq, adət və mənəviyyat yəhudilərdə vəhdətdə olan, bölünməyən bir tamı xatırladırda. Hər şey dini
başlancığa tabe etdirilmişdir. Dini zəmində cinayətlərə görə, xüsusilə, bütpərəstliyə görə ən ağır cəzalar tətbiq
edilirdi. Valideynlərə qarşı hiddət, hətta ölüm cəzası ilə də nəticələnə bilərdi.
Yəhudi mədəniyyəti tarixində ədəbiyyat özünəməxsus rol oynayırdı və onun formalaşmasında qonşu
xalqların, İkiçayarası və Misir ədəbiyyatı güclü təsirə malik idi. Dünyanın yaranması, ümumdünya daşqını
əfsanələri bilavasitə Şumer və Babil təsiri ilə yarandı. Tövrat mövzuları həm xristian, həm də İslam dininin
formalaşmasında mühüm təsiredici mənbə oldu. Tövrat yəhudilər üçün öyüd-nəsihətdir. Buradakı şerlər
içərisində Solomonun nəğmələri müasir şəriətə daha yaxın olub, məhəbbət lirikasının ən gözəl nümunəsidir.
2.1.5. Hettlərin mədəniyyəti
Het dövləti Anadolunun (Kiçik Asiyanın) şimal-şərq hissəsində Halis (ind.Qızıl İrmoq) çayının
hövzəsində meydana gəlmişdir. Anadolu dağlıq və aran bölgələrindən ibarətdir. Lakin təsərrüfatın təşkilində bu
təbii şəraitin özünəməxsus rolu olmuşdur. Anadolunun qədim əhalisi barədə dəqiq məlumat yoxdur. Vaxtılə bu
ərazidə müxtəlif dillərdə danışan etnoslar yaşayırdı. Hetlər haqqında məlumat İncildə XIX əsrin ortalarına qədər
mövcud idi. İncilin rus tərcüməsində bu xalq «Het oğulları», «Hetlər» kimi Fələstin və Suriyanın yəhudilərə
qədərki millətləri kimi qeydə alınmışdır. Ona görə də, alimlər əslində Fələstin və Suriyanı hetlərin ilkin vətəni
kimi göstərirlər.
XIX əsrin sonuncu dövründən başlayaraq Misirin Tel-Əmər arxivindən mixi yazılı mətnlərdən hetlərin
yaşayış tərzi haqqında məlumatlar əldə edilmişdir. Bu mətnlərdə Misir fironlarının (xüsusilə, III Amenemxet və
115
IV Amenxotep-Exnaton) Yaxın Şərqin bir çox dövlət başçıları ilə diplomatik yazışmaları (akkad dilində) qeyd
edilir.
Kiçik Asiyada hetlərin hökmranlığı haqqında fərziyyələri alman şərqşünası Q.Vinklerin 1906-1912-ci
illərdəki arxeoloji qazıntıları sübut etdi. Arxeoloqlar burada bir çox mixi yazılı lövhəciklər tapmışlar. Bu
qazıntıların ən uğurluları Türkiyə kəndlərindən biri olan Boğazgey (Ankaranın 50 km şərqinə doğru) hissəsində
tapılmışdır. Hetlərin Anadoluda mövcud olma ideyaları, da məhz bu dəlillərdən irəli gəlir.
Anadolunun zəngin təbii ehtiyatları dünya tacirlərinin (xüsusilə Yaxın Şərq) buraya üz tutmasının başlıca
səbəbi oldu. E.ə. III minilliyin II yarısında Akkad hökmdarları Sarqon və Naram-Suyen bu əraziyə hərbi
yürüşlər təşkil etmişlər. Bu ərazidə məskən salmış akkad tacirləri metal ticarətinin əsasını qoymuşlar. Kaneş
şəhəri tanınmış ticarət mərkəzlərindən biri idi.
Anadolunun şərq hissəsində e.ə. III minillikdə bir sıra siyasi birliklər meydana gəlmişdi. Bunlar şəhər
dövləti şəklində mövcud idi. Anadolunun Burusxanda, Nesa (Kaniş), Kussar və Hattuşa şəhər-dövlətləri Aşşur
tacirlərinin gətirdiyi mixi yazı və akkad dilindən istifadə edirdilər. E.ə. XVIII əsrin I yarısında şəhər dövlətlər
arasında siyasi hakimiyyət uğrunda mübarizə gedirdi. Bu mübarizədə Kussara şəhər-dövləti üstünlüyü öz əlində
saxladı. Bu dövlətin hökmdarı Pitxana Nesa şəhərini tutdu. Bu işğalçılıq müharibələri onun oğlu Anitta
tərəfindən davam etdirildi. O, atasının zəbt etdiyi Nesa şəhərini dövlətin paytaxtına çevirdi, Het dövlətinin
gələcək paytaxtı Hattuşa şəhərini tutdu. Kussara padşahlığı Anadolunun mərkəzində ən güclü dövlət oldu.
Formalaşmağa başladığı dövrlərdən Het dövləti mədəniyyətin və incəsənətin inkişafına xüsusi
qayğıkeşliklə yanaşırdı. Het mədəniyyətinin formalaşmasına hurri və luvi mədəni elementləri güclü təsir
göstərmişdi. Şimali Suriya və şumer-akkad mədəni amillərini də inkar etmək olmaz.
Boğazgey arxivi rəsmi səciyyə daşıyaraq, həmçinin mif, əfsanələr və mətnləri özündə cəmləşdirmişdi. Bu
arxivdə tapılan «III Hattusulinin tərcümeyi-halı» əsəri dünya ədəbiyyatında xüsusi əhəmiyyət kəsb edir. Yaxın
Şərq xalq və bir çox ədəbi nümunələri («Gilqameş haqqında əfsanə») het dilinə tərcümə olunmuşdur. Kumarbi
allahı haqqındakı epik poema «Ullikummi haqqında mahnı» adlandırılır.
Het mənşəli zəngin mifoloji ədəbiyyat mövcuddur. «İlluyanka haqqında mif» əsəri belələrindəndir. Bura-
da ilahi qəhrəmanlarla onun düşməni olan əjdaha İlluyanka arasındakı mübarizə şərh olunur.
Het incəsənət abidələrində rəngarənglik və orijinallıq üstünlük təşkil edir. Gümüş və bürüncdən olan hey-
van fiqurları, maral təsvirləri, fincanlar, dolçalar, qızıl ornamentli əşyalar unikal təsir bağışlayır.
Mərkəzi Kiçik Asiyada Yeni het şahlığı dövründə incəsənətin bir çox sahələrində (daş üzərində relyeflər,
canlıların təsviri – sfinks, şirlər), o cümlədən memarlıqda monumental üslub təzahür olunmağa başlayır. Hattidə
daş üzərində işləmə yüksək səviyyəyə çatır. Bunun ən gözəl nümunəsi Yazılı qayadakı qalereyada qaya
yonulması hesab olunur.
Het dini təsəvvürləri cəmiyyətin ideoloji və təsərrüfat həyatında güclü təsirə malik idi. Özlərinin qeyd
etdikləri kimi «Hattininin min allahı» mövcud idi. Bunlar het, hindavropa (nesit, luvi, palay), hurri, assur-babil,
ari və digər mənşəli allahlar idi. Baş allah fırtına allahı olub «səmanın şahı, Hattinin hakimi» hesab edilirdi. Bu
allahın arvadı Arinna şəhərindən olan Günəş allahı sayılırdı.
Het mifləri (əsatir) ilə bağlı digər folklor nümunəsi «ölən və dirilən allah» Telepinin adı ilə bağlıdır. Bu
ədəbi abidədə həyat, təbiət, insan amilləri böyük məntiq və hikmətlə izah edilir, bədii obrazlarla ifadə olunur.
Əldə olunan məlumatlara görə həmin əfsanə qış və yaz mövsümlərinin dəyişilməsi ilə əlaqələndirilirdi. Bu
əfsanə bahar şənlikləri zamanı söylənilirdi.
Het padşahlığının süqutundan sonra bu mədəniyyətin ənənələri ölüb getmədi. Bunların bir çoxu Şimali
Suriya və Anadolunun şərq əyalətində davam etməkdə idi. Hetlərin bu mədəniyyəti, xüsusilə bənzəri olamyan
incəsənəti Assur və Urartu incəsənətinə də güclü təsir göstərmişdir.
2.1.6. İran mədəniyyəti
Asiyanın cənubunda yerləşən İran qədim Şərqin inkişaf etmiş ölkələrindən biri olmuşdur. Bu inkişaf
mədəniyyətdə də özünü təzahür etdirmişdi. Qədim İran mədəniyyəti öz mənəvi zənginliyi ilə şöhrət tapmışdır.
Qədim İran əhalisinin etnik tərkibi müxtəlif idi: buraya elamlılar, kutilər, lullubilər, sular, turukilər,
prototürklər və başqaları daxil idi. Ölkənin «İran» adlandırılmasına gəldikdə isə, onun coğrafi anlayış olduğu bir
çox müəllifləridə məsələn, Y.Yusifovun «Qədim Şərq tarixi» əsərində qeyd edilir.
Qədim İranın zəngin mədəniyyəti incəsənətin müxtəlif sahələrində – ədəbiyyatda, təsviri sənətdə,
memarlıqda, həmçinin elmdə, təhsildə əks olunmuşdu. Ədəbiyyatın əsas nümunələri əfsanələrdə, dini rəvayət və
hekayətlərdə; təsviri sənət müxtəlif məişət tipli əşyaların bəzədilməsində; memarlıq isə, zərdüşt ideologiyası ilə
bağlı məbəd tikililərində təcəssüm tapırdı.
116
Mədəniyyətin əsas faktı olan yazını qazıntılar üzə çıxarmışdı. Bunlar akkad və elam mixi yazılı kitabələrldə
olan piktoqrafik yazılar idi. Mədəniyyətin əsas sahəsini təşkil edən elm dünya mədəniyyət xəzinəsinə özünün
yaratdığı təqvim sistemi ilə daxil olmuşdur.
B.e.ə. VI-IV əsrlərdəki İran incəsənəti, tədqiqatçıların fikrincə, öz sələflərinə nisbətən daha kübar olub,
saray mədəniyyətinə daha yaxındır. Bu incəsənətdə qəddarlıq, assuriyalıların sənətinə xas kobudluq yoxdur, bu
mədəniyyət daha sakit və rəvandır. Lakin bütün bunlarla yanaşı, mədəniyyətlərdə varislik də mövcuddur.
Təsviri incəsənətin başlıca elementləri canlıların – ilk növbədə, qanadlı öküz, şir, şahin quşunun təsvirilə
bağlıdır. Hərbçilərin və şirlərin döyüş səhnələrini, zəfərlərini əks etdirən relyeflərin təsviri daha geniş vüsət
tapmışdır.
B.e.ə. II əsrdə İran da Misir kimi Makedoniyalı İskəndər (356-323) tərəfindən zəbt edilən ellin
mədəniyyətinin tərkibinə daxil edilir.
İskəndər ölkədəki həyat tərzinin, dünyagörüş sisteminin kökündən dəyişdirilməsini vacib hesab etmir.
Hətta özü «Babil şahlığına təyin olunma mərasim» ənənəsinə sadiq qalaraq öz tac qoyma mərasimini şəhərin
baş məbədində həyata keçirir. Makedoniyalı İskəndərin ölümündən sonra Qədim Mesopotamiyanın süqutu pro-
sesi başlayır.
B.e.ə. III əsrdə İranı Sasanilər sülaləsi idarə etməyə başlayır. Onlar öz kök və mənşələrinin allahdan
götürdüklərini sübut etməyə çalışırlar. Bu məqsədlə, müvafiq əmrlərə əsasən hərbçilərin qələbə dolu yürüşlərini
əks etdirən səhnələrdən ibarət möhtəşəm relyeflərin təsvirinə geniş yer verilir. Lakin iranlılar üçün heç də bütün
müharibələr uğurlu deyildi. Sasani İranının bir çox abidələri bu müharibələrin xarabalıqları altında itib
batmışdır. Sasani incəsənətindən bizə saray və məbədlərin xarabalıqları, bir sıra qab, xalça və ipək parçaların
hissələri qalmışdır. Xalça sənəti isə, bu ölkə incəsənətinin ən möhtəşəm nailiyyəti hesab edilməlidir.
Rəvayətə görə Ktesifondakı Tək-İkəsrə sarayının baş zalında döşəməyə salınmış nəhəng xalını bu sarayı
zəbt etmiş hərbçilər bir neçə hissəyə bölərək qənimət kimi 20 min dirhəmə satmışlar. Sarayın divarları freskalar-
la, gözəllərin, musiqiçilərin, allahların rəsmləri ilə zəngin idi.
Sasani İranının dövlət dini zərdüştçülük hesab edilirdi. Dinin belə adlandırılması onun banisi Zərdüştün
adı ilə bağlıdır. Zərdüştün tarixi şəxsiyyət olub-olmaması elmi cəhətdən dəqiqləşdirilməyib. Lakin bir çox
alimlər onu real şəxs hesab edirlər. Belə fərz olunur ki, Zərdüşt e.ə. XII-X əsrlər arasında yaşamışdır. O öz
vətəni olan Şərqi İranda dini fikirləri, təlimi ilə çıxışlar etmişdir. Bu hərəkətlərinə görə hakimlər tərəfindən
hücumlara məruz qalaraq ayrı-ayrı yerlərə qaçmış və düşmənlərindən biri tərəfindən qətlə yetirilmişdir.
Zərdüştün qanunları qədim abidə hesab edilən «Avesta»da öz əksini tapmışdır. Bu dini abidə özündə
müqəddəs ilahi və hüquqi kəlamları, fikirləri birləşdirir. Həmin kitabda dualar, nəğmə və himnlər başlıca
elementlər hesab edilir. Avestanın mətni III-VII əsrlərdə Sasanilər dövründə köçürülmüşdür.
İran panteonuna işıq, həqiqət və müqavilə allahı Mitra, su ilahəsi Anahit daxil idi. Bu allahlara irandilli
tayfalar sitayiş edirdilər. Avestada və əhəmənilər dövründə Ahuramazda (Hörmüzd) qabaqcıl mövqeyə malik idi
və baş Allah hesab edilirdi. Avestada həyatın və kainatın yaradılması Ahuramazdanin əməli kimi
qiymətlənirilir.
Zərdüşt təliminə görə şər ilə xeyir, yalan ilə həqiqət arasında ölüm-dirim mübarizəsi gedir və bu ehkamlar
Avestada öz əksini tapır.
Avestanın ən qədim hissəsini qatlar (mahnı oxuma) təşkil edir. Bunlar həmin dini abidənin Yasna (dua,
ibadət) bölməsində təmsil olunur. Qatlarda Zərdüştün təlimi təmsil olunur. Zərdüşt təlimində təkallahlılıq
ideyası irəli sürülərək tərənnüm olunur. Yuxarıda qeyd olunduğu kimi, Zərdüştün təsvirinə görə xeyir və şər
dünyanın əvvəlindən mövcud olmuş və onların arasındakı mübarizə daimidir, lakin haqq ifadəçisi olan xeyir
şərə həmişə qələbə çalır. Bu ideyanın qayəsindən çıxış edərək zərdüştçülükdə atəşə etiqad və sitayiş qələbə ki-
mi, haqqın qalib gəlməsi və xeyirin təntənəsi kimi çıxış edir. Xeyir - işıq, od anlamında, şər isə, qaranlıq
obrazında təcəssüm edilir.
Məhz bundan irəli gələrək İranda oda səcdə, sitayiş ayini ilə əlaqədar çoxlu sayda od məbədləri tikilməyə
başladı. Məbədlər gümbəz xarakterli zaldan, xüsusi postamentdə qoyulmuş müqəddəs oddan ibarət idi. Bu cür
od məbədlərində təbəqələşmə mövcud idi. Sosial statusa əsasən hər kəsin hökmdarlıq dövründə xüsusi odu
mövcud idi. Ən məşhur və hamı tərəfindən etiqad edilən od Həqiqət rəmzi olan Bəhramın odu idi.
Avestanın Yasna hissəsində maldarlıq təsərrüfatından bəhs edilirdi. Burada Hörmüzd (Ahuramazda) mal-
qaranın yaradıcısı kimi qələmə verilir.
Avestanın digər bölməsi «Yaşta» (qurban vermə) adlanır. Burada ayrı-ayrı ilahələrə həsr olunmuş mahnı
və himnlər üstünlük təşkil edir. Belələrindən biri Mitra allahıdır. Bu allaha qədim Hind-İran tayfaları həmişə
sitayiş etmişlər.
Yaştlarda Qayamarta sitayiş etmək də tövsiyə edilir. Bu Hörmüzdün yaratdığı ilk İnsandır. Qeyd edilir ki,
Hörmüzdün fikrini ilk dəfə məhz Qayamart oxumuş və dinləmişdi.
Yaştlarda Zərdüştün mədhi də başlıca yer tutur. Bu mədhlərin məzmununu Zərdüştün xeyirxah fikir sahibi, ilk
kahin, döyüşçü və maldar, Hörmüzdə ilk sitayiş edən köhnə dinlərdən üz döndərən ilk kəs olması təşkil edir. Bu dini
abidə boyu Zərdüştün obrazının bəzən mifikləşdirilməsinin də şahidi oluruq. Əsərin başlıca ideyasını aşağıdakı üçlük
117
- xeyir sözlər, xeyir fikirlər və xeyir əməllər təşkil edir. Bütün bunların yerinə yetirilməsi isə həqiqi həyat tərzinin ən
başlıca şərti olmalıdır. Zərdüştün fikrincə, insanın bu real həyatda gördüyü, etdiyi, dedikləri onun ölümündən sonrakı
həyatının davamını, məzmununu təşkil edir. Onun nəzəriyyəsi öyrədir ki, ölümündən 3 gün sonra ruh xüsusi
məhkəmə tərəfindən təhlil edilir, gələcək tale haqqında hökm çıxarılır.
Hakim din kimi zərdüştlük VII əsrə qədər davam etsə də, ərəb istilasından sonra islam dininin zorla
qəbulu zərdüştlüyün sona yetməsinə başlıca səbəb oldu. Lakin bütünlükdə zərdüşt dini və Sasani
mədəniyyətinin digər müsəlman mədəniyətlərinə təsirini heç də inkar etmək olmaz. Bu təsir ərəb-müsəlman
mədəniyyətində, ərəblər vasitəsilə İspan və digər Qərbi Avropa ölkələri incəsənətində, Çindən Atlantikayadək
böyük bir ərazidə duyuldu.
2.1.7. Azərbaycan mədəniyyəti
Qədim Azərbaycan mədəniyyətinin ayrı-ayrı tərkib hissələrini tədqiq edən müəlliflər (pedaqoqlar,
sənətşünaslar, filoloqlar və başqaları) bu mədəniyyətin zəngin olduğunu sübut edirlər. Azərbaycanın qədim
sənət tarixini öyrənən tədqiqatçılar - Kərimov K., Əfəndiyev R., Rzayev İ., Həbibov N. və b. Azərbaycan
incəsənətinin dərin qatlarını tədqiq etməklə mədəniyyət tarixində xüsusi xidmət göstərmişlər. Həmin
müəlliflərin «Azərbaycan incəsənəti» adlı monoqrafiyasında qeyd edilir: «Qədim Azərbaycan incəsənətinin ta-
rixi bu ölkədə dövlətin yaranması tarixindən daha qədimdir. Müxtəlif incəsənət növləri ilə tanışlıq bizi uzaqlara,
ibtidai icma quruluşunun dərinliklərinə aparıb çıxarır». Elə həmin mənbədə tədqiqatçılar qədim Azərbaycan
incəsənətinin tarixi inkişaf prosesini üç dövrlə səciyyələndirirlər:
I.Alban dövründən əvvəlki incəsənət (e.ə.IV əsrə qədər);
II.Alban dövrü incəsənətinin ilk klassik mərhələsi (e.ə.IV – e-nın I əsri);
III.Alban dövrü incəsənətinin II mərhələsi (I-VII əsrlər).
Qədim Azərbaycan mədəniyyətinin tarixi e.ə.XII minillikdən başlayaraq e.ə.IV əsrə qədər olan uzun bir
mərhələni əhatə edir. Bu tarixi dövrdə ibtidai əcdadlarımız öz yaşayış və müdafiəsi üçün zəruri olan tikililəri
yaratmaqla memarlıq sənətinin ilk nümunələrinin təməlini qoymuşlar. Yaşayış üçün digər məqamları da yaddan
çıxarmamış, hazırladıqları hər növdən olan məişət və yaşayış nümunələrinə bədii görkəm və bəzək vermişlər.
Bunlar piktoqrafik, təsviri yazılardır ki, bunların da tarixi e.ə.IV minillikdən (mis dövrü) başlayır. Qədim
Azərbaycanda memarlığın sənət növü kimi inkişafı, ilk növbədə ölkədəki coğrafi mövqe, təbii ehtiyatlarla da
izah olunur. Müxtəlif növdən olan inşaat materialları, daşlar, ağac nümunələri, zəngin gil, əhəng, gəc ehtiyatları
tikinti üçün əlverişli şərait yaradırdı. Bu mənada qədim Azərbaycan memarlığı nümunələrindən mağara, meqali-
tik abidələr, mengirlər, kurqanlar, dolmenlər, kromlexlər, siklopik tikililər, həmçinin yaşayış zərurətindən irəli
gələn digər ev tipli qazma, qara damların adlarını çəkmək olar. Qədim Azərbaycan memarlığının bu
nümunələrinin əksəriyyətində dini səciyyə başlıca yer tuturdu. Mengirlər, kromlexlər, kurqanlar ölülər kultu,
ağsaqqala hörmət kultunun təzahürü kimi pərəstiş, qurbangahların yerinə yetirilməsinə də xidmət edirdi ki, bu
da qədim əcdadlarımızın dini təsəvvür və dünyagörüşləri ilə bağlı idi. İbtidai memarlıq nümunələrindən olan
mengirlər haqqında müəlliflər belə qeyd edirlər: «Mengirlərin Azərbaycanda qədim dövrün sonunda (e.ə.I mi-
nilliyin sonu, eramızın ilk əsrləri) yaradılmış insan heykəlləri ilə müəyyən yaxınlığı vardır. Bunu
aydınlaşdırmaq üçün bir daha ulu oğuz babalarımızın yaratmış olduğu və Şamaxı rayonundan (Xınıslı,
Dağkolanı və digər kəndlərdən) tapılmış daş heykəlləri nəzərdən keçirək. Belə heykəllər döyüşçülərin qəbri üstə
qoyularmış. Mengirlərdə olduğu kimi, bu heykəllər də, ölmüş döyüşçünün özünü təmsil edirdi. Bu heykəllərin
qoyulmasında məqsəd ölən adamın ruhunun gəlib həmin daş fiqurda qərar tutması üçün şərait yaratmaq idi.
Beləliklə, qədim dəfn ayininə əsasən mərhumun özü də öz dəfn mərasimində iştirak edə bilirdi».
Dostları ilə paylaş: |