Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)


Sosiallaşdırma (humanistləşmə) funksiyası



Yüklə 4,08 Mb.
Pdf görüntüsü
səhifə4/52
tarix09.02.2017
ölçüsü4,08 Mb.
#7965
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   52

Sosiallaşdırma (humanistləşmə) funksiyası – mədəniyyətin müəyyən  şəxsiyyət tipinin 
formalaşdırılması ilə izah edilir. Bu formalaşma cəmiyyətin maraqlarına uyğundur. Orta əsrlərdə bu tip 
cəngavər, sosializm quruluşunda isə, kommunizm qurucusu sayılan fəal mübariz idi. Bundan belə bir nəticə 
çıxır ki, mahiyyətcə bu funksiya cəmiyyətin yeganə  və  əsas vəzifələrinin yerinə yetirilməsinə xidmət edir. 
Beləliklə, cəmiyyət insanı bioloji varlıqdan  şüurlu, ağıllı ictimai adama çevirir. Ona görə  də insanın 
sosiallaşması prosesi fərd tərəfindən müəyyən edilən bilik, norma və  dəyərlərin mənimsənilməsini praktiki 
fəaliyyətdə tətbiqini nəzərdə tutulur. Ona görə də mədəniyyətin humanistləşmə funksiyası iki mühüm proseslə 
müşayiət olunur: sosiallaşma prosesi (yəni ictimai münasibətlərin mənimsənilməsi) və fərdiləşmə prosesi (yəni 
bu münasibətlərin fərdi formada, təkrarolunmaz şəkildə mənimsənilməsi). 
İctimai inkişafda ideal vəziyyət kollektiv və şəxslər, fərdlər arasında mütənasibliyin mövcudluğu ilə izah 
edilir. 
Beləliklə, cəmiyyətdə mədəniyyətin yuxarıda sadalanan funksiyaları şərti məzmun kəsb etsə də, hər halda 
onları məhdudlaşdırmaq və ya nəzərə almamaq da qeyri-mümkündür. Belə ki, onlar bir-birilə sıx vəhdət təşkil 
edərək vahid bir prosesin əsas meyarları rolunu oynayırlar. 
 
1.8. Mədəniyyətdə milli və beynəlmiləl cəhətlər. 
Mədəniyyətin inkişafında varislik qanunu 
 
 
Mədəniyyətin sadədən mürəkkəbə doğru inkişaf tarixi «varislik» deyilən  ənənə üzərində mümkün 
olmuşdur. Bu, bəşəriyyətin daş çapacaqdan başlamış müasir kompüterə, qayaüstü rəsmlərdən başlamış məşhur 
təsviri sənət nümunələrinin yaranmasına, yaxud primitiv insan sürülərinin düşünülmüş, sistemli dövlət 
quruluşunadək keçdiyi tarixi mədəni inkişaf yoludur ki, bunun da əsasını varislik təşkil edir. Geniş mənada va-
rislik yeni keyfiyyət və xüsusiyyətlər əlavə etməklə mədəniyyətin zamandan-zamana ötürülməsi deməkdir. Bu 
ötürülmə prosesi mənəvi və maddi sərvətlərin mexaniki surətdə istifadə edilərək çatdırılması deyil, onların 
nəsillər tərəfindən qiymətləndirilərək, yeni təcrübələr  əlavə etməklə yeniləşdirilərək, təkmilləşdirilməsi 
formasında ötürülməsi deməkdir. Varislik əcdadlarımızın irsi dəyərlərinin tənqidi təhlili, yaradıcı dəyişdirilməsi 
formasında çatdırılması deməkdir. 
Mənəvi sahədə varislik, ilk növbədə, dil və digər işarə sistemləri, o cümlədən bəşəriyyətin mövcud olduğu 
ilk mərhələlərdən təşəkkül tapan zəngin ikonoqrafiya (rəsm,  şəkil, sxem və s.) ilə  təmin edilir. Maddi 
mədəniyyətdə varislik bir çox nəsillərin hazırladığı  əşyalar və mexanizmlərin ayrı-ayrı nümunələri vasitəsilə 
reallaşdırılır. Bir çox minilliklər bu varisliyin ötürülməsinə xidmət edən sosial institutlar fəaliyyət göstərmişdir. 
Müasir günümüzdə belə  mədəniyyət müəssisələri məktəb, universitet, elmi-tədqiqat mərkəzləri, muzey, kitab-
xana və s.-dir. Onlar həm də mədəni dəyərlərin qoruyucusu və ötürücüləridir. 
Varisliyin ən çox yayılmış vasitəsi tərbiyə və təhsil müəssisələri hesab edilir. Buraya həmin müəssisələrin 
bütün səviyyələrindən olan növlər daxildir. 
Varisliyin  ənənəvi məsələlərindən birini də  mədəni irs anlayışı  təşkil edir. Mədəni irsə bütün dəyər və 
normalar, o cümlədən müəyyən mərhələdə  mədəni nailiyyətlərin bütün növləri daxildir. Burada bir məqama 
diqqət yetirmək yerinə düşərdi. Tarixdə elə mədəni nailiyyətlər əldə edilib ki, öz cəmiyyətində rədd olunub, la-
kin sonrakı tarixi dövrlərdə özünə layiqli yer tutub. 
Mədəni irs və varislik vəhdətdə olan iki kateqoriya kimi bir sıra ümumi cəhətlərə malikdir. Bunlar 
aşağıdakılardır: 
1.
 
Mədəniyyətin inkişafının  ən ilkin çağlarında onun sinkretizmi, təsnif olunmaması, onların «elmlərin elmi» 
sayılan fəlsəfəyə aidliyi; 
2.
 
Müxtəlif dövr və xalqlarda, böyük mübahisəyə  səbəb olan əbədi mövzuların (materializm ilə idealizmin 
mübarizəsi, şüurun həyata münasibəti, sosial ədalətlilik ideyaları və s.) nəsildən nəslə ötürülməsi; 
3.
 
Mədəni irsin ardıcıl toplanması və beynəlmiləlləşməsi. Onun təzahürü hər bir nəslin mədəni irsə yeni nəyinsə 
əlavə edilməsi ilə müəyyənləşir. Bu irs yazı, kitab nəşri, mətbuat, nəqliyyat və kütləvi informasiya vasitələrinin 
inkişafı nəticəsində ümumbəşəri xarakter kəsb edir; 
4.
 
Bəşəriyyətin son yüzilliklərdə kommunikasiya imkanlarının sürətli artımı  əldə edilən mədəni irsin varisliyini 
daha da inkişaf etdirir. Məsələn, fotoqrafiyanın, video, audio, kino və s. köməkliyi ilə ötən tarixi dövrlərin 
mədəniyyəti, mədəni irsi haqqında ətraflı məlumat və bilik əldə etmək olur; 

 
20
5.
 
Varislikdən danışarkən onu da qeyd etmək lazımdır ki, mədəniyyətin incəsənət və elm kimi sahələrində varislik 
müxtəlif cür həyata keçirilir. İncəsənətdə  hər bir müəllif  əsərinə  nəticə verərək tamamlayır. Bu, rəsm, kitab, 
mahnı və s. ola bilər. Bunların hər biri ayrıca sənət nümunəsi olduğuna görə varislik özünəməxsus məzmun kəsb 
edir. Elm və texnikada isə, varislik bir başqa cür məzmuna malikdir. Məsələn, amerikalı alim Norbert Vinerin 
(1894-1964) hesablama texnikası haqqındakı  nəzəriyyəsi «kibernetika» adlı elmin yaranmasına səbəb oldu. 
Beləliklə, mədəniyyətdə varislik özünü bu formada da nümayiş etdirir. 
6.
 
Elm və incəsənətdə varisliyi fərqləndirən iki əsas məqam haqqında da danışmağa dəyər; elmdə edilən hər bir 
dövri kəşf özündən əvvəlkilər üzərində çevriliş xarakteri kəsb edir; incəsənət əsərləri isə, əbədi yaşardır. 
Mədəniyyətin hərəkətverici amili kimi varislik iki formada – pozitiv və neqativ formada mövcuddur. 
Pozitiv formanın mahiyyətini əvvəl yaradılmış mənəvi dəyərlərin qorunması təşkil edir: 2500 il əvvəl yaradılan 
Pifaqor teoremi, Mikelancelonun heykəltəraşlıq nümunələri və s. 
Lakin tərəqqi yalnız  əldə edilən nailiyyətlər üzərində deyil, həm də öz vaxtını keçirmiş, ötürmüş 
təcrübədən də yan keçmir. Bu da varisliyin mənfi formasını yaradır. 
Varisliklə  əlaqədar mədəniyyətin  əbədi problemlərindən biri də  ənənə  və novatorluq arasında  əlaqənin 
yaradılmasıdır.  Əslində varisliyin iki əsas tərəfi – ənənə  və novatorluq mövcuddur. Ənənə  və novatorluq 
arasında bərabərlik qorunur. Birincinin üstünlüyü konservatizmə, ikincinin üstünlüyü isə dağıdıcı nihilizmə 
gətirib çıxarır. 
İncəsənətdə ənənə və novatorluq məsələsi daha özünəməxsus məzmun kəsb edir. Ədəbiyyatda ənənə ilə 
novatorluq arasındakı mütənasibliyin qayəsini onun kommunikativlik funksiyası, rəngkarlıqda vizual-estetik, 
memarlıqda funksionallıq, musiqidə xüsusilə emosionallıq və s. təşkil edir. Əgər bu sənət nümayəndələrindən 
hər hansı biri öz ilkin təyinatını itirmişsə, deməli, onun bədiiliyindən danışmaq düzgün olmazdı. 
Varisliyin əsas aparıcı qüvvəsi nəsildir. Bu fikirdə əslində çox böyük elmi məna mövcuddur. Həqiqətən 
də, mədəniyyətin bir vəziyyətdən digərinə keçməsi birdən-birə baş verən hadisə deyil, o uzun tarixi bir prosesin 
nəticəsi hesab edilməlidir. Çünki mədəniyyətin yeni forma kəsb etməsi üçün cəmiyyətin strukturunda ciddi 
dəyişikliklərin olması qanunauyğundur. Bu dəyişikliklər isə, bir neçə  nəslin yaradıcılığının məhsuludur. 
Ümumiyyətlə «nəsil» anlayışı ümumi ideallar, məqsədlər uğrunda birləşən insan qruplarıdır. Tarix belə 
nəsillərlə zəngindir. Bu zaman sinfi, təbəqə, zümrə, professional və digər fərqlər arxa plana keçir. 
Aparılan hesablamalara görə «həyatın sahibləri» hesab edilən nəsillər hər 30 ildən bir yetişir. Gənc nəsil 
daim irəliyə can atır, daha doğrusu, ata-babaların qoyub getdiyi irsi daha da inkişaf etdirərək yeni-yeni cizgi və 
əlavələr edərək onu təkmilləşdirir. Bu da mədəniyyətin dinamikasının bir qanunauyğunluğudur. 
 
 
1.9. Mənəvi mədəniyyətin tərkib hissələri 
 
 
Mənəvi dəyər  əqli və  bədii fəaliyyətin növləri ilə  təzahür edir. Sözsüz ki, hər yaradıcılıq nümunəsini 
mənəvi dəyər kimi qiymətləndirmək düzgün olmazdı. Burada əsas meyar mədəni məhsulun ictimai əhəmiyyəti 
ilə ölçülür. Məsələn, adi qabiliyyətsiz rəssam tərəfindən təsvir olunan tablo və ya rəsmi sənət əsəri hesab etmək 
düzgün deyil. Ona görə  də  mədəniyyət xəzinəsinin mənəvi dəyərləri aşağıdakı  əlamətlərə görə özünün 
məzmununa və vüsətinə görə müəyyən olunur. 
Məzmununa görə mənəvi dəyərlər üç əsas sahəyə ayrılır: 1)elm; 2)mənəviyyat, əxlaq; 3)incəsənət. 
Elmi sərvətlər – milli və sinfi nəzərə alınmadan obyektiv insani biliklər sistemidir. Düzdür, sovet 
cəmiyyəti dövründə elmdə «burjua», «yalan, böhtançı» elmi mühazirələr adı altında fikirlər söylənilsə də, sonra-
lar tarixin axarında onlar aradan qaldırıldı. Bu məqamda rus yazıçısı, dramaturq A.P.Çexovun aşağıdakı qeydi 
məntiqə müvafiqdir; «Milli elm yoxdur, əgər varsa da, o, elm deyildir.» Lakin elmi dəyərlərin bir çoxlu 
məqamları da mövcuddur. Belə ki, insan əqli və zəkası ilə yaradılan elmi düsturlar, kəşflər, sonralar bəşəriyyətin 
məhvinə doğru yönəlir. Məsələn, atom bombasının hazırlanması buna çox aydın misaldır. 
Mənəvi-əxlaqi dəyərlər kəmiyyətcə elmi dəyərlərdən fərqlənir. Əgər elmin vəzifəsi mövcud reallıqları in-
sanlara öyrətmək, dərk etdirməkdirsə, mənəviyyatın vəzifəsi insanın digər insanlarla münasibətlərini 
aydınlaşdırmaq, təkmilləşdirməkdir. Bütün bunlar əxlaqi norma, adət və ənənələrdə, qanunlarda öz əksini tapır. 
Lakin məlum olduğu kimi, tarixin bəzi mərhələlərində qanun və adətlər, ənənələr əxlaqsız, mənəviyyatsız da ola 
bilər. 
Beləliklə, son nəticədə o münasibətlər əxlaqi cəhətdən düzgün hesab edilir ki, insan həyatında başlıca meyar 
rolunu oynasın. 
Bədii dəyərlər və  sənət dəyərləri – mənəvi fəaliyyətin o sahəsidir ki, burada insanın bütün psixi gücü - 
hissləri və əqli «çalışır». Hələ vaxtilə Kant söyləmişdir ki, incəsənət «maraq dairəsində olmayan zövqdür.» Məhz 
bu cəhətə görə incəsənət, elm, əxlaq, mənəviyyatdan fərqlənir.  İncəsənətin predmeti təkcə insanın zahiri aləmi, 
insanlarla münasibətlər deyil, həmçinin şəxsiyyətin daxili aləmidir. Bədii dəyərlərin yaradılması zamanı insan il-

 
21
ham və intuisiyaya tabe olur ki, elmi yaradıcılıqda bu bir o qədər də gərək deyil. Bədii dəyərlər, daha irrasional, 
etnik cəhətdən sərtləndirilmiş və öz yaradıcısı haqqında məlumat verən mədəniyyət sahəsidir. 
Elmi, mənəvi, bədii dəyərlərin qarşılıqlı  vəhdəti və nisbəti həqiqət, xeyirxahlıq və gözəllikdə  təzahür 
edərək, həm cəmiyyət, həm də fərdlərin həyatında müstəsnalıq təşkil edir. Orteqa- i – Qassetin söylədiyi məşhur 
kəlam dediklərimizə sübutdur: «Elm – insan problemlərinin həllinin birinci pilləsidir;  Əxlaq – ikincisidir. 
İncəsənət isə – ən gizli və müqəddəsliyə çatmaq cəhdidir». 
Mənəvi dəyərlərin yayılma dərəcələri öz təsnifatına görə ümumbəşəri, milli, sinfi-təbəqə, qrup-lokal, ailəvi, fərdi-
şəxsi ola bilər. 
Ümumbəşər dəyərlər – zaman, məkan çərçivəsində çox saylı insanlar tərəfindən qəbul edilməsi ilə 
xarakterizə olunur. Bu, qədim Misir mədəniyyəti, Fransa mədəniyyəti, Azərbaycan mədəniyyəti incilərinin xal-
qlar tərəfindən dərkinə də aiddir. Buraya əsil, həqiqi yaşayış həqiqətləri, dünya mədəniyyəti inciləri, əxlaqın ən 
möhkəm normaları – böyüklərə hörmət və  məhəbbət, doğruçuluq, təbiətə  məhəbbət, qadınla kişi arasında 
məhəbbət, gözəlliyə  cəhd və s. aiddir. Bir çox əxlaqi, mənəvi qanunlar dünya dinlərində öz əksini tapır. Bu 
qanunların bir çoxu isə,  əsil insani hüquqlarda təzahür olunur. Tanınmış beynəlxalq təşkilatlar – BMT, Yu-
nesko, Yunisef öz, fəaliyyətində, məhz bu qanunlara əsaslanır. Bu təşkilatlar öz fəaliyyətlərini təkcə ayrılıqda 
götürülmüş ölkə, xalq, sosial qruplar adından deyil, dünyəvi əməkdaşlıqdan çıxış edərək qururlar. 
Milli dəyərlər isə, hər bir xalqın, ayrıca götürümlüş  şəxsin həyatında başlıca yer tutur. Ümumbəşəri 
dəyərlərdən fərqli olaraq milli dəyərlər daha konkret və maddiləşmiş formada olur. Məsələn, «Çənlibel» məkanından 
söhbət edərkən Koroğlu və Azərbaycanın tarixi keçmişi yada düşür. Yaxud «Qız qalası» abidəsi hər kəsi Bakı şəhəri, 
Xəzər dənizi haqqında düşünməyə vadar edir. 
Beləliklə, milli dəyərlər bu və ya digər xalqın mədəniyyətində təcəssüm tapan amillərdir. 
Sinfi təbəqənin dəyərləri, ayrı-ayrı sinif və sosial qrup, təbəqələrin maraqları ilə bağlıdır. Məsələn, Sovet 
hakimiyyəti fəhlə  və  kəndli siniflərinin dövləti hesab edildiyindən mədəniyyət və incəsənəti də, məhz bu 
təbəqənin adı ilə bağlamaq daha vacib və zəruri qəbul edilirdi. Onun əsas ideyaları «istismarçı» siniflərə nifrət, 
fiziki əməyin daha çox vəsfi, kollektivçilik və ya sosializm ideyalarına yad hesab edilən əvvəlki mədəniyyətlərə 
ögey münasibət təşkil edirdi. Lokal qrup dəyərləri isə, insanların yaşayış məkanına, yaşına müvafiq qrupların 
birləşməsi nəticəsində birgə yaradılan dəyərlərdir. Bunlara, xüsusilə, müxtəlif tipli sekta, birlik, kasta və s. aid 
edilir. Dəyərlərin bu qrupu gənclər, yeniyetmələr arasında daha üstünlük təşkil edir. 
Cəmiyyətin əsas birlik forması kimi, ailə və onun dəyərləri də vacib şərtdir. Ailə dəyərlərinin nəsildən-
nəslə ötürülməsi bu mənada ən başlıca mədəni hadisələrdən birini təşkil edir. Ailə  dəyərlərinə əxlaqi, profes-
sional, bədii və hətta sırf məişət ənənələrini də aid etmək olar. 
Fərdi-şəxsi dəyərlərə isə, ayrıca götürülmüş insanın ideya və  əşyaları aid edilir. Bu dəyərlər fərdi 
yaradıcılığın məhsulu ola bilər. 
Mədəni dəyərlərin təsnifatının  şərhindən onların iki əsas xüsusiyyəti nəzərə çarpır: özünün nisbiliyi və 
mütəhərrikliyi. 
Mədəni dəyərlərin nisbiliyi müxtəlif insan qruplarının həmin dəyərləri dərketməsi və 
qiymətləndirilməsində təzahür edir. 
Mədəni dəyərlərin mütəhərrikliyi isə, bir səviyyənin digərinə keçməsi və  əvəz olunması prosesi kimi 
qiymətləndirilir. 
Bədii mədəniyyət.  İnsanın mədəni fəaliyyətindən danışarkən, ilk növbədə, məhz «bədii mədəniyyət» 
haqqında düşünülür. Bədii mədəniyyət özündə  bədii istehsal, bədii tələbat, bədii dəyərləri cəmləşdirir ki, bu, 
«incəsənət» anlayışının əsas məqamlarıdır. «İncəsənət» anlayışı çoxcəhətli olub, insanın estetik şüurunun tarixi 
təkamülünü təşkil edir. Mədəniyyətin inkişafında incəsənət ayrıca bir sahə kimi təcrid olunaraq xüsusi inkişaf 
yolu keçmişdir. «İncəsənət həyatın bədii obrazlarla inikasıdır», - desək, heç də yanılmarıq. Hegel estetikasında 
incəsənətin tərifi «obrazlarla təfəkkür» kimi dəyərləndirilir. Lakin təfəkkürün obrazlarla ifadəsi sözdə, musiqidə, 
səsdə, daşda, bədən hərəkətlərində maddiləşəndə incəsənəti formalaşdırır. 
Çox zaman «obraz» anlayışını hər hansı bir əsərin ayrıca bir hissəsi, element kimi qəbul edirlər. Məsələn, 
ədəbiyyatda personaj, obrazı, rəngkarlıqda əşyanın təsviri və s. – bunların hər biri ayrı-ayrılıqda obrazdır. Lakin 
daha geniş mənada bədii obraz – əsərin mövcudluq vasitəsidir. XX əsrdə bədii obraz kateqoriyasına qarşı çıxış 
edən formalistlərin (Q.Velflin) ideyalarına baxmayaraq müasir estetika yenə  də bu kateqoriyanı  zəruri hesab 
edir. 
İncəsənət bütün digər mürəkkəb dinamik sistemlər kimi səyyar fəaliyyətli struktura malikdir. Klassik este-
tika incəsənəti növlərə bölərək hər birinin zahiri formalarına görə xüsusiyyətlərini müəyyən edir. Bu mənada 
incəsənəti mövcudluq formasına görə üç sahəyə – məkana görə (rəngkarlıq, qrafika, heykəltəraşlıq, memarlıq, 
tətbiqi incəsənət); zamana görə (ədəbiyyat, musiqi) və məkan-zamana görə (rəqs, teatr, kino və s.) bölürlər. 
Bununla yanaşı, incəsənət növləri həm də janrlara bölünür. Ədəbiyyat ənənəvi olaraq epos, lirika və dra-
ma ayrılır. İncəsənət əsərlərinin məzmunu həyat reallıqlarının konkrekt sahələrindən yaranır. Beləliklə, janrlar 
təşəkkül tapır: tarixi, elmi-fantastik, detektiv, peyzaj, natürmort, portret və s. Bədii mədəniyyət aləminə profes-

 
22
sional yaradıcılıqla yanaşı, folklor və tətbiqi sənət də daxildir. Xalq tətbiqi sənəti əsərlərinin spesifikası ondan 
ibarətdir ki, onlar həyatımıza, məişətimizə daxil olub, onu təşkil edir. 
İncəsənət insana əlavə həyat təcrübəsi verərək cəmiyyət üçün yararlı norma və dəyərlərin tətbiqinə kömək 
edir. Mədəniyyətin bu sahəsi, həm də psixi proseslərin stimulu kimi çıxış edir. Musiqi, rəng və ritmin köməkliyi 
ilə insanda mühüm psixoloji vəziyyət formalaşdırmaq mümkündür. 
Rəssam hamının bildiyi həqiqət, hamının qəbul etdiyi və başa düşdüyü məzmunda deyil, özünün dərk et-
diyi, «gördüyü» şəkildə yaradır. Onu da qeyd etmək lazımdır ki, hər  əsər də «möhtəşəmlik» səviyyəsinə 
qalxmır. Bunun üçün rəssam həqiqəti novatorcasına tərənnüm etməlidir. 
İncəsənət insanın ümumi və universal qabiliyyətini inkişaf etdirərək ətraf aləmin hissi qavrayışla dərkində çox 
böyük rol oynayır. Bu qabiliyyət inkişaf edərək insanın digər fəaliyyət sahələrində – elmdə, siyasətdə, məişətdə, 
əməkdə reallaşmasını təmin edir. 
İncəsənət nümunələrini yaratmaq üçün gözəlliyi görmək, hiss etməyi bacarmaq zəruridir. Bu, estetik 
qavrayışdır. İncəsənət əsəri ilə ünsuyyət isə maraqlı səyahətlərdən biridir. Bu mənada sənət əsərini dərk etmək, 
başa düşərək anlamaq müasir tamaşaçıdan estetik bilik tələb edir. 
 
1.10. Estetik mədəniyyətin tarixi və kulturoloci aspektləri 
 
 
Qloballaşma  şəraitində etsteik mədəniyyət getdikjə daha böyük əhəmiyyət kəsb edir. Estetik- 
mədəniyyətin spesifikası və funksiyası onun subyektin dünyaya münasibətinin azad özünüifadə etməsi sahəsi ilə 
bağlıdır. Deməli, estetik mədəniyyət insanın hər bir predmet üçün onun öz növünün ölçüsünü tapmaq və tətbiq 
etmək və beləliklə də şeyin bütövlükdə bütün dünyaya nəzərən spesifik dəyərini aşkara çıxarmaq qabiliyyətində 
təzahür edir. 
Estetik mədəniyyət estetik düşünjələrin məhsuludur. Estetik düşünjə təkjə maddi baza əsasında yox, həm 
də ijma kollektivlərinin mənəvi həyatı əsasında yaranır. Bir sözlə, estetik düşünjə bu və ya digər formasiyada 
ijtimai həyatın ən yüksək mənəvi forması kimi çıxış edir və həm də bu həyatın məzmununu bütövlüyü ilə ifadə 
edir. Məhz buna görə də estetik mədəniyyətdə ijtimai, siyasi, əxlaqi və dini görüşlər, təbiətin dərki, ətraf mühitə 
münasibət kimi çoxjəhətli mənəvi keyfiyyətlər birləşir. Deməli, estetik mədəniyyət insan və dünya, insan və 
insan və  nəhayət insan və  jəmiyyət arasınadkı köklü münasibətləri birləşdirən mənəvi inkişafın zərurətindən 
doğan ijtimai şüur formasıdır. 
Dünyanın, maddi aləmin insan düşünjəsində estetik şəkildə əks olunmasını yaradan səbəb nədir? Bu tələb 
hər şeydən əvvəl, insan mənəviyyatının mövjudluq zərurətidir. İnsan yaradıjıdır. O, gördüyün təkjə olduğu kimi 
görmür, onu yenidən yaradır; ona özünəməxsus duyğu  əlvanlığı, emosional çalarlılıq, fikir zənginliyi verir; 
hadisəni, predmeti öz mənəvi aləminin daşıyıjısına çevirir. Deməli, estetik tələbat ijtimai varlığın dünyanın 
mürəkkəbliyi və sadəliyi ilə birilkdə qavramaq, anlamaq, duymaq və  dərk etmək qabiliyyətinin imkanından 
doğur və onu şərtləndirir. Bu tələb nejə formalaşır və özünü insan jəmiyyətinin başlanğıjından hansı şəkildə es-
tetik düşünjənin obyektinə çevrilə bilər? Gerçəkliyin dərk edilməsi gözəllik qanunları  əsasında baş verir. Bu 
zaman isə hər şey gözəllik obyektinə çevrilir. 
XX əsrin 70-80-jı illərində sovet fəlsəfi və estetik ədəbiyyatında «estetik mədəniyyət» anlayışı jəmiyyətə, 
onun müxtəlif sahələrinə eləjə  də ayrı- ayrı fərdlərə aid işlənilməsi geniş surətdə populyarlaşmışdı. Lakin, bu 
anlayış heç də həmişə bir mənalı işlənilmədiyindən çoxsaylı mübahisələrin predmetinə çevrilmişdir. 
Bu o deməkdir ki, həm mədəniyyətşünaslar, həm də estetiklər arasında gözəllik və s. kateqoriyalara 
münasibətdə yekdil fikir hələ də formalaşmışdır.
1
  
Gözəllik haqqında çoxlu nəzəriyyələr olmuşdur. Bir qisim nəzəriyyəçilər iddia etmişlər ki, həqiqi aləmdə 
gözəllik yoxdur və gözəllik haqqında fikirlər, mülahizələr anadangəlmə, yaxud yuxarıdan təlqin edilən bir 
şeydir. Digər qismi nəzəriyyəçilər təbiətdəki gözəlliyi ilahi ruhun inikası hesab etmişlər. Üçünjü qisim 
nəzəriyyəçilər belə  fərz etmişlər ki, gözəllik guya insandan asılı olmayaraq yaşayan və insan üçün görünməz 
olan əbədi ideyalardan ibarətdir.
2
 Bunlardan ən əhəmiyyətlisi N.Q.Çernışevskinin nəzəriyyəsi olmuşdur. Onun 
belə bir tərifi çox məşhurdur. Gözəllik bizim təsəvvür etdiyimiz həyatdır; o əşya gözəldir ki, o özündə həyatı 
əks etdirir və ya bizə həyatı xatırladır.
3
 
Bütövlükdə, estetik mədəniyyət dedikdə, jəmiyyətin mədəniyyətinin estetik fəaliyyət vasitəsilə 
əlaqələndirilən estetik münasibətləri və sərvətlər sistemini əhatə edən hissəsi nəzərdə tutulur.  
Jəmiyyətin mədəniyyətinin tərkibində müəyyən jəhətləri ayırmağa  əsas verən, onun təjrid olunmasını 
labüd edən bu sistemin xüsusiyyətlərinin fərqi nədir? 
                                                           
1
 Пирадов А.В.Эстетическая культура личности, Ленинград, 1978, с.6. 
2
 Смолйанинов И.Ф. Инсан эюзяллийи, Б., 1964, с.8. 
3
 Чернышевски Н.Г. Сянятин варлыьа естетик мцнасибятляри, Б., 1956, с.23-24. 

 
23
Əslində, o idrak prosedurasını həyata keçirməyə imkan verən metodoloci əsas və izahediji prinsip, ijtimai 
praktikanın, insan fəaliyyətinin, jəmiyyətin həyatının əsası kimi qəbul edilməsi qətiyyən şübhə doğurmamalıdır. 
Çünki, insan fəaliyyətinin spesifikasını müəyyənləşdirərkən tədqiqatçılar qeyd edirdilər ki, heyvanların  ətraf 
mühitə birbaşa reaksiyasından fərqli olaraq insan öz praktik fəaliyyətində  təbiətə  təsir göstərərək  şüurlu 
məqsədini elə həyata keçirir ki, «əmək prosesinin sonunda alınan nətijə bu prosesin əvvəlində insanın təsəvvür 
etdiyi kimi, yəni ideal olur».

Deməli, insanın  əməyi onun həyat fəaliyyətinin  əsas forması kimi, əvvəljədən 
qoyulmuş məqsəd vasitəsilə stimullaşdırılır, ifadə olunur, tənzimlənir və həmin qaydada davam edir. O məqsəd 
isə  fəaliyyətin gələjək nətijəsinin və onun strategiyasının ideal modeli sayıla bilər. Haqqında söhbət gedilən 
ideal modelin səmərəli olması üçün fərdin  şüuru müəyyən xassələrə malik olmalıdır. Həmin xassələr ijtimai 
praktikada yaranır və fərdin şüur strukturunda və jəmiyyətin mədəniyyətində təsbit edilir. Məsələn, şüurun prak-
tik fəaliyyətinin məqsədini qabaqjadan əks və ehtimal etmək funksiyalarını səmərəli yerinə yetirməsi üçün bu 
ehtimal bajarığının özünün inkişaf etdirilməsi vajibdir. Yalnız yaradıjı fəallığa, seçijiliyə, plastikliyə malik şüur 
arzu olunan məqsədin ideal nümunəsini təsəvvürə gətirmək, habelə həmin ehtimal olunan imkanların həyata ke-
çirilməsi şəklində hazır olana dərhal tam qiymət vermək hazırlığını və qabiliyyətini təmin edir. 
Belə bir tələbata bir növ javab olaraq estetik fəaliyyət və onun mənəvi- predmet təjəssümü (folklorda, 
injəsənətdə, arxitekturada, dizaynda və s.) başlayır, onun texnologiyası və mədəniyyət dəyərləri jəmiyyətin bədii 
mədəniyyətində  təsbit olunur. Bütün bunlar eyni zaman kəsiyində insanın gerçəkliyə estetik münasibətini 
müəyyənləşdirən estetik fəaliyyətin daxili planı kimi mükəmməl bir vəziyyətdə olur.  
İnsanın estetik qabiliyyəti jəmiyyətlə birlikdə doğlur və inkişaf edir. İbtidai ijma dövründə bu qabiliyyətin 
artmasına və inkişafına təbiətin özü güjlü təkan vermişdir. Təbiət çoxjəhətlidir, bu da özünü təbiət hadisələrində 
aşkar edir. Təbiət gözəlliyi: simmetriya, harmoniya, ahəngdarlıq, kiçiklə böyük arasındakı ölçülülük və s. ibtidai 
ijma dövrünün sənətkarları  tərəfindən genişliyi və  dərinliyi ilə qavranılıb təsvir olunmuşdur. Azərbayjan 
ərazisində aşkar edilmiş qədim yaşayış məskənlərindəki qayaüstü və mağara rəsmlərində insanlardakı gözəlliyi 
qavramaq və istifadə etmək qabiliyyətinin estteik düşünjə səviyyəsinə çatdığının şahidi oluruq. İnsan artıq este-
tika obyekti olduğu kimi, bütün reallığı və çoxjəhətliyi ilə birlikdə təsdiq etməyi bajarır. 
Təbiətdə gözəllik (bilavasitədir) onun özündədir, yəni birbaşadır. Bu gözəlliyi insan duyğusu, anladığı 
zamandan o onun şüurunun məzmununa çevrilir. Məhz buna görə  də insanın estetik düşünjəsi təbiət 
hadisələrinin dərki ilə başlayır. İbtidai insanın dünyaya, reallığa münasibəti sinkretik xarakterdədir. Buna görə 
də ibtidai insanın düşünjəsində hələ məntiqi olanla hissi olanın, dini, etik və estetik olan ayrılmır, bütövlükdə 
mövjuddur. Buna baxmayaraq, bu sinkretlikdə, biz düşünjənin elə jəhətlərini aşkarlayırıq ki, həmin jəhətlər em-
brional şəkildə ijtimai şüurun bu və ya digər formasında özünün sosial inkişafını tapır. 
Sosialist ideologiyası estetik mədəniyyəti  əməklə qoşa işlədirdilər. Lakin elə  həmin dövrdə  əmək 
anlayışına münasibətdə fərqli çıxış edənlər də tapılırdı. Onlardan biri də Çingiz Aytmatov olmuşdur. O, «Gün 
var  əsrə  bərabər» romanının «Müəllifdən» hissəsində yazırdı: «Bu məlum həqiqətdir ki, insan şəxsiyyətinin 
qiyməti- onun əməyə münasibəti, zəhmətsevərliyi ilə ölçülür… Onu da qeyd etməliyəm ki, «zəhmət adamı» 
deyəndə mən bu anlayışı «təbiətən sadə adam», yalnız jan- başla yer şumladığı və ya mal- qara otardığı üçün 
mütləqləşdirmək fikrindən uzağam. Mənjə,  əbədi və  dəyişkən həyatla üz- üzə  gələn zəhmət adamının nə 
dərəjədə  şəxsiyyət olması, mənəvi aləminin nə  dərəjədə  zənginliyi dövrünün əsas xüsusiyyətlərinin onda nə 
dərəjədə  jəmləşdiyi ilə ölçülməlidir.
2
 Deməli, estetik mədəniyyət özünün spesifikası ilə  fərqlənən 
mədəniyyətdir. 
İdrakın kamil inkişafında elmi düşünjə və estetik qavrayış özünün xarakterik xüsusiyyətlərini saxlasa da 
idrak fəaliyyətinin başlanğıjında ijtimai düşünjənin ayrılmaz qaynağı kimi meydana çıxır. Elmi düşünjənin 
xüsusiliyi və ən ümumi jəhətləri nədədir? 
Elmi düşünjə təbiətin, insanın, ijtimai həyatın hadisələrin mahiyyətini jiddi elmi dəlillərlə aşkarlayır, izah 
edir. Buna görə  də elmi düşünjədə idrakın hissi bilavasitəliyi kənar edilir. Elmi düşünjə gerçəkliyin anlayış, 
mühakimə və hökmlərlə aşkarlanmasıdır. Bu jür düşünjə abstrakt- məntiqi xarakter daşıyır. 
Gerçəkliyin estetik dərki zamanı, təkjə hadisə  və predmetlərin daxili mənası  və xassəsi yox, həm də 
görümü, yəni hissi- emosional qavrayışın tələblərinə javab verən konkret müəyyənliyi də vajibdir. Deməli, este-
tik dərk obyekti özünə bəslənilən hissi- emosional vurğunluqdan obyektin subyektlə yaratdığı hiss, duyğu, hə-
yəjandan ayrı deyildir. Elmi düşünjədə bu jür emosional gərginlik əsaslı rol oynamır. Buna baxmayaraq, onu da 
qeyd etmək lazımdır ki, insanın dünyaya çeşidli münasibətində, həm də elmi düşünjəsində estetik- bədii 
fəaliyyətin yaradıjılıq elementləri çox güjlüdür. 
Estetik mədəniyyətin xüsusiyyəti onun əsasını  təşkil edən estetik fəaliyyətin özünəməxsusluğu ilə seçilir. 
Estetik fəaliyyət maddi- mənəvi xarakterə malik olur. Onun predmeti gerçəkliyin bilavasitə dərk və ya təsəvvür 
edilə bilən hər hansı bir obyekti, məsələn estetik informasiya daxil edilmiş bədii dəyərlər və ya bədii əsərlər, uti-
litar təyinatlı  məhsulların estetik dəyəri ilə müşayiət edilən məqsədyönlü fəaliyyət məhsulları, insan əli ilə 
                                                           
1
 Маркс К., Енгельс Ф. Сочинение, т.23, с.189 
2
 Айтматов Ч. Эцн вар ясря бярабяр. Б., 1987, с.13. 

 
24
dəyişdirildiyi üçün təbii halından çıxmış və estetik mədəniyyət kontekstinə daxil edilmiş təbiət hadisələri ola bilər. 
Estetik jəhətdən neytral olan, dəyəri fəaliyyət prosesində aktuallaşıdırlan yaxud təsbit edilən halların da estetik 
fəaliyyəti predmeti olması tamamilə ağlabatandır. 
Estetik fəaliyyətin xüsusi maraq sahəsi həmişə insan aləmi olmuş, indi də insan aləmidir. Ona ijtimai- ta-
rixi proses, adamların ijtimai həyatı, onların sosial davranışı  və  mənəvi aləmi aiddir. Dünya mədəniyyəti və 
injəsənəti göstərir ki, elə bir təbiət və ya sosial gerçəklik halı yoxdur ki, o, öz təbiəti etibarı ilə estetik fəaliyyətin 
predmeti kimi çıxış etməsin. Səməd Vurğun Fizuli poeziyasına marağının genişliyindən heyranlıqla danışmışdır. 
Fizuli qəzəlləri elə bir dünyadır ki, ondan doymaq olmaz: 
 

Yüklə 4,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin