Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə


VI.23.2. Məktəb yaşı dövründə şəxsiyyətin forma­laşmasının psixoloji şərtləri



Yüklə 1,29 Mb.
səhifə225/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   221   222   223   224   225   226   227   228   ...   297
psix

VI.23.2. Məktəb yaşı dövründə şəxsiyyətin forma­laşmasının psixoloji şərtləri


Tərbiyədən söhbət açarkən biz birinci növbədə məktəbli şəxsiyyətinin formalaşması haqqında dü­şünürük. Başqa sözlə, məktəbin və müəllimin imkan­ları dairəsində, şəxsiyyətin formalaşması peda­qoji psixologiyada ən zəruri məsələ kimi qarşıda durur. Hələ məktəb yaşının ilk günlərindən tərbiyə işinin düzgün qurulmaması, pedaqoji baxımsızlı­ğın hökm sürməsi şagird şəxsiyyətində arzu olun­mayan keyfiyyətlərin formalaşmasına gətirib çıxa­rır. Bu cür mənfi keyfiyyətləri aradan qaldırmaq isə yenidəntərbiyə işi tələb edir ki, bu da əvvəl­cədən yeni keyfiyyətləri for­ma­laşdırmaqdan qat-qat çətindir.
Hər şeydən əvvəl nəzərə almaq lazımdır ki, tərbiyə böyüməkdə olan nəslin şəxsiyyətinin forma­laşması prosesinin idarə olunmasından ibarətdir. Ona görə də bu proses özünün xüsusi psixoloji mexa­nizminə malikdir. Bu mexanizmi nəzərə almadan tər­biyə işində müvəffəqiyyət qazanılacağı barədə dü­şünmək olmaz. Burada birinci növbədə tərbiyə prose­sinin mahiyyətini təşkil edən və psixoloji nöqteyi-nəzərdən bir-birilə bağlı olan aşağıdakı cəhətlə­rə diqqət yetirmək lazım gəlir: tərbiyə olunan və tərbiyə edənin xüsusiyyətləri, onların qarşılıqlı müna­sibətləri, tərbiyənin məqsədi, tərbiyə prose­sində istifadə olunan yollar. Məhz buna görə də tərbiyə prosesini düzgün idarə edə bilmək üçün hə­min cəhətlərin hər birinin xüsusiyyəti nəzərə alın­malıdır. Yalnız bu zaman tərbiyə prosesində şəx­siyyətin tələbatları, maraq və meylləri, dünyagörüşü, əqidə və idealları, qabiliyyət və xarakteri lazımi şəkildə formalaşdırıla bilər.
Tərbiyə prosesində biz daima inkişaf edən, keyfiy­yətcə dəyişən uşaqlarla işləməli oluruq. Tərbiyə olunan həmin uşaqlar özlərinin şəxsiyyət­lərinin psixoloji xüsusiy­yətlərinə, tələbat və mo­tivlərinə görə bir-birlərindən fərqlənirlər. Ayrı-ayrı yaş dövrlərində bu fərqlər müxtə­­­lifləşir və özünəməxsus tərbiyəvi iş tələb edir. Ona görə də tər­biyə prosesində müvəffəqiyyət qazanmaq üçün birinci növbədə tərbiyə olunanların yaş və fərdi xüsusiy­yətlərini öyrənmək və nəzərə almaq lazımdır.
Psixoloji tədqiqatlar göstərmişdir ki, şa­gird şəxsiy­yətinin təşəkkülündə həlledici yeri tək­cə onun fəaliyyətinin düzgün təşkili, şagirdin əx­laqi davranış təcrübələri topla­ması tutmur, eyni zamanda burada düzgün əxlaqi davranış motivlərinin tərbiyə edilməsi də mühüm rol oynayır. Bu baxımdan şagirdlərin tələbat sahəsinin öyrənilməsi mühüm əhəmiyyətə malikdir. Çox vaxt şagirdin davranışın­dakı bu və ya digər cəhət onun tələbatı ilə bağlı olur. Bir motiv kimi tələbatlar şagirdin davranı­şını şərtləndirir. Buradan tərbiyə prosesində psi­xoloji cəhətdən diqqəti cəlb edən və nəzərə alın­ması zəruri olan bir tələb-şagirdin davranışına qiymət verərkən onun motivini müəyyən­ləşdirmək tələbi meydana çıxır. Psixoloji tədqi­­qatlar sübut etmişdir ki, motivdən asılı olaraq eyni fəaliyyət nəticəsində şagirdlərdə müxtəlif əxlaqi keyfiyyət­lər for­malaşa bilər.
Bu cəhəti nəzərə alaraq psixoloji ədəbiyyatda belə bir müddəa irəli sürülür ki, tərbiyə işində başlıca cəhət düzgün davranış motivlərinin yaran­masına, əməli işdə əsas tutulmasına və bütün oxşar situasiyalarda şagirdin eyni dərəcədə əxlaqi davran­masına nail olmaqdır.
Tərbiyə prosesində müvəffəqiyyət qazanmaq üçün tərbiyəvi tədbirin tətbiq edildiyi konkret şəraitin nəzərə alınması da həlledici əhəmiyyətə malikdir. Adətən, konkret şərait nəzərə alınmadan tətbiq olu­nan şablon tərbiyəvi tədbir istənilən nəticəni ver­mir, bəzən hətta mənfi təsir göstərir. Tərbiyəvi tədbir o zaman daha səmərəli rol oynayır ki, burada müəllimin pedaqoji təxəyyülü iştirak etsin. Belə olduqda müəllim konkret şəraitdən asılı olaraq tətbiq etdiyi tədbirin nə kimi nəticə verəcəyini qa­baqcadan görə bilir. Ona görə də daha səmərəli, şəraitə daha uyğun tərbiyəvi tədbirin həyata keçi­rilməsi mümkün olur.
Bununla əlaqədar olaraq tərbiyə işini düzgün təşkil etmək üçün “İnkişafın sosial şəraitinin” (L.S.Vıqotski) nəzərə alınması da zəruridir. Bunun üçün tərbiyəçi birinci növbədə öz şagirdlərinin inkişafının sosial şəraitini aşkara çıxarmalı, tərbiyə işini ona uyğunlaşdırmalıdır.
Tərbiyəçi uşağın inkişafının sosial şərai­tini öyrənmək üçün ilk növbədə onun yaşadığı obyek­tiv şəraitlər sistemini, digər tərəfdən onun həmin şəraitə münasibətinin xarakterini aşkara çıxar­malı və təhlil etməlidir. Bu ona görə zəruridir ki, həyat şəraiti şagird şəxsiyyətinin formalaşma­sını bilavasitə, avtomatik olaraq birbaşa təyin et­mir, o, uşağın həmin şəraitdə hansı qarşılıqlı münasibətdə, qarşılıqlı təsir prosesində olma­sından asılıdır.
Tərbiyə prosesinin müvəffəqiyyətlə yerinə ye­tirilməsində mühüm rol oynayan amillərdən biri də tərbiyənin məqsədinin düzgün müəyyənləşdirilməsin­dən ibarətdir. Tərbiyəçi son nəticədə nəyə nail olacağını aydın dərk etmədən, başqa sözlə qarşısına konkret məqsəd qoymadan yük­sək müvəffəqiyyətə nail ola bilməz. Məqsəd aydın olduqda isə onun həyata keçirilməsi üçün səmərəli tərbiyəvi tədbirlərin seçilməsi və tətbiqi də mümkün olur.
Tərbiyə prosesində nəzərə alınması zəruri olan cəhətlərdən biri də həmin prosesin tərbiyə olu­nanın fəa­liyyəti ilə əlaqələndirilməsindən ibarət­dir. Hər bir yaş dövründə o dövr üçün əsas olan fəaliyyət növünə istinad etməklə həmin fəaliyyət prosesində müvafiq tərbiyəvi iş aparmaq mümkündür. İstər oyun, istər təlim, istərsə də əmək fəaliyyəti elə təşkil edilməlidir ki, şəxsiyyətin forma­laş­masına, onda müsbət keyfiyyətlərin tərbiyə olun­ma­sına gətirib çıxarsın.

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   221   222   223   224   225   226   227   228   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin