Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 1,29 Mb.
səhifə241/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   237   238   239   240   241   242   243   244   ...   297
psix

Təlim fəaliyyətinin strukturu. İnsan təlimin köməyi ilə bəşəriyyətin təcrübəsinə yiyələnir. Bu təcrübəni öyrən­mədən onun həyatda baş çıxarması mümkün deyildir. Həmin təcrübənin öyrənilməsinin, mənimsənilməsinin baş­lıca yolu isə təlimdir. Ona görə də öyrənmənin strukturunu bilmədən, bu struk­turu nəzərə almadan təlim fəaliyyətini təşkil etmək də çətinləşərdi. Öyrənmənin, təlimin psixo­loji strukturuna aşağıdakı komponentləri daxil etmək müm­kündür: İdrak tələbatları, təlim motiv­ləri ­­təlim məqsəd­ləri və vəzifələri, tədris işləri, özünənəza­­rətə keçən nəzarət, özünüqiymətləndirməyə keçən qiy­mətləndirmə.
Tədris işləri də müxtəlif olur. Buraya təh­rikedici (icraedici), proqram-məqsədli, fəal əməliy­yatlı, nəzarət-tənzimedici (qiymətləndirici, yoxla­yıcı, təshihedici) işləri aid etmək olar.
Ümumiyyətlə, psixoloji tədqiqatlar əsasında əldə edil­miş faktlar belə bir cəhəti əsaslandırmağa imkan verir ki, idrak tələbatlarının ödənilməsi insanın normal şəkildə inkişafı üçün zəruri şərtdir. Eyni cəhət insanın öyrən­məsinə, təlim fəaliyyə­tinə də aiddir. Öyrənmə məhz insanın idrak tələbat­larından başladıqda onun fəallığını təmin edən əsas amilə, motivə çevrilir. Yuxarıda qeyd etdiyimiz kimi, vasitəsiz motiv olan idrak motivləri ilə yanaşı, vasitəli motivlər də şagirdi öyrənməyə təhrik edir. Bu mənada təlimin motivləşməsi, motivasiya sahə­sinin yaranması mühüm əhəmiyyətə malikdir. Təlim motivləri barədə sonrakı bölmədə qeyd olunduğuna görə burada həmin məsələni geniş şərh etmirik.
Öyrənmənin strukturunda təlim məqsədlərivəzifələrinin də özünəməxsus yeri və rolu vardır. Məhz bu cəhət öyrənmənin təlim xarakteri daşıma­sına imkan verir. Başqa sözlə, öyrənmə planlı, müəy­yən məqsəd və vəzifələri yerinə yetirəcək şəkil al­dıqda təlimə çevrilir, bilik bacarıq və vərdişlə­rin mənimsənilməsinə gətirib çıxarır. Deməli, təlim fəaliyyətinin məqsədi müvafiq bilik, bacarıq və vərdişlərin əldə edilməsindən ibarətdir. Lakin əgər şagirddə həmin bilik, bacarıq və vərdişlərə yiyələnmək tələbatı yoxdursa həmin məqsədə nail olması mümkün deyildir.
Nəhayət, qeyd etdiyimiz kimi, öyrənmənin məqsəd və vəzifələrini həyata keçirməyə imkan verən tədris işləri də onun strukturunda əsas yerlərdən birini tutur. Bu cür işlərə, birinci növbədə, icraedici (təhrikedici) işlər daxildir. Öyrənən adam həmin tədris işlərindən istifadə etmədən müvafiq bilik, bacarıq və vərdişlərə yiyələnə bilməz. Bu cür işlər insanı fəaliyyətə yönəldən işlərdir. Ona görə də burada öyrənmənin motivləri öz təsirini göstərir. Proqram məqsədli işlərə gəldikdə, bu cür tədris iş­ləri proqram tələblərini ödəməklə bağlı olan şifa­hi və yazılı çalış­malardan, laborator işlərindən və s. ibarət olur. Fəal-əməliyyatlı tədris işləri şagirdlərin fikri fəaliyyətini fəallaşdırmağa yönəldilən, onlarda idrak fəallığı yaradan işlər­dir. Bu cür tədris işləri şagirdlərin əqli inki­şafına təkan verir, onları sadəcə reproduktivlik­dən uzaqlaşdırır. Onlar oxuduqlarını yadda saxla­yıb, yada salmaqla kifayətlənmir, eyni zamanda həmin materialı dərk edir, anlayırlar.
Təlimin strukturuna daxil olan nəzarət-tən­zimedici tədris işlərinin də rolu böyükdür. Bu iş­lər əsasən qiymətləndirici, yoxlayıcı və təshihedici xarakter daşıyır. Bunların köməyi ilə şagirdlərin təlim fəaliyyətini idarə etmək mümkün olur. Burada xüsusilə özününəzarətə keçən nəzarətin və özünüqiymətləndirməyə keçən qiymətlən­dirmənin rolu böyükdür.

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   237   238   239   240   241   242   243   244   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin