Dilsuz dünyamaliyev hiKMƏT ÇƏLƏNGİ


VƏTƏN HƏR ŞEYDƏN ŞİRİNDİR



Yüklə 82,08 Kb.
səhifə44/57
tarix02.01.2022
ölçüsü82,08 Kb.
#43477
1   ...   40   41   42   43   44   45   46   47   ...   57
2.Hikmet Çelengi Oxumaq üçun-Matr-i

VƏTƏN HƏR ŞEYDƏN ŞİRİNDİR

Rəvayətə görə, Qarabağ xanlığı ilə İran arasmda

etibar qazanılmasma, inamsızlığın aradan qaldırılmasından

ötəri Qarabağ xanmm qənirsiz gözəiliyə, ədəb-ərkana

malik şasr təbiətli qızı Ağabəyim xanımı Fətəll şaha ərə

verirlər. Bir növ məcburi şahm hərəmxanasmdakı üç

yüzdən artıq qadmın içərisinə atırlar. Bədbəxt Ağabəyim

xanımm gözyaşlarını heç klm quruda bilmir. Baxmayaıaq

ki, Fətəli şah onu baş hərəm təyin edir, onaolmazm qayğı

göstərir, yenə Ağabəyim xanım Qarabağı, gözəlliyə bələnmiş

Şuşa dağlannı heç vaxt yaddan çıxara bilmir.

Şah onun xatirini çox istəyirdi. Bunu Ağabəyim

Xemım hiss edirdi. Bir gün söhbət zamanı şaha dedi:

-Mən istəyirəm butün daş-qaşımı satam. Onun

puluna Tehranda Qarabağda bitən ağaclardan, güi-çiçəklərdən

ibarət gözəl bir bağ saldıram. Orada ^mcaq Şuşada

bitən “xan bülbül gülləri”ni də özüm əkib becərəcəyəm.

Bu sözlərdən təəccüblənən şah dedi:

-Mənlm var-dövlətim, xəzlnəm bəs eləmir ki, sən

daş-qaşlannı satmaq istəyirsən?

Lakin Ağabəylm təkidindən əl çəkmədi və şahın

razılığını aldı. Gözəl biryerdə bağ saiındı. Bütün ağadar,

güllər-çiçəklər Qarabağdan gətirildi. Burada əklldi, becərildi.

Təkcə “xan bülbül” adlanan çiçək bu yerlərə uyğunlaşa

bilmədi. Nə qədər qulluq göstərilsə də göyərmədi,

quruyub məhv oldu. Bu hal Ağabəyim xanımı da qüssəiəndirdi.

Həm də Vətən həsrəti onu daim sıxır, əzirdi. Bir

dəfə qəmli-qəmü bu bayatını göz yaşları içərlsində oxuyurdu;

Mən aşiqəm Qarabağ

Şəki, Şlıvan, Qarabağ.

Tehran cənnətə dönsə,

Yaddan çıxmaz Qarabağ.

Ağabəyim xanımı həddən artıq istəyən Fətəli şah

təsadüfen, Ağabəyim xanımdan xəbərsiz bayatmı eşitdi

və çox mütəəssir oldu. Sevlmli qadınına dedi;

-Sənə göstəriİən bu qədər diqqət, qayğı, hönTiət

bəs eləmlr ki, o cür bayatı çəkirsən? Səndən inciyirəm.

Ağabəyim xanım vəziyyətdən çıxmaq üçün dedi:

-Siz mənim sözlərimi səhv eşitmisiz. AAən bayatını

aşağıdcikı kimi demişəm;

Mən aşiqəm Qarabağ

Şəki, Şirvan, Qarabağ.

Tehran cənnətə döndü,

Yaddan çıxdı Qarabağ.

Əslində isə Ağabəyim xanım ömrünün sonuna

qədər qəlbinin bir parçası olan Qarabağı yaddan çıxarmadi.



Yüklə 82,08 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin