Ekspertizasi dərsliK



Yüklə 3,31 Mb.
Pdf görüntüsü
səhifə6/34
tarix21.04.2017
ölçüsü3,31 Mb.
#14993
1   2   3   4   5   6   7   8   9   ...   34

 

Orqanoleptik  göstəricilər  23268.1-91  saylı  QOST-a  uyğun 

təyin  olunur.  Şəffaflıq,  rəng,  dad,  iy,  karbon  qazı  ilə  doyma 

qiymətləndirilir. 

Mineral sular orqanoleptik göstəricilərinə görə cədvəl 1.20-də 

verilən tələblərə uyğun gəlməlidir. 

Cədvəl 1.20 

Mineral suların orqanoleptik göstəriciləri 

Göstəricilər  

Xarakterizəsi  

Xarici görünüş 

Şəffaf maye, kənar qarışıqsız, 

əhəmiyyətsiz miqdarda mineral 

duzların təbii çöküntüsü 

Rəng 

Rəngsiz yaxud sarıvaridən yaşıladək 



çalarlarla maye 

Dad və iy 

Suda həll olan maddələrin kompleksi 

üçün səciyyəvi 

 

Şəffaflıq  və  rəng  gündüz  işığı  qarşısında  yaxud  lüminiset 



işıqlandırılmasında  təmiz  stəkanda  baxılmaqla  təyin  edilir. 

Təhlildən əvvəl stəkan tədqiq olunan su ilə yaxalanır. 

İyi təyin etməzdən əvvəl butulkada su 20-30

0

C  temperaturu 



olan sulu çəndə saxlanır. Sonra dərhal dequstasiya qədəli doldu-

rulur və iy təhlil olunur. 

Dadı təyin etmək üçün mineral su butulkada buz və sulu çənə 

salınaraq  12±1

0

C

 



temperaturda  bir  saat  saxlanılır.  Orqanoleptik 

göstəricilərin təhlili qədəh yaxud stəkanın dərhal su ilə doldurul-

ması ilə aparılır. 

Mineral  suların  dequstasiya  qiymətləndirilməsi  spirtsiz  içki-

lərlə oxşar qaydada yerinə yetirilir (cədvəl 1.21). 

16  baldan  aşağı  qiymət  alan  mineral  su  dequstasiyadan 

çıxarılır. 

 

 



 

74 

Cədvəl 1.21 

Mineral suların dequstasiya qiymətləri 

Göstəricilər  

Minimum bal qiyməti 

«əla» 


«yaxşı» 

«kafi» 


«qeyri-

kafi» 


Şəffaflıq 



Dad 





Karbon qazı ilə 

doyması 



Cəmi bal 



25 

22 


19 

15 


Yekun bal 

qiymətlərinin 

sərhədləri 

25-33 


22-20 

19-16 


 

 

1.2.3.3. Fiziki-kimy



ə

vi 

göstə

ricil

ə



 

Mineral  sular  fiziki-kimyəvi  göstəricilərinə  görə  13273-88 

saylı QOST-un tələblərinə cavab verməlidir. 

Butulkada  suyun  həcmi  23268.1-91  saylı  QOST-a  uyğun 

20±1

0

C temperaturda ölçülü silindrin köməyilə təyin edilir. 



Həll olan karbon qazının kütlə payı 23268.2-91 saylı QOST-

a görə manometrik və titrometrik metodla təyin edilir. 

Əsas ionların, spesifik komponentlərin, nitratların, nitritlərin, 

gümüşün  kütlə  payı  23268.3-23268.9,  23268.11  və  23268.13-

23268.18  saylı  QOST-a,  qalıq  aktiv  xlor  -  18190,  permanqanat 

oksidləşməsi 23268.12 saylı QOST-a uyğun təyin edilir. 

Butulkaya  doldurulmuş  mineral  suyu  gümüş  sulfat  yaxud 

natrium  hipoxloridlə  işlədikdə  suda  gümüşün  kütlə  qatılığı  0,2, 

daha aktiv xlor – 0,3 mq/dm

3

-dan çox olmamalıdır. 



Aşağıda adları qeyd olunan komponentlərin kütlə payı cədvəl 

1.22-də göstərilən rəqəmlərdən yüksək olmamalıdır. 

 

 

 



75 

Cədvəl 1.22 

Mineral suda komponentlərin kütlə payı 

Komponentin adı 

Komponentin kütlə 

qatılığının qiyməti, 

mq/dm



Sınaq 



metodu 

Nitratlar (

????????????

3



-ə görə) 

50,0 


QOST 

23268.9 


Nitritlər (

????????????

2



-ə görə) 



2,0 

QOST 


23268.8 

Qurğuşun 

0,1 

QOST 


18293 

Selen  


0,05 

QOST 


19413 

Uran  


1,8(1,2x10

-9 


K

H

/dm



NTS-ə görə 

Arsen metala hesabında: 

 

 



 Müalicəvi sularda 

2,0 


QOST 

23268.14 

 Müalicəvi-süfrə sularında 

1,5 


 

Stronsium  

25,0 

QOST 


23950 

Flor: 


 

 

 Müalicəvi sularda 



15,0 

QOST 


23268.18 

 Müalicəvi-süfrə sularında 

10,0 

 

Müalicəvi və müalicəvi-



süfrə sularında fenollar 

0,001 


 

Digər üzvi maddələr 

(karbona çevirməklə) 

 

 



 Müalicəvi sularda 

15,0 


 

 Müalicəvi-süfrə sularında 

10,0 

 

Radium  



5x10

-10 


K

H

/dm



 

 



76 

Mineral  sularda  permanqanat  oksidləşməsi  0,5-5,0  mq/dm

3

 

arasında, üzvi maddələrlə zənginləşmiş sularda isə 10 mq/dm



3

-dan 


çox  ola  bilir.  Su  mənbələrində  və  hazır  məhsulların  oksidləşmə 

göstəriciləri arasındakı fərq 15%-i keçməməlidir. 

 

1.2.3.4. Mikrobioloji v

ə

 dig

ə

r t

əhlükə

sizlik 

göstə

ricil

ə

ri 

 

Bakterioloji  göstəricilərinə  görə  mineral  sular  aşağıdakı 

cədvəldə göstərilən tələblərə uyğun olmalıdır (cədvəl 1.23). 

Mineral sulara sanitar-bakterioloji nəzarət 18963 saylı QOST-

a  uyğun  aparılır.  Yoxlama  müddəti  təsdiq  edilmiş  sanitar 

qaydalarla müəyyən olunur. 

Cədvəl 1.23 

Mineral sulara bakterioloji tələblər 

Göstəricilər  

Qiyməti  

Sınaq metodu 

1 sm


3

 mineral suda 

bakteriyaların ümumi miqdarı 

100 


QOST 18963 

1 dm


3

 mineral suda bağırsaq 

çöpü qrupu bakteriyalarının 

miqdarı 


QOST 18963 

 

 

1.2.3.5. Qabla



şdır

ma, markalanma, n

ə

ql olunma v

ə

 

saxlanma 

 

Mineral  sular  10117  saylı  QOST-a  və  normativ-texniki 

sənədləşmələrə uyğun V və X tipli tutumu uyğun olaraq 0,33 və 

0,5 dm


3

 olan butulkalara doldurulur. Mineral müalicəvi-süfrə suyu 

tutumu 1 dm

3

 olan butulkalara, həmçinin müxtəlif tutumlu polimer 



butulkalara  doldurula  bilər.  10  butulkanın  orta  dolma  səviyyəsi 

20

0



C  temperaturda  onların  nominal  tutumuna  uyğun  olmalıdır, 

±3% kənara çıxmalar mümkündür. 



77 

Butulkalar mantar tıxacla hermetik bağlanır. Mantar tıxacların 

qalpağı ağ tənəkədən hazırlanmaqla 13345 saylı QOST-a uyğun 

olmalıdır. 

Mineral  su  butulkaları  13360  saylı  QOST-a  uyğun  ağac 

qutulara  və  18575  saylı  QOST-a  uyğun  büzməli  kardondan 

plasmas  qutulara,  metal  saxlayıcılı  qutu  altlıqlarına,  həmçinin 

24831 saylı QOST-a uyğun qab avadanlıqlara yığılır. 

Hər mineral su butulkasına 16353 saylı QOST-a uyğun etiket 

yapışdırılır və orada göstərilir: 

 

Hazırlayıcı-müəssisənin və tabeçiliyində olduğu qurumun 



adı və əmtəə nişanı; 

 



Suyun  adı  və  onun  qrupu,  bulağın  (mənbənin)  nömrəsi 

yaxud adı; 

 

Minerallaşması, q/dm



3



 

Suyun istifadə istiqaməti (müalicəvi, müalicəvi-süfrə); 

 

Müalicəvi tətbiqinə dair göstəriş; 



 

Saxlanmasına dair tövsiyə; 



 

Doldurulma tarixi; 



 

Saxlanma müddəti; 



 

Briqadanın yaxud çıxdaş edənin nömrəsi; 



 

Mövcud standartın adı. 



Mineral su ilə dolu butulkalar bütün növ nəqliyyat vasitələri 

ilə, tez xarab olan yüklərin daşınma qaydalarına uyğun nəqliyyat 

növlərində  və  universal  konteynerlərdə  18477  saylı  QOST-a 

əsasən nəql olunur. 

Mineral  su  butulkaları  qab-avadanlıqlarda,  dəmir  yol 

nəqliyyatı istisna olunmaqla, bütün nəqliyyat növləri ilə daşınır. 

Mineral su butulkaları arakəsməli mantar tıxacla bağlandıqda 

qutu, yaxud qutusuz tərəcələrdə üfüqi vəziyyətdə 18 cərgədən çox 

olmayan hündürlükdə saxlanır; plast-izoləedici arakəsməli mantar 

tıxacla  bağlananlar  isə  həm  üfüqi,  həm  də  şaquli  vəziyyətdə 

saxlanır. 

Mineral  su  butulkaları  havalanan  qaranlıq  binalarda  5-20

0



temperaturda saxlanır. 



78 

İstehsalçı  doldurulmuş  mineral  suların  standartın  tələblərinə 

uyğun  saxlanma  və  nəqletdirmə  şəraitinə  əməl  etməklə  dəmirli 

sular üçün 4 ay; digər sular üçün isə doldurulmadan sonra 12 ay 

müddətində dayanıqlığa təminat verir. 

 

1.2.3.6. Az



ərbaycanın tə

bii 

mineral suları

 

 

Mineral  su  ehtiyatları.  Yer  kürəsində  olan  suların  ümumi 

miqdarı 1,8 mld km

3

-ə  bərabərdir.  Bunun  400  mln  km



3

-i  yeraltı 

suların payına düşür ki, onun da çoxu mineral sulara aiddir.  

MDB ölkələrində mineral su mənbələrinin əksəriyyəti şimalı 

Qafqaz,  Zaqafqaziya,  Ukrayna,  Krım  və  az  miqdarda  Orta 

Asiyadadır.  Azərbaycan  mineral  sularla  zəngindir.  Əsas  su 

mənbələri  Hacıkənd,  İstisu,  Turşsu,  Şuşa,  Naftalan,  Badamlı, 

Sirab, Vayxır və digər yerlərdə yerləşmişdir.  

Respublikamızda  1000-dən  çox  mineral  su  bulağı  vardır. 

Bulaqların çoxu dağlıq rayonlarında yerləşir. Düzən rayonlarda da 

buruq qazma yolu ilə mineral sular çıxarılır.  

Təbii mineral su bulaqlarının 90%-dən çoxu, yəni 905-i dağlıq 

rayonda, qalanları isə, yəni 98 mineral su bulağı düzənlik rayonda 

yerləşmişdir. 

Abşeron  yarımadası  mineral  su  mənbələri  ilə  zəngindir. 

Suraxanı,  Sabunçu  və  Şıx  burnunda  çıxan  mineral  sular  böyük 

müalicə əhəmiyyətinə malikdir. Tərkibində  yod, brom və böyük 

müalicə  təsiri  gücünə  malik  çoxlu  başqa  maddələr  olan  mineral 

suları Abşeronu daha da şöhrətləndirmişdir. 

Naxçıvan  Muxtar  Respublikasının  ərazisində  200-dən  çox 

mineral su bulağı vardır. Ən qiymətli mineral su yataqları Darıdağ, 

Sirab, Nəhəcir, Badamlı, Cəhri, Qəmir, Qahab, Dəstə və başqaları-

dır. 

Dağlıq  Qarabağda  mineral  su  bulaqlarından  Turşsu,  Şirlan, 



Çərəktar, Kolataq və b. göstərmək olar.  

Laçın-Kəlbəcər bölgəsinin 63 bulağı İstisu (Kəlbəcər rayonu) 

və İlıqsu (Laçın rayonu) növlərinə bölünür. Burada Yuxarı İstisu, 


79 

Aşağı  İstisu,  Qoturlu,  Çərəktar,  İlıqsu,  Turşsu  və  digər  bu  kimi 

mineral bulaqları göstərmək olar. 

Gəncə ətrafında Hacıkənd yaxınlığında karbonat turşulu bulaq 

və çoxlu sayda içməli su çeşmələri vardır. 

Şamaxı bölgəsində azot və kükürdlü oksigen xassəli termal və 

soyuq su mənbələri mövcuddur. Onlardan Xaltan, Jimi və Həşim 

suları (Quba rayonu), Çuxuryurd suları (Şamaxı rayonu), Bum və 

Xalxal suları (Qəbələ rayonu) qeyd olunmalıdır.  

Lənkəran bölgəsində 157 mineral su mənbəyi mövcuddur. On-

lar azot və metan tərkiblidir. Astaranın İstisu kəndində, Lənkəra-

nın  İbadısu,  Haftoni  kəndlərində,  habelə  Masallının  Qəriblər 

kəndində və s. tapılan mənbələr xüsusilə dəyərlidir.  

Salyan  rayonu  ərazisində  Babazənən  dağlarında  hidrogen-

sulfidli,  metanlı,  xloridli  və  kalsiumlu  isti  və  soyuq  mineral  su 

bulaqları vardır.  

Ölkəmizin  aran  bölgəsində  yerləşən  Naftalanda  olan  müali-

cəvi neft yatağı dünyada yeganədir. Hazırda bu neftdən səhiyyənin 

bütün sahələrində uğurla istifadə olunur.  

Azərbaycanda  mineral  suların  temperaturu  4

0

C-dən  65



0

C-yə 


kimi  dəyişir.  Bu  yalnız  təbii  su  çıxarlarına  aiddir.  Lakin  buruq 

qazma üsulu ilə Azərbaycanda yerin dərin qatlarından temperaturu 

95

0

C-yə çatan su çıxır.  



Yüksək  temperaturlu  mineral  sular  Qoturlu  (64

0

C),  Donuz-



ütən  (64

0

C,  Masallı  rayonu),  İstisu  (62



0

C-yə  qədər,  Kəlbəcər 

rayonu) bəllidir.  

Temperatur xüsusiyyətlərinə görə 35-36

0

C temperatura malik 



olan  sular  daha  qiymətlidir.  Həmin  temperatur  insanın  bədən 

temperaturuna  uyğun  olduğundan,  bu  cür  suların  müalicə 

əhəmiyyəti daha yüksək olur. Belə sulara Xaltan (Dəvəçi rayonu), 

İlisu (Qax rayonu) (36-42

0

C) və başqaları aiddir. 



 

 

 



80 

Mineral sular istehsalı. Respublika üzrə 5 yodlu-bromlu su 

yatağının (Xıllı, Babazənən, Mişovdağ, Binə-Hövsan və Neftçala) 

ümumi sənaye ehtiyatları – 229,5 min dm

3

/gün təşkil edir.  



İstisu  çox  məşhur  olub,  Çexiyadakı  Karlovı-Vari  suyuna 

oxşayır. Sirab isə Barjomiyə oxşar olub, həm də süfrə suyu kimi 

işlədilir.  

Son  illər  Qalaaltı  və  Siyəzən  meşə  mənbəyindən  və  Qax 

rayonundan mineral su doldurulması yer almışdır.  

Bu yataqların lay sularının tərkibində 40 mq/dm

3

-ə qədər yod, 



60-80  mq/dm

3

-ə  qədər  brom  və  digər  kimyəvi  komponentlər 



vardır.  Yod  güclü  radiasiyaya  məruz  qalmış  insanları  müalicə 

etmək  üçün  ən  təsirli  vasitələrdən  biridir.  Çernobl  qəzasında  10 

minlərlə adam məhz Bakı zavodunda istehsal olunan yodun təsiri 

ilə şəfa tapmışdır. 

Ölkəmizdə istehsal olunan mineral suların bəzi nümunələrini 

təqdim edirik (şəkil 1.4). 



Sirab.  Naxçıvan  şəhərinin  14,6  km  şimal-şərqində  dağların 

qoynunda yerləşən Sirab kəndində 250 metr dərinlikdən çıxır. 

Sirab suyunun əsas komponentləri və onların miqdarı cədvəl 

1.24-də olduğu kimidir. 

Cədvəl 1.24 

Şirabın tərkib komponentlərinin miqdarı, mq/dm

3

 

Element 



Miqdarı 

Maqnezium 

37,9-56,9 

Kalsium 


214-320 

Natrium 


112-168 

Kalium 


5,90-8,86 

Sulfat 


146-218 

Hidrokarbonat 

852-1278 

Xlorid 


23,3-35,0 

CO

2



 

117-350 


  

81 

 

 



Şə

kil 1.4. Az

ərbaycanda buraxılan mineral su nümunə

l

ə

ri 

 

Minerallarla zəngin olan “Sirab” suyu Rusiya, İran, Qazaxıs-

tan, Türkmənistan və Ukrayna bazarında özünə yer tapıb. 

Mineral  məzmunu  50  mq/dm

3

-dan  az  olan  sular  “Aşağı 



mineral”  və  1500  mq/dm

3

-dan  çox  olan  sular  “zəngin  mineral” 



olaraq  səciyyələndirilir.  Mineralın  miqdarı  250  mq/dm

3

-dan  çox 



olan sulara “Mədən suyu” adı verilir.  

Badamlı.  Bu  suyun  mənbəyi  Şahbuz  rayonunun  Badamlı 

kəndidir.  Su  mənbələri  dəniz  səviyyəsindən  1274  metr  yüksək-

likdədir. Badamlıda beş mənbədən su çıxır və bunların gündəlik 

debiti  2,5  milyon  litrdir.  Badamlı  suyu  hidrokarbonatlı,  maq-

nezium-kalsium-natriumlu  su  olub,  ümumi  minerallaşması  ayrı-

ayrı mənbələrdə 0,7-7,4 q/dm

3

-dir. Suyun tərkibində xlor və sulfat 



anionu, yod, brom, mis, borat turşusu vardır. Badamlı suyu iştahı 

artırır, həzm prosesini yaxşılaşdırır, susuzluğu yatıran süfrə suyu 



82 

kimi  tanınır.  1947-ci  ildən  zavod  şəraitində  istehsalına 

başlanmışdır.  

Məhsullar alıcılara şüşə və polietilen qablarda çatdırılır. Qazlı 

mineral su 0,5-1,0 və 1,5, həmçinin 5 və 19 litrlik plastik, qazsız 

mineral su isə 0,3 və 0,6 litrlik şüşə qablarda buraxılır. Polietilen 

və  şüşə  xətlərinin  hər  birinin  saatda  istehsal  gücü  15  min 

butulkadır.  

Zavoda gələn su əvvəlcə mikrotəmizləyici qurğuya verilir və 

hər  birinin  tutumu  250  ton  olan  qapalı  hovuzlara  yığılır. 

Hovuzlarda  su  2  gün  saxlanır,  sonra  filtrdən  keçirilərək  istehsal 

sexinə  verilir.  Suyu  boşaldıldıqdan  sonra  hovuzlar  dezinfeksiya 

edilir.  

Darıdağ. Darıdağ mineral suyu müalicəvi əhəmiyyətinə görə 

Badamlı və Sirabla birgə “üçlük” hesab edilə bilər.  

Darıdağ mineral suyu tərkibindəki elementlər sayəsində qan 

dövranını  və  onun  laxtalanmasını  yaxşılaşdırır,  hüceyrələrin 

oksigen  təchizatını  yüksəldərək  onları  cavanlaşdırır,  xırda 

damarlarda  qan  dövranını  yaxşılaşdırır.  Orqanizmin  istənilən 

nahiyyəsində  iltihabi  proseslərin  sağalmasını  və  toxumaların 

regenerasiyasını sürətləndirir.  

Darıdağ mineral sularının dəmir elementi ilə zənginliyi onun 

anemiya  xəstəliyi  zamanı  istifadəsini  arzu  olunan  edir.  Darıdağ 

sularının  tərkibi  həm  də  yod  elementi  ilə  zəngindir.  O, 

qalxanabənzər vəzinin hormonu trioksinin sintezi üçün zəruridir. 

Bu  suların  həmin  vəzin  hipofunksiyası  zamanı  tətbiqi  müalicəvi 

əhəmiyyətə malikdir.  

Tüklərin  tökülməsi,  səpgilər,  tənəffüsün  pisləşməsi,  tez 

yorulma, infeksiyalara davamsızlıq və s. zamanı Darıdağ mineral 

suları çox faydalıdır.  

Darıdağ  mineral  suları  mərgümüşlü  (As)  sular  kimi  tanınır. 

Mərgümüş  az  dozada  qan  yaranmasına,  maddələr  mübadiləsinə, 

toxumaların inkişafına, sümüklərin qalınlığına müsbət təsir edir, 

orqanizmin davamlılığını artırır. Bu suyun tərkibindəki mərgümüş 

düzgün  istifadə  olunduqda  xərçəng  hüceyrələrinin  inkişafını 



83 

dayandırır.  



“Qalaaltı”  suyu.  Şabran  rayonunun  (keçmiş  Dəvəçi)  20 

kilometrliyində  Qalaaltı  adlanan  kəndin  üst  tərəfində  -  dağətəyi 

meşədə 1969-cu ildə yeni mədən suyu tapılmışdır. Meşədə həmin 

suyun 7 mənbəyi müəyyən edilmişdir. Suyun bir dəqiqədə çıxışı 

10000  litrdən  artıqdır.  Alimlərin  apardıqları  hidrogeoloji,  fiziki-

kimyəvi, biokimyəvi tədqiqatları göstərmişdir ki, “Qalaaltı” suyu 

tərkib  etibartı  ilə  Zakarpatiyada  (Truskavets)  çıxan  mədən  suyu 

“Naftusiya”-nın  eynidir.  “Qalaaltı”  mədən  suyu  hidrokarbonat-

kalsium, xlorid-sulfat natrium mədən sularındandır və tərkibində 

çoxlu  miqdarda  hidrogensulfit  vardır.  Həmin  su  özünün 

tərkibindəki  kimyəvi  maddələrin  köməyi  ilə  daşəridici  xassəyə 

malikdir,  eyni  zamanda,  iltihab  əleyhinə  də  təsir  göstərir. 

“Qalaaltı”  mədən  suyu  öd  kisəsində,  öd  yollarında,  böyrək 

ləyənində,  sidik  kisəsində,  sidik  yollarında  əmələ  gələn  daşların 

əridilməsində,  eləcə  də  qaraciyərin,  öd  yollarının,  böyrəklərin, 

sidik  kisəsinin,  sidik  axarlarının,  mədə-bağırsağın  iltihabı 

xəstəliklərinin müalicəsində olduqca yaxşı nəticə verir.  

“Qalalatı”  suyunu  çox  saxlamaq  olmaz.  Bu  sudan  yerində 

istifadə olunmalıdır, yəni qablaşdırmaq məsləhət görülmür. Çünki 

bir sutkadan sonra tərkibinin dəyişdiyi bildirilir. 

 

1.3. Piv

ənin ekspertizası

 

 

1.3.1. T

əsnifatı

 

 

Pivə  –  təzələyici,  karbon  qazı  ilə  doydurulmuş  köpüklü  içki 

olub,  pivə  şirəsinin  xüsusi  pivə  mayaları  ilə  qıcqırdılması 

nəticəsində alınır. 

Pivə  şirəsi  əzilmiş  dən  məhsullarından,  xüsusilə  arpa  yaxud 

buğda  səmənisi,  arpa,  buğda,  qarğıdalı  və  digər  dənlilərdən,  su, 

şəkər və mayaotu məhsullarından hazırlanır. 

29018-91 saylı QOST-a görə pivələr fərqləndirilir: 



84 

 



açıq – yarımtünd, tünd, spirtsiz; spirtli; original – açıq sona 

qədər qıcqırma müddəti uzadılmaqla və əlavə olunan mayaotunun 

norması yüksəldilməklə; 

 



pasterizə olunmuş – bioloji dayanıqlığı yüksəldilməklə isti 

işlənmə ilə alınmış; 

 

xüsusi – dad, yaxud ətirli əlavələr tətbiqi ilə hazırlanmış. 



Açıq sort pivələr xüsusilə çox buraxılır. Hər bir sort müəyyən 

ətir, dad, rəng, quru maddələrin kütlə payı və spirtin miqdarı ilə 

xarakterizə olunur. 

İlkin şirədə quru maddələrin kütlə payından asılı olaraq pivə 

aşağakı əsas qruplara bölünür: 

 

8%-li açıq 



10%-li açıq 

11%-li açıq 

12%-li açıq 

13%-li açıq 

14%-li açıq 

15%-li açıq 

16%-li açıq 

17%-li açıq 

18%-li açıq 

20%-li açıq 

12%-li tünd 

 

13%-li tünd 



 

14%-li tünd 

 

15%-li tünd 



 

16%-li tünd 

17%-li tünd 

18%-li tünd 

20%-li tünd 

21%-li tünd 

 

Quru maddələrin kütlə payı faizlə yaxud Ballinq dərəcəsi ilə 



göstərilir. Az miqdar spirtə malik pivə 5%-ə qədər, orta – 12%-ə 

qədər, tünd (spirt baxımından)  – 14%-dən çox ilkin şirənin quru 

maddələrinin kütlə payına malik olur. 

Açıq  pivə  istehsal  etmək  üçün  açıq  yaxud  orta  rəngə  malik 

səmənidən istifadə edilir. Tünd sortlar (rənginə görə) tünd yaxud 

karamel və qovrulmuş səməni əlavə edilməklə istehsal olunur. 

Emal  üsuluna  görə  pivələr  pasterizə  olunmuş  və  olunmamış 

(QOST 3473-78) kimi fərqləndirilir. 

Pivə  az  spirtli  içkilər  qrupuna  (spirtliyi  8  h.%-ə  qədər)  aid 


85 

edilsə  də,  tündlüyü  bu  həddən  xeyli  yüksək  olan  çeşidlərə  də 

təsadüf olunmaqdadır. Qeyd olunanlar bu bölgünün bir qədər şərti 

olmasına dəlalət edir. 

 


Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin