- Miras bölünməsində (mirasdan payı olmayan kasıb) yaxınlar, yetimlər və düşkünlər hazır olsa, bundan onları da ruzi verildirin və onlara gözəl söz söyləyin
8- Miras bölünməsində (mirasdan payı olmayan kasıb) yaxınlar, yetimlər və düşkünlər hazır olsa, bundan onları da ruzi verildirin və onlara gözəl söz söyləyin.
9- Özləri, geriyə zəif uşaqlar buraxmış olduqları təqdirdə, onların vəziyyətindən qorxacaq olanlar, (yetimlərə haqsızlıq etməkdən) qorxub titrəsinlər. O halda Allahdan qorxsunlar və doğru söz söyləsinlər (doğru bir üsul izləsinlər).
10- Şübhəsiz, haqsızlıqla yetimlərin mallarını yeyənlər ancaq, qarınlarını odla doldurarlar və yaxın bir zamanda alovlanmış atəşdə yanacaqlar.
ayələrin Şərhi
Zəmin hazırlayıcı bəzi ön şərhlərdən sonra bu ayələr ilə miras hökmlərinin ortaya qoyulmasına başlanır. Hər şeydən əvvəl miras hökmləri ilə əlaqədar qanun xüsusiyyətində ümumi mahiyyətdə bir şərh edilir. Bunun səbəbi isə, doğum və qohumluq sabit olduqdan sonra bəzi qohumların və yaxınların davamlı şəkildə mirasdan məhrum tutula bilməyəcəyini ifadə etməkdir. Məsələn kiçik yaşdakı varislərin və qadınların mirasdan uzaq tutula bilməyəcəkləri vurğulanır. Buna əlavə olaraq yetimlərin mirasdan məhrum edilməsinə bağlı çəkindirməyə yer verilir. Çünki yetimi mirasdan məhrum etmək, digər varislərin onların mallarını haqsızlıqla yemələri nəticəsini verər ki, uca Allah bunu şiddətlə qadağan edir. Bunların yanında ölünün mirası bölüşülərkən orada olan ancaq miras haqqına sahib olmayan qohumlara, yetimlərə və yoxsullara bir şeylərin ikram edilməsinə toxunulur.