ELÇİn qarayev iRƏvan xanliğI (1747-1828) baki 2010



Yüklə 4,58 Mb.
səhifə21/31
tarix03.02.2017
ölçüsü4,58 Mb.
#7388
1   ...   17   18   19   20   21   22   23   24   ...   31

İ.Şopen. Rusiya imperiyasına birləşdirilmə dövründə «Erməni vilayəti»nin tarixi abidəsinin vəziyyəti. SPb, 1852, s.747


Cədvəldən göründüyü kimi, 1829-1832-ci illərdə həyata keçirilən siyahıyaalınmada Göyçə, Dərəçiçək və Abaran mahallarında meyvə və üzüm bağlarının sayı göstərilməmişdi. Bu mahallar müharibələr dövründə ən çox dağıntıya məruz qaldığından burada meyvə bağları qeydə alınmamışdı. Lakin xanlıq ərazisində dağıdılmış meyvə bağlarına da rast gəlinirdi. Bununla əlaqədar olaraq İ.Şopen yazır ki, «Dağılmış kəndlərin yaxınlığında, xüsusilə də dərələrin orta hissəsində çoxlu pis və baxımsız vəziyyətdə qalan meyvə bağlırı var idi» (415,746). Onu da qeyd etmək yerinə düşərdi ki, İrəvan xanlığı işğal olunduqdan sonra otuz beş meyvə bağı xəzinənin ixtiyarına keçmişdi (415,951-958).

Bostançılıq da, İrəvan əhalisinin əsas kənd təsərrüfatı məşğuliyyəti sahələrindən biri idi. Burada müxtəlif növdə tərəvəz məhsulları yetişdirilirdi. Bostanlarda müxtəlif göyərtilər, soğan, çuğundur, lobya, xiyar, kələm, noxud, yer kökü, xardal, badımcan, qarğıdalı, qarpız, yemiş və s. tərəvəz bitkiləri əkilirdi (415,745-746; 395,28). İrəvan qarpızı və yemişi daha məşhur idi. Qarpız qışda və yayda əkilirdi. Bu bostan bitkisinin xuni, ağabəy, qurbanağası, həsənbəy və digər növləri vardı. Yemiş isə dörd- şallax, dostucan, carcar və tutma növü ilə məşhur idi. (395,28).

Yerli əhali əkinçilikdə müxtəlif kənd təsərrüfatı alətlərindən istifadə edirdi. Mənbələrdə kənd təsərrüfatı alətləri haqqında ətraflı məlumat verilmişdi. İrəvan xanlığında torpaq kotan və xışla şumlanırdı. Şumlama əsasən, payızda və yazda həyata keçirilirdi. Kotan çox ağır olduğundan onunla torpağı şumlamaq çətinliklə başa gəlirdi. Bu işdə beş adamın iştirakı vacib idi. Dördü qoşqu heyvanlarını dartır, beşincisi isə kotanı idarə edirdi. Maraqlıdır ki, ağır kotanı dartmaq üçün on dörd cüt kəl və camış lazım gəlirdi. Xışla torpağı şumlamaq isə asan idi. Ondan yazlıq əkin zamanı istifadə edilirdi. Xışı bir və ya iki kəl dartırdı. Şumlanmış torpaq qollu budaqlı ağacla malalanırdı. Aran yerlərində isə malalamaq əsasən, səliqə ilə sarınmış çubuqlarla həyata keçirilirdi. Taxıl biçilərkən isə oraqdan istifadə edilirdi (415,737-738).

Məhsul yığıldıqdan sonra onu xüsusi qayda ilə döyür və emal edirdilər. Belə ki, «xırmanda məhsulu açıb və dağıdaraq döymək üçün hazırlayırdılar. Aşağı hissəsinə böyük olmayan qırıq çay daşları yerləşdirilmiş ağır taxtaya (vəl-E.Q.) bir neçə cüt öküz bağlayırdılar. Sonra taxtanın üstünə uşaqları oturdurdular, onlar dairəvi öküzləri dərz üzrə o vaxta qədər qovurdular ki, nəhayət, iti daş dərzi samana çevirirdi. Sonra küləkli gündə samanı havaya atırdılar, külək yüngül, doğranmış samanı bir neçə addım kənara sovurur, bununla bərabər ağır olduğundan buğda toplu halında ayaq altına düşürdü» (415,739-740).

İrəvan xanlığının kənd təsərrüfatında sünü suvarma sistemindən geniş istifadə edilirdi. Bol sulu çayların olması xanlıqda kənd təsərrüfatının inkişafına təsir göstərən əsas amillərdən biri idi. Dağlıq ərazilərdə əsasən, dəmiyə üsulundan istifadə edilsə də, aran yerlərində süni suvarma geniş yayılmışdı. İrəvanlıların əkin sahələrini suvarmaq üçün göstərdikləri əziyyətlərə toxunan İ.Şopen yazırdı: «Belə ki, təlabat hünər yaradırdı. Yerli əhali həm geodezi (yerin forma və ölçüsünü öyrənən elm-(E.Q.), həm də hidravlik (suyun müvazinət və hərəkəti şəraiti və qanunlarından və onların praktik tətbiqindən bəhs edən elm-E.T.) nəzəri məlumat olmadan, bəzən vaterpasın (səthin üfqi vəziyyətini yoxlamaq üçün cihaz-E.Q.), bəzən də gözəyarı çox çətinliklə, lakin sadə üsulla müvəffəqiyyətlə süni arxlar çəkirdilər» (415,388).



İrəvan xanlığı Rusiya tərəfindən işğal edildikdən sonra burada həyata keçirilən kameral siyahıyaalınmada iri çaylardan ayrı-ayrı mahallara çəkilən müxtəlif arx və kanalların adları qeyd olunmuşdu. Siyahıyaalınmada Araz çayı İrəvan xanlığının kənd təsərrüfatının inkişafında böyük rol oynayan əsas su mənbəyi kimi göstərilir. İrəvanlılar Araz çayından Sürməli və Sərdarabad mahallarını başdan başa su ilə təmin edən onlarla arx çəkmişdilər. Bu arxların bəziləri birbaşa Arazdan, digərləri isə ondan çəkilmiş kanallardən götürülmüşdü. Qeyd etmək lazımdır ki, Araz sahilləri daşlı və hündür olduğundan arxların çəkilişi çətinliklə başa gəlirdi. Beləliklə, İrəvan xanlığında çaylardan çəkilən arx və kanallar bunlardır: 1. Araz çayından Sürməli mahalına çəkilən arxlar belə adlanırdı: Qul-Yusif, Sərbaz arxı, Zülfüqar arxı, Evçilər arxı, Ağ arx, Məmiş gön arxı, Molla Məhəmməd arxı, Yayçı arxı, Əli Qəmərli arxı, Xan xəbər arxı, Xəlfəli arxı, İğdır arxı, Anac arxı, Qızıl arx, Daş arxı, Bəhərli arxı, Arhacı arxı, Dilənçi arxı, Ağ çalı arxı. Bu arxlar içində ən böyüyü Qul Yusif arxı idi. Sərdarabad mahalına çəkilən arxlar isə bunlardır: Zor arxı, Molla Bəyazid arxı, Şitli arxı, Mənzərə arxı, Çaş arxı, Kərim arxı. Araz çayı həmçinin Saatlı mahalının Söyüdlü, Hüseynkənd və Çıraxlı kəndlərini də su ilə təchiz edirdi. 2.Qərbi Arpa çayı isə Saatlı mahalının kəndlərini su ilə təchiz edirdi. Onun Araz çayına töküldüyü mənsəbindən üç arx çəkilmişdi. Onlardan Hacı Bayramlı və Ərmən arxı bir qədər böyük idi. 3.Hacıçaydan çəkilən suvarma arxları Dərəkənd-Parçenis mahalını suvarırdı. Bu çaydan Parçeniyə çəkilən arxlar Yal arxı, Əkərək arxı, Yüzbaşı arxı, Dərə arxı, Kyəqin arxı adlanırdı. Bundan əlavə bu mahalı süni göl olan Abbasgöldən çəkilmiş Gödək arxı da suvarırdı. Dərəkəndə isə Pirli çayından Kobak, Pyütkan arxları çəkilmişdi. 4.Şimali Qarasu çayından çəkilən Üç-Türkmənli, Qarxun və Şərifabad arxları Sərdarabad mahalını su ilə təchiz edirdi. 5.Körpü çayından çəkilən arxlar eyni adlı mahalı suvarırdı. Bunlardan ən böyüyü Əştərək, Uşaqan, Xatun və Kəmərli arxları idi. Əştərək və Uşaqan arxlarından Zeyvə arxı, Şah arxı, İnci arxı və Kalderun adlanan əlavə qollar ayrılırdı. 6. Abaran mahalını Qartan çayından çəkilmiş arxlar suvarırdı. 7. Seyidli mahalını Anberd (?) çayından çəkilən arxlar su ilə təmin edirdi. Onlar bunlardır: Ayarlı arxı, Aramlı arxı, Pirağa arxı, Avanlı arxı, Koytul arxı və Qaracalar arxı. 8. Parpi çayından Ayarlı və Uşaqan arxları çəkilmişdi. 9. Zəngi çayı isə İrəvan şəhərini, Zəngibasar və Qırxbulaq mahallarını su ilə təmin edirdi. Bu çayın sahili daşlı kəsəkli olduğundan suvarma arxlarının çəkilməsi çətinliklə başa gəlirdi. Buna baxmayaraq, Zəngi çayından bir neçə arx çəkilmişdi. Birinci arx İrəvan şəhərindən 8 verst aralıdan axaraq onun Qızılqala bağlarını suvarırdı. İkinci Dəlmə arxı İrəvan şəhəri yaxınlığında olan Dərəbağ qəsəbəsinin əks istiqamətində, çayın sağ sahilindən götürülmüşdü. O, yeraltı yolla axaraq böyük bulaq formasında çıxırdı. Bu arxla Dəlmə bağları, Yeniköy bağları və Eçmiədzin kilsəsinə məxsus torpaqlar suvarılırdı. Üçüncü Abuhəyat arxı xeyli şəhər bağlarını suvararaq Qırxbulaq çayına tökülürdü. Dördüncü Mamırlı arxı isə bütün «Təpəbaşı» məhəlləsini, «Şəhər» məhəlləsində olan bağların bir hissəsini və İrəvan qalasının bir hissəsini su ilə təchiz edirdi. Bundan əlavə bu çaydan götürülən arxlar Zəngibasar mahalının kənd təsərrüfatının inkişafında da böyük rol oynamışdı. Bu mahalı suvaran arxlar bunlardır: Noraqovit, Uluxanlı, Həsən-avar, Yeniköy, Orta və Şirabad. Zəngi çayından Qırxbulaq mahalını suvaran arxlar da çəilmişdi. 10. İrəvan şəhərinin su ilə təchiz edilməsində Qırxbulaq çayının da öz yeri vardı. Bu çaydan Dəlik daş, Dərə, Şahab, Kanakir, Paşalıq, Ağakavar və Çolmakçi arxları çəkilmişdi. Paşalıq və Ağakavar arxları İrəvanın «Şəhər», və «Dəmirbulaq məhəllələrində yerləşən əkin sahələrini, Çolmakçi arxı isə şəhərə bitişik Çolmakçi kəndinin bağ və əkin sahələrini suvarırdı. 11. Gərni çayı Gərnibasar mahalının bütün kəndlərini suvarırdı. Hər bir kəndin öz arxı vardı. 12.Vediçay Vedibasar mahalını su ilə təmin edirdi ( 415,387-393). Məlumata görə, İrəvanın son sərdarı Hüseynqulu xan xanlığın süni suvarma sisteminin inkişafında əvəzsiz xidməti olmuşdu. Xüsusilə, İrəvan şəhərində təkmilləşdirilmiş su kəmərlərinin və ayrı-ayrı məhəllələrə arxların çəkilməsi onun adı ilə bağlı idi (171,457).

Azərbaycanın digər xanlıqlarında olduğu kimi, İrəvan xanlığında da sudan istifadədən dövlət nəzarəti sistemi yaradılmışdı. Əhali arasında suyun bölüşdürülməsinə xan tərəfindən təyin olunmuş mirab rəhbərlik edirdi. Fars dilində mirab iki sözdən- mir idarə etmək, ab-su deməkdir. Bu vəzifəyə hər hansı bir şəxs təyin oluna bilərdi (75,139). O, bütün mahalların suvarma təsərrüfatının başçısı idi. Mirablar müxtəlif kəndlər arasında həm xüsusi, həm də ümumi arx və kanallardan istifadə qaydalarını müəyyən edir və bu qaydaların pozulmasına imkan vermirdi. Eyni zamanda onlar arx və kanalların işlək qaydada olmasının qayğısına qalırdılar. Sudan istifadə qaydasına görə bir sıra kəndlər arasında baş verən mübahisələr, su növbəsinin pozulması və özbaşnalıq kimi məsələləri mirablar həll edirdi (415,941-942; 395,22).

Miraba kəndlərdə su sisteminə rəhbərlik edən cuvarlar tabe idi. Cuvarlar bir növ suvarma sistemində polis vəzifəsini yerinə yetirirdilər. Mirab kimi cuvar da sərdar tərəfindən təyin olunurdu. Bu vəzifə bir illiyə təsdiq olunurdu (415,941-942; 395,22).

Əhali hər il sudan istifadəyə görə vergi verirdi. Digər sahələrdə olduğu kimi suvarma sistemində də rüşvətxorluq və özbaşnalıq geniş yayılmışdı. Mirab və cuvarların günahı üzündən su üstündə əhali arasında tez-tez mübahisələr olurdu. Daha çox rüşvət verənlər sudan bol istifadə edirdilər. Varlı bağ və mülk sahibləri suya nəzarət edənləri rüşvətlə ələ almışdılar. Məhz onların günahı üzündən sadə xalq su çatışmamazlığından daimi əziyyət çəkirdi (415,941-942; 395,23).

İrəvan xanlığının kənd təsərrüfatında maldarlığın əvəzolunmaz yeri vardı. Geniş otlaq sahələrinin olması burada maldarlığın inkişafı üçün əlverişli şərait yaratmışdı. Maldarlıq üçün Qırxbulaq, Göyçə, Abaran, Dərəçiçək, Gərnibasar, Vedibasar, Talın, Sürməli, Dərəkənd-Parçenis mahallarında əlverişli otlaqlar yerləşirdi (415,523-525). Maldarlar daha çox xırda və iribuynuzlu mal-qara saxlayırdı. İrəvan xanlığında maldarlıq ev şəraitində saxlanılan, köçmə və köçəri olmaqla üç qrupa bölünürdü. Bütün əhali ev şəraitində mal-qara saxlayırdı. Hər bir ailənin qoyunu, inəyi və s. ev heyvanları var idi. Köçmə maldarlıqda isə vəziyyət bir qədər başqa cür idi. Bu sahə ilə məşğul olanların bir hissəsi yaylaq-qışlaq həyatı keçirir, digər hissəsi isə kəndlərdə qalaraq əkinçiliklə məşğul olurdular. Köçmə maldarlıq ilə əsasən, azəri türkləri məşğul olurdu. Köçəri maldarlıqla məşğul olanların isə daimi yaşayış yerləri yox idi. Onlar yaylaq-qışlaq həyatı keçirir və alaçıqlarda yaşayırdılar. Bu sahə ilə kürdlər məşğul olurdu (415,519-523).

Maldarlıqda iri və xırdabuynuzlu heyvanların, atın, eşşəyin, qatırın və dəvənin öz yeri vardı. Əhali onlardan müxtəlif təlabatlarını ödəmək üçün istifadə edirdilər. Torpağın şumlanmasında camış və kəllərdən istifadə olunurdu. Bir-birinə qoşulmuş 10, 12 və daha çox cüt camış və kəllər ağır kotanları dartaraq torpaqda şrım açır və onu səpin üçün hazırlayırdı. Onlardan eyni zamanda yığılmış məhsulun üyüdülməsində, habelə ağır yüklərin daşınmasında istifadə olunurdu. Belə ki, kəllərin qoşulduğu arabalarda çox çətin yollarla gündə 30-40 verst yol qət edərək, 6-10 pud ağırlığında yük daşınırdı (415,784).

İnək, qoyun və keçilər isə əhalini süd məhsulları və yağa olan təlabatını ödəyirdi. Bundan əlavə, qoyun və keçi yunu toxuculuqda böyük əhəmiyyətə malik idi. Qoyun yunundan xalça, kisə, palaz, çul, keçə və mahud istehsalında istifadə edilirdi. Keçi yunundan isə əhali iplik, qara çadra və çadır toxuyurdu (415,784; 201, c.4, səh.282-283).

Atlar insanların gündəlik həyatında böyük rol oynayırdı. Yerli əhali atlardan nəqliyyat vasitəsi kimi və təsərrüfat işlərində istifadə edirdi. Eyni zamanda bayram və şənliklərdə keçirilən yarışlarda at əyləncə vasitəsi idi. Atlar müxtəlif qiymətə satılırdı. Yerli cinsdən olan at 15-dən 40 gümüş rubla satılırdı. Xüsusi məziyyətlərə malik atlar isə bir qədər baha, 60 gümüş rubla qiymətləndirilirdi. Xanlıqda Qarabağ, Ərəb və İran cinsindən olan atlara daha çox üstünlük verilirdi və belə atlar 100 gümüş rubldan 300 gümüş rubla və daha çox qiymətə satılırdı (415,795).

Eşşək və qatırın təsərrüfat işlərində rolu böyük idi. Bu heyvanların saxlanması ucuz başa gəldiyindən fasiləsiz ağır işlərdə böyük xeyir verirdi. Eşşək və qatırlardan su, odun, ot və ağır yük daşınmasında istifadə edilirdi. «Hərdən bir eşşək elə ağır yükü daşıyırdı ki, bununla bütün ailəni yedizdirmək olardı» (415,784). Xanlıqda eşşəyin qiyməti 4 gümüş rubldan 6 gümüş rubla qiymətləndirilirdi. Lakin Anadoludan gətirilmiş bu növ heyvanlar 12 gümüş rubldan 20 gümüş rubla satılırdı (415,795). Nəqliyyat vasitəsi kimi qatırın əhəmiyyəti daha böyük idi. Yaxşı qatırın qiyməti 300 rubldan baha idi. Bu heyvanın ən ucuzu isə 50 rubl gümüşə satılırdı (415,795).

Yerli əhali həmçinin dəvə və donuz da bəsləyirdı. Donuzu xristian olan ermənilər saxlayırdı. (415,784).

Təəssüf ki, xanlıq dövründə İrəvan ərazisində əhalinin saxladığı mal-qaranın sayı haqqında məlumata rast gəlinmir. Lakin işğaldan sonra, 1829-1832-ci illərdə rusların burada apardığı siyahıyaalınmada keçmiş xanlıq ərazisində 20.356 camış, 90.616 inək, kəl və buzov, 307 dəvə, 14.146 at, 57 qatır, 3.999 eşşək, 164.077 qoyun və keçi, 320 donuz hesaba alınmışdı (415,786-790). Təbii ki, rusların yerli əhalinin mal-qarasının sayı haqqında yazdığı məlumatı İrəvanın müstəqil xanlığı dövrü üçün qənaətbəxş hesab etmək olmaz. Çünki Rusiya-İran müharibələri dövründə maldarlıqla məşğul olan minlərlə əhali xanlığı tərk edərək qonşu dövlətlərə köçmüşdü.

Quşçuluq da İrəvan xanlığının təsərrüfatında böyük rol oynayırdı. Burada müxtəlif quş növləri olan toyuq, ördək, qaz və hind toyuğu geniş yayılmışdı.


4.2. Torpaq mülkiyyəti formaları


İrəvan xanlığında torpaq üzərində müxtəlif mülkiyyət formaları mövcud olmuşdu. Bu mülkiyyət formaları Azərbaycan Səfəvilər dövlətində mövcud olmuş torpaq mülkiyyət formalarından miras qalmışdı.

Mənbələrdə İrəvan xanlığının torpaq sahələri müxtəlif formada qeyd olunmuşdu. Məsələn İ.Şopen İrəvan xanlığında torpaq üzərində mülkiyyət formasını əhali yaşayan mülklər-mülk, tiyul və yaşamayan mülklər kimi qeyd edir (415,925-941). Digər mənbədə isə torpağın üç forması göstərilmişdi: 1. Xəzinəyə məxsus. 2.Xüsüsi şəxslərə və yaxud dini idarələrə məxsus mülk; 3.Tiyul (184, c.1, səh.100). Lakin bu bölgülərdə digər torpaq mülkiyyəti formaları göstərilmədiyindən onları qənaətbəxş hesab etmək olmaz. İrəvan xanlığında isə digər torpaq mülkiyyət formaları da mövcud olmuşdu. Bu torpaq mülkiyyət formaları aşağıdakılardır:

1.Xana məxsus torpaqlar. Bu torpaq mülkiyyəti xan və onun ailə üzvlərinin şəxsi təsərrüfatı hesab olunurdu. İrəvan xanları ən böyük torpaq sahibləri idilər. Torpaq böyük gəlir gətirdiyindən xanlar torpaqdan istifadə edilməsinə böyük diqqət yetirirdi. İrəvan xanları öz təsərrüfatlarını daim genişləndirməyə çalışırdı. Belə ki, 1769-cu ildə Hüseynəli xan İmamarx, Qultəpə və ətraf kəndlərin torpaq sahələrini öz torpaqlarına qataraq, həmin torpaqlarda pambıq əkdirmişdi. Buradan gələn gəlir ona çatırdı (153,185). Sonuncu İrəvan xanı Hüseynqulu xan da öz şəxsi mülklərini genişləndirmişdi. O, mülkədarlara məxsus əkinə yararlı torpaq sahələrini icarəyə götürərək ondan xeyli gəlir əldə edirdi (415,989-990). Xanlar şəxsi torpaqlarından gələn gəlirin bir hissəsini öz ailələrinə və yaxın qohumlarına xərcləyir və digər hissəsi isə xəzinəyə daxil olurdu (184, c.1, səh.102).

2.Divani- dövlət torpaqları. Qeyd etmək lazımdır ki, başqa xanlıqlarda olduğu kimi, İrəvan xanlığında da dövlət torpaqlarından gələn gəlir xəzinəyə daxil olurdu. Bu gəlirin bir hissəsi bürokratik apparatın, ordunun saxlanmasına xərclənirdi. Xanlar yaxın adamlarına torpaq bağışlayarkən divani torpaqları hesabına paylayırdı. Bütün bu torpaqlar xanın mülkiyyəti idi və onlardan gələn gəlir xəzinəyə daxil olurdu.

3.Tiyul torpaqları. «Tiyul»un hərfi mənası türkcə «kimsəyə verilmiş bir şey», «gəlir verən şey», «gəlir götürmək üçün bağışlanılmış şey», yaxud «gəlir» deməkdir (75,139; 233,184). Tiyul göstərdikləri dövlət və hərbi xidmət müqabilində hər hansı şəxsə ömürlük verilən şərti torpaq mülkiyyəti idi. Tiyul sahibi öldükdə və yaxud xidmətini başa vurduqda bağışlanmış kəndlər yenidən xəzinəyə qaytarılırdı (415,929; 184, c.1, səh.124; 229,454). Tiyul xanın verdiyi xüsusi sənəd əsasında bağışlanılırdı. Belə ki, xan yaxın adamlarına tiyul paylarkən təliqə adlanan vəsiqə verirdi. Təliqədə göstərilirdi ki, belə torpaqları idarə edən şəxslər onu sata, dəyişə, hədiyyə edə bilməzdi və bu torpaqların atadan oğula keçəsinə ixtiyar verilmirdi (187,29). Təliqə adətən fars dilində yazılırdı və onun axırında xanın möhürü olurdu (131,27).

Tiyul xəzinə, mülk, habelə xana məxsus torpaqlar hesabına paylanırdı. Tiyuldara tiyul torpaqlarında sakin olan kəndlilərdən vergi götürmək səlahiyyəti verilirdi. Tiyul hüququ onun sahibinə bilavasitə vergi siyahısından silinmiş, bağışlanılmış kəndlərdə yerləşmək hüququ verirdi. Tiyul torpaqlarında yaşayan kəndlilərdən yığılan bütün vergi və kəndlilərin icra etdikləri mükəlləfiyyət tiyuldarın xeyrinə sərf edilirdi. Burada vergilər müəyyən olunmuş miqdardan yuxarı olmamalı idi. Əks halda əhali xəsis sahibkarı tərk edərək, digər ərazilərə gedə bilərdi (415,928-929). İrəvan xanlığında tiyulun mükafatlandırma, bəxşiş və arpalıq kimi 3 növü vardı (415,929). Tiyulun mükafatlandırma forması adətən xana yaxın hərbiçilərə, dövlət aparatında işləyən mülki şəxslərə, elm adamlarına və hətta din xadimlərinə hədiyyə verilirdi. Məsələn, Hüseynqulu xan hərbiçilərdən sartip Məhəmməd xana, sərhəng Əhməd xana, topçubaşı Cəlil bəyə və digər hərbiçilərə mükafat olaraq tiyul paylamışdı (415,929). Elm və fəzilət adamları da bu cür mükafat alırdı. XVIII əsrin 80-ci illərin əvvəllərində Hüseynəli xan elm adamlarının birinə Şərur mahalının Muğancıq kəndi ərazisində iki dank əkin sahəsi bağışlanması haqqında təliqə vermişdi. Təliqədə göstərilirdi ki, «…Bununla əlaqədar olaraq… həyatını layiqincə təmin etmək məqsədilə böyük, qüdrətli ali vəkilin xassə (dövlət-E.Q.) torpaqları hesabına Şərur mahalının Muğancıq kəndi ərazisində iki dank əkin sahəsini ona bağışladıq. O, hörmətli şəxs bizim təliqəmiz əsasında bundan bir az əvvəl ona bağışlanan rəncbərlər vasitəsilə əkib biçmək işi ilə məşğul olub, əldə edilən gəliri özünün gündəlik xərcinə sərf etsin. Bayram Sultan və həmin mahalın yüksək rütbəli kəndxudalarına göstərilən iki dank əkin sahəsinin qeyd olunan adamın rəncbərlərinin ixtiyarına verilməsi əmr edilir (39,107-108). Tiyulun mükafatlandırma forması istisna halda atadan oğula keçə bilərdi. Bunun üçün oğul atanın vəzifəsini tutmalı və sərdarın xidmətində olmalı idi (415,930).

Tiyulun bəxşiş forması əvvəlki tiyul sahibinin xidməti başa çatdıqda və öldükdə geri alınan torpaqların digər şəxsə verilməsi ilə yaranırdı. İrəvan xanları tiyulun bu növünü mülk torpaqları hesabına da paylayırdı. Belə ki, xanlar iri mülkədarların nüfuzunu zəiflətmək üçün onlara məxsus kəndlərin bəzisini özünə yaxın şəxslərə bəxşiş olaraq verirdi. Bəxşiş sahibləri öldükdə onlara məxsus torpaqlar ləğv edilir, əvəzində bu torpaqlar yeni tiyul sahibinə verilirdi (415,929).

Tiyulun «arpalıq» adlanan digər forması da vardı. Bu siyasi vəziyyətlə əlaqədar olaraq qonşu xanlıqlardan İrəvana pənah gətirmiş nüfuzlu şəxslərə müvəqqəti verililmiş torpaq sahəsi idi. Məsələn, bütün Dərələyəz mahalı gürcü şahzadəsi Aleksandra, Sürməli mahalının beş kəndi isə Hüseyn ağa Zilanlıya, bir kənd Süleyman ağa Zilanlıya tiyul- arpalıq verilmişdi (415,930, 936).

Xanlıq işğal olunduqdan sonra burada keçirilən kameral siyahıyaalınmada tiyul kəndlərinin sayı haqqında ikili məlumat verilmişdir. Bu həm Hüseynqulu xanın vəziri Mirzə İsmayıl tərəfindən rus məmurlarına təqdim etdiyi, həm də yerli əhalinin verdiyi məlumatdır. Hər iki məlumat əsasında aşağıdakı 4.2 cədvəli İrəvan xanlığında olan tiyul torpaqlarının sayını əyani əks etdirir:

Cədvəl 4.2.






Vəzir Mirzə İsmayılın verdiyi məlumat




Kameral təsvir zamanı əhalinin məlumatı əsasında

Sahibkarın adı

Qeyd

1

2

3

4

5

6




Qırxbulaq mahalında













1




1

Cüvrüs

Hümmət və Hacı bəy qardaşları




2




2

Ağazor

Axund-Şeyx-ül-islam




1

Baş kənd

3

Başkənd

Səlim bəy




2

Ərinc

4

Ərinc

Məlik Saak-Ağamalov










5

Kitiran

Axund molla-Əliabbas










6

Pyütkni

Yüzbaşı Qaragöz adlananVartan-Minasarov




3

Meqyüb

7

Meqyüb







4

İllar

8

İllar

Məlik Saak və Ağababa sultan

Məlik Saak öldükdən sonra mülkünün bir hissəsi qardaşı Simon sultan keçir

5

Dəlləkli







Mirzə İsmayıl




6

Kankan







Sübhanqulu xan

Həmçinin



Zəngibasar mahalı














1

Carbaq



















1

Ağcaqışlaq,3 axça

Sartip xan

Sartip öldükdən sonra tiyul ləğv olunur







2

Dəmirçi şöllü,3 axça

Hümmət bəy










3

Reyhanlı

Qazi molla Kərim










4

Sarıcalar

Yarısı Sartip xanın, yarısı Ələsgər bəyin

Birincinin qaçması, ikincinin ölümündən sonra tiyul ləğv olunmuşdu



Gərnibasar mahalı




















1

Ağqəmzəli













2

Qaratəpə

Mehdi bəy










3

Qaradağlı













4

Xaratlı







1

Əlibaşı

5

Əlibaşı

Ağamirzə bəy

O qaçdıqdan sonra tiyul ləğv olunmuşdur

2

Çinaxanlı

6

Çinaxanlı

3

Buzovənd-axund

7

Buzovənd-axund

Yarısı İrəvan məscidinə, yarısı isə axund Şeyx-ül-islama məxsus idi

Şeyx-ül-islamın ölümündən sonra ona məxsus tiyul ləğv edilmişdi







8

Ağcaqışlaq

Vəzir Mirzə İsmayıl

O İrana getdikdən sonra kənd xəzinənin ixtiyarına keçmişdi







9

Arpa

Molla Kazım

Onun ölümündən sonra tiyul ləğv olunmuşdu




Vedibasar mahalı



















1

Əsni

Həsən sultan

Onun ölümündən sonra tiyul ləğv edilmişdi



Şərur mahalı




















1

Noraşen sufla

Əliməhəmməd bəy




1

Aralıq Kəlbəli xan

2

Aralıq Kəlbəli xan

Yarısı Naxçıvan naibinin










3

Aralıq Məhəmmədəli bəy

Məhəmmədəli bəy

Ölümündən sonra tiyul ləğv edilmişdi

2

Yalqızağac

4

Yalqızağac

Axund Şeyx-ül-islam

Ölümündən sonra tiyul ləğv edilmişdi

3

Diadin

5

Diadin




O İrana qaçdıqdan sonra tiyul ləğv olunmuşdu

4

Ərəb Yengicə

6

Ərəb Yencicə

Sartip Məhəmməd xan

5

Qara Həsənli

7

Qara Həsənli




6

Arbatan

8

Arbatan

Məhəmmədrza sultan

İrana qaçdıqdan sonra tiyul ləğv olunmuşdu



Sürməli mahalı














1

Toxan-şollu-Bayat

1

Toxan-şollu-Bayat

Əhməd xan



2

Göycəli

2

Göycəli

Kürd Kamal ağa

Bu tiyul arpalıq idi. O qaçdıqdan sonra kənd xəzinəyə daxil olmuşdu







3

Şirəçi

Sartip xan

Qaçdıqdan sonra tiyul ləğv edilmişdi







4

Hüseyn kənd







5

Mürşüdəli qışlağı







6

Təcirli

Kürd Süleyman ağa Zilanlı

Tiyul arpalıq idi. O,İrana qaçdıqdan sonra ləğv olunmuşdu

3

Nəcəfəli

7

Nəcəfəli

Kürd Hüseyn ağa zilanlı

Arpalıq. İrana qaçdıqdan sonra tiyül ləğv edilmişdi.

4

Qazıqışlağı

8

Qazıqışlağı

5

Panik

9

Panik







10

Qızıl Zakir

Məhəmmədhüseyn bəy

Qaçdıqdan sonra tiyul ləğv edilmişdi

6

Qazançı

11

Qazançı

Sartip xan

Qaçdıqdan sonra tiyul ləğv edilmişdi

7

Ağaver

12

Ağaver

Cəlil xan




8

Ağveyis

13

Ağveyis

Kürd Hüseyn ağa zilanlı




9

Zoor




……..

Mirzə Tatos

Boş

10

Muça




……..

Hüseyn ağa

Həmçinin

11

Yerqov




……..

Sadıq bəy

Həmçinin

12

Məzrəciraxli




……..

Molla Məhəmmədəli Bayat

Tiyul ləğv olunub




Dərəkənd-Parçenis mahalı













1

Qaraqala

1

Qaraqala

Məhəmmədcəfər xan

Qaçdıqdan sonra tiyul ləğv edilmişdir

2

Pirili

2

Pirili

3

Turabi

3

Turabi







4

Güləhməd







5

Qızılbulaq

Məhəmmədcəfər xan





4

Kahin







Qaçdıqdan sonra tiyul ləğv edilib

5

Kiti







6

Qamışlı









Talın mahalı




















1

Ağca-yuxarı qala

Hamo xan

Qaçdıqdan sonra tiyul ləğv edilib







2

Ağca-aşağı qala













3

Məsdərə

Yarısı Eçmiədzin kilsəsinin, yarısı Qafar xanın

Qafar xanın payı xəzinəyə daxil edilmişdi




Seyidli-Ağsaqqallı mahalı



















1

Persi

Cəlil xan










2

Nəziravan

Vəli bəy qohumları ilə










3

Kiçikkənd

İsmayıl xan Ağsaqqallı

Qaçdıqdan sonra tiyul ləğv edilmişdi



Sərdarabad mahalı




















1

Ağca arxı

2 1 /2 axça Cəlil xanın, 4 1/2 axça isə Kərbəlayı Sadıq bəyin




1

Armudlu

2

Armudlu

Kürd Öküz ağa

Qaçdıqdan sonra tiyul xəzinəyə daxil edilmişdi




Körpübasar mahalı













1

Eçmiədzin

1

Vaqarşapat

Eçmiədzin kilsəsinin










2

Toos

Əhməd xan










3

Aramlı

Hamo xan

O, qaçdıqdan sonra tiyulu ləğv edilmişdir







4

Ayarlı

Əhməd xan




2

Uşaqan

5

Uşaqan

Eçmiədzin kilsəsinin




3

Parpi

6

Parpi

Məhməd sultan

O Osmanlı ərazisinə qaçdıqdan sonra xan tərəfindən tiyulu ləğv edilmişdi

4

Təkiyə

7

Təkiyə

Əhməd xan










8

Muqni

Muqni kilsəsinin







Dərəçiçək mahalı













1

Arzakyan

1

Arzakyan

Məlik Saak Aqamov

Məlik öldükdən sonra xüsusi mülkiyyətə keçmişdi







2

Bcni

Parseq Keqamov




1

Dəlilər







Məlik Saak Aqamov




2

Gümüş












Bu cədvəldən göründüyü kimi, İrəvan xanlığında tiyul hüququna malik 42 kənd olmuşdu (415,931-941).

4.Mülk. Mülk-ərəbcə əl-mülk «sahib olmaq», «malik olmaq» deməkdir. Mülk xüsusi mülkiyyətə məxsus torpaq sahibliyi idi. Bu torpaqları satmaq, almaq, bağışlamaq və girov qoymaq olardı. Mülk irsi olaraq nəsildən-nəsilə keçirdi (415,926-927; 75,139; 184, c.1, səh.125; 233,228). İrəvan xanlığında mülk torpaq forması iki qismə bölünürdü: birinci irsi keçən, ikinisi isə bağışlanmış mülk olan mülk xalisə adlanırdı. İrsi keçən mülklər Səfəvi şahları tərəfindən bağışlanmış mülklər hesab olunurdu. Mülk xalisə isə bağışlamaq və satılmaq yolu ilə yaranırdı. Xalisə mülkləri digər əyalətlərdən köçüb məskunlaşmış nüfuzlu adamlara bağışlanılması və satılması ilə yaranırdı. Belə mülklər nəsildən-nəsilə keçirdi və mülk sahibləri onu satmaq, irsən vermək və bağışlamaq hüququna malik idi, yəni ondan öz mulkü kimi istifadə edirdi (184, c.1, səh.122). Belə mülkləri olan mülk sahibləri hər vasitə ilə onu genişləndirməyə çalışırdılar. Onlar başqa əyalət və xanlıqlardan əhalini müxtəlif vasitələrlə bu yerlərə cəlb edir, onları müəyyən şərtlərlə həmin torpaqlarda yerləşdirirdilər (201, c.3, səh.63-64).

Lakin mülk sahibləri tam sərbəst deyildi və onlara qadağalar qoyulmuşdu. Belə ki, bəzi mülklər xalisə hüququna malik deyildilər, yəni sadəcə mülk adlandırılsalar da, onların sahibləri olan mülkədarlar xəzinəyə vergi ödəyirdilər. Buna əsasən, mülkədar hər hansı kənd, torpaq və yaxud rəiyyət üzərində özünü sahib saya bilməzdi. Mülk ona sadəcə gəlirindən istifadə etmək, xəzinənin gəlirindən məvacib almaq əsasında verilirdi. Sakinlərə təsir göstərməsi ona bilavasitə ciddi qadağan edilirdi. Onun hüququ yalnız məhsul yığıldıqdan sonra mülkədər kəndindən anbara toplanan vergidən özünün payına çatan hissəni tələb etməsi ilə məhdudlaşırdı. Əgər mülkədar özü təsərrüfatla məşğul olmaq istəsə sərdardan icazə almalı və onun razılığı ilə işləmək üçün rəiyyət tutmalı idi. Mülkədarın istifadə etdiyi mülk onun yaşadığı kəndin ərazisində olduqda və torpaqlar icma üzvləri arasında bölüşdürüldükdə, o da mülk sahibi hüququnda deyil, başqa kəndli kimi, pay alırdı (415,926-927). Bu mülkdən gələn gəlirin müəyyən hissəsi xəzinəyə ödənilirdi (415,927-928; 187,25).

İrəvan xanlığında elə mülklər vardı ki, onların sahibləri məhsulun 4/30 hissəsini almaqla kifayətlənirdi. Lakin kəndlərin vəziyyətindən asılı olaraq mülk sahiblərinin gəliri də müxtəlif idi. Məsələn, mülkədarların bəhrəkər kəndlərindən yığılan ümumi məhsuldan gələn gəliri 23/30, yarıkər kəndlərindən isə 12/30 hissəsini təşkil edirdi (415,928).

5.Vəqf torpaqları. İrəvan xanlığında dini idarələrə məxsus torpaq sahibliyi də mövcud olmuşdu. Buna «vəqf» deyilirdi. Vəqf ərəb sözü olub allah yolunda məscidlərə və yaxud kilsəyə hədiyyə edilmiş var-dövlət, torpaq payı və yaxud mülk idi. Bunun üçün vəqfnamə əsasında mülkiyyət sahibi öz mülkündən istifadə etmək hüququnu məscidin, kilsənin və yaxud şəxsin xeyrinə itirirdi (229,439-440). Bu mülkiyyət forması bağışlanmalar yoli ilə formalaşırdı. Vəqf mülkiyyəti torpaq sahələri, kəndlər, bağlar, dəyirmanlar, arxlar, mal-qara və s. ola bilərdi (415,679-681). İrəvan xanlığında məscidlərlə bərabər, erməni kilsəsinə məxsus vəqf mülkiyyəti də mövcud idi.

Vəqf təsərrüfatının idarə edilməsi İrəvan xanlarının nəzarətində idi. Onların sərəncamı ilə xalq arasında nüfuzu olan din xadimlərindən biri vəqf idarəsinin başçısı təyin edilirdi. Məsələn, İrəvan xanı Məhəmməd xan (1784-1805) Molla Əli adlı bir din xadimini vəqf torpaqlarının başçısı təyin edərək, onun vəzifələrini göstərmişdi. Onun adına verilən təliqədə yazırdı ki, «Molla Əli bütün vəqf mülklərini şəxsən, müstəqil idarə etməli, onlara aid bütün məsələlərin həllində çalışmalı, bu barədə mövcud olan dəftər və kitablara rəhbərlik etməlidir. O, öz şəninə, cəsarətinə, bacarığına uyğun vəqf mülklərinin bərpasına çalışmalıdır. Vəqf mülklərinin bütün gəlirlərini topladıqdan sonra ona verilən təliqədə, tədris haqqındakı təliqədə qeyd etdiyimiz kimi xərc edib, gəlir və məxaricə dair ayrılan siyahını bizim nəzərimizə çatdırsın. Vəqf torpaqlarının əkinlərinə, həmin torpaqlarda vergi yığan məmurlarına Molla Əliyə və onun mülazimlərinə tabe olunmasını əmr edirik (39,52-53). Həm məscidlərə, həm də Eçmiədzin kilsəsinə aid «vəqf» torpaqlarından gələn gəlir dini idarələrə, təhsilə və ruhanilərin özlərinə xərclənirdi. Molla Əliyə verilən təliqədə vəqf gəlirlərinin xərclənməsi belə müəyyən olunurdu: «Molla Əliyə vəqf torpaqlarından toplanılan gəlirin aşağıda göstərilən kimi üç hissəyə ayırıb xərcləməyi tapşırdıq: 1.Mədrəsə əhalisinin gündəlik işlərinə; 2.Mədrəsənin qulluqçularının və mədrəsənin sayir xərclərinə; 3.Özünün illik maaşına, dərs ləvazimatına, dini mübahisələrin təşkilinə və mədrəsənin mühüm lazımi işlərinə (39,54).

Din xadimləri vergi və mükəlləfiyyətdən azad idi. Bundan əlavə, xan əhali arasında hörməti olan din xadimlərinə torpaq sahəsi və kəndlər bağışlayırdı. Bağışlanmış kəndlərdən gələn gəlir onların özlərinə çatırdı (201, c.3, səh.30).

Lakin məscidlərdən fərqli olaraq, kilsənin gəlirləri xanlıq dövründə İrəvan xanlarının nəzarətində idi. Belə ki, Eçmiədzin kilsəsinə tiyul verilmiş kəndlərdən xan hər il 400 tümən vergi alırdı (415,678, 931).

6.Camaat torpaqları. Bu kənd icmalarının ixtiyarında olan torpaq sahələri idi. Buraya adətən, yerli əhalinin istifadə etdiyi əkin sahələri, otlaqlar, meşələr, boş sahələr, qəbirsanlıq və s. ərazilər daxil idi.

4.3. Duz istehsalı

İrəvan xanlığının iqtisadi həyatında böyük rol oynayan istehsal sahələrindən biri də duz istehsalıdır. Xanlığın ticarətində və ixracatında bu sahə xüsusilə fərqlənirdi (201, c.4, səh.268-269; 147,327). İrəvan duzunun istehsal tarixi qədim dövrlərə aiddir. İrəvan duzu əsasən, Sərdarabad qalasının 30 verst, İrəvan qalasının isə 50 verstliyində, Araz çayının sağ sahilində yerləşən Qulp kəndinin yaxınlığındakı dağdan çıxarılırdı. İrəvan xanı Hüseynqulu xana qədərki dövrdə duz istehsalı haqqında məlumat çox azdır. Lakin bu da məlumdur ki, Məhəmməd xanın hakimiyyəti dövründə duzun qiyməti ucuz olduğundan və cüzi gəlir gətirildiyindən onun istehsalına az fikir verilmişdi. Bu xanın dövründə duz istehsalından ildə 3.000 gümüş rubl (300 tümən-E.Q.) gəlir əldə olunmuşdu (415,824). Ümumiyyətlə, Hüseynqulu xana qədər duz istehsalında pərakəndəlik hökm sürmüş, onun hakimiyyətə gəlişindən sonra bu sahədə qayda-qanun yaradılmışdı. Duza tələbat artdığından, duz oğurluğunun qarşısını almaq məqsədilə sərdar bu sahəyə fikir verməyə başladı. Onun fərmanına əsasən, duz yalnız Qulp kəndindən 200 sajen aralı, dağın cənub ətəyində əlverişli yerdə emal edilməli idi. Burada bir-birindən 50 sajen aralıda iki mədən yaradılmışdı. Birinci mədənin uzunluğu 45 sajen, hündürlüyü isə 1 1/2-dən 2 sajenə qədər idi. İkinci mədən birincidən bir qədər sonra 1815-ci ildə açılmışdı. Onun uzunluğu 55 sajen, eni 10-dan 13 sajenə qədər, hündürlüyü isə 1 1/2 -dən 2 sajenə qədər idi (415,824).

Hüseynqulu xan duz mədənlərinə nəzarət etmək üçün öz yaxın adamlarından sultan və onun köməkçiləri olan üç nəfər mirzə təyin etmişdi. Bu şəxslər yaxşı məvacib alırdı. Sultan ildə 320 gümüş rubl məbləğində məvacib, yaxud 8 1/2 xalvar arpa, 1 xalvar 20 batman çəltik, 24 batman yağ, 60 qoyun alırdı və bundan əlavə, satılmış hər bir araba duzdan 5 gümüş qəpik ona çatırdı. Sultanın köməkçisi olan birinci mirzə ildə 200 gümüş rubl və sultanın natura şəklində aldığı ərzağın yarısını, digər iki mirzə isə hər satılmış duz yükündən 2 gümüş qəpik məvacib alırdı (415, 827).

Hüseynqulu xan duz istehsalına xüsusi fikir verdiyi kimi onun satışını da nəzarətdə saxlayırdı. O, hətta Osmanlı duzuna rəqabətə davam gətirmək, qonşu dövlətlərin İrəvan duzuna marağını artırmaq üçün hər araba və hər tay duza yerli əhalinin ödədiyi məbləğdən də az qiymət təyin etmişdi (415,929).

İrəvan duzu lövhəciklər halında istehsal olunurdu və emal nəticəsində xırdalanırdı. Duz istehsalında tutacağı elastik və nəzik olan külüngə bənzər alətdən istifadə olunurdu. Bu alət kiçik və iri ölçüdə olurdu. Kiçik külüng 4 1/2 funt ağırlığında idi və onunla duz lövhəciyinin kənarları qazılırdı. İkincinin çəkisi isə 6 funtdan çox idi. Bu alətdən duz kütləsini ayırmaq üçün istifadə edilirdi. Hər bir duz layı yastı kəsik piramidaya oxşayırdı. Layın uzunu 2 fut, eni 10 düyüm və qalınlığı isə 5 düyümə yaxın idi. Bu layların orta çəkisi 6 İrəvan batmanına bərabər idi (415,824). Duzun tərkibi gips, gildən olan qumlu daşdan və qaya parçasından ibarət idi. Rəngi əsasən, boz olsa da, bəzən ağ rəngli duza da rast gəlinirdi (415,821-823; 201, c.4, səh.268).

İrəvan əhalisi duzu özləri istifadə etməklə yanaşı, onun böyük hissəsini qonşu dövlətlərə ixrac edirdilər. Duz mədənləri Qarabağdan, Kartli-Kaxetiyadan, Osmanlı paşalıqlarından gələn karvanlarla dolu olurdı. Xanlıq dövründə duzun qiyməti müxtəlif idi. Duz araba və yaxud tayla aparılırdı. Hər bir tay 4 daşdan, hər bir daşın çəkisi isə 6 batmandan (7-8 pud) ibarət idi. Hər taydan müxtəlif şəxslərin xeyrinə vergi ödənilirdi. Bu vergidən xanın xeyrinə 80, keşikçilərə 4, mirzələrə 2, duz istehsalçılarına isə 16 qəpik alınırdı. Bir araba yükü isə 25-32 daşdan ibarət idi. Onun çəkisi 60 puda yaxın olurdu. Araba yükündən xanın xeyrinə 3 rubl 20 qəpik, keşikçilərə 20, duz mədəninin başçısı sultan üçün 5, duz istehsalçısına isə 1rubl vergi alınırdı. Ümumiyyətlə, aparılan hər bir yük duz daşı mədənə 26 1/2, arabaya yüklənmiş daş isə 14 gümüş qəpiyə başa gəlirdi (415,828-829). Bundan əlavə, duz mədənində işləyən Qulp kəndinin əhalisinə də qanunla təyin olunmuş haqq çatırdı. Onlar hər arabaya görə 1 gümüş rubl, hər taya görə isə 4 gümüş qəpik məvacib alırdı (415,828). Hüseynqulu xanın dövründə duz istehsalından küllü miqdarda gəlir əldə olunurdu. Məhz onun xidməti nəticəsində duz istehsalından hər il xəzinəyə 14.000 gümüş rubl (1400 tümən-E.Q.) gəlir gəlirdi (415,827).



4.4.Sənətkarlıq və ticarət.

Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin