Elmi ƏSƏRLƏR, 2016, №6 (76) nakhchivan state university. Scientific works, 2016, №6 (76)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/23
tarix18.04.2017
ölçüsü5,01 Kb.
#14448
1   ...   11   12   13   14   15   16   17   18   ...   23

ƏDƏBİYYAT 
 
1.
 
Ağayev B. A.Cərrahi xəstəliklər , Bakı, 2007. s. 374-394 
2.Əliyev  Y.  Q.,Kurbanov  F.S.,  Suşko  A.N.,Panteleyeva  B.C.,  Dobrovolskiy  S.R.  Öd  daşı 
xəstəliyinin  müalicəsində  cərrahi  kəsik  növünün  seçimiə  Azərbaycan-  Türkiyə  Cərrahiyyə  və 
qastroenterologiya günləri, Bakı, 2014, s.87-88 
3.  Briskin  B.C.  Lomidze  O.  V.  Выборы  способа  операции  при  остром  деструктивном 
холецистите    Мат.    Межрегиональной  –  практической  конференции.  Хирургия 
деструктивного холецистита. Екатерингбург, 2008, с.19-20 
4. Майстренко Н. А.  Гепатобилиарная хирургия  Санк Петербург 1999. с.113-164 
5.Мамедов  К.  М.  Современныйе  взглядына  улучшение  хирургического  лечения 
осложненных форм острого калкулезного холецистита Здоровье, 2015, № 2 ,s. 95-102  
6. Nəsirov M.Y., Əhmədov A. X., Cəfərli D. J. Destruktiv xolesistitli xəstələrdəimmun status 
göstəricilərinin  öyrənilməsi.  Azərbaycan-  Türkiyə    Cərrahiyə  və  qastroenterologiya  günləri  Bakı, 
2014. S. 69-70  
7.  Bove  A.,  Bongarzion  G.,  Serefani  F.  Metal.  Laparoscip  chlicystecomy  in  acute 
cholecystilis: predictors of conversion to open cholecystectomy and preliminary rezults // G. Chir, 
2004, vol -25, № 3, p. 75-79   
8. İsmayılov C.Ə. ‹‹Kəskin kalkulyoz xolesistit ›› Azərbaycan Tibb Jurnalı 1985 № 7. s. 61.   
9. ŞCHWARTS  Cerrahi nin ilkenleri  2005 s. 1238-1252    
10.  Галперин  Е.  И.  Дедерер  Ю.М.    Нестандартные  ситуации  при  операях  на  печени  и 
желчных путях. Масква Медицина. 1987. 335 с   

113 
11.  Akhan  O,  Akinci  D,  Ozmen  MN:  Percutaneous  cholecystostomy.  Eur  J  Radiol  43:229, 
2002 
12.Richards  C,  Edwards  J,  Culver  D,  et  al:  Does  uslnga  laparoscopic  aproach  to 
cholecystectomy decrease the risk of surgical site infection? Ann Surg 237:358, 2003 
13.  Strasberg  SM:  Cholelithisis  and  acute  cholecystitis.  Ballieres  Clin  Gastroenterol 
11:643,1997           
ABSTRACT 
İsmailov C.A.     
İsmailov A.C. 
Prevalence of gallstone disease and surgical treatment in Nakhchivan Autonomu Republic.                               
This research covers clinical analysys of 1063 patients which entered with gallstone disease to 
the    Nakchivan  Republic  hospital,  Nakhchivan  Diagnosis  and  Treatment  center  and  ‹‹  Shafa  ›› 
privte medicl center exposed to the surgical treatment during  2008-2015 years. 886 of patients were 
woman  and  other  177  person  were  men.  Rural  populasion  were  624  person  and  city  populasion 
were  439  person.  The  age  of  thy  patient  vary  7-81  years.  Ther  is  suitable  conditions  for  the 
formation of the gallstone disease in our republic. Such as sharply continental climate, fulfill labour 
regimes  of  agricultural  works  under  the  scorching  sun,  sharply  disruption  of  the  water-salt 
exchange. These all increase probability of the gallstone diseas. Recently gallstone disease increase 
progressively among all population in the world. This case manifesting in our Autonomus Republic. 
Take  into  consideration  all  of  these  we  can  cometo  this  conclusion  that  gallstone  disease    asa  a 
regional  pathology  prevelance  and  surgical  treatment  there  is  a  necessarity  carry  out  scientific 
researchs and summarize of prevelance and surgical treatment in our Autonomus Republic.  
   
РЕЗЮМЕ 
 Исмаилов Дж. А.      
Исмаилов А. Дж. 
Распространение и хирургическое лечение желчнокаменной болезни в Нахичеванской 
Автономной Республике               
Исследование  охватывающее  2008-2015  г.г.  проводилось  в  Нахичеванской 
Республиканской  больнице,  Нахичеванском  Диагностическом  центре  и  в  частном 
медицинском  центре  ‹‹  Шефа  ››  и  охватывает  клинический  анализ  1063  больных 
подвергшихся  хирургическому  лечению.  Из  них  886  больных  женшины,  остальные  177 
больных мужчины. 624 больных представители сельской местности, остальные 439 больных 
представители  городского  населения.  Возраст  больных  варировал  от  7-81  года. 
Способствующими  для  развития  желчекаменной  болезни  в  Нахичеванской  АР.  факторами 
являюшися  климатические  условия:    резкий  континентальный  климат,  проведение 
сельскохозяйственных  работ  под  знойными  солнечными  лучами,  способствующие 
нарущению 
водно-солевого 
баланса, 
повышают 
вереятность 
возникновению 
желчнокаменной  болези.  В  последние  время  наблюдается  прогрессирующий  рост 
желчнокаменной болезни в мире. Тоже самое наблюдается в Нахичеванской АР.  Учитывая 
вышеуказанное можно прийти к выводу,что распространение желчнокаменной болезни и его 
хирургическое  лечение  в  аспекте  региональной  паталогии  подлежит  дальнейшем  
исследованию и изучению путей распространения и методов хирургического лечения.       
         
 
NDU-nun  Elmi  Şurasının  26  aprel  2016-cı  il  tarixli  qərarı  ilə  çapa 
tövsiyə olunmuşdur (protokol № 09) 
       
   
 
 
 
 
 

114 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 6 (76) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 6 (76) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 6 (76) 
 
 
MƏTLƏB İBRAHİMOV 
Naxçıvan Dövlət Universiteti 
UOT:616.007 
ANADANGƏLMƏ İNKİŞAF QÜSURLARININ  
ƏMƏLƏ GƏLMƏSİNİN SƏBƏBLƏRİ  
 
Məlum  olduğu  kimi,  teratologiyaya  görə  insan  orqanizminin  inkişaf  etməsi  üç: 
blastomerin  əmələgəlmə,  embrional  və  ya  rüşeym  və  fetal  və  ya  döl  mərhələsi  ilə  keçir.  Bu 
mərhələlər müəyyən ardıcıllıqla davam edərək hüceyrələr və daxili üzvlər inkişaf edirlər .  
Mayalanmış yumurta hüceyrəsində mitoz prosesi çox intensiv davam edərək blastosistə 
çevrilir.  Embrional  inkişafın  3-8  həftə  müddətində  daxili  üzvlər  və  sistemlər  formalaşır.  Elə 
bu dövrdə rüşeym toksiki maddələrin təsirinə çox həssas reaksiya verir. Anadangəlmə inkişaf 
qüsurları da bu dövrdə əmələ gəlir.  
Qeyd  etmək  lazımdır  ki,  dölün  hər  bir  üzv  və  sisteminin  bətndaxili  inkişafı 
mərhələsində  teratogenlərin  kritik  təsir  etmə  dövrü  var.  Məsələn,  ürək  qan-damar  sistemi, 
mərkəzi  sinir  sistemi,  yuxarı  və  aşağı  ətraflar,  gözlər,  damaq,  xarici  tənasül  üzvləri  üçün 
teratogenin kritik təsir etmə müddəti hamiləliyin 3-5 həftəsi hesab olunur. elə daxili üzvlərdə 
və sistemlərdə anadangəlmə inkişaf qüsurları da hamiləliyin bu dövründə əmələ gəlir.   
Hamiləliyin  səkkizinci  həftəsinə  qədər  ürəyin  qulaqcıqarası,  mədəcikarası  çəpərinin 
inkişaf  defekti,  aorta  və  ağ  ciyər  arteriyasının  transpozisiyası,  aortanın  koarktasiyası,  Fallo 
triadası,  tetradase  pentadası  kimi  bətndaxili  inkişaf  anomaliyaları  baş  verərək  formalaşmış 
olur. 
Anadangəlmə  inkişaf  qüsuru  əmələ  gələndə  bir  halda  döl  hamiləliyin  axırına  qədər 
qalmayaraq düşük baş verir. digər halda əgər uşaq doğularsa da, daxili üzvlər normal fəaliyyət 
göstərə  bilmədiyi  üçün  yeni  diri  doğulmuş  uşaq  yaşamaq  qabiliyyətinə  malik  olmur.  Onlar 
çox vaxt neonatal dövrdə ölürlər. 
2000-2009-cu  illərdə  bizim  müşahidə  etdiyimiz  184  anadangəlmə  inkişaf  qüsurlu 
uşaqların  25  (13,6%)  ölü  doğulmuşdur.  159  (86,4%)  anadangəlmə  inkişaf  qüsurları  ilə  diri 
doğulmuş  uşaqların  48  (30,2%)  erkən  neonatal  dövrdə,  yəni  doğulanın  4-6  sutkasında,  11-i 
(6,9%) gec neonatal dövrdə, yəni doğulanın 7-17 sutkasında ölmüşdür. Biz hesablamaları 159 
anadangəlmə inkişaf qüsurları ilə diri yeni doğulmuşlardan aparmışıq. 
Cədvəl 1 
Naxçıvan MR-də Anadangəlmə inkişaf qüsurları ilə  
diri doğulmuşların ölümü (n=159) 
 
 
Qüsurulu diri  
yeni doğulmuş 
Erkən neonatal ölüm  
4-6 sut 
Gec neonatal ölüm  
7-27 sut 
Şərur 
37 
11 (29,7%) 
3 (8,1%) 
Şahbuz 
36 
11 (30,6%) 
3 (8,3%) 
Ordubad 
44 
14 (31,8%) 
3 (6,8%) 
Naxçıvan şəh. 
42 
12 (28,6%) 
2 (4,8%) 
Cəmi 
Naxçıvan MR 
159 
48 (30,2±3,6%) 
11 (6,9±2,0%) 
 

115 
Muxtar  respublikanın  əraziləri  üzrə  təhlil  etdikdə  cədvəl  4.1-dən  göründüyü  kimi, 
məlum  oldu  ki,  subregionların  hamısında  anadangəlmə  inkişaf  qüsuru  ilə  doğulan  uşaqların 
miqdar  göstəriciləri  təxminən  eynidir.  Bizim  müşahidə  etdiklərimiz  başqa  ölkə  alimlərinin 
məlumatı ilə uzlaşır.  
Belə  ki,  Ümumdünya  Səhiyyə  Təşkilatının  hesabat  məruzəsində  ana  və  uşaq 
sağlamlığına xüsusi diqqət yetirilərək göstərilir ki, hər il bütün dünyada ölən 10,6 mln. uşağın 
40%-nin    ölümü  doğulanın  birinci  ayında  baş  verir.  Özü  də  ölümün  əs as  səbəbini 
anadangəlmə inkişaf qüsurları təşkil edir. Zanq J., Cai W.W. müaynələrinin nəticələri göstərir 
ki, 1000 diri doğulmuşlardan 14,96 ölüm hadisəsi prenatal dövrdə, 5,97 ölüm antenatal, 2,06 
intranatal  və  6,94  ölüm  hadisəsi  erkən  perinatal  yaşda  baş  vermişdir.  S.A.Buxlovanın 
məlumatına  görə,  perinatal  yaşda  uşaq  ölümünün  17,09%  anadangəlmə  inkişaf  qüsuru  ilə 
doğulmuş  uşaqlar təşkil  edir.  İvanovskaya  T.Y.  hesab  edir ki,  anadangəlmə  inkişaf qüsurları 
bir yaşa qədər uşaq ölümü səbəblərindən ikinci yerdədir. Perinatal dövrdə isə ölümün 21,8%-
nin səbəbini anadangəlmə inkişaf  anomaliyaları təşkil edir. Çində perinatal dövrdə ölüm 1000 
diri  doğulmuşa  22,85  hadisə  müşahidə  ediblər.  Özü  də  anadangəlmə  inkişaf  qüsurları 
şəhərlərdə  kənd  yerlərinə  nisbətən  daha  çox  təsadüf  olunur  (Dai  L.,  G.X.Zhu,  L.Miao, 
Y.P.Wanq, Y.X.Wu, M.Miao, 2004). 
Beləliklə,  anadangəlmə  inkişaf  qüsurları  perinatal  dövrdə  uşaq  ölümünün  əsas 
səbəblərindəndir.  Ona  görə  qeyd  etmək  lazımdır  ki,  ümumiyyətlə  uşaqlar,  xüsusi  ilə  yeni 
doğulmuşlar  arasında  ölümü  azaltmaq  məqsədi  ilə  anadangəlmə  inkişaf  qüsurlarını  əmələ 
gətirən  səbəbləri,  risk  faktorlarını  və  onların  təsirini  hər  bir  ölkədə  aydınlaşdırmaq  həyatın 
tələbatıdır.  
Yeni  doğulmuşların  ölümünün  qarşısını  almaq  üçün  kompleks  profilaktik  tədbirlər 
əsasən  hələ  uşaq  doğulmamışdan  çox  əvvəl  və  doğulanın  ilk  vaxtlarından  həyata 
keçirilməlidir. 
Əvvəlki başlıqlarda göstərildiyi kimi, ümumiyyətlə döldə anadangəlmə qüsurun inkişaf 
etməsində bir sıra səbəblər rol oynayır. Buraya ananın yaşadığı ərazinin geo-ekoloji durumu, 
xarici  şəraitin  çirklənmə  dərəcəsi,  qadının  hamiləlikdən  əvvəl  və  hamiləlik  dövründə  qəbul 
etdiyi  dərman  maddələri,  qadının  keçirdiyi  infeksion  xəstəliklər,  ata,  ananın  zərərli  adətləri, 
sosial ekonomik vəziyyət və s.  aiddir.  
Bunları  nəzərə  alaraq  müayinə  etdiyimiz  yeni  doğulmuş  uşaqları  iki  qrupa  bölərək 
təhlillər aparmışıq (cədvəl 2).  
Birinci  –  əsas  qrup  158  anadangəlmə  inkişaf  qüsurlu  uşaqlardan  ibarət  idi.  İkinci  – 
müqayisə (kontrol) qrupunu 318 şərti sağlam, lakin anadangəlmə  qüsurla yeni doğulmuşlarla 
bir gündə həyata gəlmiş uşaqlar təşkil edirdi. 
Bir sıra ədəbiyyat məlumatlarında göstərilir ki, uşağın anadangəlmə inkişaf qüsuru ilə 
həyata gəlməsində qadının yaşının müəyyən təsiri var (Şəmsəddinskaya N.M.. Bağırova S.K.) 
[20]. 
 
Cədvəl 2 
Müayinə olunan yenidoğulmuşların qrupları 
 
 
Q r u r l a r  
Anadangəlmə inkişaf qüsurları ilə 
doğulanlar (əsas qrup) 
Şərti sağlam doğulanlar  
(müqayisə-kontrol qrup) 
Uşaqların 
sayı 
159 
318 
 
Bizim müşahidə etdiyimiz anaların anketləşməsində onların yaş xüsusiyyətlərini təhlil 
etdikdə  məlum  oldu  ki  (cədvəl  4.3),  əsas  qrupdan  olan  anadan  41  qadın,  yəni  25,8±3,5%, 
müqayisə qrupundan olan analardan isə 58 qadın (18,2±2,2%) 20-24 yaş radələrində idi, 25-
29  yaşlı  analar  əsas  qrupda  46  nəfər  (28,9±3,6%)  olmuşdu.  Müqayisə  qrupunda  121  ana  bu 

116 
yaşda  olaraq  38,1±2,7%  (χ
2
=20,8;  p<0,001)  təşkil  edirdi.  30-35  yaşlı  analar  əsas  qrupda  42 
nəfər  olaraq,  26,4±3,5%  təsadüf  olunduğu  halda,  müqayisə  qrupunda  56  nəfər  olaraq 
17,6±2,1% təşkil edirdi.  
Müayinə  qruplarında 40-dan  yuxarı  yaşı  olan analar və  atalar  da  var idi.  Əsas  qrupda 
40-44 yaşlı analar 5,0±1,7% (8 qadın) təşkil edirdi. Müqayisə qrupunda isə bu yaşlı analar iki 
dəfə az olaraq 2,2±0,8% təsadüf olundu.  40-44 yaşlı atalar əsas qrupda 17 nəfər (10,7±2,5%) 
rast  gəldiyi  halda,  müqayisə  qrupunda  cəmi  5,0±1,2%  (16  nəfər)  idi.  Əsas  qrupdan  olan 
ataların  1,3±0,9%  40-45  yaşlılar  idi.  45-49  yaşında  olan  atalara  əsas  qrupda  iki  nəfərə  rast 
gəlinərək 1,3±0,9% təşkil edirdi. Kontrol qrupda bu yaşlı atalara heç rast gəlinmədi. 
Bu  məlumatlar  göstərir  ki,  uşağın  anadangəlmə  inkişaf  qüsuru  ilə  həyata  gəlməsində 
ana  və  atanın  yaşının  çox  olmasının  müəyyən  rolu  var.  Belə  fikrə  C.J.Haines,  M.S.Rojers, 
D.H.Leunq  də  gəliblər.  Onlar  göstərirlər  ki,  ananın  yaşı  ilə  uşaqda  anadangəlmə  inki şaf 
qüsurunun  əmələ  gəlməsində  birbaşa  asılılıq  var.  Məmmədova  L.C.  Bakı  şəhərində 
anadangəlmə  inkişaf  qüsurlarının  əmələgəlmə  səbəblərini  tədqiq  edərkən  aydınlaşdırıb  ki, 
ananın yaşının 35-dən yuxarı, atanın yaşının 40-dan artıq olması uşaqda anadangəlmə inkişaf 
qüsurlarının  əmələ  gəlməsində  risk  faktorudur,  özü  də  ana  xətti  anadangəlmə  inkişaf 
anomaliyasının əmələ gəlməsində daha aktiv rol oynayır.  
 
 
 
Cədvəl 3 
Valideynlərin yaşı və fəaliyyəti 
Vali-
deynlər  
Risk faktorları 
Müayinə olunmuş uşaqların qrup 
χ
2
, p 
Əsas qrup  
(n=159) 
Müqayisə qrupu  
(n=318) 
Ana  
Yaş, illərlə 
15-19 
11 
 6,9±2,0% 
56  
17,6±1,1% 
χ
2
=20,8 
p<0,001 
20-24 
41  
25,8±3,5% 
58  
18,2±2,1% 
25-29 
46  
28,9±3,6% 
121  
38,1±2,7% 
30-35 
42  
26,4±3,5% 
56  
17,6±2,1% 
36-39 
11  
6,9±2,0% 
20  
6,3±1,4% 
40-44 
8  
5,0±1,7% 
7  
2,2±0,8% 
İşi 
İşləyir 
80  
50,3±4,0% 
238  
74,8±2,4% 
χ
2
=28,7 
p<0,001 
İşləmir 
79  
49,7±4,0% 
80  
25,2±2,4% 
Kimyəvi 
maddələrlə (boya, 
lak, kleylə) əlaqəsi 
Var 
6  
3,8±1,5% 
4  
1,3±0,6% 
χ
2
=3,27 
p>0,05 
Yoxdur  
153  
96,2±1,5% 
314  
98,7±0,6% 
Ata  
Yaş, illərlə 
 
15-19 
2  
1,3±0,9% 
7  
2,2±0,8% 
χ
2
=28,6 
p<0,001 
20-24 
22  
14,1±2,8% 
41  
12,9±1,9% 
25-29 
43  
27,0±3,5% 
49  
15,4±2,0% 

117 
30-35 
58  
36,5±3,8% 
127  
39,9±2,7% 
36-39 
15  
9,4±2,3% 
78  
24,5±2,4% 
40-44 
17  
10,7±2,5% 
16  
5,0±1,2% 
45-49 
2  
1,3±0,9% 

İşi 
 
İşləyir 
113 
 71,1±3,6% 
133  
41,8±2,8% 
χ
2
=36,3 
p<0,001 
İşləmir 
46  
28,9±3,6% 
185  
58,2±2,8% 
Kimyəvi 
maddələrlə (boya, 
lak, kleylə) əlaqəsi 
Var 
12  
7,5±2,1% 
3  
0,9±0,5% 
χ
2
=13,1 
p<0,001 
Yoxdur  
147  
92,5±2,1% 
315  
99,1±0,5% 
 
Birləşmiş  Millətlər  Təşkilatının  2000-ci  ildəki  hesabatında  göstərilir  ki,  100.000  diri 
yeni doğulmuş uşaqlarda kəllə-üz anomaliyaları 4,8% təşkil edirdi. Onların əksəriyyəti (4,2%) 
18  yaşa  qədər  olan  analarda  müşahidə  olunmuşdur.  Bu  qadınlarda  eləcə  də  mərkəzi  sinir 
sisteminin  (9,8%),  gözün  (76,8%),  qulağın  (50%),  burunun  (69,5%)  anadangəlmə  inkişaf 
qüsurları, dovşandodaqlığın (41,5%) çox rast gəlməsi də hesabatda göstərilir. 
Anadangəlmə  inkişaf  qüsurlarının  Ərəb  Hesabat  və  Nəzarət  Mərkəzində  aparılan 
tədqiqatlar  zamanı  müəyyənləşib  ki,  hər  1000  əhalidə  20  yaşına  qədər  olan  qadınların  da 
uşaqlarında  anadangəlmə  inkişaf  qüsurlarının  rast  gəlməsi  6,9  hadisə  təşkil  edir.  Bu  yaşda 
olan qadınlardan doğulan uşaqlardan 39,2% mərkəzi sinir sisteminin, 22,3% ürək qan -damar 
sisteminin, 13,1% həzm sistemi üzvlərinin qüsurlarına rast gəliblər (M.Carla, A.Alan, 2000). 
Türkiyə və ABŞ alimləri anadangəlmə inkişaf qüsuru ilə uşaq həyata gətirən qadınlarda 
təsiredici risk amillərini öyrənərkən onlar müşahidə ediblər ki, uşağın anadangəlmə qüsur ilə 
doğulması  bilavasitə  ananın  yaşı  və  yaşadığı  mühit  şəraitinin  təsiri  ilə  əlaqədardır 
(M.Vrijheid, H.Dolk, 2000). 
Anadangəlmə  inkişaf  qüsurlarının  inkişafında  valideynlərin  yaşı,  xüsusən  ananın 
yaşının  yuxarı  olmasının  etioloji  rolunu  təsdiq  edən  çoxlu  miqdarda  dəqiq  faktlar  əldə 
edilmişdir.  Lakin  ananın  yaşının  risk  amili  hesab  edilməsi  haqqında  ədəbiyyat  məlumatları 
azdır.  Bizim  aldığımız məlumatlar  göstərir ki,  atanın  yaşının  40-dan, xüsusilə 45-dən  yuxarı 
olması  da  risk  faktoru  hesab  oluna  bilər.  Bu  onu  göstərir  ki,  bu  haqda  daha  ətraflı  xüsusi 
tədqiqatların aparılması tələb olunur. 
Bizim müayinə etdiyimiz həm əsas qrupdan, həm də müqayisə qrupundan olan anaların 
əksəriyyəti  işləmirdi:  96,2±1,5%  və  98,7±0,6%  müvafiq  olaraq  (χ
2
=3,27;  P>0,05).  Əsas 
qrupdan  olan  anaların  6  nəfəri  (3,8±1,5%)  bərbər  işlədiyi  üçün  saç  boyaları,  lakları  ilə  həm 
hamiləlikdən əvvəl, həm də hamiləlik vaxtı təmasda olmuşdular. 
Analardan  fərqli  olaraq  əsas  qrupdan  olan  ataların  əksəriyyəti  113,  yəni  71,1±3,6% 
işləyirdi  (χ
2
=3,27;  p<0,001).  Onların  da  7,5±2,1%  (χ
2
=13,1;  p<0,001)  boyalar.  Laklar, 
yapışqanlarla işləyirdi. 
Əsas qrupda orta təhsilli atalar 71,2%, təhsilsiz 0,5%, ibtidai təhsilli 2,1%, xüsusi orta 
təhsilli  11%,  ali  təhsilli  15,2%  idi.  Hər  iki  qrupdan  olan  ataların  yaş  həddi  bütün  ərazilərdə  
eyni idi. 
Müqayisə qrupundan fərqli olaraq əsas  qrupdan olan ataların özündə və qohumlarında 
anadangəlmə inkişaf qüsuru ilə doğulan uşaqlar olub (P>0,05). 
Hər  iki  qrupdan  müayinə  olunan  qadınların  əvvəlki  hamiləliklərinin  nəticəsi  cədvəl 
4.4-də  göstərilmişdir.  Qadınların  anamnestik  məlumatlarını  təhlil  etdikdə  aydınlaşdı  ki,  əsas 
qrupdan olan 159 qadından 57 nəfərində, yəni 35,8±3,8%-də birinci hamiləlik patoloji olaraq 

118 
anadangəlmə inkişaf qüsuru ilə uşaq doğulub. Müqayisə qrupunda isə 318 qadından cəmi 3 2-
nin anamnezində, yəni 10,1±1,7% (χ
2
=46,4; p<0,001) birinci hamiləlik patoloji olub. 
 
 
 
 
Cədvəl 4 
Əvvəlki hamiləliklərin nəticələri 
 
Nəticə  
Əsas qrup  
(n=159) 
Müqayisə qrupu 
(n=318) 
χ
2
; P 
Birinci hamiləlik 
57  
35,8±3,8% 
32  
10,1±1,7% 
χ
2
 = 46,4 
p< 0,001 
Abort 
6  
3,8±1,5% 
11  
3,5±1,0% 
χ
2
 = 0,03 
p>0,05 
Vaxtından əvvəl doğuş 
33  
20,8±3,2% 
6  
1,9±0,8% 
χ
2
 = 50,3 
p< 0,001 
Dölün boyunun uzanmasının 
ləngiməsi 
1  
0,6±0,6% 

– 
Vaxtında doğuş 
52  
32,7±3,7% 
244  
76,7±2,4% 
χ
2
 = 87,3 
p< 0,001 
Hamiləliyin son vaxtlarında  
süni pozulması  
10  
6,3±1,9% 
25  
7,9±1,5% 
χ
2
 = 0,39 
p>0,05 
Anadangəlmə inkişaf qüsuru ilə 
uşaq doğulubmu? 
Bəli 
Xeyr  
 
 
6 (3,8±1,5%) 
153 (96,2±1,5%) 
 
 
6 (1,9±0,8%) 
312 (98,1±0,8%) 
 
 
χ2 = 1,54 
p>0,05 
Atanın və qohumlarında AİQ-lə 
uşaq doğulubmu? 
Bəli 
Xeyr  
 
 
3 (1,8±1,1%) 
156 (98,1±1,1%) 
 
 

318 (100%) 
 
 
χ2 =3,40 
p>0,05 
 
Cədvəl  4.4-dən  göründüyü  kimi,  əsas  qrupdan  olan  33  qadının  anamnezində  dürüst 
olaraq uşaq vaxtından əvvəl yarımçıq doğularaq 20,8±3,2% (χ
2
=50,3; p<0,001) təşkil etmişdi. 
Müqayisə  qrupunda  isə  cəmi  6  uşaq  vaxtından  əvvəl  doğularaq  1,9±0,8%  təşkil  etmişdi. 
Müqayisə  qrupunda  əsas  qrupdan  fərqlənərək  qadınların  əksəriyyətində  (244)  əvvəlki 
hamiləliklər  vaxtında  doğuşla  başa  çataraq  76,7±2,4%  (χ
2
=87,3;  p<0,001)  olmuşdur.  Əsas 
qrupun  qadınlarının  anamnezində  cəmi  52  nəfərində  hamiləlik  vaxtında  doğuş  ilə 
tamamlanmışdı. 
Bir  sıra  müəlliflərin  fikrinə  görə,  ilk  plansız  hamiləlik  də  risk  amili  kimi  qəbul  edilə 
bilər.  Burada  hamiləlikönü  dövrdə  ər-arvadın,  xüsusən  də  qadının  virus  infeksiyalara  qarşı 
müayinəyə cəlb olunması nəzərdə tutulur. 
Dölün normal inkişaf etməsində və gələcək uşağın sağlam həyata gəlməsi üçün ananın 
həyat  şəraiti,  valideynlərin  yaş  həddi,  xarici  mühit  şərait  durumu,  ailənin  sosial -ekonomik 
vəziyyəti  ilə  bərabər  ananın  əhval-ruhiyyəsinin,  qadının  hamilə  olmaq  arzusunda  olmasının, 
hamiləliyin  anaya  və  ailəyə  münasib  vaxt  üçün  planlaşdırılmasının,  hamiləliyin  gediş 
xüsusiyyətlərinin böyük rolu var. Cədvəl 5-də əsas qrupda və müqayisə olunan qrupdan olan 
qadınlarda hazırki hamiləlik və onun gediş xüsusiyyətləri göstərilir. 
 
 
 
 

119 
Cədvəl 5 
Hazırki hamiləlik və onun gediş xüsusiyyətləri 
 
Nəticə  
Əsas qrup (n=159) 
Müqayisə qrupu 
(n=318) 
χ
2
; P 
Planlaşdırılmış, arzu olunan 
hamiləlik 
60 (37,7±3,8%) 
242 (76,1±2,4%) 
χ
2
 = 67,1 
p< 0,001 
Planlaşdırılmış, lakin arzu 
olunmayan hamiləlik 
2 (1,3±0,9%) 


Planlaşdırılmamış, lakin arzu 
olunan hamiləlik 
84 (52,8±4,0%) 
76 (23,9±2,4%) 
χ
2
 = 39,8 
p< 0,001 
Planlaşdırılmamış və arzu 
olunmayan hamiləlik 
13 (8,2±2,2%) 


Hamiləliyin 
gedişi 
Gec toksikoz 
23 (14,5±2,8%) 
51 (16,0±2,1%) 
χ
2
 = 0,20 
p> 0,05 
Düşüyə təhlükə 
39 (24,5±3,4%) 
20 (6,3±1,4%) 
χ
2
 = 32,5 
p< 0,001 
Cədvəl  4.5-dən  göründüyü  kimi,  müqayisə  olan  qrupdan  olan  qadınların  242,  yəni 
76,1±2,4%  (χ
2
  =  67,1;  p<0,001)  hazırki  hamiləliyi  həm  arzu  etmişdilər,  həm  də 
planlaşdırmışdılar. Əsas qrupdan isə 159 hamilədən cəmi 60 qadın, yəni 37,7±3,8% hamiləliyi 
arzu  edərək  planlaşdırmışdılar.  Bu  qrupdan  olan  qadınların  84,  yəni  52,8±4,0%  (χ
2
  =39,8; 
p<0,001) hamiləliyi arzu etsələr də, planlaşdırmamışdılar. Müqayisə qrupundan olan 76 qadın 
isə,  yəni  23,9±2,4%  hamiləliyi  arzu  etsələr  də,  planına  salmamışdılar.  Əsas  qrupdan  olan 
qadınların  13,  yəni  8,2±2,2%  anadangəlmə  inkişaf  anomaliyaları  ilə  uşaq  doğanların  hamısı 
əvvəldən  hamiləliyi  nə  planlaşdırmışdılar,  nə  də  arzu  etməmişdilər.  Kontrol  qrupdan  olan 
qadınların heç biri belə vəziyyətdə olmamışdı. 
Hamiləliyin  gediş xüsusiyyətini təhlil  etdikdə cədvəl 4.5-dən  göründüyü  kimi,  məlum 
oldu  ki,  əsas  qrupdan  olan  qadınların  23-də  (14,5±2,8%),  müqayisə  qrupunda  isə  51-də 
(16,0±2,1%;  χ
2
  =0,20;  p>0,05)  gec  toksikoz  müşahidə  olunmuşdu.  Düşüyə  təhlükə  də  isə 
qrupda  39  (24,5±3,4%;  χ
2
  =32,5;  p<0,001)  qadında  olduğu  halda,  müqayisə  qrupunda  cəmi 
6,3±1,4%, yəni 20 hamilə qadında müşahidə olunmuşdur. 
Beləliklə,  əldə  etdiyimiz  məlumatlar  əyani  şəkildə  sübut  edir  ki,  planlaşdırılmamış, 
arzu  olunmayan  hamiləlik,  xüsusi  ilə  birinci  hamiləlik,  hamiləliyin  patoloji  gedişi  döldə  və 
nəticədə  gələcək  yeni  doğulmuş  uşaqda  bu  və  ya  digər  anadangəlmə  qüsurun  inkişaf 
etməsində  risk  amilləri  sırasındadır.  Eyni  zamanda  qeyd  etmək  lazımdır  ki,  bir  sıra  hamilə 
qadınlarda  gec  toksikozun  olması  düşük  təhlükəsi  olduğu  üçün  26,5±3,4%  hamilə  qadına 
müalicə aparılmışdır (χ
2
=32,5; p<0,001). Bu inkişaf qüsuru olan dölün yarımçıq doğulmasına 
böyük ehtimal olduğunu göstərir. 
Hamiləliyin  arzu  olunması,  onun  düzgün  planlaşdırılması,  hamilə  qadınların 
məsləhətxanalara,  mamalıq  mərkəzlərinə  və  ya  elmi-tədqiqat  institutuna  erkən  mərhələdə 
müraciət etməsi, müasir və effektiv diaqnostik testlərdən istifadə edilməsi ilə anada və döldə 
ağırlaşmaların  proqnozlaşdırılmasına,  profilaktik  və  müalicə  tədbirlərinin  vaxtında 
aparılmasına imkan yaradaraq uşağın yaşamaq qabiliyyəti ilə doğulmasına zəmin yaradır. 
Son  illərin  ədəbiyyat  xülasəsində  öz  əksini  tapan  tədqiqatlarına  görə  dölün 
anadangəlmə inkişaf qüsurlarının formalaşmasında aparıcı yerlərdən biri ananın xəstəliklərinə 
məxsusdur.  Ananın  sağlamlıq  durumunun,  hamiləlikdən  əvvəl  və  hamiləlik  dövründə 
keçirdiyi  xəstəliklərin  dölün  inkişafına,  ümumiyyətlə  onun  orqanizminin  və  üzvlərinin 
formalaşması  mərhələsində  mənfi  təsirini  və  uşağın  anadangəlmə  inkişaf  qüsuru  ilə 
doğulmasının səbəbini aydınlaşdırmaq məqsədi ilə əsas və kontrol (müqayisə) qrupunu təşkil 
edən analar arasında tədqiqatlar aparmışıq, nəticəsi isə cədvəl 6-da göstərilmişdir. 

120 
 
Cədvəl 6 
Hamiləlik dövründə qadının xəstəlikləri 
 
Xəstəliklər  
Əsas qrup  
(n=159) 
Müqayisə qrupu 
(n=318) 
χ
2
; P 
Qrip  
100  
62,9±3,8%  
94  
29,6±2,6% 
χ
2
 = 48,8 
p< 0,001 
Xroniki pielonefritin 
kəskinləşməsi 
36  
22,6±3,3% 
32  
10,1±1,7% 
χ
2
 = 13,7 
p< 0,001 
Sifilis  
3  
1,9±1,1% 


Epilepsiya  
1  
0,6±0,6% 


Şəkərli diabet  
1  
0,6±0,6% 


Arterial hipertenziya 
3  
1,9±1,1% 
3  
0,9±0,5% 
χ
2
 = 0,19 
p>0,05 
Toksiki zob 
3  
1,9±1,1% 


Ürək-damar patologiyası 
4  
2,5±1,2% 
4  
1,3±0,6 
χ
2
 = 1,02 
p>0,05 
Brusellyoz 
1  
0,6±0,6% 


Xroniki hepatit və xolesistit 
3  
1,9±1,1% 
2  
0,6±0,4% 
χ
2
 = 0,63 
p>0,05 
Sağlam  
4  
2,5±1,2% 
183  
57,5±2,8% 
χ
2
 = 134,7 
p< 0,001 
 
Hamiləlikdən  əvvəl  və  hamiləlik  vaxtı  ananın  keçirdiyi  xəstəlikləri  təhlil  etdikdə 
maraqlı  məlumatlar  nəzərə  çarpdı.  Belə  ki,  əsas  qrupun  analarından  100  nəfəri,  yəni 
62,9±3,8% (χ
2
=48,8;  p<0,001)  hamiləlik  vaxtı  qrip və  ya  qripə bənzər  patologiya  ilə, xüsusi 
ilə hamiləliyin ilk aylarında, xəstələnməsi diqqəti cəlb etdi. 
Müqayisə qrupundan olan hamilə qadınlar, yəni anadangəlmə inkişaf qüsursuz sağlam 
uşaq  doğan  analar  arasında  hamiləlik  dövründə  göstərilən  xəstəliklər  az  təsadüf  olunaraq 
29,6±2,6% təşkil etmişdi. Anadangəlmə inkişaf qüsuru ilə həyata  uşaq gətirmiş analardan 36-
da,  yəni  22,6±3,3%  (χ
2
=13,7;  p<0,001)  xroniki  pielonefrit  olub,  hamiləlik  vaxtı  isə  onun 
kəskinləşməsi  müşahidə  olunmuşdu.  Müqayisə  qrupundan  olan  qadınların  isə  cəmi 
10,1±1,7%-də  (χ
2
=13,7;  p<0,001)  hamiləlik  dövründə  xroniki  pielonefritin  kəskinləşməsi 
təsadüf olunmuşdur. Əsas qrupun analarında hamiləlik vaxtı arterial hipertenziya (1,9±1,1%; 
χ
2
=0,19;  p<0,001), toksiki zob  (1,9±1,1%), xroniki  hepatit  və xolesistit  (1,9±1,1%)  ilə xəstə 
olduqları üçün elə hamiləliyin əvvəl vaxtlarından başlayaraq müxtəlif dərman maddələrindən 
istifadə edərək bütün hamiləlik dövründə ardıcıl olaraq müalicə alıblar.  
Cədvəl  6-dan  göründüyü  kimi,  əsas  qrupdan  olan,  hamiləliyi  uşağında  anadangəlmə 
inkişaf qüsurları ilə nəticələnən 159 qadından ancaq 2,5±1,2% sağlam idilər. Kontrol qrupda 
isə sağlam qadınlar 57,5±2,8% (χ
2
=134,7; p<0,001) təşkil edirdilər. 
İlbəil  yeni  doğulmuş  uşaq  ölümünün  artması,  patoloji  hamiləliklərin  və  doğuşların 
çoxalması,  yeni  doğulmuş  uşaqlarda  anadangəlmə  inkişaf  qüsurlarının  rastgəlmə  tezliyinin 
artması  ilə  bərabər  bir  sıra  qadınlarda  reproduktiv  sistemin  infeksion  virus  xəstəlikləri  ilə 
infeksiyalaşması  baş  verir.  Məmmədova  L.C.  göstərir  ki,  elə  qadın  olur  ki,  onda  bir  neçə 
genital infeksiya müşahidə olunur. 
Bizim  cədvəl  7-də  analarda  göstərdiyimiz  patoloji  proseslərlə  yanaşı  qüsurlu  uşaq 

121 
doğmuş  on  beş  qadının  anamnezində  laborator  üsulla  müəyyənləşmiş  toksoplazmoz,  herpes, 
xlamidioz,  sitomeqalovirus  və  s.  genital  virus  ifeksiyası  olmuşdur.  Ədəbiyyat 
göstəricilərindən  məlumdur  ki,  sitomeqalovirus  bütün  hamiləlik  dövrü  dölə  mənfi  təsir 
göstərir. Bu qadınların on nəfəri hamiləliyə qədər mama həkimlərinin kurslarla təyin etdikləri 
spesifik  müalicə  almışdılar.  Beş  qadında  isə  spesifik  müalicə  artıq  başlanmış  hamiləlik 
dövründə  davam  etdirilmişdir. Deməli,  bizim müşahidə  etdiklərimizdən  elə qadın olub  ki.  o, 
hamiləlik  başlayanda  həm  genital  virus  infeksiyasından,  həm  də  hər  hansı  ümumi  patoloji 
prosesdən əziyyət çəkirmiş. Nəticədə isə anadangəlmə inkişaf qüsuru ilə uşaq doğulub.  
Beləliklə,  anamnez  məlumatları  və  müşahidələrin  nəticələri  göstərir  ki,  qadının 
hamiləlikdən  əvvəl  və hamiləlik  dövründə, xüsusi ilə  hamiləliyin  ilk vaxtlarında,  yəni  dölün 
üzvlərinin formalaşması mərhələsində ananın keçirdiyi xəstəliklər uşağın anadangəlmə inki şaf 
qüsuru ilə doğulmasında risk faktorlardan biridir.  
Bizim  müşahidə  etdiklərimiz  Q.H.Wanq-ın  apardığı  statistik  məlumatlarla  uzlaşır. 
Başqa  Çin  tədqiqatçıları  S.Wanq,  Li  S.,  Y.Zhoa  hesab  edirlər  ki,  səkkiz  təhlükəli  amillər 
sırasında  döl  üçün  ən  təhlükəlisi  ananın  sağlamlıq  durumunun  qeyri-kafi  olması  və 
hamiləliyin dövrlərində onun orqanizminin müxtəlif patoloji proseslərə məruz qalmasıdır.   
Nəzərdən qaçırmamalıyıq ki, respublikamızın bir sıra subregionlarında: Lerik, Masallı, 
Siyəzən,  Lənkəran,  Astara,  Zaqatala  və  s.  beta-talassemiya,  qlükoza-6-fosfodehidrogenaza 
fermentinin  çatmamazlığı,  anadangəlmə  katarakta,  bud  çıxıqları  və  başqa  irsi  xəstəliklər 
üstünlük  təşkil  edir.  Bundan  başqa,  heç  də  az  mühüm  olmayan  digər  bir  sıra  risk  amili 
valideynlərin  və  onların  yaxın  qohumlarının  amanezində  anadangəlmə  inkişaf  qüsuru  ilə 
uşağın doğulmasıdır. 
Hamilə  qadın  xəstəliyə  düçar  olarkən  bu  və  ya  digər  dərman  maddələrndən  istifadə 
etmək məcburiyyətində olur. Özü də müalicə birdəfəlik deyil, ardıcıl olaraq dörd və daha çox 
kurslarla  kimyəvi  dərman  maddələrindən  istifadə  etməklə  terapiya  aparılır.  Belə  situasiyada 
xəstəliklərin özü ilə bərabər onların müalicəsi üçün işlənilən kimyəvi terapevtik maddələr döl 
üçün  əlverişli  olmur.  Döl  iki  tərəfli  –  həm  patoloji  prosesi  əmələ  gətirən  mikrofloranın 
intoksikasiyası,  həm  də  kimyəvi  dərman  maddələrinin  zərərli  təsirinə  məruz  qalır.  Çox  vaxt 
kimyəvi  dərman  maddələrinin  dəfələrlə  və  yüksək  dozalarda  istifadə  edilməsi  də  sərbəst 
surətdə  bir  sıra  patologiyaların  inkişaf  etməsinə  səbəb  olur.  Deməli,  ananın  sağlamlıq 
durumunun  qeyri-kafi  olması,  onun  müxtəlif  infeksion  xəstəliklərə  düçar  olması  döldə 
anadangəlmə  inkişaf  qüsurlarının  əmələ  gəlməsində  risk  faktoru  rolunu  oynaya  bilər.  Ona 
görə  qadın  müalicə  olunub  sağaldıqdan  sonra,  ətraflı  müayinədən  keçdikdən  sonra  hamilə 
olmaq qərarına gəlməlidir ki, hamilə vaxtı döl xoşagəlməz təsirlərə məruz qalmasın. 
Qadınların  bəziləri  hamiləlik  vaxtı  qusma,  baş  ağrıları  olması  və  qadının  xroniki 
xəstəliyinin  kəskinləşməsi  ilə  əlaqədar  olması  ilə  dərman  maddələri  qəbul  etmişdir.  Ən  çox 
işlədilən ağrıkəsicilər, antibiotiklər və s. olub (cədvəl 7). 
 
 
 
Cədvəl 7 
Hamiləlik dövründə antibiotiklərin işlədilməsi 
 
Antibiotiklər  
Əsas qrup  
(n=159) 
Müqayisə qrupu 
(n=318) 
χ
2
; P 
Pensillin  
22  
13,8±2,7% 
16  
5,0±1,2% 
χ
2
 = 11,2 
p< 0,001 
Sefalosporinlər 
3  
1,9±1,1% 


Tetrasiklin 
5  
3,1±1,4% 



122 
Aminoqlikozidlər 
3  
1,9±1,1% 


Makrolidlər  
2  
1,3±0,9% 


Levometsin  
4  
2,5±1,2% 


Cəmi  
39 
24,5±3,4% 
16 
5,0±1,2% 
χ
2
 = 39,5 
p< 0,001 
 
Anaların  anketləşdirilməsi  göstərdi  ki,  əsas  qrupdan  olan  qadınların  100-ü,  yəni 
62,9±3,85%  (cədvəl  4.6)  qrip,  qripə  bənzər  virus  infeksiyasını  keçirdiyi  üçün  onların  39 
(24,9±1,4%)  bu  və  ya  digər  antibiotiklər  ilə  müalicə  alıblar.  Müqayisə  qrupundan  94  qadın 
(29,6±2,6%)  bu  xəstəlikləri  keçirdiklərinə  baxmayaraq,  onların  ancaq  16 -sı,  yəni  5,0±1,2% 

2
=39,5; p<0,001) antibiotiklər qəbul etməyə cürət ediblər. 
Beləliklə,  araşdırmalar  və  iki  qrupun  qadınları  və  doğulan  uşaqları  arasında  aparılan 
müqayisələr  göstərdi  ki,  kontrol  qrupdan,  yəni  sağlam,  anadangəlmə  inkişaf  qüsursuz  uşaq 
doğan  qadınlardan  fərqli  olaraq,  əsas  qrupu  təşkil  edənlər  hamiləlik  vaxtı  müxtəlif  dərman 
maddələrindən  istifadə  ediblər.  Bu  da  onların  həyata  qüsurlu  uşaq  gətirməyin  bir  səbəbidir. 
Çünki hamilə qadının kimyəvi dərman maddələrinin qəbul etməsi dölün normal inkişafı üçün 
böyük risk faktorudur.  
Bunları nəzərə alaraq, alimlərdən Pass R 2001-ci ildə, Orconikidze N.V. 2002-ci ildə, 
kulakov  V.Y.  2006-cı  ildə    virus  və  bakterial  infeksiyalara  yoluxan  qadınların  hamiləliyə 
qədər  və  hamiləlik  dövründə  müayinə  və  diaqnostikanın  alqoritmlər  sistemini  işləyib 
hazırlamışlar.  Bununla  əlaqədar  olaraq,  hamilə  qadınlarda  aşkar  olunmuş  irnfeksiyaların 
müalicəsi  hətta  hamiləlik  zamanı  da  aparıla  bilər.  Lakin  hamiləliyin  gedişinə  kimyəvi 
terapevtik dərmanlarla müdaxilə imkan dairəsində minimallaşdırılmalıdır.  
Ümumiyyətlə,  dərman  maddələrinin  effektivliyi  və  təhlükəsizliyi  perinatologiyada 
indiyə  qədər  çox  aktual  məsələ  olaraq  qalmaqdadır.  Belə  ki,  dərman  maddəl əri  nəinki 
hamiləliyin  gedişinə,  həm  də  dölün  inkişafına  mənfi  təsir  göstərməklə  bərabər,  döldə  gen 
mutasiyasına səbəb ola bilər və ya gen anomaliyalarının ötürülməsini stimulyasiya edə bilər.  
Bundan başqa, dərman preparatlarının bir çoxu cift baryerini keçdikləri üçün, hamiləlik 
dövründə onların tətbiqindən ehtiyatlı olmaq tələb olunmalıdır. Bunun bariz nümunəsi keçən 
əsrin  ortalarında  ABŞ-da,  Yaponiyada  və  s.  baş  verən  və  dünyanı  sarsıdan  «talitamid 
faciəsi»dir. Bu dərman preparatının hamilə qadınlar tərəfindən qəbulu nəticəsində altı mindən 
çox uşaq yuxarı və aşağı ətrafların olmaması və s. qüsurlarla həyata gəlmişdilər. Digər qusma 
əleyhinə, ağrıkəsici, qıcolma əleyhinə preparatlar da bunun kimi dölün inkişafına mənfi təsir 
göstərir.  Əhali  arasında  ən  çox  işlənən  aspirinin  qəbulu  ilə  kariotipdə  dəyişikliyin  əmələ 
gəlməsi mövcuddur. 
Beləliklə,  hamiləlik  vaxtı  qadına  tez-tez  təyin  olunan  və  hər  dəfə  əsaslandırılmayan 
dərman  maddələri  teratogen  risk  amili  rolunu  oynayaraq  döldə  anadangəlmə  inkişaf 
qüsurlarının  əmələ  gəlməsinə  səbəb  olur.  Bu  barədə  bizim  aldığımız  məlumatlar  ədəbiyyat 
göstəriciləri  ilə  uzlaşır.  Göstərilənləri  nəzərə  alaraq  həkimlər  hamiləliyin  ilk  müddətlərində 
infeksion-virus  xəstəliklərinin  müalicəsi  üçün  dərman  maddələrinin  seçilməsi  və  ist ifadə 
edilməsi təkcə cari müalicəvi effekt deyil, eyni zamanda bətndaxili inkişaf qüsurlarının əmələ 
gəlməsinə təsir riskini diqqətdən qaçırmamalıdırlar  
Yekunlaşdıraraq  qeyd  etmək  lazımdır  ki,  hamilə  qadının  keçirdiyi  hər    bir  infeksion-
iltihabi xəstəlik  (hipertermiya nəticəsində intoksikasiya, hipoksiya, hormonal diskorellyasiya 
və s.) teratogen faktor rolunu oynaya bilər. 
 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin