Elmi ƏSƏRLƏR, 2016, №6 (76) nakhchivan state university. Scientific works, 2016, №6 (76)


NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 6 (76)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/23
tarix18.04.2017
ölçüsü5,01 Kb.
#14448
1   ...   15   16   17   18   19   20   21   22   23

 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 6 (76) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 6 (76) 
 
 
BAYTARLIQ
   
 
ETİBAR MƏMMƏDOV 
                                                                                                        Naxçıvan Dövlət Universiteti 
                                                                                                e-mail: memmedov_etibar@mail.ru 
UOT 619:616.995                                                               
 
NAXÇIVAN MUXTAR  RESPUBLİKASINDA  CAMIŞLARIN   
ANOPLOSEFALYATOZLARI 
 
 
  Açar sözlər :  camış, anoplosefalyat, sestod, invaziya,  helmint,  parazit 
           Key words: buffolo, anoplocephalates, cesdod, invasion, helminth, parasite 
           Ключевые слова:  буйвол, аноплоцефалят, цестод, инвазия, гельминт, паразит  
 
 
Naxçıvan  Muxtar  Respublikasında  kənd  təsərrüfatı  heyvanlarında  müşahidə  edilən 
xəstəliklər    içərisində  helmintozlar  geniş  yayılmışdır.    Heyvan  sağlamlığı  üçün  həmişə  təhlükəli  
hesab  edilən  helmintlərin  törətdiyi  patologiyalar  daha  intensiv  müşahidə  edildiyindən,  onların 
inkişaf və  yayılma xüsusiyyətlərinin öyrənilməsi, müasir tələblərə cavab  verən səmərəli mübarizə 
tədbirlərinin işlənib hazırlanması öz aktuallığı ilə seçilən məsələlərdəndir. 
 Azərbaycanda camışlarda anoplosefalyatozların yayılmasına dair çox az sayda araşdırmalara 
rast gəlinir [3, 4].  Muxtar respublikada isə camışlarda bu sestodların yayılma xüsusiyyətlərinə aid 
tədqiqatlar, son  illərdə tərəfimizdən aparılmışdır [1, 2, 5].  
  
                                                 Material və metodika  
 2013-2015-ci  illərdə  muxtar  respublikanın  müxtəlif    ərazilərindəki  fərdi  və  fermer 
heyvandarlıq  təsərrüfatlarında  saxlanılan    436  baş  camışdan  kal  nümunələri  götürülərək, 
Füllebornun üzdürmə metodundan istifadə edilməklə koprololoji müayinə edilmişdir. Müxtəlif yaş 
qruplarına  aid    camışlarda  anoplosefalyatozların  yayılma  xüsusiyyətlərini  tədqiq  etmək  üçün 
müayinələrin  aparıldığı  illərdə,  əvvəlcədən  müəyyən  edilmiş  təsərrüfatlara  müntəzəm  gedilməklə 
ilin bütün aylarında, heyvanların düz bağırsağından  kal nümunələri götürüldü. 
Anoplosefalyat  invaziyalarının  ekstensivliyini  müəyyən  etmək  üçün  heyvanların  kalının  bir 
qramında  sestod  yumurtalarının  sayı  müəyyənləşdirildi.  Xüsusi  sayma  kamerasından,  eləcə  də 
L.D.Miqaçeva və Q.A.Kotelnikovun  təklif etdikləri metodikalardan istifadə edilməklə aparılmış bu 
müayinələr heyvanların helmintlərlə yoluxma dərəcəsini müəyyən etməyə imkan verirdi [6].  
 Tədqiqatların gedişində, həmçinin, fərdi təsərrüfatlarda  kəsilmiş müxtəlif yaş qrupuna aid 46 
baş camışda natamam helmintoloji yarma üsulu ilə  müayinələr aparılmışdır. Yarma müayinələrində 
kəsilmiş heyvanların nazik bağırsağı çıxarılaraq, daxili möhtəviyyatı su ilə təmizlənmişdir. Hər bir 
heyvanın yaşı, kəsimə gətirilənə qədər saxlanılma yeri və şəraiti  ayrıca qeyd edilmişdir. Camışların 
fərqli  saxlanılma  və  qidalanma  şəraitini  nəzərə  alaraq,  onlarda  aparılmış  helmintoloji  yarmanın 
nəticələri ayrıca qeyd edilmişdir.  
Müayinələrin  gedişində    toplanılmış    sestodların  müxtəlif  seqmentləri  müvafiq  qaydada 
işlənildikdən  sonra  mikroskopun  köməyi  ilə  təfriq  edildi.  Belə  ki,  sestodların  müxtəlif 
nahiyələrindən  (skoleks,  boyuncuq,  yetkin  və  hermofrodit  buğumlar)    4-5  sm  uzunluğunda 
götürülərək, iki cisim  şüşəsi arasına qoyuldu.  Şüşələrin  hər iki ucu sapla sıx  bağlandıqdan sonra 
5%-li    etil  spirti  məhluluna  salınaraq,    2-3    saat  saxlanıldı.  Sonra  materiallar  10  saat  müddətində  
laktofenol məhlulunda saxlanılmaqla  şəffalandırıldı. 

142 
 Toplanılmış
 
51 nüsxə sestodun növ tərkibi V.M.İvaşkin və Q.S.Muxamadiyev tərtib etdikləri 
helmint təyinedicilərinə, həmçinin, E.İ.Pryadko, A.A.Kazkenov və N.A.Qubaydulinin hazırladıqları 
“Dırnaqlı heyvanların helmintləri” perfokart təyinediciyə əsasən müəyyən edilmişdir [7, 8]. 
 
                                                   Eksperimental hissə  
Nümunələr  götürülən  zaman  heyvanlarda  aparılmış  profilaktiki  dehelmintizasiyaların  vaxtı 
nəzərə  alınmış,  əsasən  tədbirlərdən  2-3  ay  əvvəl  və  ya  sonra  koproloji  müayinələr  aparılmışdır. 
Helmintoloji  müayinələrin nəticələri 1-ci cədvəldə verilmişdir. Cədvəldən göründüyü kimi muxtar 
respublikanın  təsərrüfatlarında  saxlanılan  camışların  anoplosefalyatozlarla  yoluxması  o  qədər    də 
yüksək deyildir (İE-17,2%). Camışların bir qədər fərqli yaşama tərzinə, qidalanma xüsusiyyətlərinə 
malik olaması, onların anoplosefalyatozlarla nisbətən zəif  yoluxmasına səbəb olur. 
                                                                                                     Cədvəl 1 
Müxtəlif yaş qrupuna aid camışların   anoplosefalyatozlarının rayonlar üzrə  yayılması 
(helmintoovoskopik müayinələrə görə) 2013-2015-ci illər üzrə 
 

№ 
Rayonlar 
Müayinə 
edilən 
heyvan 
sayı 
Yoluxmuş 
heyvan 
sayı 
İnvaziyanın 
ektensivliyi 
İE % 
Bir qram kalda 
anoplosefalyat 
yumurtalarının 
orta sayı 
1. 
Sədərək 
71 
14 
19,7 
98,2±2,1 
2. 
Şərur 
99 
21 
21,2 
102,5±3,1 
3. 
Kəngərli 
24 

20,8 
99,4±2,5 
4. 
Babək 
55 

14,5 
86,1±3,4 
5. 
Culfa 
82 
16 
19,5 
88,2±5,1 
6. 
Şahbuz  
59 

11,9 
75,9±3,2 
7. 
Ordubad 
46 

13,0 
82,9±2,3 
Cəmi: 
436 
77 
 
 
Orta göstərici: 
 
 
17,2 
90,5±3,1 
 
Helmintoovoskopik  müayinələrin  nəticələrinii  təhlil  edərək,  camışlarda  anoplosefalyatoz 
invaziyalarının ekstensivliyi müəyyən edilmişdir. İnvaziyanın ekstensivlik dərəcəsi ən yüksək  (İE-
21,2%,  bir  qram  kalda  sestod  yumurtalarının  sayı  102,5±3,1)  Şərur  rayonundakı,  ən  aşağı  isə 
Sahbuz  rayonundakı  (İE-11,9%,  bir  qram  kalda  sestod  yumurtalarının  sayı  75,9±3,2) 
təsərrüfatlardan götürülmüş kal nümunələrində olmuşdur.  
Digər  rayonlarda  aparılmış  helmintoovoskopik  müayinələrin  nəticələrini  təhlil  edərkən, 
Sədərək rayonunda invaziyanın ekstensivliyi  İE-19,7%, bir qram kalda sestod  yumurtalarının sayı 
98,2±2,1;  Kəngərli  rayonunda  İE-20,8%,  bir  qram  kalda  sestod  yumurtalarının  sayı  99,4±2,5); 
Babək rayonunda İE-14,5%, bir qram kalda sestod yumurtalarının sayı 86,1±3,4; Culfa rayonunda 
İE-19,5%, bir qram kalda sestod  yumurtalarının sayı 88,2±5,1; Ordubad rayonunda isə İE-13,0%, 
bir qram kalda sestod yumurtalarının sayı 82,9±2,3 olmuşdur.  
Tədqiqat işlərində  Muxtar Respublikanın müxtəlif rayonlarında kəsilmiş 46 baş camışın nazik 
bağırsaqlarında  helmintoloji  müayinələr  aparılmışdır.  Araşdırmalar  nəticəsində  yoluxmuş  12 
bağrsaqdan (26,1%) 51 nüsxə sestod tapılmışdır. İnvaziyanın intensivliyinin orta göstəricisi 4,2±0,5 
helmint/heyvan  olmuşdur.  Aşkar  edilmiş  anoplosefalyat  nümunələrini  araşdırarkən,  camışlarda  4 
növ sestodun:  Moniezia expansa, M.benedeni,  Avitellina centripunctata və Thysaniezia  giardi-nin 
ərazidəki  heyvanlarda  parazitlik  etdiyi  müəyyən  edilmişdir.  Helmintoloji  yarma  müayinələrinin 
nəticələri 2-ci cədvəldə  verilmişdir. 
Sədərək rayonunda camışların 9 bağırsaq nümunəsinin helmintoloji müayinəsində aşkar edilən 
14 nüsxə anoplosefalyatların minimal uzunluğu 9,8 sm, maksimal uzunluğu isə 4,65 m olmuşdur. 
Anoplosefalyatların növ tərkibini araşdırarkən 6 nüsxə M.benedeni, 5 nüsxə Th.giardi və 2 nüsxə 
A.centripunctata  sestodlarının  olduğu  müəyyən  edilmişdir.  Helmintoloji  müayinələrdə  bir  sestod 

143 
inkişafının  başlanğıc  mərhələsində  olduğundan,  strobila,  yetkin  və  hermofrodit  buğumlar 
formalaşmamışdır. Buna görə də onun növ mənsubiyyətini müəyyən etmək mümkün olmadı. 
Sərur  rayonunda  aparılan  helmintoloji  yarma  müayinələrində  11  bağırsaq  nümunəsindən  18 
sestod tapılmışdır ki, bunların minimal uzunluğu 11,5 sm, maksimal uzunluğu isə 5,63 m olmuşdur. 
Müaynələrin gedişində bağırsaqlarda yalnız iki anoplosefalyat növü aşkar edilmişdir. Bunlardan 12 
nüsxə  M.benedeni,  5  nüsxə  isə  M.expansa  olmuşdur.  Bir  sestodun  növ  mənsubiyyəti  təyin 
edilməmişdir.  
 
                                                                                                                       Cədvəl 2 
Camışlarda  parazitlik edən  anoplosefalyatların  növlərə   görə yayılması  
(helmintoloji yarma müayinələrinə görə) 
 
Kəngərli  rayonundakı  ət-kəsim  məntəqələrindən  götürülmüş  8  nazik  bağırsaq  nümunəsinin 
müayinəsi  zamanı  9  nüsxə  sestod  tapılmışdır  ki,  bunların  minimal  uzunluğu  1,25  m,  maksimal 
uzunluğu isə 4,36 m olmuşdur. Anoplosefalyatların növ tərkibini araşdırarkən 5 nüsxə M.benedeni, 
3 nüsxə Th.giardi və bir nüsxə A.centripunctata sestodlarının olduğu aşkar edilmişdir. 
Babək rayonunda aparılan helmintoloji müayinələrdə 6 nazik bağırsaqdan 4 sestod tapılmışdır 
ki, bunların minimal uzunluğu 3,97 m, maksimal uzunluğu isə  4,78 m olmuşdur.  Bu helmintlərdən 
2 nüsxə M.benedeni, 2 nüsxə isə M.expansa növlərinə aid olmuşdur.  
Culfa  rayonunda  aparılan  helmintoloji  yarma  müayinələrində  bir  bağırsaq  nümunəsindən  3 
sestod tapılmışdır ki, bunların minimal uzunluğu 3,66 m, maksimal uzunluğu isə 4,83 m olmuşdur. 
Müayinələrin gedişində  aşkar edilmiş 3 nüsxə  sestodun  M.benedeni olduğu müəyyən edilmişdir. 
Ordubad rayonunda helmintoloji müayinə edilən 5 bağırsaq nümunəsindən  yalnız birində  3 
nüsxə sestod aşkar edilmişdir. Sestodların minimal uzunluğu 2,45 m, makisimal uzunluğu  3,86 m 
olmuşdur. Aşkar edilən sestodların növ mənsubiyyəti araşdırılarkən hər 3 nüsxə helmintin Th.giardi 
olduğu müəyyən edildi. 
Sahbuz  rayonunda  helmintoloji  yarma  müayinəsi  aparılmış  3  bağırsaq  nümunəsinin  heç 
birində anoplosefalyatlara rast gəlinməmişdir. 
 
 

№ 
Rayonla

sestod 
sayı  
(nüsxə

M. be
ne
de
ni
 

M.  e
xpa
nsa
 

A.c
entripunc
tat
a
 

Th.giar
di
 


yin  ol
unmamış
 

1. 
Sədərək 
14 

42,9 



14,


35,7 

7,1 
2. 
Şərur 
18 
12 
66,7 

27,8 





5,5 
3.  Kəngərli 


55,5 



11,


33,3 


4. 
Babək 


50,0 

50,0 






5. 
Culfa 


100,









6. 
Şahbuz 










 
7.  Ordubad 








100,



Cəmi: 
51 
28 
 

 

 
11 
 

 
Orta 
göstərici: 
 
 
54,9 
 
13,7 
 
5,9 
 
21,5 
 
3,9 

144 
Nəticə 
 Muxtar  respublikanın  təsərrüfatlarında  saxlanılan  camışların  anoplosefalyatoz  invziyalarının  
ekstensivliyinin    orta  göstəricisi  17,2%  olmuşdur.  Sestodların  növ  mənsubiyyəti  araşdırılarkən  28 
nüsxə  M.benedeni  (54,9%),  11  nüsxə  Th.giardi  (21,5%),  7  nüsxə  M.expansa  (13,7%)  və  3  nüsxə 
A.centripunctata  (5,9%)  aşkar  edildi.  Bağırsaqlardan  tapılmış  2  sestodun  (3,9%)  xarakterik 
əlamətləri formalaşmadığı üçün təyin edilmədi.  
Aparılan  araşdırmalarda  aşkar  edilmiş    sestodların  minimal  və  maksimal  uzunluqları, 
həmçinin,  sestodların  inkişaflarının  yetişkənlik  fazaları  da  müəyyənləşdirilmişdir.  Camışların 
bağırsaqlarından tapılan  sestodun ən kiçiyinin uzunluğu 9,8 sm, ən böyüyünün uzunluğu isə 5,63 
m-ə  çatmışdır.  Camışların  bağırsaqlarında  da  parazitlik  edən  anoplosefalyat  növlərindən 
M.benedeni  növü    daha  çox  müşahidə  edilmişdir.  Heyvanların  anoplosefalyatlarla  intensiv 
yoluxması,  helmintlərin    aralıq  sahiblərinin  otlaqlarda    geniş  yayılmasından  birbaşa    asılıdır. 
Biohelmintlər  olan  bağırsaq  sestodları  inkişaflarının  sürfə  mərhələsini  müxtəlif    torpaq 
həşəratlarının  (oribatid gənələri, ayaqquyruqlular və s.) bədənində keçirirlər.  
 
 
ƏDƏBİYYAT 
 
1.
 
Məmmədov E.N. Camışlarda parazitlik edən  anoplosefalyatların ilin     müxtəlif fəsillərində 
yetkinlik strukturu // Azərbaycan Zooloqlar      Cəmiyyətinin Əsərləri. Bakı, 2012, IV cild, №1, 
s.126-130 
2.
 
Memmedov  E.  Nahçivan  Özerk  Cumhuriyetinde  ruminatlarda  Anoplocephalidae  türlerinin 
yayğınlığı // Kafkas Üniversitesi Veteriner fakültesi dergisi. Kars,   Türkiye, 2011, cilt 17, sayı  4,  
s. 581-584 
3.
 
Арабханов  Б.Г.  Аноплоцефалятозы  буйволов  в  Азербайджанской    ССР:              Автореф. 
дис. …  канд. вет. наук.  Баку,   1971. 26 с 
4.
 
Мамедов А.К. Изучение гельминтофауны крупного рогатого скота,            буйволов и 
зебу  в  Азербайджане  /  Сб.  Работ  по  гельминтол.,  посвящ.    90-летию  со  дня  рожд.  Акад. 
К.И.Скрябина. Москва, 1971, с. 208-213 
5.
 
Мамедов  Э.Н.  Эпизоотологическая  характеристика      анополоцефалятозов  крупного 
рогатого скота в Нахчыванской Автономной Республике / Мат. V-ой Международной науч-
практич. конференц. (Одесса, Лондон, 26 мая-2 июня 2001 года), с.7-8 
6.
 
Мигачева Л.Д., Котельников Г.А. Копроовоскопическая диагностика          стронгилятозов 
овец // Тр. Всес. ин-та   гельминтол. им. Скряб
ина  Москва, 1989,  т.30, с. 87-92 
7.
 
Ивашкин  В.М.,  Мухамадиев  С.А.  Определитель  гельминтов    крупного  рогатого  скота. 
Москва: Наука, 1981, 259 с 
8.
 
Прядко  Э.И,  Казкенов  А.А.,  Губайдулин  Н.А.  Гельминты  копытных  животных.  Алма-
ата:  Кайнар, 1974,  с.158-160 
ABSTRACT 
                                                                                                                  Etibar Mammadov 
 
Anoplocephalates  of  buffolos  in the Nakhchivan Autonomous Republic 
Per  2013-2015  in  various  areas  of  Nakhchivan  АR  with  the  methods  carpological  and 
helminthological dissection of thin intestines of buffalos were studied the species structure of agents 
of  anoplocephalates.  46  intestines  of  buffalos  were  observed.    By  results  of  dissection  intestines 
were found 4 species of anoplocephalates: Moniezia expansaM.benedeni, Thysaniezia giardi and 
Avitellina centripunctata. As a result of researches 46 intestines of buffalos  were found 51 cestodes 
from which 7 was (13.7 %) M.expansa, 28 were (54.9 %) - M. benedeni, 11 (21.5%) were Th.giardi 
and 3 were (5.9 %) А. centripunctata. Average intensity of invasion at small cattle varied between 1 
to 4 (mean 4.2±0.5) helminthes.   
 
 

145 
РЕЗЮМЕ 
                                                                                 Этибар Мамедов 
Аноплоцефалятозы  буйволов в Нахчыванской Автономной Республике 
      В  2013-2015  гг.  проведено  изучение  зараженности  буйволов  аноплоцефалятами  в 
различных  районов  Нахчыванской  АР.  Методом    копроовоскопи  и  послеубойного 
гельминтологического  вскрытия    тонкого  кишечника  буйволов  изучали  распространение  и 
видовой  состав  анополоцефалят.  Исследовано  46  кишечников  буйволов.  По  результатам  
вскрытия кишечника обнаружены 4 видов  цестод: Moniezia  expansaM.benedeni, Thysaniezia 
giardi  и  Avitellina  centripunctata.  Установлено  что,  из  46  кишечников  коров  обнаружены  51 
экз. цестод, из которых  7 экз.  (13,7%)  были M. expansa, 28 экз. (54,9%)- M.benedeni, 11 экз. 
(21,6%) Th.giardi и 3 экз. (5,9%) А.centripunctata. Средняя интенсивность инвазии у буйволов  
составила  4,2±0,5 экз. 
 
 
 
NDU-nun  Elmi  Şurasının  26  aprel  2016-cı  il  tarixli  qərarı  ilə  çapa 
tövsiyə olunmuşdur (protokol № 09) 
       
   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

146 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 6 (76) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 6 (76) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 6 (76) 
 
 
ELSEVƏR ƏSƏDOV  
asadoves@mail.ru 
ƏLİ TAHİROV 
Naxçıvan Dövlət Universiteti 
UOT:638 
 
AZƏRBAYCANDA ARIÇILIQ MƏHSULLARININ İSTEHSALININ MÖVCUD 
VƏZİYYƏTİ VƏ PERSPEKTİVLƏRİ (NAXÇIVAN İQTİSADİ RAYONU ÜZRƏ) 
 
Açar sözlər: bal arısı, bal, vərəmum, mum, çiçək tozu, arı südü 
Key wordshoney bee, honey, propolis, beeswax, pollen, royal jelly 
Ключевые слова: медоносная пчела, мед, прополис, воск, пыльца, маточное молочко 
 
Azərbaycanın  coğrafi  mövqeyi,  biomüxtəlifliyi  ilə  seçilən  əlverişli  təbiəti,  relyef  quruluşu, 
müxtəlif  və  məhsuldar  torpaq  örtüyü,  bu  ərazidə  arıçılığın  qədim  zamanlardan  bir  sıra  təsərrüfat 
sahəsi kimi inkişafına səbəb olmuşdur.  
 
Azərbaycanda arıçılığın bütün inkişafının mərhələlərini (vəhşi arı balı toplamaq, meşə arıçılığı 
(ibtidai arıçılıq) və mütərəqqi arıçılıq) keçməsini tarixi mənbələrdən görmək mümkündür (5; 6: 9). 
Azərbaycanın  ən  qədim  yaşayış  məsgənlərindən  olan  Naxçıvan  Muxtar  Respublikası,  eyni 
zamanda Qafqazda arıçılığın ən erkən yarandığı bölgələrdən hesab olunur. 
Hal-hazırda  muxtar  respublikada  arıçılıq  özünün  ən  yüksələn  dövrünü  yaşayır.  Naxçıvan 
arıçılığı tarixən olduğu kimi, yenə də Azərbaycan arıçılığının ən böyük payını təşkil edir. Belə ki, 
təkcə son 15 il ərzində  muxtar respublikada arı ailələrinin miqdarı artaraq 70 minə çatmışdır (10; 
11). 
Cədvəl 1 . Azərbaycan Respublikası ərazisində mövcud olan  
arı ailələrinin sayı (2000-2013-cü illər üzrə) 
 
 
 
 
Göründüyü  kimi  Naxçıvan  MR-də  arı  ailələrinin  hazırki  sayı  bütün  Azərbaycanda  mövcud 
olan arı ailələrinin miqdarının 28,82%-ni təşkil edir ki, ərazi bölgüsünə görə baxdıqda bu çox böyük 
bir  rəqəmdir.  Bu  baxımdan  da  yerli  şəraitdə  arıçılığın  inkişafı  istiqamətində  elmi-praktiki  işlərin 
İqtisadi rayonlar və illər 
2000 
2005 
2010 
2013 
Bakı şəhəri 
- 
98 
- 
- 
Abşeron iqtisadi rayonu 
826 
709 
849 
850 
Gəncə-Qazax iqtisadi rayonu 
10301 
21951 
33434 
35431 
Şəki-Zaqatala iqtisadi rayonu 
10765 
18432 
31886 
40077 
Lənkəran iqtisadi rayonu 
10536 
17715 
24770 
30126 
Quba-Xaçmaz iqtisadi rayonu 
4956 
6173 
12215 
15299 
Aran iqtisadi rayonu 
965 
2302 
5464 
6476 
Yuxarı Qarabağ iqtisadi rayonu 
1053 
3575 
5264 
7446 
Kəlbəcər-Laçın iqtisadi rayonu 
1384 
4297 
11515 
16354 
Dağlıq Şirvan iqtisadi rayonu 
3566 
7640 
15143 
17594 
Naxçıvan iqtisadi rayonu 
12620 
22063 
52685 
68705 
Naxçıvan MR üzrə nisbət 
22,15% 
21,02% 
27,26% 
28,82% 
Respublika üzrə cəmi 
56972 
104955 
193225 
238358 

147 
aparılması vacibdir.  
Naxçıvan  MR-də  arı  ailələrinin  əsas  arıtım  dövrü  son  10  ilin  payına  düşür.  Arıçılığı  inkişaf 
etdirmək sahəsində atılan mühüm addımlar nəticəsində 2005-ci ildən bu günədək arı ailələrinin sayı 
3 dəfədən çox artmışdır. 
Muxtar  respublika  ərazisində  arı  ailələrinin  miqdarı  artmaqla  bərabər  arı  ailələrində  istehsal 
olunan əmtəəlik balın miqdarı da artmışdır. Əgər muxtar respublika üzrə 1983-cü ildə 70,2 ton bal 
istehsal olunmuşdursa bu göstərici 1990-cı ildə 41,7 ton, 2000-ci ildə 159 ton, 2005-ci ildə  297,4 
ton, 2008-ci 433 ton və 2013-cü ildə isə 1304  ton olmuşdur. 
Cədvəl 2. Azərbaycan Respublikası ərazisində istehsal olunan  
balın miqdarı (ton). (2000-2013-cü illər üzrə) 
İllər 
Azərbaycan üzrə 
Naxçıvan MR üzrə 
Nisbət 
2000 
600 
170,1 
26,5% 
2005 
600 
297,4 
49,5% 
2010 
 1900 
               678 
35,7% 
2013 
 2500 
1304 
52,1% 
 
  Göründüyü kimi 2000-ci ildə Azərbaycan ərazisində istehsal olunan balın (600 ton) 25,5%-i 
(170 ton) Naxçıvan MR-in payına düşmüşdürsə, 2013-ci ildə Azərbaycan ərazisində istehsal olunan 
2500 ton balın 52,1%-i Naxçıvan MR-də  istehsal olunmuşdur. 
 
 
 
Arıçılığın  inkişaf  tempi  həmçinin  bir  arı  ailəsindən  alınmış  əmtəəlik  balın  miqdarı  ilə  də 
müəyyən olunur. Statistik məlumatlar göstərir ki, muxtar respublika ərazisində məskunlaşmış bir arı 
ailəsindən 1983-cü ildə 8,6 kq, 1990-cı ildə 9,2 kq, 2000-ci ildə 12,6 kq, 2005-ci ildə isə 13,5 kq, 
2013-cü ildə 20 kq bal alınmışdır. Təqdim olunmuş statistik məlumatların təhlili göstərir ki, 1983-
cü illə müqayisədə 2005-ci ildə arı ailələrinin miqdarı 70 %, istehsal olunan balın miqdarı 3,2 dəfə 
və bir arı ailəsindən alınan balın miqdarı 57 % artmışdır. 
0
500
1000
1500
2004 2005 2006 2007 2008 2009 2010 2011 2012 2013
172
297
325
334
432
585
710
1031
1175
1304
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin