Elmi ƏSƏRLƏR, 2016, №6 (76) nakhchivan state university. Scientific works, 2016, №6 (76)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/23
tarix18.04.2017
ölçüsü5,01 Kb.
#14448
1   ...   15   16   17   18   19   20   21   22   23

B
al
İllər
Qrafik 2. İstehsal olunan balın miqdarı (tonla)

148 
 
Naxçıvan  MR  ərazisində  arıçılıq  sahəsinə  xüsusi  diqqət  yetirildiyindən  arı  ailələrinin  sayı 
artmış,  düzgün  yetişdirilmə  və  qışlamaya  daha  bol  yem  ilə  qoyulma  hesabına  arı  ailələrinin  gücü 
artmışdır. Arı xəstəliklərinə qarşı aparılan müalicəvi-proflaktiki tədbirlər sayəsində arıxanada olan 
arı  ailələrinin  miqdarı  ilbəil  artmaqdadır.  Bütün  bunların  nəticəsində  arıçılıq  təsərrüfatarında 
iqtisadi vəziyyət getdikcə yaxşılaşmağa başlamışdır. 
Aparılmış  hesablamalara  görə  Naxçıvan  MR  ərazisində  mövcud  bitki  örtüyü  burada  ən  azı 
100 min arı ailəsi saxlamağa imkan verir və onlardan bir il ərzində 2000 tona qədər  əmtəəlik bal 
məhsulu əldə etmək mümkündür. Bütün bunlar göstərir ki, Naxçıvan MR ərazisində arı ailələrinin 
miqdarını daha da artırmaq mümkündür. 
Naxçıvan MR-də damazlıq arıların  yerişdirilməsi üçün əlverişli  təbii-coğrafi şəraitin  olması, 
burada  arıçılığın  intensiv  inkişaf  etdirilməsinin  yüksək  perspektivə  malik  olması  elmi  əsaslarla 
təsdiq edilmişdir. 
Arı  məhsullarının  müxtəlif  xəstəliklərin  müalicə-profilaktikasında  və  eləcə  də  kosmetika 
sahəsində olan tələbatını nəzərə alaraq, son dövrlərdə muxtar respublikanın arıçıları əlavə gəlir əldə 
etmək  məqsədilə  arı  südünün,  çiçək  tozcuğunun  və  vərəmumun  istehsalına  da  xüsusi  diqqət 
yetirirlər.  Arı  ailələrindən  toplanılan  və  xüsusi  tibbi  əhəmiyyətə  malik  olan  bu  cür  qiymətli  arı 
məhsullarının miqdarını artırmaqla da arıçılığın inkişafının rentabelliyini yüksəltmək mümkündür.  
 
        
   
 
0
5
10
15
20
200320042005
2006 2007 2008
2009 2010
2011 2012
2013
9
9
13
14 14
15
17
18
19
19
20
B
alı
n
m
iq
d
ar
ı 
Qrafik 3. Bir arı ailəsindən alınan balın miqdarı (kq)
0
20 000
40 000
60 000
80 000
69432
1974
8952 9598 13374 13482
1576
19852
624
Qrafik 4. Naxçıvan MR-in rayonları üzrə arı ailələrinin miqdarı
(01.01.2015
)   

149 
Bütün  deyilənlərdən  aydın  olur  ki,  Naxçıvan  MR-in  nektarverən  bitkilər  və  meşə  örtüyü  ilə 
zəngin olan ərazilərində arıçılığı inkişaf etdirmək və çox yüksək nəticələr əldə etmək mümkündür. 
Qarşıya  qoyulan  tələbləri  yerinə  yetirmək  üçün  ilk  növbədə  arıçılıqda  elmi-tədqiqat  işlərinin 
səmərəsini yüksəltmək, seleksiya işlərini yaxşılaşdırmaq, muxtar respublikada yayılmış Sarı Qafqaz 
arı cinsinin genofondunun bərpasına, qorunmasına və  arıçı kadrların hazırlanmasına xüsusi diqqət 
yetirilməlidir. Ümid edirik ki, xalqımızın bu qədim və çox əhəmiyyətli təsərrüfat sahəsinə artırılan 
dövlət  qayğısı  nəticəsiz  qalmayacaq  və  arıçılıq  muxtar  respublikamızda  daha  da  inkişaf 
etdiriləcəkdir. 
Ancaq  bütün  bunlara  baxmayaraq,  təəssüf  ediləcək  bir  haldır  ki,  respublikamızda  arıçılıq 
ancaq  bal  məhsulunun  əldə  olunmasına  yönəldilmişdir.  Halbuki  müasir  dünya  arıçılığında  bal 
arılarından  baldan  da  qiymətli  digər  arı  məhsulları:  vərəmum,  arı  südü,  arı  zəhəri,  çiçək  tozcuğu, 
güləm əldə olunmaqdadır.  
Azərbaycanda  və  eləcə  də  Naxçıvan  Muxtar  Respublikasında  arıçılıq  məhsullarının 
biokimyəvi  xüsusiyyətləri,  keyfiyyət  göstəricilərinə  dair  bu  günədək  aparılan  araşdırmalar  yerli 
şəraitdə  istehsal  olunan  arıçılıq  məhsullarının  heç  də  dünyada  olan  oxşar  arıçılıq  məhsullarından 
geri qalmadığını göstərir. Hal-hazırda Naxçıvan Muxtar Respublikasında baldan başqa digər arıçılıq 
məhsullarının  istehsalı  haqqında  danışmaq  belə  mümkün  deyil.  Bunlar  hətta  statistik  göstəricilərə 
belə  daxil  edilmir.  Yalnız  həvəskar  arıçılar  tərəfindən,  öz  tələbatlarına  uyğun  olaraq  müəyyən 
miqdar vərəmum, arı südü, çiçək tozcuğu, arı mumu, güləm əldə olunur.  
Naxçıvan  MR  ərazisində  arıçılarımızın  hansı  arı  məhsulundan  nə  qədər  əldə  etmələri 
sahəsində  apardığımız  sorğuda,  yerli  arıçıların,  yalnız    5-7  %-nin  çiçək  tozcuğu,  2-3  %-nin 
vərəmum, 0,2-0,5 %-nin arı südü istehsal etmələri məlum oldu. Halbuki, yerli şəraitdə mövcüd olan 
Sarı Qafqaz arı cinsi genetik cəhətcə saf olmaqla yanaşı, çox yüksək miqdarda vərəmum toplama, 
bol  miqdarda  çiçək  tozu  gətirmə,  həmçinin  çoxalmaya  meylli  olduqları  üçün  çoxlu  miqdarda  ana 
südü  əldə  etmək  üçün  çox  əlverişlidir.  Yerli  arıçılarımız  vərəmum    tələsi  istifadə  etmədən, 
vərəmumu  pətəyin  müxtəlif  yerlərindən  toplayırlar.  Doğrudur  muxtar  respublikada  vərəmumum 
toksikliyinin yoxlanılmasına dair aparılan araşdırmalarda, yerli şəraitdə istehsal olunan vərəmumun 
praktik  olaraq  toksiki  olmadığı  məlum  olmuşdur.  Amma  bu  heç  də  əsas  vermir  ki,  saflığı  dəqiq 
bilinməyən uçuş bacası, havalandırma dəliyi, çərçivə kənarı kimi yerlərdən vərəmum əldə olunsun 
və müəyyən məqsədlər üçün istifadə edilsin. Arılar ehtiyaclarına uyğun bəzən vərəmumun tərkibinə 
bir sıra maddələrin (asfalt, boyaq, alüminium tozu və s.) də əlavə edirlər. Bu səbəbdən də göstərilən 
yerlərdən əldə olunmuş  vərəmumun istifadəsi  düzgün deyildir. Vərəmum əldə etmək üçün xüsusi 
vərəmum torlarından istifadə olunması daha məqsədəuyğun və etibarlıdır. 
Aparılmış  tədqiqatlarda  müəyyən  edilmişdir  ki,  arı  ailələrinin  bal  və  mum  məhsuldarlığını 
həmçinin qışlamasının keyfiyyətini azaltmadan bir arı ailəsindən mövsüm ərzində 146,4 qram, yəni  
adi ənənəvi üsuldan 2,47 dəfə artıq miqdarda vərəmum maddəsi toplamaq və arıxanadan əlavə gəlir 
götürmək olar (1;2;3;4). 
Çiçək  tozcuğu  istehsalı  arıçılarımızın  az  bir  qisminin  son  dövrlərdə  həyata  keçirdikləri  bir 
prosesdir. Amma istehsalı minimal həddədir. Yalnız bir neçə arıçı tərəfindən çiçək tozcuğu tələləri 
qurulmaqla məhsul toplanır. Az bir qism arıçılarımız isə daha çox güləm toplamağa meyllidirlər. 
Arı  südü  istehsalı  yalnız  təbii  yolla  ana  məməsi  qoyan  arılardan  əldə  olunduğundan,  bu 
məhsulun istehsalı haqqında da danışmaq mümkün deyil. 
Bütün  bunları  nəzərə  alaraq arı ailələrindən alınan arıçılıq  məhsullarının çox böyük tibbi və 
iqtisadi  dəyərinin  olması  haqqında  arıçılarımızı  və  yerli  əhalini  məlumatlandırmaq  üçün  işlər 
aparılmalı, arı məhsullarının istehsalı texnologiyaları  ilə arıçılarımız ətraflı tanış edilməli, istehsal 
olunacaq arıçılıq məhsullarının bazarları müəyyənləşdirilməlidir. Bunu həyata keçirmək üçün dünya 
və  qonşu  dövlətlərin  təcrübəsindən  yararlanılmalıdır.  Bu  yolla  arıçılıq  fəaliyyətinin  bal 
istehsalından asılılığını azaltmaq, qiymətli arı məhsullarının əsaslı istehsalına başlamaq və arıçılığın 
rentabelliyini yüksəltmək mümkündür. 
 
 
 

150 
ƏDƏBİYYAT 
 
1.
 
Sultanov  R.  L.,  Əsədov  E.S.  Naxçıvan  MR-də  arı  ailələrindən  keyfiyyətli  vərəmumun 
istehsalının yeni texnoloji üsulu. Azərbaycan Dövlət Neft Akademiyasının mətbəəsi, 2006, 23 s 
2.
 
Sultanov R. L., Əsədov E.S. Pətəklərdən vərəmumun toplanmasının arıların həyat fəaliyyətinə 
və məhsuldarlığına təsiri. AMEA-nın Naxçıvan bölməsinin xəbərləri (Təbiət və texniki elmlər 
seriyası), 2008, №2, s. 82-87 
3.
 
Əsədov  E.S.,  Hüseynov  H.T.  Müxtəlif  vaxtlarda  və  təbii-coğrafi  şəraitlərdə  arı  ailələrinin 
vərəmum maddəsi toplama xüsusiyyətləri. Azərbaycan Zooloqlar Cəmiyyətinin əsərləri, 2008, 
s.731-736 
4.
 
Əsədov  E.S.  Vərəmum  məhsulunun  əldə  olunması  üçün  aparılan  işlərin  texnoloji  təqvimi. 
Naxçıvan Dövlət Universitetinin “Elmi əsərləri”, Təbiət və tibb elmləri seriyası, 2012, ;1 (48), 
s.36-39 
5.
 
Əsədov  E.S.,  Tahirov  Ə.S.,  Hüseynov  H.T.  Naxçıvan  Muxtar  Respublikasında  arıçılığın 
inkişaf tarixi, müasir vəziyyəti və prespektivləri. Azərbaycan Zooloqlar Cəmiyyətinin əsərləri, 
II cild (məqalələr toplusu), Bakı,  2010, s.272-277 
6.
 
Tahirov  Ə.  Naxçıvan  MR-də  arı  yetişdirilməsinin  imkan  və  perspektivləri  /  Beynəlxalq 
elmi praktik konfrans. Naxçıvan, 2015, s.45-49 
7.
 
Неумывакин И.П. Прополис: Мифы и реальность. Москва, 2005, 128 с 
8.
 
Пчеловодство: Настольная книга. Минск, 2005, 560 с. 
9.
 
Sultanlı Q.İ. Arıçılıq. Bakı, 2003, 345 s. 
10.
 
 Naxçıvan Dövlət Statistika Komitəsinin məlumatı.  
 
http://statistika.nmr.az/source/agriculture/index.php
 
11.
 
 Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatı 
      
http://www.stat.gov.az/source/agriculture/ 
 
ABSTRACT 
Elsavar Asadov 
Ali Tahirov 
Current situation and perspectives of exporting of beekeeping products at Azerbaijan (on the 
point of Nakhchivan economical region) 
Nakhchivan Autonomous Republic is a key part of Azerbaijan beekeeping for the number of 
bee families and honey productivity. The number of bee families by Nakhchivan economical region 
contains 28.82% of the number of bee families, 52.1% of the produced honey harvest in Azerbaijan. 
As  a  result  of  our  survey  it  have  been  identified  that  beside  honey  harvest  5-7%  are  busy  with 
flower pollen, 2-3% with propolis, 0.2-0.5% with the production of royal jelly of local beekeepers 
in Nakhchivan Autonomous Republic. According to the researches, natural-geographical conditions 
of  Nakhchivan  give  an  opportunity  to  keep  over  100  thousand  bee  families  and  to  produce  2000 
tons of honey the average cost for one year. With  the  defined  methods,  it  is  possible  to  product 
146.4 g  propolis without reducing productivity of honey from bee families. 
 
 
 
 
 
 
 

151 
РЕЗЮМЕ 
Эльсавар Асадов   
Али Тахиров 
Современная ситуация и перспективы экспорта продуктов пчеловодства в 
Азербайджане (по НАХЧЫВАНСКОМУ экономическому району) 
Нахчыванская  Автономная  Республика  является  ключевой  частью  Азербайджана 
пчеловодстве  для  числа  пчелиных  семей  и  продуктивности  меда.  Число  пчелиных  семей 
Нахчывана  экономического  района  содержит  28,82%  от  числа  пчелиных  семей,  52,1% 
произведенного  медосбора  в  Азербайджане.  В  результате  нашего  исследования  это  было 
выявлено, что у меда урожая 5-7% заняты цветочной пыльцы, 2-3% с прополисом, 0,2-0,5% с 
производством  маточного  молочка  местных  пчеловодов  в  Нахчыванской  Автономной 
Республике.  Согласно  исследованиям,  природно-географические  условия  Нахчыван  дают 
возможность  сохранить  более  100  тысяч  пчелиных  семей  и  производить  2000  тонн  меда 
средней  стоимости  в  течение  одного  года.  С  помощью  определенных  методов,  можно 
продукт 146,4 г прополиса без снижения производительности меда из пчелиных семей. 
 
 
NDU-nun  Elmi  Şurasının  26  aprel  2016-cı  il  tarixli  qərarı  ilə  çapa 
tövsiyə olunmuşdur (protokol № 09) 
 
 
 
 
 
 
 
 
              
                                                                                                 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
152 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 6 (76) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 6 (76) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 6 (76) 
 
 
NURANƏ HACIYEVA 
ELŞAD ƏHMƏDOV
 
parazitolog@mail.ru 
Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya institutu 
 
UOT 576.893.192.1 
 
BALAKƏN RAYONUNUN FƏRDİ TƏSƏRRÜFATLARINDA  EV DONUZLARININ  
EİMERİA VƏ İSOSPORA CİNSİNİN  KOKSİDİLƏRİ İLƏ YOLUXMASI 
 
Açar sözlərEimeria debliecki, , ev donuzları, oosista, parazit, endoparazit, Eimeria 
Keywords: Eimeria debliecki, domestic pigs, oocysts, a parasite, endoparasite, Eimeria 
Ключевые  слова:  Eimeria  debliecki,  домашние  свиньи,  ооциста,  паразит, 
эндопаразит, Eimeria 
 
Hazırda  dövlətin  kənd  təsərrüfatının  qarşısında  qoyduğu  mühüm  məsələlərdən  biri  kənd 
təsərrüfatını inkişaf etdirmək, əhalini ekoloji təmiz, təhlükəsiz və davamlı ərzaq məhsulları ilə təmin 
edilməsidir.  Bu  məsələlərin  həll  edilməsi  üçün  kənd  təsərrüfatına  ciddi  iqtisadi  zərər  vuran 
parazitlərin yaratdığı xəstəliklərin və onların törədicilərinin biologiyasının öyrənilməsi, xəstəliklərə 
qarşı effektli mübarizə tədbirlərinin işlənib hazırlanması və həyata keçirilməsində mühüm və aktual 
məsələlərdən biridir.  
Özündə 1000-dən artıq növü birləşdirən Eimeriidea  yarımdəstəsinin nümayəndələri  baytarlıq 
təbabəti  üçün  praktiki  əhəmiyyət  kəsb  edir.  Bu  yarımdəstəyə  daxil  olan  növlər  istər  onurğalı  və 
istərsə  də  onurğasız  heyvanlar  arasında  geniş  yayılmışdır.  Ev  heyvanlarında  parazitlik  edən 
koksidilər  adətən  bağırsağın  epiteli  hüceyrələrini,  az-az  hallarda  isə  qaraciyər,  böyrəkləri  və  digər 
orqanları zədələyir.  
Heyvanların  parazitar  xəstəliklərinin  tam  qarşısını  alınması  bütün  dünyada  olduğu  kimi 
Azərbaycanda  da  tam  həll  edilməsi  mümkün  olmayan  məsələ  olaraq  qalır.  Hazırda  dünyanın 
müxtəlif ölkələrdə donuzların koksidilər tərəfindən törədilən bağırsaq xəstəliklərinin törədicilərinin 
biologiyasının,  patogenezinin,  epizootologiyasının,  terapiya  və  profilaktikasının  tədqiqinə  həsr 
edilən kifayət qədər məlumatlara təsadüf edilir [1-4; 8-11]. Ədəbiyyatlarda verilən məlumatlardan 
göründüyü  kimi,  bağırsaq  ibtidailərinin  yayılma  xüsusiyyətlərini,  heyvanların  yoluxma  dərəcəsini 
öyrənmədən  bu  xəstəliklərin  törədicilərinin  məhv  edilməsi  üçün  effektli  müalicə  profilaktika 
tədbirləri aparmaq mümkün deyil. Azərbaycanda ev donuzlarının koksdilərinin öyrənilməsinə həsr 
edilən işlər keçən əsrin son onilliklərinə təsadüf edir [6; 7]. 
Tədqiqatlarda  məqsəd  Eimeria  və  İsospora  cinslərinə  aid  koksidilərin  Balakən  rayonunun 
fərdi  təsərrüfatlarında  ev  donuzları  arasında    heyvanların  yaşından  və  fəsillərdən  asılı  olaraq 
yayılma dinamikasını öyrənməkdir. 
 
MATERİAL VƏ METODİKA 
Böyük Qafqazın Azərbaycan ərazisinə daxil olan Balakən rayonunun fərdi təsərrüfatlarında 
ev donzlarının (Sus scrofa domesticus) bağırsaq parazit koksidiləri ilə yoluxmasının heyvanların 
yaşından,  ilin  fəsillərindən  asılı  olaraq  öyrənmək  üçün  2011-2012-ci  illərdə  cavan  (1  aydan  1 
yaşa  qədər)  və  yaşlı  (1  yaşdan  2  yaşa  qədər)  ümumilikdə  606  baş  heyvandan  fekal  nümunələri 
toplanılaraq kaproloji üsulla analiz edilmişdir.  

 
153 
 
Fekal  nümunələrindən  koksidi  oosistalarının  aşkarlanması  üçün  fekal  nümunələrinin  bir 
qismindən  flotasiya  üsulu  ilə  doymuş  natrium-xlor  məhlulunda  sentrafuqa  etməklə  bağırsaq 
koksidilərinin oosistaları ayrılmışdır. Bunun üçün 5q fekal nümunəsi  götürülüb çini kasada 15-20 
ml  su  ilə  yaxşı-yaxşı  qarışdırılıb  tənzifdən  süzüldükdən  sonra  plasmas  sınaq  şüşələrinə  tökülüb, 
2000-2500  dövr/dəqiqə  sürətlə  3-5  dəqiqə  müddətində  sentrafuqa  edilmişdir.  Sonra  məhlulun 
üzərindən  diametri  5-8  mm  olan  həlqə-ilgək  vasitəsilə  supernatantdan  götürüb  əşya  şüşəsinin 
üzərinə  damcı  formasında  qoyulub  üzəri  örtücü  şüşə  ilə  örtülüb  Amplival    (Carl  Zeiss) 
mikroskopunun  obyektivi (10х, 40х və 100х) altında baxılmışdır.  
Növlərin  identifikasiyasında  sporlaşmış  və  sporlaşmamış  oosistaların  morfologiyası, 
sporlaşma  müddəti,  oosistaların  ölçüsü  və  forma  indeksi,  mikropilenin  polyar  papaqcığın,  
oosistanın qalıq cisminın (xarici qalıq cismi) və sporosistaların qalıq cisiminin (daxili qalıq cismi) 
olub olmaması, sporlaşma nəticəsində  yaranan sporosistaların sayı və forması kimi əlamətlər əsas 
götürülmüşdür. Tədqiqatların nəticləri statistik işlənilmişdir [5]. 
 
NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ 
Balakən rayonunun fərdi donuzçuluq təsərrüfatlarında saxlanılan müxtəlif yaşdan olan 660 baş 
ev  donuzundan  221  başının  (36,4%)  Eimeria  və  İsospora  cinsinin  koksidiləri  ilə  yoluxduğu  aşkar 
edilmişdir.  Müəyyən  edilmişdir  ki,  donuzların  koksidilər  ilə  yoluxma  ekstensivliyi  yaş  və 
fəsillərdən asılı olaraq dəyişir, yəni fəsli xarakter daşıyır. Yoluxmanın daha yüksək ekstensivliyi 1-6 
aylıq çoşkalarda (42,7%) qeydə alınmışdır. Yaşı 6 aydan 1 yaşa qədər olan heyvanların koksidilər 
ilə yoluxması nisbətən aşağı (35,6%), ən az yoluxma (28,5%) isə yaşı 1 yaşdan 2 yaşa qədər olan 
heyvanlarda qeydə alınmışdır (cədvəl 1). 
Cədvəl 1 
Donuzların yaşından asılı olaraq koksidilər ilə yoluxması 
(2011-2012-cu illər) 
 
Qrup 
Heyvanların 
yaşı 
Tədqiq olunan və 
yoluxan heyvanların 
sayı 
İE, % 
İİ 
Tapılan koksidi növləri 
Cavan 
1-6 aylıq 
225/96 
42,7 
8-9 
E.debliecki, E.polita,  
E.perminuta, E.scabra 
6 aydan 1 
yaşa qədər 
230/82 
35,6 
6-8 
E.debliecki,, E.polita, 
E.perminuta, E.scabra, 
İsospora suis 
Yaşlı 
1 yaşdan 2 
yaşa qədər 
151/43 
28,5 
4-5 
E.debliecki, E.polita, 
E.perminuta, İsospora 
suis 
Cəmi 
606 
36,4 
6-7 
Eimeria deblieski, 
E.polita, E.perminuta, 
E.scabra, İsospora suis 
 
Azərbaycanın  şimal-qərbində  Böyük  Qafqazın  yamaclarında  yerləşən  bu  rayonunda  ev 
donuzlarında parazitlik edən 5 növ koksidi aşkar edilmişdir: Bunlardan Eimeria cinsinə daxil edilən 
4 növ - Eimeria debliecki, Eimeria polita, Eimeria perminuta, Eimeria scabra (=Eimeria scrofae) 
və İsospora cinsinə daxil edilən 1 növ - İsospora suis aşkar edilmişdir.  
Cədvəl 1-də verilən məlumatlardan görünür ki,  yaşı 1 aylıqdan 6 aylığa qədər və 6 aylıqdan 1 
yaşa  qədər  olan  cavan  heyvanlarda  invaziyanın  intensivliyi  müvafiq  olaraq  8-9  və  6-8,  yaşı  1 
yaşdan 2 yaşa qədər olan heyvanlarda isə 4-5 təşkil edir. 
Cədvəl  2-də  ev  donuzlarının  ayrı-ayrı  koksidi  növü  ilə  yoluxmasının  ekstensivliyi  və 
intensivliyi  haqqında  məlumatlar  verilir.  Bu  cədvəldə  təqdim  edilən  məlumatlardan  görünür  ki, 

 
154 
 
tədqiqat aparılan təsərrüfatlarda donuzlar arasında ən geniş yayılan növ Eimeria debliecki növüdür. 
Bu növlə yoluxma zamanı invaziyanın ekstensivliyi (20,6%) ilə yanaşı  intensivliyi də yüksəkdir (6-
7).  Ev  donuzlarının  E.polita  növü  ilə  yoluxmasının  intensivliyi  5-6  (İE=9,1%),  E.scabra  ilə  4-5 
(İE=8,1%), E.perminuta ilə 3-4 (İE=2,6%), İsospora suis ilə isə 2-3 (İE=11,2%) olmuşdur. 
 
Tədqiq  edilən  heyvanların  yaşdan  asılı  olaraq  koksidi  növləri  ilə  yoluxmasının  öyrənilməsi 
nəticəsində  müəyyən  edilmişdir  ki,  yaşı  1  aydan  6  aya  qədər  olan  donuzlarda  Eimeria  debliecki, 
Eimeria polita, Eimeria perminuta, Eimeria scabra (=Eimeria scrofae), yaşı 6 aydan 1 yaşa qədər 
olan heyvanların Eimeria deblieski, Eimeria polita, Eimeria perminuta, Eimeria scabra (=Eimeria 
scrofae)    İsospora suis,    yaşı  1  yaşdan 2  yaşa  qədər heyvanların  isə  Eimeria  debliecki,  Eimeria 
polita,  Eimeria  perminuta  və  İsospora  suis  ilə  yoluxduğu  müəyyən  edilmişdir.  Bu  məlumatların 
müqayisəli analizi göstərir ki, yaşı 1 aydan 6 aya qədər olan  donuzlarda Eimeria cinsinə aid 4 növ 
eimeriyaya təsadüf edilsə də İsospora cinsinə aid olan İsospora suis növünə təsadüf edilmir. Yaşı 1 
yaşdan  2  yaşa  qədər  olan  donuzlarda  isə  bu  ərazidə  təsadüf  edilən  4  növ  eimeriayadan  3  növünə 
(Eimeria  debliecki,  Eimeria  polita,  Eimeria  perminuta)  və  İsospora  cinsinə  aid  1  növə  (İsospora 
suis) təsadüf edilmişdir. 
 
Cədvəl 2 
Donuzların ayrı-ayrı koksidi növləri ilə yoluxması 
  
Koksidi növləri 
Heyvanların sayı 
İE, % 
İİ 
oosista 
yoxlanılan 
yoluxan 
Eimeria debliecki 
606 
498 
20,6 
6-7 
E.polita 
221 
9,1 
5-6 
E.scabra 
197 
8,1 
4-5 
E.perminuta 
63 
2,6 
3-4 
İ.suis 
272 
11,2 
2-3 
 
Fəsillərdən  asılı  olaraq  donuzların  yoluxmasının  öyrənilməsi  nəticəsində  cavan  heyvanların 
koksidilər  ilə  yoluxmasının  ən  çox  yazda  (48,5%)  və  payızda  (44,2%),  nisbətən  aşağı  yoluxma 
ekstensivliyinin  qış  aylarında  (34,5%),  ən  aşağı  yoluxmasının  yayda  (28,7%)  olduğu 
müəyyənləşdirilmişdir. 
Yaşı 1 aydan 1 ilə qədər olan cavan heyvanlarda olduğu kimi,  yaşı  1 ildən 2 ilə qədər olan 
yaşlı  heyvanlar  arasında  da  invaziyanın  yüksək  ekstensivliyi  yaz  və  payız  aylarında  qeydə 
alınmışdır (müvafiq olaraq 34,2% və 32,0%). Yaşlı heyvanlar qrupuna daxil etdiyimiz heyvanların 
Eimeria və İsospora cinsinə aid növlər ilə yoluxma ekstensivliyi qış aylarında 20,0%, yay aylarında 
isə qış aylarına nisbətən bir qədər yüksək (3,7%) olmuşdur. 
Koksidioz  invaziyasının  intensivliyinin  ilin  fəsillərindən  asılılığının  öyrənilməsi  göstərdi  ki, 
ən yüksək yoluxma payız və yazdadır (5-6 və 8-9), qışda və yayda isə aşağıdır (hər iki halda 4-5). 
Cavan  yaş  qrupuna  daxil  etdiyimiz  heyvanlarda  invaziyanın  intensivliyi  yaşlı  heyvanlar  qrupuna 
daxil edilən heyvanların müvafiq göstəriciləri ilə müqayisədə invaziyanın ekstensivliyinə müvafiq 
olaraq ilin bütün fəsillərdə yüksəkdir (cədvəl 3).  
Hər  iki  yaş  qrupundan  olan  heyvanların  koksidi  növləri  ilə  yoluxmasının  öyrənilməsi 
nəticəsində məlum olmuşdur ki, ilin fəsillərindən asılı olmayaraq cavan heyvanlar arasında 4 növ 
Eimeria (Eimeria debliecki, Eimeria polita, Eimeria perminuta, Eimeria scabra) və 1 növ İsospora 
(İsospora  suis),  yaşlı  heyvanlar  isə  3  növ  Eimeria  (Eimeria  debliecki,  Eimeria  polita,  Eimeria 
perminuta) və 1 növ İsospora (İsospora suis) yoluxub. 
Buradan belə nəticəyə gəlmək olar ki, ilin qış və yay fəsillərinə nisbətən yaz-payız aylarında 
xarici  mühitə  atılan  oosistaların  inkişafı  üçün  əlverişli  şərait  olduğundan  sağlam  və  ya  xəstə 

 
155 
 
donuzların təkrar yoluxması səbəbindən invaziyanın ekstensivliyi və intensivliyi yüksəlir. Məhz bu 
səbəbdən  invaziyanın  ekstensivliyinin  yaz  və  payız  fəsillərində  yüksək  olması  ətraf  mühitdə 
oosistaların invazion mərhələyə çatması üçün əlverişli şəraitin - yüksək rütubət, optimal temperatur 
olması  ilə  izah  edilir.  Qış  aylarında  invaziyanın  ekstensivliyinin  aşağı  olmasının  səbəbi 
temperaturun oosistaların inkişafı üçün əlverişli  olmaması nəticəsində oosistaların əksər hissəsinin  
eksogen inkişafının qarşısının alınmasıdır.  
Cədvəl  3 
Müxtəlif yaşdan olan donuzların fəsillərdən asılı olaraq Eimeria və İsospora cinslərinin koksidiləri 
ilə yoluxması  
 
Fəsillər 
Cavan heyvanlar 
Yaşlı heyvanlar 
Ümumi 
Yo
xlan
ılm
ış
dır
 
Yo
lu
xm

du

İE
, %
 
T
ap
ılan
 o
os
is
talar
ın
 ü
m
um
i say
ı 
İİ
, o
os
is
ta
 
T
ap
ılan
 n
öv
lər
in
 s
ay
ı 
Yo
xlan
ılm
ış
dır
 
Yo
lu
xm

du

İE
, %
 
T
ap
ılan
 o
os
is
talar
ın
 s
ay
ı 
İİ
, o
os
is
ta
 
T
ap
ılan
 n
öv
lər
in
 s
ay
ı 
Yo
xlan
ılm
ış
dır
 
Yo
lu
xm

du

İE
, %
 
T
ap
ılan
 o
os
is
talar
ın
 ü
m
um
i say
ı 
İİ
, o
os
is
ta
 
Qış 
110 
151 
34,5 
154 
5-6 

25 

20,0 
15 
4-5 

135 
43 
31,8 
169 
5-6 
Yaz 
117 
57 
48,5 
253 
6-7 

38 
13 
34,2 
99 
5-6 

155 
70 
45,2 
352 
7-8 
Yay 
115 
33 
28,7 
168 
6-7 

38 

23,7 
36 
4-5 

153 
42 
27,4 
204 
5-6 
Payız 
113 
50 
44,2 
303 
8-9 

50 
16 
32,0 
93 
4-5 

163 
66 
40,5 
396 
8-9 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin