Problem bir sıra mövzulardan ibarətdir. Mövzu elmi tədqiqatın müəyyən sahəsini əhatə edən elmi vəzifədir. O, çoxsaylı tədqiqat suallarına əsaslanır. Elmi suallar dedikdə elmi tədqiqatın konkret sahəsinə aid daha kiçik elmi vəzifələr başa düşülür. Həll edilən bu vəzifələrin nəticələrinin yalnız nəzəri deyil, gözlənilən iqtisadi səmərəsini dəqiq müəyyənləşdirmək mümkün olan praktiki əhəmiyyəti vardır. Tədqiqat mövzuları nəzəri, praktiki və qarışıq ola bilər. Nəzəri mövzular əsasən ədəbiyyat mənbələri, praktiki mövzular faktların öyrənilməsi, ümumiləşdirilməsi və təhlili əsasında işlənib hazırlanır. Qarışıq mövzular özündə tədqiqatın həm nəzəri, həm də praktiki tərəflərini birləşdirir.
Mövzunu yaxud sualları işləyib hazırlayarkən tədqiqatda konkret vəzifələr irəli sürülür, yeni konstruksiyalar, mütərəqqi texnologiyalar, yeni metodika və s. işlənib hazırlanır.
Mövzunun seçilməsi yerli və xarici məlumat mənbələrinin diqqətlə tanış olmasını tələb edir.
Problemin yaxud mövzunun qoyuluşu (seçilməsi) çətin, məsuliyyətli vəzifədir və özünə bir neçə mərhələni daxil edir.
Birinci mərhələ problemin formalaşdırılmasıdır. Tədqiq edilən istiqamətin ziddiyətlərinin təhlili əsasında əsas problem formalaşdırılır və gözlənilən nəticələrin ümumi xüsusiyyətləri müəyən edilir.
İkinci mərhələ özünə problemin quruluşunun işlənib hazırlanmasını daxil edir. Mövzular, alt mövzular, suallar ayırd edilir. Bu komponentlərin kompozisiyası problemlər ağacını (kompleks problem) təşkil etməlidir. Hər bir mövzu üzrə təxmini tədqiqat sahəsi aşkar edilir.
Üçüncü mərhələdə problemin aktuallığı, yəni müasir mərhələdə onun elm və texnika üçün dəyərliliyi müəyyən edilir. Bunun üçün hər bir mövzu üzrə bir necə etirazlar ortaya qoylur və təhlil, tədqiqat metodları əsasında həmin mövzunun reallığının xeyrinə etirazlar kənarlaşdırılır. Belə “təmizləmələrdən” sonra son olaraq problemin strukturu təşkil edilir və mövzular, altmövzular, suallar şərti kodlarla işarə edilir. Bununla yanaşı seçim zamanı gündəlik problemləri elmi problemlərdən fərqləndirməyi bacarmaq vacibdir.
Problemi əsaslandırdıqdan və onun strukturunu müəyyənləşdirdikədən sonara bir qayda olaraq elmi işçilər (kollektivlər) müstəqil olaraqq elmi tədqiqat mövzularının seçiminə başlayır. Bəzi tədqiqatçıların fikrincə mövzunun seçilməsi tədqiqatın aparılmasından daha çətindir. Mövzunu seçərkən bir sıra tələblərə riayət etmək lazımdır. Belə ki, mövzu aktual, müasir dövrdə həll edilməsinin vacibliyini tələb edən olmalıdır. Bu əsas tələblərdən biridir. Hələlik aktuallıq dərəcəsininin müəyyən edilməsi kriteriyası yoxdur. İki nəzəri tədqiqat mövzusunu müqayisə edərək aktuallıq dərəcəsinin qiymətləndirmək olar.