Elmi tədqiqatın metodologiyası və metodları



Yüklə 49,12 Kb.
səhifə9/11
tarix23.02.2023
ölçüsü49,12 Kb.
#85312
1   2   3   4   5   6   7   8   9   10   11
MÖVZU 1

Ədəbiyyat mənbələrini öyrənərkən çıxarışların tərtibinə diqqətlə yanaşmaq lazımdır ki, sonradan onlardan istifadə edilməsi asan olsun. Hər hansı bir xüsusi məsələ yaxud bölmə üzərində işləyərkən onun bütov problemlə əlaqəsini daimi görmək lazımdır. Əldə edilən məlumatlar hissəsi ola bilərki az əhəmiyyətli olsun. Ona görə də onların diqqətlə seçilməsi və qiymətləndirilməsi zəruridir. Elmi yaradıcılığa təhlil və nəticələr üçün əlverişli, ümumiləşdirilmiş formada təqdim edilən əsas və əlavə informasiyanın seçilməsi ilə bağlı qaralama işlərinin böyük hissəsi daxildir. Elmi faktların seçilməsi sadə və mexaniiki iş deyil, məqsədə müvafiq iş tələb edən yaradıcı prosesdir.
İstənilən deyil, yalnız elmi faktları yığmaq lazımdır. “Elmi fakt” anlayışı adi həyatda tətbiq edilən “fakt” anlayışından geniş və çoxcəhətlidir. Elmi faktlardan danışarkən proseslərin obyektiv xüsusiyyətlərini əks etdirən, elmi biliyin əsasını təşkil edən ünsürləri başa düşülür. Elmi faktlar əsasında hadisələrin qanunauyğunluğu müəyən edilir, nəzəriyyələr formalaşdırılır və qanunlar aşkar edilir. Elmi faktlar yenilik, dəqiqlik, obyektivlik və etibarlılıq xüsusiyyətləri ilə xarakterizə olunur. Elmi faktin yeniliyi indiyə qədər məlum olmayan prinsip etibarilə yeni predmeti, hadisəni və prosesi ifadə edir. Bu hökmən elmi kəşf deyil, bizə indiyə qədər məlum olmayan yeni bilikdir.
Qeyd etdiyimiz kimi tədqiqat yeni bilik əldə etmək üçün hər hansı bir obyektin öyrənilməsi prosesidir. İstənilən tədqiqatın zəruriliyi və əhəmiyyəti həmin problemin cəmiyyət üçün kəskinliyi və ona təlabatla müəyyən edilir. Bununla əlaqədar olaraq elmi tədqiqatın yekunları inkişafın mühüm amilidir və müasir dövrdə onların insan fəaliyyətində və cəmiyyətdə rolu əvəzedilməzdir.
İnsanın yaradıcı fəaliyyətinin və elmi fikirlərin inkişafı elmi elmi-texniki tərəqqinin və müasir bəşəriyyətin inkişafının əsas hərəkətverici qüvvəsinə çevrilməsinə gətirib çıxarmışdır. Müasir dövrdə elmin inkişafı daha çox praqmatik yolla gedir ki, bu da tədqiqatın insan fəaliyyətində rolunu əhəmiyyətli dərəcədə yüksəldir. Bir çoxları hesab edir ki, tədqiqat elmi işçilərin vəzifəsidir və menecerin gündəlik işində tədqiqat üçün nə vaxtı, nə də zərurəti vardır. Bu dərin yanlışlıqdır. Müasir menecmentdə tədqiqat uğurun başlıca amilidir, elmi baxımdan ifadə etsək idarəetmənin səmərəliliyinin yüksəldilməsinin başlıca amilidir. Tədqiqat ehtiyatların harda yerləşdiyini, inkişafa nəyin mane olduğunu, nədən ehtiyatlı olmağı, nəyin dəstəklənməsinin lazım olduğunu görməyə (anlamağa) imkan verir:
Elmi tədqiqat tələb edən biznes problemlərinin müəyyənləşdirilməsi praktiki və elmi fəaliyyətdə problem anlayışının mahiyyətinin düzgün müəyyənləşdirilməsini tələb edir. Problem anlayışı daha çox vəzifə, suallar, vəziyyət kimi müəyyən edilir, bəzən biliyin forması ilə eyniləşdirilir. Başqa mənbələrə istinaddan demək olar ki, problem dedikdə tədqiqatın mühüm sahəsini əhatə edən və perspektiv əhəmiyyəti olan mürəkkəb elmi vəzifə başa düşülür. Belə vəzifənin faydalılığını və onların iqtisadi səmərəliliyini bəzən yalnız təxmini müəyyən etmək olar.

Yüklə 49,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin