Elmi tədqiqatın metodologiyası və metodları



Yüklə 49,12 Kb.
səhifə2/11
tarix23.02.2023
ölçüsü49,12 Kb.
#85312
1   2   3   4   5   6   7   8   9   10   11
MÖVZU 1

Fəlsəfə lüğətində tədqiqata daha sadə tərif verilir.”yeni elmi bilikləri hasil edən idrak (dərketmə) fəaliyyətinin bir növü”.
Sosioloji lüğətdə tədqiqat yeni biliklərin, informasiyanın və s. əldə edilməsinə, standart metodların - müşahidə, eksperiment, sorğulaşdırma və s. tətbiqi vasitəsilə müəyyən problemin və qarşılıqlı asılılıqların öyrənilməsinə istiqamətlənən sistemləşdirilmiş dərketmə (idrak) fəaliyyətinin növü kimi müəyyən edilir.
Bu elmi anlayışa çoxsaylı təriflər verilməsi onun mürəkkəb və çoxmənalı anlayış olması, ona müxtəlif elmi-nəzəri və tətbiqi rakurslardan baxılması zərurliyi ilə izah edilir. Deməli, tədqiqata elmi iş, elmi tədqiqat, hadisənin mahiyyətini, xüsusiyyətlərini və inkişaf meylini dərk etməyə, əldə edilmiş biliklərin idarəetmənin nəzəriyyə və təcrübəsində istifadə imkanlarını axtarmağa imkan verən insanın fəaliyyət növü kimi baxmaq olar.
Bundan başqa o faktı da nəzərə almaq lazımdır ki, “tədqiqat” anlayışı elmin, texnikanın və sosial dünyagörüşün inkişafına uyğun olaraq daimi təkamül edir.
Əvvəllər “tədqiqat” anlayışına yalnız ixtisaslaşmış elmi fəaliyyətlə bağlılığı xarakterik idisə, cəmiyyətin və insanın müasir inkişaf meyli yeni təlabatların ortaya çıxdığını subut edir. Bu gün insanın peşəkar fəaliyyətinin bir çox növləri elmi yanaşmanı tələb edir, nəticə etibarilə tədqiqat gündəlik təcrübəyə nüfuz edir. Bu anlayışın mahiyyətinə dair coxsaylı müasir yanaşmaları ümumiləşdirmiş şəkildə aşağıdakı kimi vermək olar:



HADİSƏ






ELMİ İŞ



















TƏDQİQAT



ELM
















Yüklə 49,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin