Elmi tədqiqatın metodologiyası və metodları



Yüklə 49,12 Kb.
səhifə10/11
tarix23.02.2023
ölçüsü49,12 Kb.
#85312
1   2   3   4   5   6   7   8   9   10   11
MÖVZU 1

Problemin həll edilməsi ümumi vəzifənin, kompleks vəzifənin həll edilməsini qarşıya qoyur. Problem bir sıra mövzulardan ibarətdir. Mövzu elmi tədqiqatın müəyyən sahəsini əhatə edən elmi vəzifədir. O, çoxsaylı tədqiqat suallarına əsaslanır. Elmi suallar dedikdə elmi tədqiqatın konkret sahəsinə aid daha kiçik elmi vəzifələr başa düşülür. Həll edilməsi üsulu məlum olmayan yaxud tam məlum olmayan mürəkkəb nəzəri və praktiki vəzifədir. İnkişaf etmiş və inkişaf etməmiş problemlər fərqləndirilir. İnkişaf etməmiş problemlər müəyyən nəzəriyyə, konsepsiya bazasında ortaya çıxması, çətin, standart olmayan vəzifələr, onların həll edilməsinin dərketmədə yaranan ziddiyətlərin aradan qaldırılmasına istiqamətlənməsi, problemin həll edilməsi yollarının məlum olmaması kimi xüsusiyyətlərlə xarakterizə olunur.
İnkişaf etmiş problemləri həll edilməsinin qismən verilmiş konkret yolları vardır. Deməli, problem məzmunu hələ dərk edilməyən, lakin dərk edilməsi lazım olan biliyin formasıdır, yəni dərketmənin gedişində yaranan və cavab tələb edən sual, bilməməzlik haqqında bilikdir.
Problemə dərketmə hərəkətinin iki əsas mərhələsi - qoyuluş və həll etmə - daxildir. Problemin mahiyyətinə dair müxtəlif baxışlar mövcuddur: Belə ki, bəziləri hesab edir ki, qarşıya qoyulmuş məqsədlərə nail olunmaması vəziyyəti yaxud verilmiş səviyyədən kənarlaşmaların mövcudluğu problemdir. Məsələn usta müəyyən edir ki, onun sahəsində əmək məhsuldarlığı və məmulatın keyfiyyəti normadan aşağıdır. Digər yanaşmaya əsasən problemə səmərəliliyin yüksəldilməsinin potensial imkanları kimi də baxmaq olar. Problem gələcək tədqiqat sahələrini əhatə edən iri, ümumiləşdirilmiş formalaşdırılmış çoxlu elmi suallardır.
Göründüyü kimi, problem analyışının mahiyyyyətinə elmdə çoxsaylı yanaşmalar vardır. Deməli, problem qərarların qəbul edilməsinə və onların həyata keçirilməsinə mane olan sistemin vəziyyəti və onun daxili ünsürlərinin qarşılıqlı əlaqəsi haqqında informasiyanın (biliyin) olmaması ilə bağlı qeyri-müəyyənlikdir.
Xüsusi ədəbiyyatlarda (mənbələrdə) problemin tədqiqat, kompleks elmi və elmi növlərini bir-birindən fərqləndirirlər. Aşkar edilən problemlər müxtəlif əlamətlər - obyektin sərhəddinə, miqyasına, lazımlılıq dərəcəsinə, mənşə sferasına, subyektivliyinə və s. görə təsnifatlaşdırılır. Səbəb-nəticənin uğurlu təhlili üçün zəruri şərt əsas əlamətləri - vaciblik dərəcəsi, miqyaslılıq, riskin kəmiyyəti, müddətlilk dərəcəsi, strukturlaşdırma və formalaşşdırma, həll etmə imkanları ola bilən problemin düzgün təsnifatıdır.
Dərk etmə dərinliyindən asılı olaraq bütün problemlər üç növə - yaxşı strukturlaşdırlmış yaxud kəmiyyətcə formalaşdırılmış, strukturlaşdırılmamış yaxud keyfiyyətçə ifadə edilmiş, zəif strukturlaşdırılmış yaxud qarışıq problem ayrılır.
Müasir dövrdə firmanın (müəssisənin, kampaniyanın, şirkətin və s.) rəhbərinin rastlaşdığı bütün problemləri şərti olaraq iki qrupa - peşəkar idarəetmə və iqtisadi- istehsal problemlərə ayırmaq olar. Həll edilməsi baxımından biznesdə problemlərin təsnifatını beynəlxalq təcrübə aşağıdakı kimi verir:

Yüklə 49,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin