Elmi tədqiqatın metodologiyası və metodları



Yüklə 49,12 Kb.
səhifə8/11
tarix23.02.2023
ölçüsü49,12 Kb.
#85312
1   2   3   4   5   6   7   8   9   10   11
MÖVZU 1

Bibloiqrafik nəşriyyat mütəxəssislərə onları maraqlandıran məsələlər üzrə nizama salınmış biblioqrafik təsvirlərin məcmusu haqqında informasiya verir. Bu zaman biblioqrafik təsvir iki funksiya yerinə yetirir. Bir tərəfdən o sənədin ortaya çıxması (xəbərdarlıq funksiyası) haqqında, digər tərəfdən isə onun axtarılıb tapılması (ünvan funksiyası) üçün zəruri məlumatı verir. Biblioqrafik təsvirdən biblioqrafik göstərişlər və biblioqrafik siyahı tərtib edilir. Biblioqrafik göstərişlər daha çox xəbərdarlıq xarakteri daşıyır, xülasəsiz və referatsız biblioqrafik təsvirin siyahısından ibarətdir. Bu nəşr yerli və xarici ədəbiyyatları maksimum əhatəliliyi ilə əks etdirir. Onlar hazırlığın operativliyi və nəşrlə onun göstərişdə əks etdirilməsi müddətinin qısa olması ilə fərqlənir.
Referat nəşriyyatı faktiki məlumatlara və nəticələrə əsaslanan ilkin sənədlərin qısa məzmununu özünə daxil edən referatların nəşrindən ibarətdir. Referat nəşriyyatlarına referat jurnalları, referat məcmuələri, ekspress informasiya və informasiya vərəqələri aid edilir.
Seçilmiş mövzu üzrə ədəbiyyatların öyrənilməsinə ümumi işdən başlamaq lazımdır. Belə yanaşma seçilmiş mövzuya aid əsas məsələlər haqqında təsəvvür əldə etməyə və yeni materialların axtarışını həyat keçirməyə imkan verir. Elmi ədəbiyyatların öyrənilməsi ciddi işdir. Ona görə də əldə qələm və çıxarışlar edərək kitabları və məqalələri oxumaq lazımdır. Bu sonradan zəruri materialları axtarmağı əhəmiyyətli şəkildə asanlaşdırır.
Elmi nəşrlərin öyrənilməsini mərhələlərlə həyata keçirmək yaxşı olardı:
- tam mündəricatı üzrə elmi əsərlərlə ümumu tanışlıq,
- bütün məzmuna cəld baxış,
- materialı ardıcıl qaydada oxumaq,
- elmi əsərin hər hansı bir hissəsini seçmə qaydasında oxumaq,
- maraq doğuran materiallardan çıxarış etmək,
- yazılanları tənqidi qiymətləndirmək, gələcək elmi tədqiqat işinin mətninin
fraqmenti kimi “təmiz” qeydləri aparılmaq.
Digər öyrənmə üsulu da tövsiyyə etmək olar. Belə ki, dəftərin vərəqləri şaqulu istiqamətdə tən yarıya bölünür və sol hissədə oxunandan çıxarışlar, sağ hissəsində isə mətnin xüsusi əhəmiyyət kəcb edən yerlərində qeyd edilən sözlərə özünün qeydləri əks etdirilir.
Ədəbiyyatları öyrənərkən yalnız materialın götürülməsinə cəhd etmək lazım deyil. Paralel olaraq tapılmış informasiya haqqında düşünmək lazımdır. Bu proses mövzu üzərində işin bütün müddətində baş verməlidir. Kənar işlərlə tanışlığı gedişində yaranan şəxsi fifkirlər yeni biliklərin əldə edilməsi üçün əsasdır. Seçilmiş mövzu üzrə ədəbiyyatları öyrənərkən bütün informasiya deyil, birbaşa elmi tədqiqat mövzusuna aid olanlardan istifadə edilir və bu da ən dəyərli və faydalıdır. Deməli, oxunulmuşun qiymətləndirmə kriteriyası elmi tədqiqat işində onun praktiki istifadə imkanıdır.

Yüklə 49,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin