-tədqiqatın elmi əsaslandırılması, -tədiqiatın metodologiyası, -tədqiqatın təşkili, -tədqiqatın elmi yeniliyi, -tədqiqatın nəticələri və səmərəliliyi. Tədqiqatməlumatın əldə edilməsi, inkişaf etdirilməsi və həqiqətə uyğun olub-olmadığının dəqiqləşdirilməsi üçün göstərilən cəhddir. Tədqiqat-mövzunu müəyyən bir model çərçivəsində araşdırmaqdır.
Düşüncə -fəaliyyətlərimizi ardıcıllıqla sıralama və istifadə etmə sənətidir.
Elmin mövcudluğunun və inkişafının forması elmi tədqiqatdır. Elmi (elmi tədqiqat) fəaliyyət yeni biliklərin əldə edilməsi və tətbiqinə istiqamətlənən fəaliyyətdir.
Elmi tədqiqat obyektin, prosesin yaxud onların strukturunun və əlaqələrinin hərtərəfli öyrənilməsinə, həmçinin təcrübədə tətbiqi insan üçün faydalı olan nəticələrinin əldə edilməsinə istiqamətlənən fəaliyyətdir. Onun obyekti maddi yaxud ideal sistemlər, predmeti isəsistemilərin strukturu, onun ünsürlərinin qarşılıqlı əlaqəsi, müxtəlif xüsusiyyətləri, inkişaf qanunauyğunluğu və .s
Tədqiqatın xarakteristikaları: -məlumatlar sistematik toplanır,
-məlumatlar sistematik şərh edilir,
-yeni biliklər əldə etmək üçün dəqiq məqsədin olması.
Dərk etmə nəzəriyyəsində tədqiqatın iki - nəzəri və empirik səviyyəsi fərqləndirilir.
Tədqiqatın nəzəri səviyyəsi dərketmənin məntiqi metodların üstünlüyü ilə xarakterizə edilir. Bu səviyyədə əldə edilən faktlar məntiqi anlayışlar, nəticə çıxarmaq, qanunlar və digər təfəkkür metodlarının köməyi ilə işlənilir. Burada tədqiq edilən obyekt fikrən təhlil edilir, ümumiləşdirilir, onların mahiyyəti, daxili əlaqələri, inkişaf qanunları dərk edilir. Nəzəri dərk etmənin struktur komponentləri problem, fərziyyə və nəzəriyyədir. Problem - həll üsulları tam yaxud tam olmayaraq məlum olmayan mürəkkəb nəzəri və praktiki vəzifədir.
Elmi tədqiqatın uğurlu alınması üçün onu düzgün planlaşdırılması, təşkil edilməsi və müəyyən ardıcıllıqla yerinə yetirilməsi zəruridir. Belə fəaliyyət planı və ardıcıllığı elmi tədqiqayın növündən, məqsədindən və obyektidən asılıdır.