Fənn: Maliyyə, pul tədavülü və kredit Mövzu Maliyyənin mahiyyəti. P L a n


Mərkəzi bankın passiv əməliyyatları



Yüklə 1,49 Mb.
səhifə20/22
tarix28.04.2017
ölçüsü1,49 Mb.
#16027
1   ...   14   15   16   17   18   19   20   21   22

5. Mərkəzi bankın passiv əməliyyatları
Mərkəzi bank öz funksiyalarını aktiv və passiv bank əməliyyatları vasitəsilə yerinə yetirir.

Passiv əməliyyatlar mərkəzi bankın resurslarını formalaşdıran əməliyyatlardır. Mərkəzi bankın əsas passiv əməliyyatları aşağıdakılardır:

- Banknot emissiyası;

- Kommersiya banklarının vəsaitlərinin xəzinədarlığa qəbulu;

- Xüsusi kapitalın yaranması üçün aparılan əməliyyatlar.

Əksər ölkələrdə mərkəzi bankın resurslarının əsas mənbəyi banknotların emissiyasıdır ki, bu mərkəzi bankın bütün passivlərinin 54%-dən 85%-nə qədərini təşkil edir. Hazırda, bildiyimiz kimi banknotların buraxılışı bütövlükdə qızılla təmin olunmamışdır.

Banknot emissiyasının müasir mexanizmi kommersiya banklarının, dövlətin kreditləşməsi və qızıl valyuta ehtiyatlarının artırılması üzərində qurulmuşdur. Emissiya mexanizmi banknotların kredit təminatını müəyyənləşdirir.

Mərkəzi bankların resurs mənbəyi xəzinədarlığın və kommersiya banklarının yatırımlarıdır. Belə ki, onlar mərkəzi bankların faizsiz hesablarına özlərinin kassa ehtiyatlarının, həmçinin məcburi ehtiyatlarının bir hissəsini qoyurlar.



Nəhayət mərkəzi bankların resurs mənbələrindən biri də xüsusi kapitalın yaranması üçün aparılan əməliyyatlardır. Lakin bu mənbə bir növ ikinci dərəcəli hesab olunur. Belə ki, mərkəzi bankın xüsusi kapitalının həcmi onun passivlərinin 4%-nə qədərini təşkil edir.


6. Mərkəzi bankın aktiv əməliyyatları
Aktiv əməliyyatlar dedikdə mərkəzi bankın öz resurslarını yerləşdirməsi başa düşülür.

Azərbaycan Respublikası Milli Bankının 28 fevral 2007-ci il

tarixinə balansı (min yeni Azərbaycan manatı (AZN))





28.02.2007

31.12.2006

AKTİVLƏR







Nağd vəsaitlər

21555

81240

Beynəlxalq Valyuta Fondu ilə hesablaşmalar

215141

227310

investisiya qiymətli kağızları

203845

201646

Qeyri-rezident banklardakı vəsaitlər

1768524

2019212

Kredit təşkilatlarına qarşı tələblər

86494

82711

Hesablanmış faiz gəlirləri

18148

12973

əsas vəsaitlər

20736

21159

Qeyri-maddi aktivlər

2793

2877

Sair aktivlər

18315

16733

CƏMİ AKTİVLƏR

2 355 551

2 665 860










ÖHDƏLİKLƏR







Dövriyyədə olan banknotlar və sikkələr

1388587

1494286

Hökumət idarələri qarşısında öhdəliklər

173888

107129

Kredit təşkilatları qarşısında öhdəliklər

309486

594900

Sair depozit hesabları

913

597

Buraxılmış (satılmış) qiymətli kağızlar

87454

112601

Beynəlxalq Valyuta Fondu qarşısında öhdəliklər

319407

331543

Digər beynəlxalq maliyyə institutları qarşısında öhdəliklər

6407

6840

Hesablanmış faiz xərcləri

516

604

Sair öhdəliklər

701

1124










KAPİTAL

68190

61235

Nizamnamə kapitalı

10 000

10 000

Kapital ehtiyatları

51235

51235

Bölüşdürülməmiş mənfəət

6955

-

CƏMİ ÖHDƏLİKLƏR VƏ KAPİTAL

2 355 551

2 665 860

Mərkəzi bankın əsas aktiv əməliyyatları aşağıdakılardır:

- Uçot-ssuda əməliyyatları;



- Dövlət qiymətli kağızlarına yatırımlar;

- Qızıl və xarici valyuta ilə əməliyyatlar.

Uçot-ssuda əməliyyatlarının iki növü vardır:

- Uçot əməliyyatları;

- Dövlətə və banklara qısamüddətli borcların verilməsi.

Uçot əməliyyatları. Bu mərkəzi bankın kommersiya banklarından və dövlətdən vekselləri alması deməkdir. Kommersiya bankları öz müştərilərindən vekselləri alır və bu vekselləri də mərkəzi bank kommersiya banklarından alır. Buna görə də bu əməliyyatlar veksellərin yenidən uçotu adlanır.

Xəzinədarlıq veksellərinin uçotu isə əksər ölkələrdə dövlətin mərkəzi bank tərəfindən əsas qısamüddətli kreditləşməsi aləti kimi xidmət göstərir.



Qısamüddətli borclar. Bu borclar kommersiya banklarına sadə və ya ötürücü veksellərin, qiymətli kağızların və digər aktivlərin təminatı əsasında verilir.

Mərkəzi bank dövlət qiymətli kağızlarına yatırımları müxtəlif məqsədlərlə edə bilər.

Əvvəla, mərkəzi bank tərəfindən dövlət istiqrazlarının alınması, əksər inkişaf etmiş ölkələrdə dövlətin büdcə kəsirinin maliyyələşdirilməsinin birbaşa kreditləşməsinin qanunla məhdudiyyətli olduğu hallarda, büdcə kəsirinin bağlanması üçün başlıca və hətta yeganə kreditləşməsi formasıdır.

İkincisi, mərkəzi bankın dövlət istiqrazlarını almasının əsas məqsədi bank sisteminin likvidliyinin tənzimlənməsi və pul-kredit siyasətini həyata keçirdiyi zaman dövlət borcunun idarə olunmasıdır.



Mövzu 16. Kommersiya bankları.

P l a n
1. Kommersiya banklarının funksiyaları

2. Kommersiya banklarının təşkilati və idarəetmə strukturu

3. Kommersiya banklarının passiv əməliyyatları

4. Kommersiya banklarının aktiv əməliyyatları

5. Kommersiya banklarının fəaliyyət prinsipləri

6. Kommersiya banklarının yaradılması, qeydiyyatı və ləğvi qaydaları



1. Kommersiya banklarının funksiyaları
Bank sisteminin fəaliyyət mexanizmində əlbəttə ki, əsas rol kommersiya banklarına məxsusdur. Belə ki, məhz kommersiya bankları ölkədə kredit resurslarının əsas hissəsinin toplanmasına xidmət göstərir və müştərilərə maliyyə-kredit xidmətlərinin bütöv kompleksini təqdim edir.

Bu gün kommersiya bankları müştəriyə 200 növə qədər müxtəlif bank xidmətləri göstərmək qabiliyyətinə malikdir. Əməliyyatların geniş həcmi banklara hətt qeyri-rentabelli təsərrüfat şəraitində belə müştərilərlə daim təmasda olmağa imkan verir. Qeyd etmək lazımdır ki, bank təcrübəsində bütün bank əməliyyatlarından (məsələn, beynəlxalq hesablaşmaların aparılması, trast əməliyyatları və s.) gündəlik istifadə olunmur. Lakin müəyyən baza əməliyyat dəsti vardır ki, bunlarsız bankın mövcudluğu və normal fəaliyyət göstərməsi mümkün deyil. Bankın bu cür konstruktiv əməliyyatlarına pul ödəmələri və hesablaşma, depozit və vasitəçilik funksiyasını misal göstərmək olar.



Beləliklə kommersiya bankı bank-kredit sisteminin borc kapitalının gəlir əldə etmək məqsədilə hərəkətini təşkil edən institutudur.

Kommersiya bankları aşağıdakı funksiyaları yerinə yetirirlər.



1. Kapitalın yığılması və səfərbər edilməsi funksiyası: Kommersiya banklarının bu funksiyasının köməyi ilə hüquqi və fiziki şəxslərin müvəqqəti sərbəst qalan pul vəsaitlərinin bir yerdə, yəni kredit təşkilatlarında cəmlənməsi və onların kapitala çevrilməsi baş verir.

2. Vasitəçilik: Kommersiya banklarının ən vacib funksiyalarından biri də vasitəçilik funksiyasıdır. Resursların yenidənbölgüsü bank vasitəsilə onların kreditordan borcalana ödənclilik və geriqaytarma prinsipləri əsasında ötürülməsi ilə baş verir. Bu zaman verilən və əldə olunan borca görə ödəniş borc vəsaitlərinə olan tələb və təklifdən asılı olaraq müəyyənləşir.

Kommersiya banklarının vasitəçilik funksiyasının bazar iqtisadiyyatının uğurlu inkişafı üçün əhəmiyyəti ondan ibarətdir ki, banklar bu funksiyanın köməkliyi ilə iqtisadi sistemdəki risqi və qeyri-müəyyənliyi aradan götürmüş olurlar. Belə ki, pul vəsaitləri kreditordan borcalana vasitəçi tərəf olmadan da keçə bilər. Lakin bu zaman borc verilən pul vəsaitlərinin itirilməsi risqi kəskin şəkildə artar. Onların yerləşdirilməsində isə ümumi ləngimələr baş verə bilər. Həmçinin kreditor və borcalanlar bir-birlərinin kredit qabiliyyətli olub-olmamalarında xəbərsiz, borc vəsaitlərinə olan tələblə təklif isə bir-biri ilə üst-üstə düşmür. Kommersiya bankları isə müştərilərin bu sadalanan problemlərlə üzləşməməsinə imkan yaratmış olur.



3. Depozit funksiyası: ( depozit – latın sözü depositum saxlanmağa verilmiş əşya mənasını daşıyır. 1) banklara qoyulmuş pul əmanətləri (bank depozitləri); 2) kredit təşkilatına saxlanmağa verilmiş qiymətli kağızlar və pul vəsaitləri; 3) tələb olunan ödəmələri təmin etmək üçün, ödəmə vasitəsi kimi həyata keçirilən, müxtəlif təşkilatlara pul vəsaitləri ödənilməsidir; 4) müştərilərin banka tələblərini əks etdirən və ya təsdiq edən, bank kitablarındakı qeydlər.( İzahlı iqtisadi terminlər lüğəti I hissə) Depozit 2 yolla ortaya çıxa bilər: Müştərinin banka nağd şəkildə pul vəsaitləri daxil etdiyi zaman və ya bank kreditləşməsi zamanı. Bu əməliyyatlar ölkənin pul kütləsinin həcminə müxtəlif cür təsir edə bilər. Əgər müştəri öz pul vəsaitlərini banka tələbolunanadək qoymuşdursa o zaman bu pullar nağd puldan nağdsız pula çevrilirlər. Bu zaman təsərrüfatdakı ümumi məbləğ dəyişməmiş qalır. Əgər pullar depozitə daxil olursa bu zaman tədavüldə pulun ümumi məbləği dəyişmiş, yəni artmış olur. Belə ki, bu zaman bank öz əməliyyatı ilə yeni tədiyyə vəsaitləri yaratmış olur. Bu prosesin əksi isə müştərinin öz hesabından pul vəsaitlərini geri aldığı və kreditin bağlanması üçün pulların depozitdən silinməsi zamanı baş verir.

Kommersiya bankları əvvəla pulun bir növdən (banknot) başqasına (depozit) keçməsilə öz müştərilərindən nağd pullar qəbul edərək depozitlər yaradırlar.

İkincisi, bank depozitləri müştərilərdən qiymətli kağız xarici valyuta və qızıl qəbul etməsi nəticəsində bank kreditləri verməklə yaradır. Bu halda pulun əks hərəkəti baş verir. Yəni, nağdsız formadan nağd formaya keçir.

4. Pul ödəmələri və hesablaşma funksiyası: Bazar iqtisadiyyatlı bütün ölkələrdə banklar iqtisadiyyatın tədiyyə mexanizmində çox vacib yer tuturlar. Beləliklə banklar təsərrüfatda əmtəə tədavülü və hesablaşmaların təşkil edilməsi üçün istifadə olunan tədiyyə vasitələri yaratmaq qabiliyyətinə malikdir. Burada söhbət nağdsız hesablaşma əməliyyatlarının aparılmasına xidmət edən çek və başqa hesabların açılmasından gedir. Bu banklar müştərilərin tapşırığına əsasən ödəmələri həyata keçirir, hesablara pul qəbul edir və müştərilərin bütün pul daxilolmalarının və köçürmələrinin uçotunu aparırlar.

5. Qiymətli kağızların buraxılması və yerləşdirilməsinin təşkili fuksiyası: bu funksiya vasitəsilə kommersiya banklarının ölkənin ilkin və ikinci qiymətli kağız bazarının təşkilində rolu müəyyənləşir. Sözsüz ki, bu bazarlar kredit sistemini tamamlayır və onunla birgə fəaliyyət göstərir.

6. Bankların konsultasiya xidməti funksiyası: bu funksiya bankların öz müştərilərinin işlərini sabit, effektiv və gəlirli aparılmasında maraqlı olmasından irəli gəlir. Bununla əlaqədar banklar müştərilərinin kredit qabiliyyətinin qaldırılması, onların hesablaşmalarının optimallaşması, vergi planlaşdırmaları, hesabatların təşkili və s. məsələlər üzrə konsultasiyalar vermə ilə məşğul olurlar.

Yuxarıda adlarını sadaladığımız funksiyalardan başqa kommersiya bankları müştərilərə həmçinin digər maliyyə xidmətləri də göstərirlər. Belə ki, banklar korporasiyalar və ayrı-ayrı şəxslər üçün, etibarnamə əsasında mülkiyyətin bankın idarəçiliyinə keçməsi ilə bağlı, müştəri üçün qiymətli kağızların alınması, daşınmaz əmlakın idarə olunması, istiqraz buraxılışı üzrə təminatlı funksiyalar və s. kimi müxtəlif növ əməliyyatlar yerinə yetirirlər.



2. Kommersiya banklarının təşkilati və idarəetmə strukturu.
Kommersiya bankının təşkili strukturu ilk növbədə onun mülkiyyətinin hüquqi-təşkilati forması ilə müəyyənləşir. Bu da bankın nizamnaməsində öz əksini tapan təşkilati strukturunu müəyyənləşdirir. Nizamnamə kredit təşkilatının fəaliyyət sənədidir.

Əgər nəzərə alsaq ki, ölkəmizin kommersiya banklarının əksəriyyəti səhmdar tipli kommersiya banklarıdır, ilk növbədə bu bankların təşkilati strukturunu nəzərdən keçirək.



Bankın ali idarəetmə orqanı səhmdarların ümumi yığıncağıdır. Bu yığıncaq müəyyən olunmuş qaydada, lazım olduqda ildə bir dəfədən az olmamaqla çağırılır. Səhmdarların bu yığıncağında bankın fəaliyyəti üzrə aşağıdakı məsələlər həll olunur:

- Bankın nizamnaməsinin təsdiqlənməsi və ya dəyişdirilməsi;

- Bankın Direktorlar Şurasının seçilməsi;

- Bankın illik hesabatının təsdiqlənməsi;

- Bankın gəlirlərinin bölüşdürülməsi və bankın ayrı-ayrı fondlarının formalaşması haqda qərarlar;

- Bank filiallarının yaranması və xitam verilməsi;

- Bank auditorlarının təsdiqlənməsi.

Səhmdarların ümumi yığıncağında qərarlar 75% səs çoxluğu ilə qəbul edilir. Bu yığıncaqlar arasındakı vaxtda bank fəaliyyətinə rəhbərlik bankın Direktorlar Şurası tərəfindən həyata keçirilir. Bankın fəaliyyətinə aid istənilən strateji məsələlərin həlli, (əlbəttə ki, səhmdarların ümumi yığıncağında həll olunan məsələlərdən başqa) bu şuranın üzərinə düşür.

Direktorlar Şurasının fəaliyyətinə rəhbərlik bankın Direktorlar Şurasının Sədri tərəfindən həyata keçirilir. Sədr bu şuranın tərkibindən seçilir.

Bankın direktorlar şurası onun icraedici orqanını – bankın İdarə Heyəti və onun rəhbəri – İdarə Heyətinin Sədrini təyin edir ki, bu da bankın cari fəaliyyətini təşkil edir.

Bankın idarəetmə strukturu funksional və xidmət bölmələrini özündə cəmləşdirir. Bu bölmələrin sayı isə bank tərəfindən yerinə yetirilən əməliyyatların iqtisadi tərkibindən və həcmindən asılı olaraq müəyyənləşir. Aydın məsələdir ki, bu əməliyyatlar bankın lisenziyasında öz əksini mütləq şəkildə tapır.

Kommersiya banklarının idarəetmə strukturunda əsasən aşağıdakı bölməxidmətləri ayırmaq olar:

- Depozit və əmanət əməliyyatlarının idarə edilməsi;

- Kassa əməliyyatlarının idarə edilməsi;

- Müştəri ilə iş üzrə idarəetmə;

- Mühasibat uçotu və hesabatı üzrə idarəetmə;

- Daxili nəzarətin idarə edilməsi;

- Valyutanın idarə edilməsi;

- Hüququn idarə edilməsi;

- Kreditin idarə edilməsi;

- İnvestisiyanın idarə edilməsi;

- Bankın maliyyə xidmətləri və qiymətli kağızların idarə edilməsi;

- Marketinqin idarə edilməsi;

- Bankın filial şəbəkəsi ilə iş üzrə idarəetmə;

- Bankın xüsusi təhlükəsizliyi və qorunmasının idarə edilməsi;

- İnzibati-təsərrüfatçı idarəetmə.

Bu sadalananları nəzərdən keçirdikdə, demək olar ki, bank tərəfindən göstərilən xidmətlərin genişlənməsi ilə bu bölmələrin sayı da artacaqdır.

3. Kommersiya banklarının passiv əməliyyatları
Kommersiya banklarının passiv əməliyyatları bankın balansının passivində göstərilərək, vəsaitlərinin mənbəyinin, bankın resurslarının formalaşması üzrə aparılan əməliyyatlardır.

Kommersiya banklarının resursları iki əsas mənbədən təşkil olunur:



- Bankın öz vəsaitləri və ona bərabər vəsaitlər;

- Cəlb olunmuş vəsaitlər.

Qeyd etmək lazımdır ki, bank işinin xüsusiyyəti ondan ibarətdir ki, banklar cəlb olunan vəsaitlərlə işləməyə üstünlük verirlər. Bu vəsaitlər bankın məcmu passivinin 90%-ni təşkil edirlər. Halbuki bankın xüsusi vəsaitləri məcmu passivlərinin 10%-nə qədərini təşkil edir.

Lakin, passivlərin təhlili ilk növbədə onun xüsusi vəsaitlərindən başlayır. Əvvəla, ona görə ki, xüsusi kapitalsız, ümumiyyətlə bank fəaliyyətinə başlamaq qeyri-mümkündür. İkincisi, ona görə ki, bankın xüsusi kapitalın bank fəaliyyətində mənası, onun məcmu passivin ümumi həcmində olan səviyyəsindən çox önəmlidir. Bankın xüsusi kapitalı onun fəaliyyətinin hərəkətverici qüvvəsi və bankın fəaliyyətində gözlənilməz hallar baş verdiyi zaman sonuncu ehtiyatdır.

Kredit təşkilatları üçün nizamnamə kapitalı məbləği kimi müəyyənləşən xüsusi vəsaitləri (kapital) bankın işi prosesində artmalıdır. Buna əlavə səhmlərin buraxılması və onları hüquqi və fiziki şəxslər arasında qapalı və yaxud açıq satışla paylaşdırılması zamanı nail olmaq olar.

Azərbaycan Respublikası Milli Bankı bank sisteminin inkişafının strateji hədəflərindən biri kimi bankların kapital bazasının möhkəmləndirilməsinə çox böyük əhəmiyyət verir. Bildiyimiz kimi yaxşı kapitallaşmış bank sistemi ölkənin daxili yığımlarını maksimum səfərbər etməklə iqtisadi inkişafı daha aktiv və çevik dəstəkləmək qabiliyyətinə malikdir. Bu istiqamətdə Milli Bank 1 yanvar 2006-cı il tarixədək 5mln. ABŞ dolları ekvivalentinə çatdırılması barədə qərar qəbul etmişdir.

Azərbaycan Respublikası Milli Bankının Mətbuat xidmətinin 4 iyul, 2005-ci il məlumatına əsasən Milli Bankın İdarə Heyəti 30 iyun 2005-ci il tarixində yeni açılan banklar üçün nizamnamə kapitalının minimum miqdarı normativinin 1 yanvar 2006-cı ildən 10 mln. Manat məbləğində təyin edilməsi barədə qərar qəbul edilmişdir.

Milli Bankın İdarə Heyəti, həmçinin, fəaliyyətdə olan bankların məcmu kapitalının minimal miqdarı normativinin 2006-2007-ci illər ərzində yeni açılan bankların nizamnamə kapitalının minimal miqdarı normativinə uyğunlaşdırılması barədə də qərar vermişdir. Kapitalın minimal miqdarı normativinin artırılması bank sisteminin iqtisadi əhəmiyyətinin yüksəlməsi və bankların maliyyə vasitəçiliyi funksiyasının daha da inkişaf etməsində mühüm addım olmalıdır.

Nizamnamə kapitalından başqa kommersiya bankları digər xüsusi fondlara da malikdirlər. Bunlar aşağıdakılardır:

1. Ehtiyat fondu bankın müəyyən itkilərinin ödənilməsi məqsədilə yaradılır. Onun ölçüsü bankın nizamnaməsi ilə müəyyənləşir və əsasən nizamnamə kapitalının 15%-i məbləğində olur. Bu fondun mənbəyi, həmçinin elə digər fondların da mənbəyi bankın gəlirləridir.

2. İstehsal və sosial inkişaf fondu bank işinin texniki inkişafına xidmət edir.

3. Maddi həvəsləndirmə fondu bank personalının daha səylə çalışması üçün həvəsləndirməyə xidmət edir.

4. Bankın idarə heyətinin fondu bankın digər fondlarının nəzərə almadığı istiqamətlərin maliyyələşdirilməsinə xidmət göstərir.

Yuxarıda adları çəkilənlərdən əlavə iri həcmli əməliyyatların həyata keçirilməsi zamanı banklar qiymətli kağız yatırımlarının təminatı və bank kreditlərinin mümkün olan itkiləri üçün xüsusi sığorta fondları yaradırlar.



Cəlb olunan vəsaitlər kommersiya banklarının resurslarının çox hissəsini təşkil edir. Passiv əməliyyatların aparılması banka hüquqi və fiziki şəxslərin müvəqqəti sərbəst qalan maliyyə resurslarını cəlb etməyə imkan yaradır.

Kommersiya banklarının passiv əməliyyatlarının tərkibi aşağıdakı qruplardan təşkil olunmuşdur:

- Hüquqi və fiziki şəxslərin əmanət və depozitləri;

- Hüquqi şəxslərin hesablaşma, cari və digər hesablarındakı qalıqlar;

- Digər kommersiya banklarından və ya mərkəzi bankdan alınan kreditlər;

- Qeyri-investisiya qiymətli kağızlarının emissiyası (depozit sertifikatları, veksellər və s.).



Depozit – banka saxlanmaq üçün köçürülən, müəyyən olunmuş şərtlər daxilində və müddəti çatdıqda qaytarılmalı olunan pul vəsaitləridir. Qaytarılmaya depozitin məbləği və qabaqcadan depozit müqaviləsinə əsasən müəyyən olunmuş faiz dərəcəsi aiddir.

Müasir bank təcrübəsində istifadə olunan depozit hesablarının növləri müxtəlifdir. Əksər dövlətlərdə depozit hesablarının təsnifləşdirilməsi iki əsasda baş verir:

- Depozitin müddəti;

- Əmanətçinin vəziyyəti.



Müddətə görə depozitlər aşağıdakılara ayrılır:

- Tələbolunanandək depozitlər, yəni bu depozitlərdəki pul vəsaitləri, əmanətçi bu vəsaiti geri istədiyi zaman qabaqcadan xəbərdarlıq edilmədən ödənilməlidir.

- Müddətli depozitlər.

Əlbəttə ki, müddətli depozitlər bank üçün əlverişli hesab olunur. Belə ki, bu depozitlərin müddəti qabaqcadan məlumdur və bank bu vəsaitlərə görə öz planlarını qura bilər. Buna görə də bu depozitlərin faiz dərəcəsi müddətsiz (tələbolunanadək) depozitlərinkindən çox olur.

Hazırda tələbolunanadək əmanətlərin iki növü mövcuddur:

- Faizsiz;

- Faizli.

Faizsiz növ bu depozitlərin əksər hissəsini təşkil edir. Faizli növə gəldikdə isə onlar çek formasında ödənilir və cüzi faizlə olur.

Qeyd etdiyimiz kimi müddətli depozitlər faizli olur və bu depozitlərin sahibləri ilə bank yazılı şəkildə müqavilə bağlayır. Bu müqavilədə depozitin məbləği, müddəti, faiz dərəcəsi, bağlanma müddəti, bağlanma şərtləri və s. göstərilir. Müddət sona çatmadıqda əmanətçi yalnız qabaqcadan bankı məlumatlandırma ilə öz vəsaitlərini geri ala bilər. Lakin, bu zaman müştəri, cərimə əvəzi öz faiz gəlirini itirmiş olur.



Depozit sertifikatları – emitent-bankın pul vəsaitlərinin yatırımı haqda, əmanətçinin müddəti bitdikdən sonra qoyulmuş əmanətin məbləği və ona görə əldə olunan faiz hüququnu təsdiqləyən yazılı şəhadətnaməsidir.

Depozitlər bank resurslarının əsas mənbəyidir. Onların kommersiya banklarında strukturu pul bazarının konyukturundan və əmanətlərə görə faiz normasının dövlət tənzimlənməsindən asılıdır.

Bankın passivlərinin digər mənbəyi elə vəsaitlərdir ki, bunları bank sərbəst şəkildə öz likvidliyini təmin etmək məqsədilə cəlb edir. Bu banklararası kreditlər; geri alınma razılığı ilə satılmış qiymətli kağızlar; avrodollar bazarında borclar. Onlar idarə olunan passivlər adlanır. Bu passivlər banka depozit itkilərini doldurmağa və gözlənilməz itkiləri aradan qaldırmağa imkan verir.



Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin