Fənn: Maliyyə, pul tədavülü və kredit Mövzu Maliyyənin mahiyyəti. P L a n



Yüklə 1,49 Mb.
səhifə17/22
tarix28.04.2017
ölçüsü1,49 Mb.
#16027
1   ...   14   15   16   17   18   19   20   21   22

5. Akkreditivlərlə hesablaşma.
Nəğdsiz hesablaşmaların bir forması da akkreditiv vasitəsi ilə aparılan hesablaşmadır. Akkreditiv-alıcı bankının alıcının akkreditiv ərazisində göstərdiyi şərtlərlə ona göndəriləsi malın və göstərilən xidmətin dəyərinin satıcıya ödənilməsi haqda satıcı bankına verdiyi tapşırıqdır. Hesablaşmanın bu formasından yalnız kənar şəhərli hesablaşmalarda istifadə olunur. Akkreditiv fəaliyyət müddəti bank tərəfindən məhdudlaşdırılır və onun fəaliyyət müddəti satıcı ilə alıcı arasında bağlanan müqavilə ilə müəyyən edilir. Akkreditiv qaydasında hesablaşmanın bir xüsusiyyəti də ondadır ki, ödəniş satıcının yerləşdiyi yerdə aparılır. Akkreditiv vasitəsi ilə hesablaşmanın üstünlüyü ondadır ki, ödənişə zəmanət verilir, lakin əvvəlcədən ödəniş forması deyildir. Belə ki, akkreditiv məbləği satıcının hesablaşma hesabı olduğu bankda bronlaşdırılır və satıcı əmin olur ki, onun yola saldığı malların dəyəri yola salınma sənədləri banka təqdim olunan kimi ödəniləcəkdir.

Azərbaycan Respublikasında akkreditivlər ilə hesablaşmalarda yalnız sənədli akkreditiv formasından istifadə oıunur.

Sənədli akkreditiv elə bir sazişdir ki, onun əsasında bank (emitet bank) müştərinin (akkreditivə əmir verənin - applikantın) xahişi ilə və onun sərəncamına əsasən hərəkət edərək ödənişi üçüncü şəxsin (benifisiarın) adına aparmalıdır.

Akkreditiv açmaq üçün applikant – yəni akkreditivin açılması üçün sərəncamla emitet banka müraciət edən alıcı-banka ərizə ilə müraciət edir. Ərizədə aşağıdakılar göstərilmişdir:

a) mal göndərənin adı;

b) akkreditivin məbləği;

c) akkreditivin müddəti;

d) ödənişin hüquqi əsası;

e) malların və xidmətlərin adı, qiyməti, sayı.

Göstərilən rekvizitlərin biri olmadıqda emitet bank tərəfindən akkreditiv açılmır.

Akkreditiv açılması haqqında məlumat satıcı təşkilata poçt akkreditivi formasında iki üsul ilə çatdırıla bilər:

1) xidmət göstərən bank vasitəsi ilə;

2) benifisar vasitəsilə təqdim etmək yolu ilə.

Birinci halda akkreditiv ərizəsi 4 nüsxədə, ikinci üsulda isə üç nüsxədə tərtib edilir: hər iki halda ərizənin ikinci nüsxəsi bankın möhürü ilə təsdiqlənərək üçüncü nüsxə ilə birlikdə satıcıya çatdırılır. Birinci halda o hesablaşma kassa mərkəzi vasitəsi ilə və ya poçtla, ikinci halda isə applikantın müvəkkillərinə verilir ki, o da öz növbəsində ərizənin ikinci nüsxəsini benifisiara verir. Üçüncü nüsxəni isə özündə saxlayır.

Benifisiar bank akkreditivinin həqiqiliyini, onun zahiri əlamətlərinə görə diqqətlə yoxlamalıdır. Akkreditiv alıcının xüsusi vəsaiti və ya da bank krediti hesabına açıla bilər. Hər iki mənbədən istifadə etməklə akkreditiv açılmasına icazə verilmir. Akkreditivin qüvvədə olması müddəti də applikant tərəfindən müstəqil qaydada müəyyən edilir. Akkreditiv ssuda hesabına açılarsa onun müddəti ssudanın müddətinə uyğunlaşdırılmalıdır. Akkreditivdən bir müştəri adına açılmış müəssisə istifadə edə bilər.

Akkreditiv göstərilən müddətdə istifadə olunmazsa o bağlanır və məbləğ aidiyyatı üzrə geri qaytarılır.

Akkreditiv üzrə ödənişləri həyata keçirmək üçün satıcı təşkilat akkreditiv şərtlərində nəzərdə tutulan sənədləri banka təqdim etməlidir. Bank həmən sənədlərin (mal nəqliyyat sənədləri, yola salınmış mallar üzrə hesab qaimə) qanuniliyini yoxlayır və onun qanunuliyinə əmin olduqdan sonra icra üçün qəbul edir.

6. Ödəmə tələbnaməsi (aksept).
Əvvəllər nisbətən geniş yayılmış, hazırda isə bəzi hallarda tətbiq olunan hesablaşma formalarından biri də ödəmə tələbnamə tapşırığı vasitəsi ilə aparılan hesablaşmalardır. Hesablaşmanın bu forması bankın inkasso əməliyyatı ilə əlaqədardır.

İnkasso əməliyyatı zamanı ödəmə tələbnaməsi – tapşırığı müəssisə tərəfindən ona xidmət edən banka təqdim olunur və ödəniş üçün həmin hesablaşma sənədləri satıcıya xidmət edən bank vasitəsilə alıcı bankına göndərilir. Satıcı təşkilat həmin sənədi özünə xidmət göstərən banka təqdim etmədən ödəyici təşkilata da göndərə bilər. Göründüyü kimi hesablaşmanın bu formasında hesablaşma əməliyyatları və yaxud hesablaşmanın aparılma təşəbbüsü satıcı təşkilata məxsusdur və ondan başlanır. Ona görə də hesablaşmaların təşkili prinsipinə görə ödəniş üçün təqdim olunan tələbnamələr ödəyicinin razılığı əsasında ödənilməlidir. Yəni ödəyici tərəfindən akseptləşdirilməlidir. Ona görə də hesablaşmanın bu forması aksept hesablaşma forması kimi qəbul edilmişdir. Ödəyicinin razılığını almaq məqsədilə ödəyici bankında həmin tələbnamə xüsusi jurnalda qeydiyyatdan keçirilir və intizam qaydasında akseptləşdirmək üçün yəni ödənişə münasibətləri bildirmək üçün ödəyici təşkilata verilir. Akseptin müxtəlif formalarından istifadə olunur. Belə ki, müsbət aksept, mənfi aksept əvvəlcədən və sonradan aksept, tam və qismən aksept, eləcə də malın və hesablaşma sənədlərinin aksepti formaları mövcuddur.

Müsbət aksept dedikdə ödəyici təşkilatların hər bir ödəniş sənədi üzrə ödənişə razılığını yazılı surətdə banka təqdim etməsi başa düşülür.

Mənfi akseptdə isə ödəyici təşkilat yalnız ödəyişdən imtina zamanı yazılı surətdə banka məlumat verir, ödənişə razılığı isə yalnız susmaqla bildirir, yəni ödəniş üçün ayrılmış müddət ərzində ödəyici təşkilat ödəniş üzrə narazılığını bildirməzsə, həmən sənəd akseptləşdirilmiş hesab edilir və ödəniş üçün qəbul edilir. Müddətlərinə görə əvvəlcədən və sonradan aksept formaları mövcuddur. Əvvəlcədən aksept o deməkdir ki, ödəyici təşkilat pul vəsaitləri onun hesabından silinənədək öz razılığını bildirməlidir. Həmin sənəd 3 iş günü ərzində akseptləşdirilməlidir.

Kommersiya banklarının yaranması, onların hesablaşma kassa mərkəzləri ilə hesablaşmaları hazırki şəraitdə - aksept formasının əvvəlcədən aksept qaydalarına üstünlük verir. Yəni sənəd aksept müddəti keçdikdən sonra ödənilir. Ödəniş ödəyicinin razılığı əsasında aparılırsa, deməli, ödəyici təşkilat ödənişdən imtina da edə bilər. Ödəyici təşkilatlar əsasən ödənişdən:

- mal sifariş verilməmişdir;

- əmtəəsiz hesab təqdim olunub;

- razılaşdırılmış qiymət yoxdur;

- mal aidiyyatı üzrə göndərilməyib və s. motivlərin əsasında tam imtinalar təqdim edilə bilər. Göstərilən motivlər ilə yanaşı müqavilədəki digər şərtlərin pozulmasına da istinad etməklə ödənişdən imtina etmək olar. Bir qayda olaraq akseptlərdən imtinalar yazılı surətdə təqdim olunur və imtinaların motivi tərəflər arasında bağlanan müqavilənin müvafiq müddəalarına əsaslanmalıdır. Bank akseptlərdən imtinalar üzrə satıcının və ödəyicinin heç bir iddialarına görə cavabdeh deyildir. Bu iddialar məhkəmə vasitəsilə həll olunmalıdır.

Qeyd etdiyimiz kimi ödənişə razılığı bilmək üçün ödəyici təşkilatlara kənar şəhərli hesablaşmalara görə 3 iş günü möhlət verilir. Bu zaman sənədin daxil olma və ödəniş günü nəzərə alınmır. Həmən müddətdə sənədlər 1N-li kartotekada saxlanılır. Ödənişə razılıq əldə edildikdən sonra ödəmə tələbnaməsi ödənişi üçün təqdim olunur və müəssisənin hesabındakı pul vəsaitləri müqabilində ödənilir. Ödəmə tələbnaməsi tam və ya qismən ödənilə bilər. Ödəyici təşkilat yuxarıda göstərilən motivlər əsasında ödənişdən tam və ya qismən imtina edə bilər. Tam imtina təqdim olunarsa ödəmə tələbnaməsi ödənilmədən geri qaytarılır. Qismən imtina zamanı isə ödəmə tələbnaməsi üzərindəki məbləğdə bank tərəfindən düzəliş edilir və “Ödəniş məbləği – rəqəmlə” göstərilir. Hər iki halda ödəmə tələbnamələrinin tam və ya qismən ödənilməsi təqdim olumuş imtina sənədləri əsasında aparılır. Ödənişindən imtina edilmiş mal material qiymətliləri alıcı tərəfindən məsul mühafizəyə qəbul edilir və həmin mallar satıcının sərəncamı ilə sərəncamlaşdırılır, yəni mallar ya geri, ya da başqa ünvana göndərilir. Ödəmə tələbnamə tapşırığının mənfi cəhəti ondadır ki, bu zaman ödənişə təminat verilmir.


Mövzu 13. Kredit və kredit sistemi.
P l a n
1. Kreditin meydana gəlməsi və inkişafı.

2. Kreditin mahiyyəti və quruluşu.

3. Kreditin funksiyaları və növləri.

4.Kreditin prinsipləri və formaları.

5.İpoteka və banklararası kredit.

1. Kreditin meydana gəlməsi və inkişafı.
Kredit (latıncadan creditum – borc) – qaytarılmaq və faiz ödənilmək şərti ilə pul və ya əmtəə formasında verilən borca deyilir.

Kreditin meydana gəlməsi ibtidai icma quruluşunun dağılması dövrünə təsadüf edir. Onun əmələ gəlməsinin əsas şərtlərinə daxildir: istehsal vəsaitləri və əmək əşyaları üzərində xüsusi mülkiyyətin yaranması, mübadilənin müntəzəm inkişafı və pulun meydana çıxması, əmlak qeyri-bərabərliyi.

Pul varidatının bəzilərinin əlində toplanması və digərlərində pula ehtiyacın olması kreditin birinci forması olan sələmçiliyin yaranması üçün əsas oldu. Əvvəllər borc natura formasında verilirdi, lakin əmtəə-pul münasibətləri inkişaf etdikcə pulla da verilməyə başladı.

Borc üçün təminat rolunu torpaq, həm də borc alanın və onun ailə üzvlərinin şəxsiyyəti oynayırdı. Buna görə kredit xırda sahibkarların torpaqsızlaşması hesabına torpaq mülkiyyətinin az qisim şəxslərin əlində cəmləşməsinə, borc alanların əsarətə düşərək borc verənlərin quluna çevrilməsinə gətirib çıxarırdı ki, bu da son nəticədə ibtidai icmanın dağılmasına və quldarlıq cəmiyyətinin meydana gəlməsi səbəbinə çevrilirdi. Kapitalizmə qədərki bütün dövrlərdə kredit kapitalist kreditinin tarixi sələfi olan sələm formasında çıxış edirdi. Sələm krediti üçün aşağıdakı əlamətlər xarakterik idi: borc alanlar simasında əsasən xırda istehsalçılar, quldarlar və feodal əyanları, borc verənlər (kreditorlar) simasında isə tacirlər, vergi yığanlar, məbədlər, manastırlar və kilsələr çıxış edirdilər. Bu dövrdə alınan faizin həcmi həddindən artıq yüksək idi. Faiz nəinki izafi məhsulun hamısını, hətta zəruri məhsulun da müəyyən hissəsini udurdu. Sələmə görə daha yüksək faiz alındığı üçün (ildə 100-200%) o yığımın qarşısını alır və iqtisadiyyatın inkişafını ləngidirdi.

Borc kapitalının hərəkəti kimi çıxış edən kapitalist krediti başlıca olaraq xüsusi mülkiyyətə əsaslanır. Kreditor və ya borc alan simasında əsasən alınan vəsaiti kapital formasında, mənfəət almaq məqsədi ilə istifadə edən kapitalistlər çıxış edir. Buna görə də kapitalist krediti üçün faizin səviyyəsi sələmçi kredit üçün verilən faizdən xeyli aşağıdır və yalnız mənfəətin az bir hissəsini təşkil edir.


2. Kreditin mahiyyəti və quruluşu.
Kredit latın dilindən tərcümədə iki məna kəsb edir: - “inanıram, etibar edirəm” və “borc”.

Kredit iqtisadi kateqoriya olub, müvəqqəti sərbəst pul vəsaitlərinin yenidənbölgüsü ilə əlaqədar olaraq təsərrüfat subyektlərinin bir-birləri ilə müddətlilik, ödənc və geri qaytarılmaq şərtləri üzərində qurulan qarşılıqlı iqtisadi əlaqəsini tərənnüm edir.

Kreditin mahiyyətini açıqlamaq üçün onun quruluşunu, hərəkət mərhələlərini, əsasını araşdırmaq lazımdır.



Kreditin quruluşu sabit və dəyişməzdir. Kredit bir-biri ilə sıx əlaqədə olan elementlərdən təşkil olunmuşdur. Bu elementlərdən ən başlıcası bu münasibətlərin subyektləridir. Kredit sövdələşmələrində subyekt hər zaman kreditor və borcalandır. Kreditor və borcalanlar ilk növbədə əmtəə mübadiləsi bazası əsasında yaranır. Alqı-satqı prosesləri zamanı alıcı hər zaman satdığı əmtəənin pul ekvivalentini ala bilmir, həmçinin satıcı aldığı malın qiymətini dərhal ödəyə bilmir. Belə hallarda ödəmə yalnız müəyyən vaxt keçdikdən sonra baş verir. Beləcə, satıcı kreditor, alıcı isə borcalan olur. Deməli, kredit münasibətlərinin obyekti dəyərin borc verilən hissəsi, subyektləri kreditor və borcalandır (debitor). Bu münasibətlərdə şəxsi vəsaitlərini müəyyən prinsiplər əsasında borc verən tərəf kreditor, krediti götürən və aldığı borcu qaytarmalı olan tərəf isə borcalan və ya debitordur.

Borc verə bilmək üçün kreditorun müəyyən qədər vəsaiti olmalıdır. Bu vəsaitlərin mənbəyi, həm şəxsi yığım, həm də yenidən istehsal prosesinin digər subyektlərindən götürülmüş resurslar ola bilər. Müasir iqtisadiyyatda kreditor-bank krediti nəinki öz resursları hesabına, həmçinin onun hesablarında saxlanılan cəlb edilmiş və səhm və istiqrazlarının yerləşdirməsi nəticəsində cəmləmiş olduğu vəsaitlər hesabına da verə bilər. Kredit kimi yalnız pul vəsaitləri deyil, həmçinin reallaşma üçün nəzərdə tutulan mal da iştirak edə bilər (kommersiya krediti).

Yerləşdirilmiş vəsaitlərə nəzərən kreditorun vəziyyəti ikili xarakter daşıyır. Belə ki, kreditor (bank) borc verərkən öz resursları ilə yanaşı, digər müəssisə və təşkilatların resurslarını da istifadə etdiyindən, öz əməliyyatlarını yerinə yetirərkən elə etməlidir ki, onun müştəriləri öz hesablarından vəsait götürmək istədikləri zaman bankın bu vəsaitləri verməyə maddi imkanı olsun. Bu o deməkdir ki, yalnız ayrı-ayrı müəssisələr və individual borcalanlar deyil, həmçinin kreditor da öz müştərilərindən aldığı borcu vaxtında geri qaytarmalıdır.

Sərbəst qalan pul vəsaitlərinin kreditorlar tərəfindən mobilizə edilməsi səmərəli xarakter daşıyır. Belə ki, bu proses resursların “işləyən pullara” çevrilməsinə imkan yaratmış olur. Kreditor bu vəsaitləri yerləşdirdiyi zaman həm öz şəxsi məqsədlərini, həm də yenidən istehsal prosesinin digər iştirakçılarının məqsədlərini qorumaq üçün onların səmərəli istifadəsini təmin edir.



Kredit hərəkətinin mərhələləri: borc verilən dəyərin hərəkətini aşağıdakı kimi təsəvvür etmək olar:


Ky – Kba – Ki...Rs...Dq... – Kq,


Burada: Ky – kreditin yerləşdirilməsi;

Kba – kreditin borcalan tərəfindən alınması;

Ki – kreditin istifadəsi;

Rs – resursların sərbəstləşdirilməsi;

Dq – müvəqqəti borc alınan dəyərin qaytarılması;

Kq – kredit formasında yerləşdirilən vəsaitlərin kreditor tərəfindən geri alınması;

Kreditin verilməsi yalnız o zaman mümkün ola bilər ki, borc verilən obyektin istehlak xüsusiyyətlərindən istifadə olunsun, və o çıxdığı nöqtəyə geri qayıtsın.

Yuxarıda nəzərdən keçirdiyimiz bu mərhələlərin toplumu kreditin – təkcə kreditə aid olmayan mərhələləri özündə birləşdirən, borc verilən dəyərin tam dövranı kimi – hərəkətini görməyə imkan verir. Ümumiyyətlə, əvvəldə də qeyd etdiyimiz kimi, kredit münasibətləri tədavül sahəsində yarandığından, kreditə yalnız dəyərin kreditordan borcalana və əksinə keçməsi mərhələlərini aid etmək olar.

Kreditin əsasını onun mahiyyəti təşkil edir. Kreditin mahiyyətini isə ictimai tələbatın reallaşması üçün dəyərin, qaytarılma əsasında hərəkəti kimi müəyyən etmək olar.

Kreditin rolu onun iqtisadiyyatda, əhali və dövlətdə tətbiqindən asılı olaraq xarakterləşir. Əmtəələrin nisyə satılması, məhsul istehsalı və satışının fasiləsizliyi, istehsalın genişlənməsi, əsas fondların artırılması, məhsuldar qüvvələrin inkişaflı məhz kreditin sayəsində baş verir.

Lakin onu da qeyd etmək lazımdır ki, kredit tətbiqinin əsaslandırılmış sərhədlərinin müəyyən olunması və onların qorunması kredit əməliyyatlarının ayrı-ayrı iştirakçılarının və bütövlükdə iqtisadiyyatın xeyrinədir. Məhz kredit qoyuluşlarının optimal səviyyəsi şəraitində kreditin iqtisadiyyata təsiri müsbət ola bilər. Kreditin əlavə təqdimi müəssisə və təşkilatların resurslardan qənaətlə istifadə və əmtəələrin istehsal və reallaşması proseslərinin tezləşdirilməsində marağının azaltmış olar.



3. Kreditin funksiyaları və növləri.
Kreditor və borcalan arasında bağlanmış kredit sövdələşmələri dəyərin yenidən bölüşdürülməsi mərhələsində yaranır. Mübadilə zamanı müvəqqəti sərbəst qalan dəyər borcalana keçir, sonra öz sahibinə qayıdır. Kredit üçün xarakterik olan bu proses onun birinci funksiyasını – yenidən bölgü funksiyasının yaranmasına səbəb olur.

Bu funksiyanın xüsusiyyətləri hansılardır? İlk növbədə onu ayırd etmək lazımdır ki, kredit vasitəsilə məhz nə yenidən bölünür. Borc sövdələşməsi zamanı kreditor birinci halda borcalana müvəqqəti istifadəyə mal-material qiymətliləri, ikinci halda isə bu gün müasir kredit üçün xarakterik olan pul vəsaitləri verə bilər. Hər iki halda sövdələşmənin mahiyyətinin eyni olmasına baxmayaraq, ötürülən obyekt müxtəlifdir. Lakin bu müxtəliflik obyektin məzmununa deyil yalnız formasına aiddir. Formasından asılı olmayarq hər iki halda dəyərin yenidənbölgüsü baş verir.

Kreditin yenidənbölgüsü funksiyası bütövlükdə dəyərin yenidənbölgüsü deyil, müvəqqəti sərbəst qalan dəyərin yenidənbölgüsü əhatə edir.

Kreditin ikinci funksiyası – həqiqi pulların kredit əməliyyatları ilə əvəz olunması vasitəsilə tədavül xərclərinə qənaət edilməsi fuksiyasıdır. Müasir iqtisadi şəraitdə bu əvəz olunma üçün hər cür şərait yaranmışdır. Mal və xidmətlərə görə nağdsız hesablaşmalar vasitəsilə vəsaitlərin bir hesabdan silinib başqa hesaba köçürülməsi, qarşılıqlı ödəmələrin zaçotu, nağd pul ödəmələrinin azaldılmasına və pul tədavülünün strukturunun yaxşılaşmasına imkan yaratmış olur.

Kreditin üçüncü funksiyasıkapitalın təmərküzləşməsi və mərkəzləşməsinin sürətlənməsi funksiyasıdır. Kapitalın təmərküzləşməsi dedikdə fərdi yığımların hüdudlarının genişlənməsindən söhbət gedir. Belə ki, bir fərdin kapitalı digərlərinin kapitallarına əlavə edilməklə artırılır, bunun nəticəsində fərdi müəssisələr səhmdar cəmiyyətlərə çevrilir.

Kreditin növünün xarakteristikası dövlətin təşkili-iqtisadi prinsiplərindən asılıdır. Kreditin növləri üçün vahid ümumdünya prinsip mövcud deyil. Kreditin növü təkrar istehsaldan, iqtisadiyyatın inkişaf istiqamətindən, kreditləşmənin obyektlərindən, onun təminatından, müddətliliyindən, ödəncliyindən asılı olaraq müəyyənləşir. Kommersiya bankları öz müştərilərinə kreditin müxtəlif növlərini təqdim edirlər. Bunları aşağıdakı kimi təsnifləşdirmək olar:

1. ilk növbədə borcalanın əsas qrupları üzrə:

- təsərrüfat fəaliyyəti üçün verilən kreditlər;

- əhaliyə verilən kreditlər;

- dövlət və hakimiyyət orqanlarına verilən kreditlər.



2. verilmə istiqamətinə görə:

- istehlak krediti;

- istehsal krediti;

- ticarət krediti;

- kənd təsərrüfatı krediti.

3. istifadə müddətinə görə:

- tələbolunanadək (müddətsiz);

- müddətli kreditlər;

müddətli kreditlər özləri də öz növbəsində:

- qısamüddətli (1 ilə qədər);

- orta müddətli (1 ildən 3 ilə qədər);

- uzunmüddətli (3 ildən yuxarı).

Bir illik qısamüddətli kreditlər əsasən dövriyyə fondunu formalaşdıran kreditlərdir. Orta və uzunmüddətli kreditlər isə əsas fondun formalaşmasında iştirak edirlər.



4. həcminə görə:

- irihəcmli kreditlər;

- orta həcmli kreditlər;

- xırda həcmli kreditlər.



5. təminatına görə:

- təminatlı kreditlər (bunlara girovlu, zəmanətli, sığortalı kreditlər);

- təminatsız kreditlər (blanklı kreditlər).

6. verilmə üsuluna görə: a) təminatlı kreditlər; b) ödənişli kreditlər.

I halda yəni, təminatlı kredit növündə kredit borclarının hesablaşma hesabına mal-material qiymətlərinə qoyulmuş xüsusi vəsaitin ödənilməsinə yönəldilir.

II halda isə yəni, ödənişli kredit növündə kredit borclarına ödəniş üçün təqdim olunan hesablaşma pul sənədlərinin ödənilməsinə yönəldilir.

7) ödənilmə üsuluna görə:

- hissə-hissə ödənilən möhlətli kreditlər;

- müəyyən olunmuş vaxtda tamam ödənilən kreditlər.

8) geniş təkrar istehsalın istifadə sahələrinə görə:

- əsas fondların geniş təkrar istehsalında iştirak edən kreditlər;

- dövriyyə fondlarının təşkilində iştirak edən kreditlər.

4. Kreditin prinsipləri və formaları.

Subyektlər bir-birləri ilə kredit münasibətlərinə girərkən ciddi şəkildə kreditin prinsiplərinə riayət etməlidirlər. Bu prinsiplərin qorunması həm kreditorun,həm də borcalanın iqtisadi hüquqlarının qorunmasının zəmanəti hesab olunur. Kreditin aşağıdakı prinsipləri mövcuddur:

- qaytarilma müddəti;

- ödənçilik;

-differesiallıq;

-təminatlılıq;



Qaytarılma müddəti özündə kreditin müəyyən olunmuş zamanda qaytarılmasını tərənnüm edir. Bu prinsipə uyğun kredit təkcə qaytarılmamalı,ciddi şəkildə müəyyən edilmiş vaxtda geri qaytarılmalıdır. Deməli,müddətlilik qaytarılmanın zamanını müəy-yənləşdirən prinsipdir. Bu prinsipin qorunması kommersiya banklarının likvidliyinin (yəni onların krediti vaxtında və tam şəkildə geri qaytarılması müddətinin göstəricisi,ölkənin bank sistemində bankın nüfuzu) təminatı üçün vacibdir. Buradan da kreditin təminatlılıq prinsipi ortaya çıxır. Belə ki,banklar bu prinsipə arxayın olaraq,yəni borcalanların bankların pul vəsaitlərini vaxtında geri qaytarmasından əmin olmaqla,öz kredit fəaliyyətlərini qurur,kreditlərin nə zaman qaytarılacağını qabaqcadan bilməklə müştərilərdən borc götürdükləri pul vəsaitlərini öz əməliyyatlarına arxayınlıqla cəlb edir. Kreditin müddəti müəyyən kreditləşmə normativlərə uyğun olaraq kreditləşən mal-material qiymətlilərinin dövriyyə müddətinə və xərclərin ödənilməsinə uyğun olaraq bank tərəfindən müəyyənləşir.

Kreditin differensiallıq prinsipi o deməkdir ki,kreditor hər kredit istəyən müştəriyə kredit verməməlidir. O,yalnız bu krediti vaxtında qaytara bilən təsərrüfat orqanlarına verilir. Borcalanların bu xüsusiyyətləri borc götürməyə hazırlaşan müəssisə və təşkilatların balansının likvidliyinin təhlilinə,borcalanın cari və gələcək rentabellik səviyyəsinə əsasən müəyyənləşir.

Kreditin ödənclilik prinsipi o deməkdir ki,hər bir borcalan müəssisə müvəqqəti götürdüyü borc vəsaitlərinə görə kreditora müəyyən haqq ödəməlidir ki,bu da özünü faizdə göstərir. Kreditə görə borc faizi dedikdə bir növ kreditin satış qiyməti başa düşülür. Müasir kommersiya bankları borc faizinin dərəcəsi bir sıra əlamətlərə görə müəyyənləşir ki,onlar aşağıdakılardır:

- Milli Bankın kommersiya bankları üçün təqdim etdiyi baza faiz dərəcələri;

- banklararası kreditlərə görə orta faiz dərəcəsi;

- müxtəlif növ depozit hesablara görə kommersiya banklarının müştəriyə ödədiyi faiz dərəcəsi;

- kredit resurslarının strukturu (cəlb olunan vəsaitlərin həcmi nə qədər çox olarsa faiz dərəcəsi də böyük olar);

- kreditin formaları;

- kredit təşkilatlarının növləri;

- kreditin cəlb olunması ilə investisiyaların növləri;

- kreditləşmənin müddətləri;

- kredit təşkilatlarının əməliyyat növləri;

- kreditin təminat dərəcəsi (kreditin təminatı nə qədər aşağıdırsa faiz dərəcəsi bir o qədər yüksək olar);

- ölkədəki inflyasiyanın səviyyəsi, pul tədavülün sabitliyi.



Borc faizi kreditə olan tələb və təklifin qarşılıqlı münasibəti, yığım və investisiyaların həcmi, gəlir və xərclərə müəyyənləşir.

Bu prinsip borcalanların, müəssisələrin təsarrüfat hesabına stimullaşdırıcı təsir göstərir və müəssisələrin xüsüsi resurslarının artırılmasını, cəlb edılmiş vəsaitlərdən qənaətlə istifadəni təmin edir. Kreditor üçün isə bu prinsip gəlir əldə etmək üçün təminat verir.

Kreditin formaları onun strukturu və müəyyən dərəcədə kredit münasibətlərinin mahiyəti ilə sıx bağlıdır. əvvəldə qeyd etdiyimiz kimi kreditin strukturu kreditoru, borcalanı və borc verilən dəyəri özündə birləşdirilir.

Borc verilən dəyərdən asılı olaraq kreditin əmtəə, pul və qarışıq formalarını bir-birindən ayırmaq məqsədəuyğundu olardı.



Kreditin əmtəə forması onun pul formasını qabaqlamışdır. Tarixi faktlara əsasən belə hesab etmək olar ki, kredit dəyərin pul formasından əvvəl, mübadilə ekvivalenti kimi ayrı-ayrı əşyalar (xəz dərilər, heyvanlar və s.) çıxış etdiyi zaman yaranmışdır. İlk kreditorlarkimi artıqistehlaq mallarına malik subyektlər çıxış edirlər. Müasir iqtisadiyyatda kreditin əmtəə forması hələ də qalmaqdadır. Bu kredit formasından əmtəələrin müddətli ödəmə vasitəsilə satılmasında, həmçinin hansı bir əmtəənin icarəyə götürülməsində istifadə olunur.

Kreditin pul forması müasir təsadüfatda ən çox istifadə olunan formadır. Aydındır ki, pul əmtəə dəyərlilərin mübadiləsində imumi ekvivalent, universal tədavül və ödəmə vasitəsi olduğundankreditin bu forması daha çox üstünlük təşkil edir. Kreditin pul formasından bu gün həm dövlət, həm ayrı-ayrı vətəndaşlar istər ölkə daxilində, istərsə də onun hüdudlarında aktiv şəkildə istifadə edirlər.

Kreditin əmtəə və pul forması yanaşı kreditin qarışıq formasından da istifadə olunur. Bu forma, kredit eynizamanda həm əmtəə, həm də pul formasında fəaliyyət göstərdiyi zaman ortaya çıxır. Bahalı avadanlıqların əldə edilməsi zamanı yalnız lizinq krediti deyil, əldə olunan texniki avadanlığın qurulması və işə salınması üçün pul formasıda tələb olunur.

Əgər kredit əmtə formasında verilib geri qaytarılması pul vəsatləri ilə baş verirsə və ya əksinə əgər borc şəklində pul verilib,kreditəmtəə ilə geri qaytarılırsa bu kreditin qarışıq formasıdır.

Kreditin qarışıq formasından əsasən ən çox inkişaf etməkdə olan dövlətlər istifadə edirlər. Daxili iqtisadiyyatda müddətli ödəmələrlə əmtələrin satışı bu kreditin tədricən pul şəklində ğeri qaytarılması ilə müşayət olunur.

Kreditləşmə prosesində kreditor kimi kimin iştirak etməsindən asılı olaraq kreditin aşağıdakı formaları mövcuddur:


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin