Ə
Ə
.
.
H
H
.
.
Ə
Ə
Z
Z
İ
İ
Z
Z
O
O
V
V
,
,
A
A
.
.
M
M
.
.
R
R
Ə
Ə
H
H
İ
İ
M
M
O
O
V
V
,
,
S
S
.
.
Ə
Ə
.
.
A
A
Ğ
Ğ
A
A
M
M
M
M
Ə
Ə
D
D
O
O
V
V
A
A
«
«
H
H
i
i
d
d
r
r
a
a
v
v
l
l
i
i
k
k
m
m
a
a
ş
ş
ı
ı
n
n
l
l
a
a
r
r
»
»
k
k
u
u
r
r
s
s
u
u
n
n
d
d
a
a
n
n
l
l
a
a
b
b
o
o
r
r
a
a
t
t
o
o
r
r
i
i
y
y
a
a
p
p
r
r
a
a
k
k
t
t
i
i
k
k
u
u
m
m
u
u
(
(
D
D
ə
ə
r
r
s
s
v
v
ə
ə
s
s
a
a
i
i
t
t
i
i
)
)
B
B
A
A
K
K
I
I
-
-
2
2
0
0
0
0
7
7
AZƏRBAYCAN DÖVLƏT NEFT AKADEMİYASI
Ə. H. ƏZİZOV, A. M. RƏHİMOV,
S. Ə. AĞAMMƏDOVA
«Hidravlik
maşınlar»
kursundan
L
L
A
A
B
B
O
O
R
R
A
A
T
T
O
O
R
R
İ
İ
Y
Y
A
A
P
P
R
R
A
A
K
K
T
T
İ
İ
K
K
U
U
M
M
U
U
(
(
D
D
ə
ə
r
r
s
s
v
v
ə
ə
s
s
a
a
i
i
t
t
i
i
)
)
A
A
z
z
ə
ə
r
r
b
b
a
a
y
y
c
c
a
a
n
n
R
R
e
e
s
s
p
p
u
u
b
b
l
l
i
i
k
k
a
a
s
s
ı
ı
n
n
ı
ı
n
n
X
X
a
a
l
l
q
q
T
T
ə
ə
h
h
s
s
i
i
l
l
N
N
a
a
z
z
i
i
r
r
l
l
i
i
y
y
i
i
n
n
i
i
n
n
9
9
a
a
v
v
q
q
u
u
s
s
t
t
1
1
9
9
8
8
8
8
-
-
c
c
i
i
i
i
l
l
t
t
a
a
r
r
i
i
x
x
l
l
i
i
5
5
4
4
8
8
s
s
a
a
y
y
l
l
ı
ı
ə
ə
m
m
r
r
i
i
i
i
l
l
ə
ə
t
t
ə
ə
s
s
d
d
i
i
q
q
e
e
d
d
i
i
l
l
m
m
i
i
ş
ş
d
d
i
i
r
r
B
B
A
A
K
K
I
I
-
-
2
2
0
0
0
0
7
7
UHTÇ 621.225
M – 698
Ə. H. ƏZİZOV, A. M. RƏHİMOV, S. Ə. AĞAMMƏDOVA
«Hidravlik maşınlar» kursundan laboratoriya praktikumu
(Dərs vəsaiti)
ADNA, Bakı, 2007 il, -119 s.
Təklif olunan laboratoriya praktikumu neft-mexanika və qaz-neft-
mədən fakültələrin bakalavr pilləsi ixtisasları üçün «Hidravlik maşınlar»
və «Hidravlik maşınlar və hidrointiqallar» kurslarının proqramlarına
uyğun hazırlanıb.
Laboratoriya praktikumunun hazırlanmasında əsas məqsəd tələbələri
hidravlik maşınların təcrübi tədqiqi ilə tanış etmək və mühazirələrdə
keçilən nəzəri kursun mənimsənilməsinə və möhkəmlənməsinə kömək
etməkdir.
Tərtib edilən laboratoriya praktikumu ADNA-nın «Maşınqayırma və
material emalı» kafedrasının «Hidravlik maşınlar» tədris laborato-
riyasındakı avadanlığa uyğun olaraq tərtib edilmişdir.
Şəkil – 38, cədvəl – 24, ədəbiyyat – 9.
Redaktor: mühəndis H. Ə. Heydərov
Rəy verənlər: texniki elmlər doktoru, professor M. A. Qarayev
texniki elmlər doktoru, professor S. O. Hüseynov
© Azərbaycan Dövlət Neft Akademiyası
MÜNDƏRİCAT:
Giriş............................................................................................... 4
I. Ümumi metodik göstərişlər...............................................4
II. «Hidravlik maşınlar» fənn üzrə laboratoriya
işlərinin yerinə yetirilmə qaydaları...................................... 5
III. «Hidravlik maşınlar» tədris laboratoriyasında
işləyərkən təhlükəsizlik texnikası qaydaları.........................6
Laboratoriya işi № 1. Mərkəzdənqaçma nasosun sınaqdan
keçirilməsi.............................................................................7
Laboratoriya işi № 2. Mərkəzdənqaçma nasosun kavitasiya
sınağı...................................................................................18
Laboratoriya işi № 3. Qasırğalı nasosun sınaqdan
keçirilməsi...........................................................................27
Laboratoriya işi № 4. Mərkəzdənqaçma nasosun boru
kəmərinə işləməsi...............................................................36
Laboratoriya işi № 5. Mərkəzdənqaçma nasosunun işinin
çıxışındakı drossel vasitəsilə tənzimlənməsi.....................43
Laboratoriya işi № 6. İkisilindrli, ikitəsirli pistonlu nasosun
sınaqdan keçirilməsi .........................................................50
Laboratoriya işi № 7. Pistonlu nasosun klapanının sərf
əmsalının təyini...................................................................59
Laboratoriya işi № 8. Dişli çarxlı nasosun sınağı.......................68
Laboratoriya işi № 9. Qazıma turbininin sınağı.........................78
Laboratoriya işi № 10. Hidravlik silindrin sınağı......................88
Ədəbiyyat...................................................................................100
İşarələr və indekslər..................................................................101
Əlavələr......................................................................................103
Əlavə 1. Beynəlxalq ölçü vahidləri ilə (Si) müxtəlif
ölçü sistemlərin vahidlər arası əlaqələr.……………..104
Əlavə 2. Müxtəlif mayelərin fiziki və kimyəvi
xassələri…………………………….…………………..113
Əlavə 3. Mərkəzdənqaçma nasosların əvəzolunması
cədvəlləri…………………………………………….….115
GİRİŞ
Təklif olunan «Hidravlik maşınlar» kursundan laboratoriya
praktikumu 1990-cı ildə Akademiyanın Nəşriyyatı tərəfindən nəşr
edilmiş «Hidravlik maşınlar və hidravlik intiqal» kursundan laboratoriya
işlərinə rəhbərlik (Qarayev M.A., Əzizov Ə.H. və b.) adlı dərs vəsaiti
əsasında tərtib edilmiş,
yenidən işlənmiş və təkmilləşdirilmişdir.
Bu laboratoriya praktikumu neft-mexanika və qaz-neft-mədən
fakültələrin bakalavr pilləsi ixtisasları üçün «Hidravlik maşınlar» və
«Hidravlik maşınlar və hidrointiqallar» kurslarının proqramlarına uyğun
hazırlanıb.
Laboratoriya praktikumunun hazırlanmasında əsas məqsəd
tələbələri hidravlik maşınların təcrübi tədqiqi ilə tanış etmək,
mühazirələrdə keçilən nəzəri kursun mənimsənilməsinə
və
möhkəmlənməsinə kömək etməkdir.
Rəhbərliyin tərtibində tələbələrin təcrübəni müstəqil yerinə
yetirmələri nəzərdə tutulmuşdur. Hər laboratoriya işi aşağıdakı
hissələrdən ibarətdir:
1.
İşin məqsədi.
2.
Ümumi məlumat.
3.
Sınaq qurğunun təsviri.
4.
Təcrübənin aparılma qaydası.
5.
Alınan nəticələrin işlənməsi.
Laboratoriya praktikumuna kürəkli hidravlik maşınlardan 5 və
həcmi hidravlik maşınlardan 5 laboratoriya işi daxil edilmişdir.
Laboratoriya işləri hidravlik maşınlar üzrə iki və ya dörd saatlıqdır.
Tərtib edilən laboratoriya praktikumu ADNA-nın «Maşınqayırma
və material emalı» kafedrasının «Hidravlik maşınlar» tədris
laboratoriyasındakı avadanlığa uyğun olaraq tərtib edilmişdir.
Ayrı-ayrı fakültə və ixtisasların tələbələri üçün yerinə yetiriləcək
işlərin miqdarı dərs planı və proqramına müvafiq müəyyən edilir.
Müəlliflər bu dərs vəsaitinin tərtibində professor M.A. Qarayevin
böyük rolu olduğunu qeyd edib, ona və vəsaitinin redaktə olunmasına
görə kafedranın müəllimi H.Ə.Heydərova minnətdarlıqlarını bildirirlər
.
I. ÜMUMİ METODİK GÖSTƏRİŞLƏR
Hər bir laboratoriya işinə hazırlaşarkən mövzu üzrə nəzəriyyənin
öyrənilməsini aşağıdakı ardıcıllıqla aparmaq lazımdır:
1. Sualın nəzəriyyəsini dərs vəsaiti üzrə öyrənməli, konspekt tərtib
etməli.
2. Hidravlik maşınların prinsipial sxemlərini sərbəst çəkməli.
3. Maşınların əsas iş göstəricilərini və onların qarşılıqlı əlaqəsini
mənimsəməli.
4. Hidravlik maşınların işçi xarakteristikalarını qrafiki olaraq tərtib
etməyi öyrənməli.
Ayrı-ayrı sualları öyrəndikdə hidravlik maşınlarda baş verən
proseslərin fiziki mənasını öyrənməli, eləcə də onların praktiki
əhəmiyyətini bilməli.
Laboratoriya praktikumunun yerinə yetirilməsi kursun
mənimsəməsində vacib hesab edilir.
Laboratoriya işlərinin hesablamaları beynəlxalq sistemi (BS) üzrə
yerinə yetirilir, qrafiklərdə isə koordinat işarələri və miqyaslar
verilməlidir.
Nəzərdə tutulan işlər mühazirə, laboratoriya dərsləri, tələbənin
sərbəst işləməsi və müəllimin hər bir tələbə ilə fərdi çalışması hesabına
yerinə yetirilir.
II. «HİDRAVLİK MAŞINLAR»
FƏNNİ ÜZRƏ LABORATORİYA İŞLƏRİNİN
YERİNƏ YETİRİLMƏ QAYDALARI
Laboratoriya işləri qabaqcadan tərtib edilmiş, hər bir laboratoriya
işinin aparılması müddəti xüsusi cədvəl və qrafik üzrə yerinə yetirilir.
Nəzərə almaq lazımdır ki:
1. Təcrübələri aparmaq üçün qurğuların qabaqcadan hazırlanması
ilə əlaqədar olaraq cədvələ ciddi riayət etmək lazımdır.
2. Üzrlü səbəblərə görə laboratoriya dərsini buraxan tələbələr
(dekanlıqdan uyğun arayış təqdim etdikdən sonra) semestrin sonunda
xüsusi cədvəl üzrə laboratoriya işini yerinə yetirirlər.
3. Laboratoriya işinə başlamazdan əvvəl hər bir tələbə qurğunun
təsvirini (rəhbərlikdə göstərilir) öyrənməli və müəllimə nəzəri suallardan
kollokvium verməlidir.
4. Hər bir iş müəllimin rəhbərliyi altında və 11...13 tələbədən
ibarət briqada ilə yerinə yetirilir.
5. Briqadanın yerinə yetirdiyi ölçülərin qeydini və əlavə verilənləri
(vizual müşahidələrin nəticələri və s.) hər bir tələbə laboratoriya işləri
üzrə dəftərinə yazır.
6. Laboratoriya işini qurtardıqdan sonra tələbə ölçülərin
nəticələrini və digər müşahidə nəticələrini təsdiq etmək üçün müəllimə
təqdim edir və uyğun hesablamalar aparıb qrafikləri qurur.
7. Növbəti laboratoriya işinin başlanğıcı üçün tələbə yerinə
yetirilmiş işin hesabatını müəllimə təhvil verir, əks halda tələbə növbəti
praktiki dərslərə buraxılmır.
Laboratoriya işləri üzrə hesabatı tələbə müdafiə etməli və semestr
daxili məqbul almalıdır. Semestr ərzindəki axırıncı laboratoriya işini
müdafiə etdikdən sonra müəllim təkrar soruşmadan tələbə laboratoriya
işləri üzrə məqbul verir.
III. «HİDRAVLİK MAŞINLAR» TƏDRIS
LABORATORİYASINDA İŞLƏYƏRKƏN
TƏHLÜKƏSİZLİK TEXNİKASI QAYDALARI
1. «Hidravlik maşınlar» laboratoriyasında praktiki işlərə tələbələr
laboratoriya işləri rəhbərində təhlükəsizlik texnikası üzrə təlimat
aldıqdan sonra və xüsusi jurnalda qeydiyyat apardıqdan sonra
buraxılırlar.
2. Elektrik mühərriklərini və qurğularını sərbəst işə buraxmaq,
boru kəmərində siyirtmələri açıb-bağlamaq, ölçü cihazlarını və
qurğularını işə buraxmaq tələbələrə qadağan edilir. Bu işlər tədris
laboratoriyasının köməkçi işçiləri tərəfindən və ya rəhbər müşahidəsi
altında tələbə tərəfindən yerinə yetirilir.
3. Fırlanan bəndlərin və qurğuların qoruyucu bəndlərini çıxartmaq
və yerini dəyişmək, detalların quraşdırılması prosesində hərəkətdə olan
və ya fırlanan hissələrə əl vurmaq və toxunmaq qadağan olunur.
4. Tədris laboratoriyası zalının qurğuları elektrik cərəyanı ilə
zərərvurma nöqteyi-nəzərindən çox təhlükəli hesab edilir, ona görə də
tələbələr müdafiə qaydalarına ciddi əməl etməli və zərərçəkən tələbələrə
kömək etməyi bacarmalıdırlar.
5. Qurğuda işi qurtardıqdan sonra bu haqda praktik işlərin
rəhbərinə və ya xidmətçi işçilərə xəbərdarlıq etmək lazımdır.
LABORATORİYA İŞİ № 1
MƏRKƏZDƏNQAÇMA NASOSUN SINAQDAN
KEÇİRİLMƏSİ
İşin məqsədi: 1. Konsol tipli К 65-50-160 (keçmiş 2K-9) markalı
mərkəzdənqaçma nasosun quruluşu və iş prinsipi ilə
tanış olmalı.
2. İşçi çarxın sabit dövrlər sayında nasosu tədqiq
edib, onun işçi xarakteristikasını qurmalı.
1. Ümumi müddəalar
Nasosların əsas parametrləri verim, basqı, güc və faydalı iş əmsalı-
dan ( FİƏ) ibarətdir.
Vahid zaman ərzində nasosun verdiyi mayenin miqdarına nasosun
məhsuldarlığı, yaxud, verimi ( Q) deyilir və çox zaman bu kəmiyyət
m
3
/san, m
3
/saat, yaxud dm
3
/san (l/san) ilə ölçülür.
Nasosun yaratdığı basqı ( H) mayenin nasosa daxil olmadan əvvəl
və nasosdan çıxdıqdan sonra tam xüsusi enerjisinin fərqinə deyilir və
metrlə vurulan maye sütunu ilə ifadə olunur.
Vahid zamanda nasos ilə maye axınına ötürülən enerjisini nasosun
effektiv ( faydalı) gücü N
f
adlanır və aşağıdakı düstur ilə tapılır
H
gQ
N
h
f
ρ
=
, Vt. (1.1)
Burada Q
h
– nasosun həqiqi verimi, m
3
/san,
ρ −
vurulan mayenin
sıxlığı, kq/m
3
.
Nasosun tələb etdiyi güc ( N) həqiqətdə qiymətcə effektiv gücdən
( N
f
) artıqdır, çünki onun mühərrikdən aldığı enerjinin bir hissəsi maye
nasosdan sıxışdırılan zaman hidravlik müqavimətlərin dəf olunmasına
sərf edilir. Bu da adətən tam faydalı iş əmsalı (FİƏ) ( η) ilə xarakterizə
edilir. Nasosun tam faydalı iş əmsalı ( FİƏ) effektiv gücün ( N
f
) nasosun
tələb edilən gücə olan nisbətinə deyilir. Nasosun tam FİƏ ( η) nasosla
vurulan maye enerjisinin verilməsi ilə əlaqədar olan bütün itkiləri
(hidravlik, həcmi və mexaniki) nəzərə alır və
mex
h
f
N
N
η
η
η
η
щяж
=
=
(1.2)
düsturu ilə təyin edilir. Burada η
h
– nasosun hidravlik FİƏ; η
həc
– həcmi
FİƏ; η
mex
– mexanik FİƏ.
Onda, nasosun tam FİƏ məlum olduqda, onun tələb etdiyi gücü
,
H
gQ
N
h
Vt
η
ρ
=
, (1.3)
yaxud:
,
H
gQ
N
h
kVt
1000
η
ρ
=
(1.4)
düsturlarından tapmaq olar.
К 65-50-160 (keçmiş 2K-9, sonra К 45/30, hаl hazırda К 65-50-
160, əlavə Ə.3 bax) markalı mərkəzdənqaçma nasos konsol tipli tək işçi
çarxlı kürəkli nasosdur (şəkil 1.1). Bu nasos təmiz, damcılı mayeləri
nəql etmək üçün istifadə edilir.
İşçi xarakteristika nasosun basqısının ( H), tələb etdiyi gücünün ( N)
və tam FİƏ-nın (
η
) verimdən ( Q) asılılıq qrafiklərinin birliyinə deyilir
(şəkil 1.2).
Mərkəzdənqaçma nasosun laboratoriyada tədqiq edilməsində
məqsəd onun geniş iş rejimində texniki parametrlərinin müəyyən
edilməsindən ibarətdir.
2. Qurğunun təsviri
К 65-50-160 tipli mərkəzdənqaçma nasosun sınağını aparmaq üçün
qurğusunun sxemi 1.3-cü şəkildə göstərilib.
Nasos N ( 1) qurğusunun elektrik mühərriki E.M. ( 19) vasitəsilə
hərəkətə gətirilir. Su çəndən ( 2) sorma boru kəmərlə ( 3) siyirtmə ( 4) açıq
olduqda nasosa daxil olur, siyirtmədən ( 6) və basqı borusundan ( 5)
keçərək yenidən çənə ( 2) qaytarılır. Beləliklə su hidravliki sistemdə dövr
edir. Nasosun girişində təzyiq manovakuummetrlə MV ( 7), basqı
borusunda isə manometrlə M ( 8) ölçülür. Verim basqı borusunda
qoyulmuş normal tipli diafraqma ( 9) – sərfölçənlə təyin edilir. Çənin ( 2)
yuxarı hissəsində ventillər ( 11), ( 12) və ( 13) qoyulmuşdur. Bu ventillər
vasitəsilə çən uyğun olaraq atmosfer ilə, su kəməri və yaxud vakuum-
nasos ilə birləşdirilə bilər. Axırıncı ventil ( 13) nasosun kavitasiya
tədqiqində istifadə edilir. Siyirtmələr ( 15) və ( 16) ayrı laboratoriya işi
apardıqda açılırlar. Ventil ( 14) çəni mayedən boşaltmaq üçün istifadə
olunur. Ventillər ( 15) və ( 16) ayrı laboratoriya işi apardıqda açılırlar.
Şəkil 1.1. Konsol tipli mərkəzdənqaçma nasosun ümumi görünüşü
Şəkil 1.2. Konsol tipli mərkəzdənqaçma nasosun
nümunəvi işçi xarakteristikası
2
4
13
11
M
12
10
9
6
3
5
7
Şəkil 1.3. Mərkəzdənqaçma nasosun sınaq qurğusunun sxemi
1
MV
8
M
E.M
N
∼
380 V
Δ
z
Q,
v
s
, d
s
Q,
v
v
, d
v
Δ
h
d
A
V
15
16
14
17
18
19
Adi tədqiqatda çəndə qoyulmuş ventil ( 11) açıq, ventillər ( 12) və ( 13)
isə tam bağlı olmalıdırlar.
Nasosun veriminin tənzim edilməsi basqı borusuna qoyulmuş
siyirtmədən ( 6) istifadə olunur. Siyirtmə ( 4) ancaq təmir zamanı çəni
nasosdan ayırmaq üçün bağlanır. Bu siyirtmə ( 4) ilə nasosun veriminin
tənzimlənməsinə icazə verilmir, çünki bu kavitasiya yaranmasına səbəb
ola bilər.
Dostları ilə paylaş: |