H. M. HÜSeynov, A. Q. Abbasov neft-qaz yataqlarinin axtarişi və KƏŞFİyyati neft və qaz yiğimlarinin axtariş VƏ KƏŞFİyyat üsullari



Yüklə 127,86 Kb.
səhifə20/21
tarix14.04.2022
ölçüsü127,86 Kb.
#55410
1   ...   13   14   15   16   17   18   19   20   21
Axtarış və kəşfiyyat üsulları

Qaz karotajı üsulu.

Qaz karotajı üsulu ilə ilk tədqiqat 1933-cü ildə V.A.Sokolov tərəfindən aparılmışdır. Qaz karotajının qarşısında aşağıdakı vəzifələr qoyulur:

a) qazma zamanı məhsuldar intervallardan ayrılan karbohidrogenlərin qeydə alınması;

b) məhsuldar intervallarda neftlilik-qazlılığın təyini.

Qaz karotajı üsulu üç variantda tətbiq olunur:

1) gil məhluluna görə;

2) şlama görə;

3) kern materiallarına görə.

Gil məhlulununa görə qaz karotajı qazma zamanı məhsuldar laylardan neft və qazın gil məhluluna keçməsinə əsaslanır. Gil məhlulu ilə yer səthinə qaldırılan qaz gil məhlulu üzərində üzən deqazatora yığılır və oradan da qaz-karotaj stansiyasında yerləşən analizatora verilir. Analizatorda qazın miqdarı və tərkibi təyin olunur. Beləliklə də, qaz-karotaj stansiyaları vasitəsilə qazılan axtarış və kəşfiyyat quyularına nəzarət edilir.

Kern və şlama görə qaz-karotaj üsulları isə onların (kern və şlamların) laboratoriya şəraitində tədqiqinə əsaslanır. Qazma vaxtı götürülən kern və şlam qablara qoyularaq kip (hermetik) bağlanıb laboratoriyaya göndərilir. Nümünələrin laboratoriya tədqiqindən sonra neftlilik-qazlılığa görə əyrilər düzəldilir. Neft və qaz yığımlarının axtarış və kəşfiyyatındakı əhəmiyyətinə və qazılan axtarış-kəşfiyyat quyuları üzərindəki nəzarətinə görə ən effektli variant gil məhluluna görə aparılan qaz karotajıdı




Yüklə 127,86 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin