Yumurta haqqında
Yumurta qidalılıq dəyərinə görə yüksək keyfiyyət-
li və orqanizmdə 97-98% mənimsənilən ərzaq məhsu-
ludur. Yumurtanın tərkibində tam dəyərli zülallar, yağ-
lar, lesitinlər, vitaminlər və mineral maddələr vardır.
Yumurta maddələr mübadiləsinin normal getməsinə
müsbət təsir edir, sinir sistemini möhkəmləndirir,
infeksion xəstəliklərə qarşı müqaviməti artırır, uşaqları
isə raxit xəstəliyindən qoruyur.
Orta yaşlı adam fizioloji normaya əsasən ildə 260
ədəd (3 gündə 2 ədəd) yumurta yeməlidir.
Toyuq yumurtası. Quruluşuna görə 3 əsas
hissədən ibarətdir. Kütləyə görə toyuq yumurtasının
56%-ni ağı, 32%-ni sarısı və 12%-ni qabığı təşkil edir.
Yumurtanın tərkibində 74% su; 12,7% zülal;
11,5% yağ; 0,7% karbohidrat; 1% mineral maddələr;
A, D, E, B
1
, B
2
, B
6
, B
12
, PP vitaminləri; Na, K, Ca, P,
Fe, Mg kimi makro- və J, F, B və s. mikro- elementlər;
bütün əvəzedilməz aminturşuları vardır.
Yumurtanın ağının tərkibində 85,7% su; 12,7%
zülal; 0,7% karbohidrat; 0,6% mineral maddə; 0,03%
yağ vardır. Yumurta ağının tərkibində zülallardan ovo-
albumin, ovoqlobulin, ovomusin, ovomukoid və bakte-
risid xassəli lizosim zülalı vardır. Yumurta ağındakı
avidin zülalı tərkibində 10% DNT olan qlükoproteid-
dezoksiribonukleoproteid adlanır. Avidin zülalının bir
hissəsi H vitamini (biotin) ilə birləşmiş olur.
Yumurta sarısı ən dəyərli hissə sayılır. Tərkibində
50-54% su, 29-32% yağ və lipoidlər, 16-17% zülal,
124
1%-ə qədər mineral maddə və karbohidrat vardır. Yu-
murta sarısının əsasını vitellin (78%), livetin və fosfitin
təşkil edir. Yumurta sarısı zəif turş reaksiya verir (pH 6-
ya yaxındır). Yumurta sarısının lipidləri 21-23% yağ-
dan, 12%-ə qədər fosfatidlərdən, həmçinin 5%
xolesterindən ibarətdir. Yumurta yağı 34-39
0
C-də əriyir,
çünki tərkibində 70%-ə qədər doymamış yağ turşuları
(olein, linol, linolen, palmitoolein) vardır. Doymuş yağ
turşularından palmitin, stearin və s. vardır.
Yumurtanın təzəliyi yumurta sarısının indeksi ilə
müəyyən edilə bilər. Yumurta sarısının hündürlüyünün
onun diametrinə nisbəti sarı indeksi adlanır. Təzə
yumurtanın sarı indeksi 0,4-0,45 olur, saxlandıqda isə
azalır. Sarı indeksi 0,25 olduqda pərdə partlayır və
yumurtanın sarısı ağına qarışır.
Təzəliyinə, keyfiyyətinə və saxlanılma şəraitinə
görə yumurtalar pəhriz və aşxana yumurtası növlərinə
ayrılır.
Pəhriz yumurtası yumurtlanan gündən etibarən 7
gün ərzində istehlakçılara çatdırılır. Belə yumurtaların
üstündə yumurtlanan tarixi göstərən ştamp vurulur.
Belə yumurtanın ağı qatı və şəffaf olmalı, sarısı isə tam
mərkəzdə
yerləşməlidir.
Sarısının
diski
görünməməlidir, boşluğun hündürlüyü 4 mm-dən çox
olmamalıdır.
Aşxana yumurtasına 43 q-dan az olmayan bütün
yumurtalar və 44 q-dan artıq kütlədə olan, lakin 7
gündən artıq saxlanılan yumurtalar aiddir. Saxlanılma
şəraitinə və müddətinə görə aşxana yumurtası təzə,
buzxana və əhəng suyunda saxlanılmış növlərə ayrılır
.
125
Yumurta haqqında hədislər
Peyğəmbər (s.ə.v.):
1. Peyğəmbərlərdən biri zəiflikdən Allaha şikayət
etdi. Allah-Təala da ona yumurta yeməyi əmr etdi.
2. Ətlə yumurta yemək cinsi qabiliyyəti artırır.
3. Əliyə (ə) etdiyi vəsiyyətindən: Ey Əli! Iki tərəfi
bir-birindən fərqlənən yumurtanı ye.
Imam Əli (ə): Peyğəmbərlərdən biri ümmətinin
içində nəsil azlığından Allaha şikayət etdi. Allah-Təala
da ona ümmətin yumurta yeməyi əmr etməsini tapşırdı.
Onlar yumurta yedilər və nəsilləri artdı.
Imam Baqir (ə):
1. Övladı olmayan şəxs çox yumurta yesin. O nəsil
artırır.
2. Qamışlığa daxil olsan və orada bir yumurta
görsən, iki tərəfi bir-birindən fərqlənməsə, yemə.
Imam Kazım (ə):
1. Çox yumurta yemək övladların sayını artırar.
2. Hər kəs yumurta, soğan və zeytun yağı yesə,
cinsi qabiliyyəti artar.
3. Hər kəs ətlə yumurta yesə, uşağının sümüyü
böyük olar.
Imam Sadiq (ə):
1. Peyğəmbərlərdən biri nəsil azlığından Allaha şi-
kayətləndi.
Allah-Təala
ona əmr etdi: Əti yumurta ilə ye.
2. Yumurtanın sarısı yüngül, ağı isə ağır qidadır.
3. Üç şey kökəldir, üç şey də arıqladır. Arıqladan-
lar – yumurta, balıq və təzə xurma.
4. Iki tərəfi bir-birindən fərqlənən yumurtanı ye-
mək halal, bərabər olanı yemək isə haramdır.
Imam Cəfər Sadiq (ə) cənablarından soruşdular ki,
126
meşələrdə tapılan quş yumurtaları barəsində şəriətin
rəyi nədir? Buyurdu: “Iki tərəfi bərabər olan yumur-
taları yemə, tərəfləri müxtəlif olan yumurtaları ye”.
Imam Rza (ə):
1. Çox yumurta yemək üzdə sızanaqların çıxma-
sına səbəb olur.
2. Çox yumurta yemək və ona adət etmək dalağın
xəstələnməsinə və mədənin baş hissəsində yelin
yaranmasına səbəb olar. Çox toxumlu yumurta yemək
təngnəfəsliyə səbəb olar.
127
BALIQ ƏTĠ YEYĠLMƏSĠNIN ISLAMI ġƏRTLƏRI
Balıq və balıq məhsullarının insanların qidalanma-
sında böyük əhəmiyyəti vardır. Balığın tərkibində
zülal, yağ, mineral maddələr (xüsusən fosfor və yod),
vitaminlər və digər bioloji fəal maddələr vardır. Fizio-
loji normaya əsasən orta yaşlı insan ildə azı 18,2 kq
balıq istehlak etməlidir. Balığın tərkibində olan zülallar
orqanizmdə çox asan mənimsənilir.
Balıq əti vitaminlər və mineral maddələrlə
zəngindır. Balıq ətinin enerji dəyəri onun tərkibində
olan yağın miqdarı ilə müəyyən olunur.
Balıq əti yel və ürək xəstəlikləri üçün əhəmiy-
yətlidir. Gündə azı 30 qram balıq əti yeyən insanda
ürək xəstəlikləri azalmışdır. Dörd həftə mütəmadi balıq
əti yeyənlərdə qanın tərkibindəki yağ nisbəti optimal-
laşır. Balıq əti ilə daha çox qidalananlarda ateroskleroz
riski azalmışdır. Balıq əti və yağı A vitamini ilə
zəngindir.
Balığın kimyəvi tərkibi və insan orqanizmi üçün
əhəmiyyəti barədə çox danışmaq olar, lakin balığın əsl
biokimyəvi tərkibi, onun qidalılıq dəyəri və pəhrizi-
müalicəvi əhəmiyyəti ancaq onu yaradan tək Allaha
məlumdur.
Allahın yaratdığı saysız nemətlər sırasında balıq
mühüm yerlərdən birini tutur.
Balıq əti dadlı və şirəli olmaqla bərabər, insan
orqanizmi tərəfindən tez həzm olur. Hələlik bizə
məlum olan məlumatlara əsasən, balıqda olan zülali
maddələrin əsas yeyinti dəyəri ondan ibarətdir ki,
onların tərkibində insan orqanizminə lazım olan bütün
128
aminturşuları vardır. Bunlardan izoleysin, leysin, lizin,
metionin, fenilalanin, treonin, triptofan və valini
göstərmək olar. Qidada aminturşularının olmaması və
ya az olması müxtəlif xəstəliklər törədir.
Balıq ətində qeyri-zülali (ekstraktiv) azotlu
maddələrin olması qidanın həzm edilməsində mühüm
rol oynayır ki, bu da onların mədə şirəsi ayırması və
iştahaçıcı qabiliyyəti ilə bağlıdır.
Balıqda tez həzm olan yağlar vardır. Balıq yağının
20-30%-i doymuş və 70-80%-i doymamış yağ
turşularından ibarətdir. Onların bərk yağlara (inək və
qoyun piyinə) nisbətən qida dəyəri xeyli yüksəkdir.
Doymamış yağ turşularından linol, linolen və
araxidon xüsusilə böyük bioloji və müalicəvi əhəmiy-
yətə malikdir. Göstərilən turşular insan orqanizmi
tərəfindən sintez olunmur. Onları yalnız qida ilə qəbul
etmək lazımdır. Lakin qeyd etmək lazımdır ki, yeyinti
məhsullarının
çoxunda adları çəkilən (xüsusən
araxidon) miqdarı kifayət qədər deyildir. Bu cəhətdən
balığın qaraciyəri əvəzedilməz məhsuldur.
Zülal maddələrinin və yağın enerji yaratma qa-
biliyyəti böyükdür. Balıq zülallarının və yağının 96%-i
insan orqanizmi tərəfindən mənimsənilir.
Balıqda 60-a yaxın kimyəvi element vardır. Bun-
lardan kalium, natrium, kalsium, maqnezium, fosfor,
xlor, yod, brom, dəmir, mis, kobalt, manqan, sink və s.
göstərmək olar.
Balıqda heyvan və quşlara nisbətən mineral mad-
dələrin miqdarı çoxdur. Dəniz balıqları xüsusən mi-
neral maddələrlə zəngindir.
Mineral maddələrin insan orqanizmində böyük
əhəmiyyəti vardır. Onlar insan sümüyünün, beyninin,
129
sinir və örtük toxumalarının qurulmasında mühüm rol
oynayırlar. Bundan əlavə, onlar qanın və hüceyrə
mayesinin tərkibinə daxil olaraq həyati proseslərin
normal keçməsini təmin edirlər.
Mineral maddələr orqanizmdə lazımi turş və
qələvi mühitin yaranmasında iştirak edirlər. Balıq əti
və daxili üzvləri vitamin mənbəyidir. Onlarda olan
vitaminlər: A, B
1
, B
2
, B
6
, B
9
, B
12
, B
t
, D, E, PP, C,
pantoten turşusu və inozitdir. Insan orqanizmində
vitaminlərin rolu danılmazdır.
Balığın əsl biokimyəvi tərkibi, onun yeyinti dəyəri
və müalicə əhəmiyyəti ancaq onu yaradan tək Allaha
məlumdur.
Yuxarıda qeyd edilən müxtəsər məlumatdan aydın
olur ki, Allah- Təala insanlar üçün necə gözəl nemətlər
yaradıb. Ona şükr eləmək hər müsəlmanın borcudur.
Müqəddəs
kitabımız
“Qurani-Kərim”-də
buyurulur: “Iki dəniz eyni deyildir. Birinin suyu çox
Ģirin, dadlı və içməyə rahat (boğazdan rahat keçən),
digərininki isə həddindən artıq Ģor və acıdır.
Onların hər birindən təzə ət (balıq) yeyir, taxdığınız
(inci və mərcan kimi) bəzəklər çıxardırsınız. Onun
(Allahın) lütfündən (nemətindən) ruzi
diləyib
axtarmağınız (ticarət etməyiniz) üçün gəmilərin də
orada (suyu) yara-yara üzdüyünü görürsən. (Bütün
bunlara görə), bəlkə, (Allaha) Ģükr edəsiniz” (Fatir,
35/12).
“Təzə ət (balıq əti) yeməyiniz, taxdığınız bəzək
Ģeylərini (inci, sədəf, mərcan) çıxartmağınız üçün
dənizi də sizə ram edən Odur. (Ey insan! Allahın)
nemətindən ruzi axtarmağınız üçün sən gəmilərin
onu yara-yara üzüb getdiyini görürsən. Bəlkə,
130
(bundan sonra Allahın nemətlərinə) Ģükr edəsiniz!”
(ən- Nəhl, 16/14).
Balıq haqqında “Qurani-Kərim”-in əl-Maidə-5/96,
ən-Nəhl-16/4, əl-Kəhf-18/61-63 surələrində buyuruqlar
vardır.
Bu ayələrdə balıqçılığın bütün sahələri üçün
apaydın istiqamətlər göstərilib. Onlardan bəzilərinin
izahını vermək burada yerinə düşür.
Balıq dəyərli qidadır
“Dəniz ovu və onu yemək sizə də, səfərdə olan-
lara da faydalı olsun deyə halal edildi…” (əl-Maidə,
5/96).
Ürək xəstəliyindən əziyyət çəkən və buna görə
dünyadan köçən adamların orta yaş həddinin getdikcə
aşağı düşməsi ürək xəstəliyinə diqqəti də artırıb. Müa-
sir təbabətdə ürək xəstəliklərinin müalicəsi məsələ-
sində irəliləyiş və inkişaf olsa da, mütəxəssislərin
əsasən tövsiyə etdiyi məsələ bu xəstəliyə məruz
qalmazdan əvvəl görülən tədbirləri dəqiqliklə yerinə
yetirməkdir. Mütəxəssislər ürəyin sağlam fəaliyyətinin
təmin edilməsində və xəstəliyin qarşısının alınmasında
vacib olan bir qidanı tövsiyə edirlər. Bu qida balıqdır.
Balığın çox vacib bir qida olmasının səbəbi onun
özündə həm insan bədəni üçün zəruri olan maddələri
ehtiva etməsi, həm də bədəni müxtəlif xəstəlik risklə-
rindən mümkün qədər uzaqlaşdıracaq xüsusiyyətə
malik olmasıdır. Məsələn, məlum olub ki, balıq ətinin
tərkibindəki omeqa-3 turşusu bədənin sağlamlığı üçün
sanki bir qalxan vəzifəsini yerinə yetirir. O da bəlli
olub ki, davamlı olaraq balıq yeyəndə ürək xəstəlikləri
riski azalır və immunitet sistemi güclənir.
131
Elmi yolla təzəcə sübut edilən balığın faydaları və
onun zəruri bir qida mənbəyi olması təxminən 1400 il
əvvəl göndərilən Quranda da bildirilir. Uca Allah
Quranda dəniz məhsullarını “Təzə ət yeməyiniz üçün
dənizi də sizə ram edən Odur…” (Ən-Nəhl, 16/14).
“Dəniz ovu və onu yemək sizə də, səfərdə olanlara
da faydalı olsun deyə halal edildi…” (əl-Maidə,
5/96) ayələri ilə xəbər verir. Bundan əlavə, “Kəhf”
surəsində də balığa xüsusi diqqət çəkilir. Bu surədə
Hz. Musanın və onun gənc köməkçilərinin uzun bir
səfərə çıxdığı və özləri ilə də qida kimi balıq götür-
düyü bildirilir:
“Onlar iki dənizin qovuĢduğu yerə gəlib çat-
dıqda balığı unutdular. Balıq isə dənizdə bir
yarğana tərəf üz tutmuĢdu. Onlar (çatmalı olduqları
yerdən) keçib getdikləri zaman (Musa) gənc dostuna
dedi: “Nahar yeməyimizi gətir. Bu səfərimiz bizi
lap əldən saldı!”. O isə: “Görürsənmi, biz qayanın
yanında
gizləndiyimiz
zaman
mən
balığı
unutdum…” (əl-Kəhf, 18/61-63).
“Kəhf” surəsində uzun bir səfər zamanı yorulan-
dan sonra yemək üçün xüsusilə balığın seçilməsi çox
maraqlıdır. Dolayısı ilə bu hissədəki hikmətlərdən biri
kimi balığın faydalarına, onun qidalandırıcı xüsusiy-
yətinə işarə edilə bilər (ən doğrusunu Allah bilir).
Həmçinin balığın qida kimi xüsusiyyətlərini araş-
dıranda diqqətəlayiq məlumatlarla üzləşirik. Rəbbimi-
zin bizə böyük bir neməti olan balığın əti xüsusilə
protein, D vitamini və əksər elementlər (bədəndə çox
az miqdarda mövcud olan, lakin bədən üçün çox vacib
olan bəzi elementlər) baxımından mükəmməl qida
mənbəyidir. Onun tərkibində olan fosfor, kükürd,
132
vanadium kimi minerallar sayəsində böyümə və
toxumaların yaxşılaşması təmin edilir. Balıq ətindəki
bu maddələr sağlam diş ətinin və diş quruluşunun
yaranmasına kömək edir, dərinin rəngini gözəlləşdirir,
saçların daha sağlam olmasını təmin edir, bakterioloji
infeksiyalarla mübarizəyə dəstək verir. Bundan əlavə,
həmin maddələr qandakı xolesterol balansının tənzim-
ləyici təsirləri ilə infarktın qarşısının alınmasında mü-
hüm rol oynayırlar. Bu maddələr nişasta və piyin
parçalanaraq onların orqanizm tərəfindən mənimsənil-
məsinə yardımçı olur, beləliklə, daha enerjili və daha
güclü qalmağı təmin edirlər. Digər tərəfdən, balıq
ətində olan maddələr zehni fəaliyyətin nizamlı olma-
sına müsbət təsir göstərir. Onun tərkibindəki D vita-
mini və başqa minerallar kifayət miqdarda qəbul edil-
məyəndə isə raxitlik, sümük boşluğu, diş əti xəstəlik-
ləri, zob, hipertiroit kimi problemlər ortaya çıxa bilər.
Bunlardan əlavə, müasir tibbi biliklər balığın tərki-
bində omeqa-3 yağ turşularının sağlamlıq baxımından
çox əhəmiyyətli olduğunu sübut edir. Hətta bu yağlar
zəruri yağ turşuları (EFA: essential fatty asit) kimi
müəyyənləşdirilir.
Balıq yağındakı Omeqa-3 turĢusunun faydası
Balıq yağında sağlamlığımız üçün xüsusilə çox
əhəmiyyətli olan iki fərqli doymamış yağ turşusu növü
var: EPT (eykozapentien turşusu) və DHT (dekozahek-
saen turşusu). EPT və DHT polidoymamış yağlar kimi
tanınır və özündə vacib omeqa-3 yağ turşularını ehtiva
edir. Insan bədəni omeqa-3 və omeqa-6 yağ turşularını
yarada bilməz, yəni onlar kənardan qidalarla qəbul
edilməlidir.
133
Balıq yağı özündə omeqa-3 yağ turşularını ehtiva
etdiyi üçün onun sağlamlığa faydası haqqında daha çox
dəlil var. Omeqa-3 bitki yağlarında olsa da, sağlamlığı
qorumaqda daha az təsirə malikdir. Bunun əksinə
olaraq dəniz planktonları omeqa-3 yağ turşusunun EPT
və DHT-na çevrilməsində çox böyük təsirə malikdir.
Balıqlar bu planktonları yeyəndə EPT və DHT baxı-
mından zənginləşirlər. Buna görə də balıq insan bədəni
üçün çox əhəmiyyət kəsb edən bu yağ turşularının
olması baxımından ən zəngin qidalardan hesab edilir.
Balıqdakı yağ turĢularının həyati
əhəmiyyətli faydası
Balıqdakı yağ turşularının əsas xüsusiyyəti isə bə-
dənin enerji istehsalına təsir göstərməsidir. Bu yağ tur-
şuları bədəndə oksigenə bağlanaraq elektron transferini
həyata keçirir və bədəndəki bəzi kimyəvi reaksiyaları
enerji ilə təmin edir. Buna görə də balıq yağı baxı-
mından zəngin qidaların yorğunluğun aradan qaldır-
masına, qavrayış gücünü və hərəkət qabiliyyətini
artırdığına dair dəlillər də var. Omeqa-3 insanın diqqət
qabiliyyətini də onun enerji səviyyəsi qədər artırır.
Balığın “zəka qidası” adlandırılmasının elmi əsası var,
çünki beyindəki yağın əsas tərkibi özündə omeqa-3
yağ turşularını ehtiva edən DHT-dır.
Ürək-damar sisteminin sağlamlığında
balığın əhəmiyyəti
Balığın tərkibində olan omeqa-3 yağ turşusu
qandakı xolesterolu, triqliseridi və qan təzyiqini aşağı
salır. Bu turşu ürəyin sağlam fəaliyyətini təmin etməsi
ilə məşhurdur. Triqliserid yağın bir növüdür,
134
tərkibindəki bol yağ və az protein baxımından LDL-yə
(pis xolesterola) oxşayır. Triqliseridin səviyyəsinin
artması xüsusilə xolesterolun səviyyəsi yüksələndə
ürək xəstəliyi riskini çoxaldır. Balıq yağları infarktdan
sonra anormal ürək döyüntülərini, həyatı təhdid edən
riskləri də azaldır.
ABŞ-ın Tibb Birliyinin apardığı bir araşdırma
göstərib ki, həftədə 5 dəfə balıq yeyən qadınlarda
infarkt keçirmə nisbəti 30%-ə qədər azalır. Bunun
balıq yağında olan omeqa-3 yağ turşularının qanın
daha az laxtalanmasına səbəb olmasından qaynaqlan-
dığı güman edilir. Qanın damarlarımızda adi sürəti
saatda 60 km-dir və qanın kifayət qədər duruluğu,
onun axınının, miqdarının, sürətinin normal səviyyədə
olması həyati əhəmiyyət kəsb edir. Qanımız üçün ən
böyük təhlükə – qanaxma kimi zəruri vəziyyətlər istis-
na olmaqla – laxtalanaraq duruluğunun azalmasıdır.
Balıq yağları qandakı trombositlərin (bədəndə qanax-
ma olanda qanı intensivləşdirən qan plakcıqları) bir-
birinə yapışmasına mane olaraq qanın laxtalanmasını
azaltmaqda da təsirlidir. Əks halda qanın qatılaşması
damarların daralmasına səbəb olur. Bu vəziyyət də
başda ürək, beyin, göz və böyrək olmaqla bədəndəki
bir çox orqanların qanla kifayət qədər yaxşı qidalanma-
masına, ləng çalışmasına və tədricən fəaliyyətini itir-
məsinə gətirib çıxarır. Məsələn, aorta qan damarının
laxtalanması nəticəsində damarların tıxanması infarkt,
iflic və ya başqa xəstəliklərin yaranmasına gətirib
çıxara bilər.
Omeqa-3 yağ turşuları eritrositlərin (qırmızı qan
hüceyrələri) daxilində oksigen daşıyan hemoqlobin
molekulunun istehsalında və hüceyrə zərindən keçən
135
qidalara nəzarət edilməsində də mühüm rol oynayır və
bədən üçün ziyanlı yağların zərərinin qarşısını alır.
Araşdırmalar balıqdakı omeqa-3 yağ turşularının in-
farkt riskini azaltdığını sübut edib.
Balığın yeni doğulan uĢaqların inkiĢafında rolu
Omeqa-3 yağ turşuları insan beyninin və retina-
sının əhəmiyyətli bir tərkibi olduğu üçün, xüsusilə təzə
doğulan uşaqların ehtiyacı ilə bağlı olan 10 ildə
mühüm tədqiqatların mövzusu olub. Omeqa-3 xüsusilə
hamiləlik dövrü boyunca və uşaqlıq dövrünün başlan-
ğıcında beyin və sinirlərin uyğun şəkildə inkişafı baxı-
mından çox əhəmiyyətlidir. Ana südü də təbii və mü-
kəmməl bir omeqa-3 anbarı olduğuna görə alimlər ana
südünün vacibliyini xüsusi vurğulayırlar.
Oynaqların sağlamlığına faydası
Revmatizm artrit xəstəliyində (revmatizmlə bağlı
oynaq iltihabı - enflamasionu) ən əhəmiyyətli risk
oynaqlarda yaranan aşınmanın qarşısıalınmaz bir təxri-
bata səbəb olmasıdır. Omeqa-3 yağ turşusu baxımın-
dan zəngin bir qidalanmanın artritin yaranmasına mane
olduğu, şişən və həssas oynaqlarda narahatlığın da
yüngülləşdiyi sübut olunmuşdur.
Beyinin və sinir sisteminin sağlam
fəaliyyəti üçün faydası
Omeqa-3 yağ turşusunun beyin və sinir sisteminin
sağlam
şəkildə çalışmasında təsirləri bir çox
tədqiqatlar nəticəsində təsdiq edilib. Həmçinin sübut
edilib ki, balıq yağının qəbul edilməsi depressiya və
136
şizofreniya əlamətlərini yüngülləşdirir, Altsheymer
xəstəliyinin (yaddaşın zəifləməsinə səbəb olan, gün-
dəlik yaşayış aktivliyinə mane olan bir beyin xəstəliyi)
qarşısını alır. Məsələn, depressiyaya məruz qalan və 12
həftə ərzində 1 q omeqa-3 yağ turşusu qəbul edən
adamlarda gərginlik, narahatlıq, kədər və yuxu
problemləri kimi əlamətlərin azaldığı sübut olunub.
Infeksiya narahatçılığına faydası, immunitet
Dostları ilə paylaş: |