Hava zərbə dalğası



Yüklə 140,69 Kb.
səhifə12/14
tarix11.12.2022
ölçüsü140,69 Kb.
#73837
1   ...   6   7   8   9   10   11   12   13   14
mm

Hərbi məqsədlər üçün bioloji vəsaitlər kimi istifadə olunurlar:
(1) İnsanlar üçün:

  • bakterial xəstəlik törədiciləri (taun, bruselyoz, tulyaremiya, sibir yarası, vəba, saqqo və s.);

  • viruslu xəstəlik törədiciləri (təbbi çiçək, sarı qızdırma və s.);

  • rikketsioz törədiciləri (səpmə tif, KU-qızdırma, xallı qızdırma və s.);

  • göbələk xəstəliyi törədiciləri (koksidioidomikoz, histoplazmoz və s.);

  • bakterial toksinlər (botulin toksini, stafilokok enteretoksini və s.).

(2) Heyvanlar üçün:

  • dabaq, mal çuması, donuz çuması, sibir yarası, saqqo xəstəliyi törədiciləri və s.

(3) Bitkilər üçün:

  • taxılın pas xəstəliyi törədiciləri;

  • kartof fitoftorazası;

  • kənd təsərrüfatı bitkiləri üçün zərərverici cücülər;

  • fitotoksikantlar, defoliantlar, herbisidlər və digər kimyəvi maddələr.

Bakterioloji (bioloji) zədələnmə ocağı
Bakterioloji (bioloji) silahın tətbiqi nəticəsində insanların, heyvanların və bitkilərin kütləvi şəkildə sıradan çıxdığı ərazi bakterioloji (bioloji) zədələnmə ocağı (BZO) adlanır.
BZO bakterioloji (bioloji) vəsaitin növü, xəstələnən (məhv olan) insanların, heyvanların və bitkilərin miqdarı, xəstəlik törədən mikrobların zərərverici xassələrini saxlama müddəti ilə xarakterizə olunur.
Yoluxucu xəstəliklərin qarşısını almaq məqsədilə karantin, yaxud observasiya təyin edilir.
Çox təhlükəli xəstəliklərin (taun, vəba, sibir yarası, yatalaq və s.) yayılmasında karantin təyin olunur. Karantin rejimi BZO-nun tam təcrid olunmasını nəzərdə tutur. Karantin təyin olunmuş rayonlardan əhalinin çıxmasına, heyvanların, kənd təsərrüfatı məhsullarının, əşyaların və s. çıxarılmasına qadağa qoyulur. Zəhərli əraziyə girmək üçün icazə müvafiq MM rəisinin sərəncamı ilə yalnız MM dəstələrinə, tibbi personala, müəyyən nəqliyyat vasitələrinə verilir. Karantin zonasının xarici sərhəddlərində silahlı mühafizə təşkil edilir.
Karantin zonasında «bölüşdürmə karantini» də tətbiq oluna bilər. Belə rejimdə əhali kiçik qruplara bölünür, onların mənzillərdən kənara çıxmalarına icazə verilmir.
Karantin zonasında xüsusi iş rejimi təyin olunur: tədris müəssisələrinin, bazarların və s. işi dayandırılır. Əhali fərdi mühafizə vasitələri ilə təmin edilir.
Observasiya bakterioloji zədələnmə ocağında epidemiyanın və epizootiyanın qarşısını almaq məqsədilə gücləndirilmiş tibbi nəzarətin həyata keçirilməsidir.

Yüklə 140,69 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin