Hava zərbə dalğası



Yüklə 140,69 Kb.
səhifə9/14
tarix11.12.2022
ölçüsü140,69 Kb.
#73837
1   ...   6   7   8   9   10   11   12   13   14
mm

İlk kömək:

  • zərərçəkmişə əleyhqaz geydirilir;

  • zəhərli atmosferdən çıxarılır;

  • isti çay verilir, sakitlik yaradılır, nəfəsalma yüngülləşdirilir;

  • tibbi məntəqəyə çatdırılır.

Mühafizə vasitələri: əleyhqazlar, süzücü-ventilyasiyaedici qurğu ilə təchiz olunmuş bağlı və hermetik texnikalar, sığınacaqlar.



Psixokimyəvi təsirli zəhərləyici maddələr


Tipik nümayəndəsi Bi-zet maddəsidir (şifri: BZ).
Bi-zet qoxusuz, ağ rəngli kristal maddədir. Suda pis, üzvi həlledicilərdə, turşulu suda yaxşı həll olur. Mərkəzi sinir sisteminə təsir edib psixoloji (qallusinasiya, qorxu, ruh düşkünlüyü), yaxud fiziki (korluq, karlıq, iflic) çatışmamazlıqlar törədir. Aerozol şəkilində tətbiq olunur. Qaynama temperaturu 322 0S, ərimə temperaturu 65 0S-dir. Uçucu deyil. Orqanizmə tənəffüs və qida yolları ilə təsir edir.
Zəhərlənmə əlamətləri
Zəhərlənmədən 0,5-1 saat sonra ilk əlamətlər görsənir: ürək döyüntüsü, dəridə və ağızda quruluq, bəbəklərin genişlənməsi, fikrin dolaşması, görmənin pisləşməsi, qusma müşahidə olunur. 8 saatdan sonra insan danışıq qabiliyyətini itirir, keyləşmə başlayır, «donmuş» vəziyyətdə olur və ətrafda olan dəyişiklərə reaksiya vermir. Daha sonra xəstəliyin həyəcanlanma dövrü adlanan ikinci dövrü başlayır. 4 gün davam edən bu dövrə boş-boşuna vurnuxma, fəaliyyətin qaydasızlığı, çox danışmaq xasdır, xəstə ilə kontakta girmək mümkün olmur. 2-4 gündən sonra xəstə tədricən normal vəziyyətə qayıtmağa başlayır.
Orta sıradançıxma toksadozası 0,1 mqdəq/l, öldürücü toksodoza LCt50 = 0,11 mqdəq/l -dir.

Yüklə 140,69 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin