Zərbədalğasınıninsanlaratəsiri İnsanlar zərbə dalğasının təsirindən yüngül, orta, ağır və çox ağır dərəcəli zədələr ala bilərlər:
Yungül zədələnmə izafi təzyiqin =0,2-0,4 kqq /sm2 ( =20-40 kPa) qiymətində baş verir. Yüngül zədələnmədə əzilmə, danışıq və eşitmə qabiliyyətinin pisləşməsi, oynaqların yerindən çıxması, kəllənin bağlı zədələnməsi müşahidə olunur. Müalicə 1–2 ay çəkir.
Orta zədələnmədə ( = 0,4-0,6 kqq/sm2) beynin zədələnməsi, qısamüddətli huşitirmələr, burundan, qulaqlardan, ağızdan qanaxma, sümüklərin sınması müşahidə olunur. Bütün zərərçəkənlər stasionar şəraitdə müalicə olunurlar. 2-3 aylıq müalicədən sonra zərərçəkənlərin çoxu sağalırlar.
Ağır zədələnmədə ( = 0,6-1 kqq/sm2) orta zədələnmənin əlamətləri daha güclü şəkildə müşahidə olunur, insanlarda uzunmüddətli huşitirmələr baş verə bilər. Zədə alanların təqribən 30%-i ölür.
Çox ağır zədələnmə ( > 1 kqq/sm2) əsasənölümlə nəticələnir.
Beynəlxalq normalara görə izafi təzüiqin ΔPf = 7 kPa qiyməti insan üçün təhlükəsiz hesab olunur.
İzafi təzyiqin 2 kPa qiymətindən başlayaraq, zərbə dalğası insanlara dolayı yolla da təsir edə bilər. Zərbə dalğasının dolayı yolla təsiri dedikdə, insanların uçan binaların, qurğuların, onların qırıntılarının, daş, şüşə parçalarının, qopmuş və havaya qaldırılmış böyük və kiçik əşyaların və s. təsirinə məruz qalması başa düşülür.
Zərbə dalğasının obyektlərə təsiri Zərbə dalğasının obyektlərə təsiri izafi təzyiqin qiymətindən, obyektin möhkəmliyindən, ölçülərindən və partlayışın mərkəzinə görə yerləşmə vəziyyətindən asılıdır.
Bina və qurğular zərbə dalğasının təsirindən zəif, orta, güclü və tam dağılmalara məruz qalırlar.
Binaların zəif dağılmasında qapı və pəncərələrin yanları, arakəsmələr dağılır, orta dərəcəli dağılmada arakəsmələr, dam örtüyü, qapı və pəncərələrin yanları dağılır, divarlarda çatlar əmələ gəlir, güclü dağılmada yuxarı mərtəbələdə divarların bir hissəsinin və damın, aşağı mərtədələrdə isə damın deformasiyası, divarda çatların əmələ gəlməsi baş verir.