Hava zərbə dalğası



Yüklə 140,69 Kb.
səhifə4/14
tarix11.12.2022
ölçüsü140,69 Kb.
#73837
1   2   3   4   5   6   7   8   9   ...   14
mm

İşıq şüalanmasının obyektlərə təsiri
İşıq şüalanmasının obyektlərə təsiri nəticəsində onlarda baş verən yanğınlar bəzən, zərbə dalğasının təsiri ilə müqasiyədə daha çox itkilərə səbəb olur. Obyektdə yanğının əmələ gəlməsi ilk növbədə, partlayışın növündən və gücündən, partlayışla obyekt arasındakı məsafədən, obyektin elementlərinin alovlanma qabiliyyətindən asılıdır. Bundan başqa, işıq şüalarının təsirindən obyektlərdə yanğının əmələ gəlməsi və yayılması bina və qurğuların odadavamlılıq dərəcəsindən, istehsalatın yanğın təhlükəliliyindən, obyektin ərazisində olan tikililərin sıxlığından (yaxud bina və qurğuların aralarındakı məsafədən), meteorologi şəraitdən, zərbə dalğasının təsirindən bina və qurğuların dağılma dərəcəsindən və s. amillərdən asılıdır.


Yerin radioaktiv zəhərlənməsi
Nüvə partlayışında yerin radioaktiv zəhərlənməsi aşağıdakı mənbələr hesabına yaranır:

  • nüvə yanacağının bölünmə məhsulları (β- və γ-şüalanma mənbələri);

  • partlayış zamanı nüvə yanacağının bölünməyən hissəsi (α-şüalanma məbəsi). Partlayış xarakterli bölünmə reaksiyasında yanacağın təqribən, 20 %-i iştirak edir, qalan hissəsi isə yayılaraq ətraf ərazini çirkləndirir;

  • torpaqda və digər materiallarda neytronların təsirindən yaranan radioaktiv izotoplar (keçirilmiş aktivlik). Neytronların təsirindən torpağın tərkibində parçalandıqda β- və γ-şüaları buraxan alüminium-28, manqan-56, natrium24, dəmir-59 və s. radioaktiv izotoplar yaranır.

Nüvə partlayısında yaranan radioaktiv bulud torpaqla birlikdə yuxarı qalxıb külək istiqamətində yerə tökülərək yer səthinin (obyektlərin) radioaktiv zəhərlənməsinə səbəb olur.
Radioaktiv buludun izini 4 zonaya bölmək qəbul olunub:

  • A zonası – mülayim zəhərlənmə zonası;

  • B zonası – güclü zəhərlənmə zonası;

  • V zonası – təhlükəli zəhərlənmə zonası;

  • Q zonası – çox təhlükəli zəhərlənmə zonası.

Nüvə partlayışı nəticəsində yaranmış radiasiya şəraiti xəritədə aşağıdakı kimi göstərilir:












Yüklə 140,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin