Metallaşdırılmış yandırıcı qarışıqlar toz, yaxud yonqar şəkilli maqnezium, alüminium, oksidləşdiricilər, maye asfalt və ağır yağlar əlavə edilmiş neft məhsullarıdırlar (pirogellər). Pirogel boz rəngli alışqan pastadır, yandıqda 1600–2000 0S temperatur yaradır.
Təmiz termit alüminiumun dəmir oksidi ilə qarışığıdır.
Termit qarışıqları (termitli tərkiblər) termitdən, oksidləşdiricilərdən və birləşdirici komponentlərdən ibarətdirlər. Termit və termitli tərkiblərdə olan bir metal oksidinin digər metalla qarşılıqlı təsiri nəticəsində 3000 0S temperaturlu istilik enerjisi ayrılır.
Elektron – maqniziumun (96%), alüminiumun (3%) və digər elementlərin (1%) qarışığıdır. 600 0S temperaturda alışır, göz qamaşdırıcı ağ yaxud mavi rəngli alovla yanır və 2800 0S–yə qədər istilik yaradır.
Ağ fosfor – bərk, mum şəkilli, zəhərli maddədir. Mədəyə düşdükdə 0,1mq ağ fosfor insan üçün öldürücü dozadır. Ağ fosfor havada öz-özünə alışır, yandıqda böyük miqdarda zəhərli ağ tüstü ayırır, 1000 0S temperatur yaradır.
Plastikləşdirilmiş ağ fosfor sintetik kauçukdan və ağ fosfor hissəciklərindən ibarət olan plastik kütlədir. Saxlanmağa davamlıdır.
Qələvi metal – natrium ağ rəngli plastik metaldır. Havada öz-özünə yanır və 1300 0S istilik verir.
Öz-özünə alovlanan yandırıcı qarışıqlara poliizobutilenlə qatılaşdırılmış üç-etilalüminium və digər metal-üzvi biləşmələr aiddirlər. Bu qarışıqlar havada öz-özünə alovlanırlar.