Hava zərbə dalğası



Yüklə 140,69 Kb.
səhifə8/14
tarix11.12.2022
ölçüsü140,69 Kb.
#73837
1   ...   4   5   6   7   8   9   10   11   ...   14
mm

Zəhərlənmə əlamətləri: əvvəlcə ağızda metal dadı, boğazın cızılması hissi, zəiflik, başgicəllənmə, ürəkbulanması, qusma, danışıq çətinliyi müşahidə olunur, sonra qorxu hissi yaranır, bəbəklər genişlənir, nəbzin tezliyi azalır, nəfəsalma ritmi pozulur, titrəmə baş verir, xəstəni iflic vurur. Ölüm nəfəsin dayanmasından baş verir.
İlk kömək:
- zəhərlənənə əleyhqaz geydirib antidotlu (amilpropilnitrit) ampulanı şlem-maskanın altına qoyub əzmək;
- süni nəfəs vermək ;
- zərərçəkmişi tibb məntəqəsinə çatdırmaq.
Mühafizə vasitələri: əleyhqazlar, süzücü-ventilyasiyaedici qurğu ilə təchiz olunmuş bağlı və hermetik texnikalar, sığınacaqlar.


Boğucu təsirli zəhərləyici maddələr


Tipik nümayəndəsi fosgendir.
Fosgen (CG) rəngsiz, çürümüş ot yaxud çürümüş alma qoxusu verən qazdır. Qaynama temperaturu 8 0S, donma temperaturu (-126) 0S-dir. Böyük uçuculuq qabiliyyətinə malikdir.
Fosgen orqanizmə tənəffüs üzvləri vasitəsilə təsir edir. Zəhərlənmənin ilk əlamətləri 4-15 saatdan sonra (gizli dövr) görsənir. Fosgenin qatılığı 0,022 mq/l olan havada 30 dəq nəfəs almaq insan üçün ölümlə nəticələnir. Öldürücü toksodozası 3,3 mqdəq/l-dir.
Fosgenin dayanıqlığı yayda 15-20 dəq, qışda isə 1 saat və çox olur.
Zəhərlənmə əlamətləri: gözün qıcıqlanması, göz yaşının axması, ağızda şirin dad, baş gicəllənməsi, ümumi zəiflik, öskürmə, sinə sıxıntısı, ürək bulanması, qusma. Zəhərli havadan çıxdıqdan sonra zərərçəkmiş özünü yaxşı hiss edir. Daha sonra təngənəfəslik, güclü öskürək, baş ağrısı, nəbzin tezliyinin artması, dodaqların, üzün, burnun göyərməsi, zəiflik, ürək nahiyəsində ağrılar, boğulma baş verir. Bədənin temperaturu 38-39 0S-yə çatır. Ağ ciyərin şişməsi bir neçə gün davam edir və adətən, ölümlə nəticələnir.

Yüklə 140,69 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin