Yerin prqnozlaşdırılmış radioaktiv zəhərlənmə zonaları:
A – mülayim zəhərlənmə zonası; B – güclü; V – təhlükəli; Q – çox təhlükəli
Yerin faktiki radioaktiv zəhərlənmə zonaları:
Q – çox təhlükəli; V – təhlükəli; B – güclü; A – mülayim zəhərlənmə zonası
Yerin radioaktiv zəhərlənməsinin xarakterik xüsusiyyətlərindən biri radioaktiv maddələrin parçalanması nəticəsində radiasiya səviyyəsinin vaxt keçdikcə azalmasıdır:
və ya ,
harada Pt – nüvə partlayışından t saat sonra olan radiasiya səviyyəsidir;
– radiasiya səviyyəsinin partlayışdan sonrakı müxtəlif vaxtlara hesablanması üçün əmsaldır.
Kimyəvi silah
Kimyəvi silah zəhərləyici maddələr və onların tətbiq vəsaitləridir.
Zəhərləyici maddələr (ZM-lər) canlı qüvvəni sıradan çıxaran, məhv edən, müxtəlif təsir xarakterinə malik olan yüksək toksiki maddələrdir.
ZM-lər fiziki, kimyəvi, toksiki xassələrinə, taktiki və tədris-metodiki cəhətlərinə görə təsnif olunurlar.
ZM-lər insan orqanizminə toksioloji təsirinə görə altı qrupa bölünürlər: əsəb-iflic, ümumi zəhərli, dəridə yaraaçan, boğucu, psixokimyəvi və qıcıqlandırıcı təsirli zəhərləyici maddələr.
Əsəb-iflic təsirli zəhərləyici maddələr
Bu qrupa V-qazlar, zarin və zoman növlü fosfor-üzvi ZM-lər daxildirlər. Bunlar mərkəzi sinir sisteminə tez bir zamanda təsir edən, yüksək toksiki zəhərləyici maddələrdir. İnsanlara nəfəs və qida yolları ilə, dəridən keçməklə təsir edirlər. Bu ZM-lərin orqanizmə toksiki təsir mexanizmi onların hüceyrələrdə gedən reaksiyaya təsiri ilə, yəni onların xolinesterazın aktivliyini məhdudlaşdırması, onun asetilxolinlə reaksiyasına mane olması ilə izah olunur.
V-qazlar, zarin və zoman rəngsiz, iysiz mayedirlər.
Qaynama tempraturu: V-qazlar üçün 300 0S, zoman üçün 190 0S, zarin üçün isə 151 0S-dir.
Döyüşdə aerozol, yaxud damcı-maye halında tətbiq edilirlər.
Dostları ilə paylaş: |