HeydəR ƏLİyev fondu miLLİ yaddaşin keşİYİNDƏ II ciLD



Yüklə 66.91 Kb.
Pdf просмотр
səhifə11/15
tarix23.12.2016
ölçüsü66.91 Kb.
1   ...   7   8   9   10   11   12   13   14   15
ətlərinin, habelə sosial­siyasi, fəlsəfi qiraətlərin keçirilməsi təklif olunmuşdur. 
2009­cu il iyun ayının 16­da Heydər Əliyev Fondunun Moskva nümayən-
dəliyinin  başçısı  Leyla  Əliyevanın  rəhbərlik  etdiyi  Rusiyanın  Azərbaycanlı 
Gənclər Təşkilatı (RAGT) hər il iyunun 14­də qeyd olunan Ümumdünya Qan 
Donoru gününə həsr edilmiş “Qanın milliyyəti yoxdur” adlı növbəti xeyriyyə 
aksiyasını keçirmişdir. 
RAGT İ.M.Seçenov adına Moskva Tibb Akademiyasının (MTA) Azərbay-
canlı Gənclər Klubunun dəstəyi ilə “Qanın milliyyəti yoxdur, həyat bəxş elə – 

138
donor ol!” devizi altında qanvermə xeyriyyə aksiyasına start vermişdir. Aksiya 
paytaxtın ali məktəblərindəki azərbaycanlı tələbə klublarının iştirakı ilə Seçe-
nov adına MTA­nın həmyerlimiz Əliheydər Rəhimovun başçılıq etdiyi kliniki 
hematologiya  və  transfuziologiya  kafedrasında  keçirilmişdir.  Təxminən  100­
dək azərbaycanlı tələbə hemofiliya, talassemiya və digər qan xəstəliklərindən 
əziyyət çəkənlər üçün qan vermişlər. 
Heydər Əliyev Fondu dini dəyərlərə böyük hörmətlə yanaşan və tollerant-
lığa əsaslanan bu dəyərlərin yayılması işində fəal mövqe nümayiş etdirən bir 
qurum  kimi  tanınmışdır.  Ölkəmizdə  əsas  din  islam  dinidir,  əhalinin  böyük 
əksəriyyəti bu dinə etiqad edir, buna baxmayaraq, Azərbaycanda islamla bəra-
bər bütün dinlərə böyük hörmət və ehtiram bəslənilir, bütün dindarlar bərabər 
hüquqlara malikdirlər. Xüsusən son illərdə Azərbaycanda müsəlman məscidləri 
ilə yanaşı, kilsələr, məbədlər, sinaqoqlar da tikilir və bərpa edilir. Məlumdur ki, 
Bakıda katolik kostyolu tikilmişdir. Onun planı şəxsən Roma Papası ilə razılaş-
dırılmışdır. Buna görə də deyə bilərik ki, bu gün Azərbaycan cəmiyyəti həm-
rəylik, sülh, qarşılıqlı hörmət və tolerantlıq şəraitində yaşayır.
2009­cu  il  sentyabr  ayının  16­da  Moskva  hökumətinin,  “Nadejda”  Mədə-
niyyət və Təhsil Fondunun, habelə Azərbaycan Respublikasının Rusiya Fede-
rasiyasındakı səfirliyinin dəstəyi ilə Rusiya Müftilər Şurası və Rusiyanın Azər-
baycanlı Gənclər Təşkilatı (RAGT) tərəfindən “Poklonnaya Qora”da yerləşən 
məscidin yaxınlığında açılmış “Ramazan çadırı”nda iftar süfrəsi açılaraq Azər-
baycan Respublikası gecəsi keçirilmişdir. 
Rusiyanın  bütün  regionlarında  gənclər  RAGT­ın  yaradılmasını  və  irimiq-
yaslı fəaliyyətini alqışlayırlar. Ulu Öndər diasporumuzun problemlərinə həmişə 
çox diqqətlə yanaşırdı. Dünya Azərbaycanlılarının I qurultayı Heydər Əliyevin 
təşəbbüsü  və  iştirakı  ilə  keçirilmişdir.  Bu  gün  həmin  xətti Azərbaycan  Prezi-
denti İlham Əliyev uğurla davam etdirir və təkcə Rusiyada deyil, bütün dün-
yada Azərbaycan diasporu ilə bağlı məsələləri diqqət mərkəzində saxlayır. 
Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəsi Rusiyada 
təhsil alan həmvətənlərimizin daima diqqət və qayğı altında saxlayır və onlarla 
mütəmadi  olaraq  görüşlər  keçirtməkdədir.  Belə  görüşlərdən  biri  də  2009­cu 
il  oktyabr  ayının  28­də  Moskvada,  “Yunost”  mehmanxanasında  Heydər  Əli-
yev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri, Rusiyanın 
Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla Əliyevanın Moskvanın 
və Rusiya regionlarının ali təhsil məktəblərinin azərbaycanlı birinci kurs tələ-
bələri ilə görüşü olmuşdur.
RAGT­ın sədri Leyla Əliyeva ali təhsil ocaqlarında tədris ilinin başlaması 
münasibətilə onları təbrik edərək bildirmişdir ki, Rusiya ali məktəblərində təh-
sil almaq imkanı onların gələcəyini qurmaq üçün güclü başlanğıc, əsaslı baza-
dır. Təkcə təhsil prosesi deyil, öz nəslinin nümayəndələri ilə ünsiyyət, dostluq, 

139
həmrəylik, dostların və mehriban insanların dəstəyini və qayğısını hiss etmək 
də  vacibdir.  Rusiyanın Azərbaycanlı  Gənclər  Təşkilatının  məhz  bu  məqsədlə 
yaradıldığını  xüsusi  vurğulayan  Leyla  Əliyeva,  qurumun  Rusiyanın  60  regio-
nundan gənclərin iştirakı ilə keçirilən təsis qurultayından ətraflı söhbət açmışdır. 
Gənclər təşkilatının başçısı bildirmişdir ki, RAGT fəal və uğurlu iş aparır. 
O demişdir: “Gənclərimizin ünsiyyət saxlamaları, müsabiqələrdə iştirak etmə­
ləri,  maraqlı  xəbərlərin  müzakirələrinə  qatılmaları  üçün  qurumun  saytı  yara-
dılmışdır. RAGT Rusiya ali məktəblərinin rəhbərliyi ilə yaxından əməkdaşlıq 
edir. Onların əksəriyyətində, özü də təkcə Moskvada deyil, Rusiyanın bir çox 
regionlarında  da  azərbaycanlı  tələbə  klubları  artıq  fəaliyyət  göstərir  və  açıl-
maqdadır. Hərəkatımız daim inkişaf edir, dostlarımızın və məsləkdaşlarımızın 
sayı getdikcə artır. Məqsədimiz Rusiyada yaşayan gənclərimizin Azərbaycanın 
zəngin mədəniyyətini, qədim tarixini, milli ənənələrini layiqincə təmsil etmələ-
rinə nail olmaqdır”. Leyla Əliyeva diqqəti belə bir fakta yönəltmişdir ki, hər 
il Rusiyanın bir çox ali məktəblərində Azərbaycan mədəniyyəti və tolerantlıq 
günləri,  həftələri,  konfranslar  keçirilir,  konsertlər,  fotosərgilər  təşkil  olunur. 
RAGT hər il Xocalı faciəsinə həsr olunmuş konfranslar keçirir. 
RAGT­ın  xeyriyyəçiliyə  böyük  diqqət  yetirdiyini  bildirən  Leyla  Əliyeva 
iki dəfə təşkil olunmuş və indən belə hər il keçiriləcək “Qanın milləti yoxdur” 
aksiyasını, gənclərin uşaq evlərinə, qocalar və əlillər üçün evlərə baş çəkdiklə-
rini xatırlatmışdır. O demişdir: “Heç şübhəsiz, gənclərin idman və intellektual 
nailiyyətləri, ŞHK komandalarının çıxışları, nərd turnirləri, “Nə? Harada? Nə 
vaxt?” oyunu qurumun diqqət mərkəzindədir. Baharın sonunda Heydər Əliyev 
kuboku  uğrunda  mini­futbol çempionatı keçirmişik. Çempionatda Moskvanın 
16 ali məktəbi iştirak etmişdir. Bu turnir hər il keçiriləcəkdir”. 
Azərbaycan  dili,  tarixi,  ədəbiyyatı,  milli  rəqsləri  siniflərinin,  habelə  Mos-
kvada Azərbaycan  məktəbinin  açılması  planlarından  söz  açan  Leyla  Əliyeva 
demişdir: “Bugünkü görüş belə bir əminlik yaradır ki, biz vahid komanda ola 
bilərik və birlikdə xeyli faydalı və xeyirxah iş görə bilərik, çünki sıralarımız 
getdikcə genişlənir. Təkcə Moskvada RAGT üzvlərinin sayı artıq mini ötmüş-
dür, bütün Rusiyada isə minlərlə məsləkdaşımız vardır. RAGT qurumun üzvü 
olan və olmayan azərbaycanlı gənclərin hamısına kömək etməyə hazırdır. Biz 
bütün  ideyalarınızı,  təşəbbüsləri  dəstəkləməyə  hazırıq.  Tələbələrimiz  üçün 
əlavə  stimul  kimi  əlaçıların  mükafat  fondunu  təsis  etmişik.  Mükafatlar  təhsil 
ilinin sonunda veriləcəkdir”. 
MDBMİ­nin  xarici  tələbələrin  təhsili  kafedrasının  dekanı  Vladimir  Şış-
kin, Seçenov adına Moskva Tibb Akademiyasının prorektoru Renat Alyautdin, 
Moskva  Dövlət  Hüquq  Akademiyasının  beynəlxalq  əlaqələr  şöbəsinin  rəisi 

140
Nikolay Molçanov çıxış edərək, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının 
və  ali  məktəblərdəki  azərbaycanlı  tələbə  klublarının  fəaliyyətini  yüksək  qiy-
mətləndirmişlər. 
V.Şışkin  bildirmişdir  ki,  RAGT  Azərbaycan  mədəniy­yətini,  milli  adət­ 
ənənələrini və xalqımızın həyatını rusiyalılara daha yaxşı çatdırmaq üçün bun-
dan da çox iş görə bilər. O demişdir: “RAGT­nin fəaliyyəti bu yolda tədricən 
bərpa olunan beynəlmiləlçilik ideyasının təcəssümüdür”. 
2009­cu il noyabr ayının 27­də Moskvadakı “Manej” Mərkəzi Sərgi Salo-
nunda məşhur fotorəssam Georgi Pinxasovun “Bakıya məhəbbətlə” adlı fo to­
sərgisinin təntənəli açılış mərasimi olmuşdur. Fotosərgini “Baku” jurnalı “Mos-
kovski dom fotoqrafii” muzeyi, Moskva Hökuməti və Moskvanın Mədəniyyət 
Departamenti ilə birlikdə təşkil etmişdir. 
Moskva fotoqrafiya evinin direktoru Olqa Sviblova gecəni layihənin təşəb-
büskarı olan “Baku” jurnalının bayramı adlandırmışdır. 
“Baku”  jurnalının  baş  redaktoru,  Heydər  Əliyev  Fondunun  Rusiya  Fede-
rasiyasındakı nümayəndəliyinin başçısı, Rusiyanın Azərbaycanlı Gənclər Təş-
kilatının (RAGT) sədri Leyla Əliyeva tədbiri açaraq demişdir: “Artıq iki ildir 
“Baku” jurnalını təsis etmişik. İstəyirik ki, o, şəhərimizin misilsiz ab­havasını 
hiss etməkdə və sevməkdə oxuculara kömək etsin. Jurnalımızın səhifələrində 
ölkəmizin  və  paytaxtımızın  müasir  simasında  mədəniyyətdən,  adət­ənənələri­
mizdən  və  tariximizdən  söhbət  açırıq.  Ən  başlıcası  isə  qeyri­adi  taleyi  olan 
böyük insanlardan, böyük istedad və zəka sahiblərindən, habelə sadə, eyni za­
manda çox maraqlı taleyi olan insanlardan danışırıq. Bir sözlə, biz bakılılardan 
danışırıq. Biz bakılılar öz şəhərimizi hədsiz sevdiyimiz üçün, onun barəsində 
həmişə məhəbbətlə söz açırıq. Bugünkü gecə bunu təsdiq edir.
Bakının alleqorik adları çoxdur: “Küləklər şəhəri”, “Odlar yurdu”, “Xəzərin 
incisi” və s. Azərbaycanın paytaxtı haqqında deyilən bütün bu sözlər həqiqət-
dir. Bakı çox müxtəlifdir: burada qədimlik və müasirlik, geniş prospektlər və 
dar,  dolanbac  küçələr,  Qız  qalası  və  ultramüasir  tikililər,  urbanizasiyaya  aid 
tipik mənzərələr və ənənəvi həyat tərzi yanaşıdır. Bakı, əslində, bütün iri şəhər-
lər  kimi  bəzən  hay­küylü,  tələskən  və  narahat,  eyni  zamanda  çoxəsrlik  tarixi 
ilə cəzb edən sirli­sehrli möhtəşəm bir şəhərdir. Bakı haqqında saatlarla danışa 
bilərəm,  lakin  “yüz  dəfə  eşitməkdənsə,  bir  dəfə  görmək  yaxşıdır”  məsəli  ilə 
tam razıyam”.  
Tanınmış fotorəssam, məşhur “Maqnum Fotos” agentliyində çalışan yeganə 
rusiyalı  maestro  Georgi  Pinxasov  bildirmişdir  ki,  Bakı  həqiqətən  çox  gözəl, 
günəşli və ecazkar şəhərdir və o, hamını buna inandırmağa çalışmışdır. Dünya 
şöhrətli  foto  ustası  demişdir:  “Əgər  buna  nail  olmuşamsa,  çox  xoşbəxtəm”. 

141
Onun sözlərinə görə, ilk dəfə Bakıda 1976­cı ildə olsa da, burada qısa müddət 
işləmişdir. G. Pinxasov demişdir: “Bu, may ayında 10 gün çəkən çox qısa dövr 
idi. Düşündüklərimi həyata keçirə bilməyəcəyim məni çox həyəcanlandırırdı. 
Lakin gördüyünüz kimi, artıq nəticə vardır və bu uğur təkcə mənə aid deyildir. 
Mən “Baku” jurnalına, özündə bu layihəni həyata keçirmək cəsarəti tapmış baş 
redaktor Leyla Əliyevaya və həmin layihədə iştirak edən bütün insanlara min-
nətdarlığımı bildirmək istəyirəm”. 
Fotosərgidə Bakı baharını əks etdirən 60 əsər nümayiş etdirilmişdir. Rusiya 
ictimaiyyəti  tanınmış  ustadın  qayğı  və  məhəbbətlə  yaratdığı  fotoşəkillərdə 
Azərbaycan paytaxtının gözəlliyini “Baku” jurnalının sayəsində duya bilmişlər. 
2009­cu  il  noyabr  ayının  28­də  Heydər  Əliyev  Fondunun  Rusiya  Federa-
siyasındakı  nümayəndəliyi  Moskvada  Rusiya  Müftiləri  Şurası  ilə  birlikdə 
müqəddəs Qurban Bayramı münasibətilə xeyriyyə tədbiri keçirmişdir. 
Fondun  və  Şuranın  nümayəndələri  43  nömrəli  ixtisaslaşdırılmış  uşaq 
evinə, azərbaycanlı və rus müharibə veteranlarının yaşadıqları evlərə qurban 
əti paylamışlar. 
Uşaq  evinin  rəhbərliyi  Heydər  Əliyev  Fondunun  Rusiya  Federasiyasın-
dakı Nümayəndəliyinin rəhbəri Leyla Əliyevaya və qurumun nümayəndələrinə 
uşaqlara  göstərilən  qayğı  və  diqqətə  görə  dərin  minnətdarlığını  bildirmiş,  bu 
xeyriyyə tədbirini humanizm, mərhəmət və qayğı aksiyası kimi qiymətləndir-
mişdir. Qeyd edilmişdir ki, aksiya yüksək mənəvi ideallara gözəl nümunədir və 
mənəvi əlaqələrimizi möhkəmləndirir. 
2009­cu  il  noyabrın  30­da  Rusiyanın  Azərbaycanlı  Gənclər  Təşkilatı  – 
RAGT İ.M.Seçenov adına Moskva Tibb Akademiyasının Azərbaycan klubunun 
köməyi ilə “Sağlamlığına əmin ol, xəstəliyə yox de!” devizi altında xeyriyyə 
aksiyası keçirmişdir. 
Piroqov  adına  Rusiya  Tibb  Universitetinin  urologiya  kafedrasının  profes-
soru Səfər Həmidovun başçılıq etdiyi “İntelMed” özəl klinikasında həmvətən-
lərimiz və rusiyalılar pulsuz müayinə olunmuşlar. Aksiya RAGT­ın Azərbaycan 
klubları  nümayəndələrinin  klinikanın  həkimləri  tərəfindən  hərtərəfli  müayinə 
olunması  məqsədi  daşımışdır.  Yüksək  ixtisaslı  həkimlərin  (uroloq,  terapevt, 
dermatoloq,  stomatoloq,  kardioloq,  endokrinoloq,  bütün  orqanların  ultrasəs 
müayinəsi, periferiya damarlarının dupleks skanlaşdırılması, Exo­KQ və EKQ) 
müayinəsindən 70­dən yuxarı aksiya iştirakçısı keçmişdir. 
İ.M.Seçenov adına Moskva Tibb Akademiyasının aspirantı, RAGT­ın nə za rət­
təftiş komissiyasının üzvü Samir Əliyev bildirmişdir ki, aksiya RAGT­ın sədri, 
Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin başçısı Leyla Əliyeva-
nın rəhbərliyi və dəstəyi ilə təşkil olunmuşdur. O bildirmişdir ki, Azərbaycan 
gənclərinin  sağlamlığına  qayğı  göstərilməsi  RAGT­ın  xüsusi  diqqət  yetirdiyi 
prioritet istiqamətlərdən biridir. 

142
Bu aksiya gənclər təşkilatının hamı üçün açıq olduğunu bir daha nümayiş 
etdirmişdir.  Həm  həmvətənlərimiz,  həm  də  Rusiya  vətəndaşları  pulsuz  müa-
yinə olunmaq imkanı qazanmışdırlar. Hər bir aksiya iştirakçısı bir neçə həkim 
tərəfindən  müayinə  olundu  və  ixtisaslı  məsləhətlər  aldı.  Həmin  gün  200­dək 
müxtəlif tibbi müayinə aparılmışdı. 
Şübhəsiz,  Rusiyanın  tibb  və  səhiyyə  sahəsində  xeyli  azərbaycanlı  həkimin 
çalışması, onların böyük uğurlar qazanması və yüksək peşəkar səviyyədə iş lə­
məsi əlamətdar faktdır. Hazırda Azərbaycanda başqa sahələrlə yanaşı, səhiyyə 
və  tibb  sahəsi  də  fəal  inkişaf  edir  –  son  texniki  avadanlıqla  təchiz  edilmiş 
yeni xəstəxanalar, poliklinikalar, tibbi mərkəzlər tikilir. Rusiya və Azərbayca-
nın tibb və səhiyyə işçiləri arasında təcrübə mübadiləsi və daimi əlaqələr bu 
baxımdan  xüsusi  əhəmiyyət  kəsb  edir  və  Heydər  Əliyev  Fondunun  RF­dəki 
nümayəndəliyi ilə sıx əməkdaşlıq bu məsələnin həlli ilə əlaqədar münasibətlə-
rin inkişafına təkan verir.
2009­cu  il  dekabrın  3­də Azərbaycanın  Rusiyadakı  səfirliyində  Rusiyanın 
səhiyyə  və  tibb  sistemində  işləyən  azərbaycanlılarla  görüş  olmuşdur.  Heydər 
Əliyev  Fondunun  RF­dəki  nümayəndəliyi,  Rusiyanın  Azərbaycanlı  Gənclər 
Təşkilatı  (RAGT)  və  ölkəmizin  Rusiyadakı  səfirliyi  tərəfindən  təşkil  edilmiş 
tədbirdə səhiyyə sahəsinin 50­yə yaxın işçisi iştirak etmişdir. 
Heydər  Əliyev  Fondunun  RF­dəki  nümayəndəliyinin  rəhbəri,  RAGT­nin 
sədri Leyla Əliyeva çıxışında peşəsi insan həyatını xilas etmək olan adamlarla 
görüşlərin xüsusi əhəmiyyətini vurğulamışdır. O, görüş iştirakçılarına müraciət 
edərək demişdir: “Siz insanlara ümid bəxş edir, onlara böyük kömək göstərir-
siniz. Həkim peşəsi ən mühüm və məsul peşələrdən biri olmaqla bərabər, həm 
də ən vacib və ən çox ehtiyac olan peşələrdən biridir. Bu nəcib işinizə görə sizə 
təşəkkür edirəm”. 
Leyla  Əliyeva  Heydər  Əliyev  Fondunun  RF­dəki  nümayəndəliyinin geniş 
fəaliyyəti  haqqında  məlumat  vermişdir.  Onun  sözlərinə  görə,  Heydər  Əliyev 
Fondunun  Rusiyadakı  nümayəndəliyinin  yaradılmasından  iki  ildən  çox  keçir. 
Bu müddətdə mədəniyyət, elm, idman və təhsil sahələrində fəal iş aparılmış-
dır  və  indi  də  aparılır,  lakin  Fondun  fəaliyyətinin  əsas  istiqamətlərindən  biri, 
heç şübhəsiz, səhiyyə sahəsidir. Leyla Əliyeva xüsusi vurğulamışdır ki, Heydər 
Əliyev Fondu Azərbaycanda həm müstəqil şəkildə, həm də Səhiyyə Nazirliyi 
ilə birgə müxtəlif proqramlar və layihələr işləyib hazırlayır və həyata keçirir, 
xüsusi qayğıya ehtiyacı olan insanlara, ən zəif müdafiə olunan sosial qruplara – 
uşaqlara, yeniyetmələrə, habelə uşaq evlərinə, qocalar evlərinə, qaçqın və məc-
buri  köçkün  ailələrinə,  aztəminatlı  ailələrə  və  müxtəlif  xəstəliklərdən  əziyyət 
çəkən uşaqlara kömək edir. 
Leyla Əliyeva Heydər Əliyev Fondunun fəaliyyətinin tibbi istiqaməti barədə 
məlumat  vermiş  və  bu  sahədə  bir  neçə  layihənin  adını  çəkmişdir.  Məsələn,  

143
o qeyd etmişdir ki, Fond 2004­cü ildən “Şəkərli diabetdən əziyyət çəkən uşaq-
lara ən yüksək qayğı” proqramını həyata keçirir. Bu proqram çərçivəsində yaş-
lılara da ciddi kömək göstərilir; 2005­ci ilin fevralından “Talassemiyasız həyat 
naminə”  proqramı  həyata  keçirilir,  Bakıda  müasir  Talassemiya  Mərkəzi  tiki-
lib  istifadəyə  verilmişdir;  yeni  səhiyyə  obyektləri  tikilir,  mövcud  müəssisələr 
yenidən qurulur, bu il Uşaq Psixonevroloji Mərkəzi açılmışdır; Xəzər rayonu-
nun Türkan qəsəbəsindəki poliklinika, Şüvəlan qəsəbəsindəki xəstəxana, Zirə 
qəsəbəsindəki  müalicə­diaqnostika  mərkəzi  təmir  edilmiş  və  lazımi  avadan-
lıqla təchiz olunmuşdur, 2008­ci ilin aprelində Qala qəsəbəsində müasir tibb 
mərkəzi tikilmişdir, 2007­2009­cu illərdə “Təbəssüm” uşaq sanatoriyası əsaslı 
təmir  edilmiş,  avadanlıqla  təchiz  olunmuş,  bir  sıra  digər  işlər  görülmüşdür. 
Heydər Əliyev Fondu dünyanın bir sıra məşhur şirkətləri ilə əməkdaşlığı inki-
şaf etdirir və genişləndirir. 
Beş il müddətində Heydər Əliyev Fondu tərəfindən Azərbaycanın 10 min-
dən çox sakininə tibbi yardım göstərilmiş, 763 cərrahiyyə əməliyyatı aparılmış, 
100­ə yaxın xəstə müayinə və müalicə üçün xaricə göndərilmişdir. Leyla Əli-
yeva demişdir: “İstərdik ki, ümumiyyətlə xəstələr olmasın, lakin təəssüf ki, bu 
mümkün deyil. Heydər Əliyev Fondu əldə edilən nailiyyətlərlə kifayətlənmək 
fikrində deyil, o, bütün dünyada, o cümlədən Rusiyada yaşayan azərbaycanlı-
lara kömək göstərməkdə davam edəcəkdir”. 
Heydər Əliyev Fondunun RF­dəki nümayəndəliyinin rəhbəri Leyla Əliyeva 
Rusiya tibbi ictimaiyyətinin nümayəndələrinə fəxri fərmanlar təqdim etmişdir. 
Səhiyyə və təhsil sisteminin görkəmli işçilərinə – professorlara, akademiklərə, 
praktiki  həkimlərə,  habelə  tibb  sahəsində  perspektivli  gənc  mütəxəssislərə 
“Kadrların hazırlanmasına və RAGT­nin humanitar aksiyalarının təşkilinə fəal 
kömək etdiklərinə görə” təşəkkür edilmişdir. Təşəkkürnaməyə layiq görülənlər 
arasında  akademik  Valeri  Sandrikov,  Dövlət  Dumasının  Sağlamlığın  Qorun-
ması Komitəsinin sədrinin köməkçisi, tibb elmləri doktoru Yevgeni Gelfqard, 
professorlar – Əliheydər Rəhimov, Aleksandr Yeremenko, Yuri Barsukov, Adil 
Məmmədov,  Səfər  Həmidov,  İsmixan  Qəhrəmanov,  Kima Abdullayeva,  gənc 
mütəxəssislər – Samir Əliyev, Pərviz Səfərov və Əşrəf Həsənov da olmuşdur. 
2009­cu il dekabr ayının 17­də Rusiya Federasiyası Xarici İşlər Nazirliyi-
nin  Moskva  Dövlət  Beynəlxalq  Münasibətlər  İnstitutunda  (Universitetində) 
(MDBMİ (U)) Naxçıvan Muxtar Respublikasının 85 illik yubileyinə həsr edil-
miş konfrans keçirilmişdir. 
Naxçıvan  Muxtar  Respublikası Azərbaycanın  ayrılmaz  bir  hissəsidir.  Bu 
qədim  diyar Azərbaycana  və  bütün  dünyaya  Ümummilli  Lider  Heydər  Əli-
yev  kimi  böyük  şəxsiyyəti  bəxş  etmişdir.  Son  10­12  ildə  Naxçıvan  bütün 
sahələrdə uğurla inkişaf edir. 

144
Naxçıvan  Muxtar  Respublikasının  yubileyinin  Moskvada  keçirilməsi  əla­
mətdar hadisə idi, çünki Rusiya bizim böyük qonşumuz, strateji tərəfdaşımız-
dır. Rusiyada çoxsaylı Azərbaycan diasporu yaşayır və Rusiyanın rifahı naminə 
çalışır.  Diaspor  Azərbaycanla  bağlı  bütün  məsələlərə  ciddi  maraq  göstərir. 
Rusiyada əslən Naxçıvandan olanlar da çoxdur.
Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla xanım 
Əliyeva NMR­in yubileyinin Moskvada qeyd olunmasının əhəmiyyətini vurğu-
layaraq demişdir: “Bu gün biz Heydər Əliyev Fondunun dəstəyi ilə bu yubileyi 
Moskvada qeyd edir və bizə verilmiş imkana görə Moskva Dövlət Beynəlxalq 
Münasibətlər  İnstitutunun  rəhbərliyinə  təşəkkürümüzü  bildiririk.  Bu  yubiley 
Azərbaycan xalqı üçün çox əzizdir. Biz haqlı olaraq bununla fəxr edirik. Biz öz 
mədəni və tarixi köklərimizi, adət və ənənələrimizi öyrəndikcə, müasir dövrün 
gerçəklikləri və bir­birimizin uğurları ilə tanış olduqca, qarşılıqlı anlaşmaya və 
qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmağı öyrənirik.
Naxçıvan Azərbaycanın  ayrılmaz  tərkib  hissəsidir.  O,  ilk  növbədə,  yaşı 
minilliklərlə hesablanan, tarixi maraqlı faktlarla zəngin olan qədim diyardır. 
Əminəm ki, bu gün Naxçıvanın təbiəti haqqında, onun tarixi və müasir döv-
rdə inkişafı haqqında çox sözlər deyiləcəkdir. Siz bu Muxtar Respublikanın 
üzləşdiyi  çətinliklər  haqqında,  naxçıvanlıların  qismətinə  düşmüş  ağır  sınaq-
lardan  ləyaqətlə  çıxması  haqqında  eşidəcək,  öyrənəcəksiniz.  Konfransda  siz 
Naxçıvan sakinlərinin Azərbaycan tarixinə verdiyi dəyərli töhfələr haqqında 
eşidəcəksiniz.  Naxçıvandan  olan  azərbaycanlıların  şöhrəti  hamıya  məlum-
dur. Bu gün siz Naxçıvanın – qədim tarixə malik bu bərəkətli diyarın müasir 
siması ilə tanış olacaq, onun büllur kimi saf havası ilə nəfəs alacaq, əzəmətli 
dağlarının  gözəlliyindən  zövq  alacaq,  canlı  əfsanə  ilə  təmasda  olacaqsınız. 
Çünki  Naxçıvan  torpağı  Nuh  peyğəmbərin  dəfn  olunduğu  yer  və  bir  sıra 
başqa sirli məqamlar məkanıdır”. 
NMR  baş  nazirinin  müavini  Təranə  Quliyeva  “Naxçıvanın  sosial­iqtisadi 
inkişafı” mövzusunda, tarixçi professor Rudolf İvanov “Görkəmli naxçıvanlı-
lar  Rusiya  dövlətinin  tarixində”,  MDU  yanında  Postsovet  Məkanını  Öyrənən 
Mərkəzin  baş  direktorunun  müavini  Aleksandr  Karavayev  “NMR  regional 
siyasətdə” mövzularında məruzələrlə çıxış etmişlər. 
Tanınmış  yazıçı­publisist,  Milli  Məclisin  deputatı,  “Heydər  Əliyev.  Şəx­
siyyət  və  zaman”  adlı  çoxcildliyin  müəllifi  Elmira Axundovanın  şərti  olaraq 
“Naxçıvan  Heydər  Əliyevi  xilas  etdi,  Heydər  Əliyev Azərbaycanı  xilas  etdi” 
adlandırdığı  məruzəsi  xüsusi  maraqla  qarşılandı.  E.Axundova  Ümummil li 
Lider  Heydər  Əliyevin  1990­1993­cü  illərdə  siyasi  fəaliyyətinin  əsas  mər hə­
lələri, onun Naxçıvana qayıtması, daha sonra dövlətimizi xilas etmək naminə 

145
Bakıya  gəlməsi  faktları  üzərində  dayanmış,  ölkəmizin  tarixində  Heydər  Əli­
yevin şəxsiyyətinin rolu və onun irsi barədə ətraflı məlumat vermişdir. 
2010­cu il fevralın 16­da Londonda məşhur rusiyalı fotoqraf Georgi Pinxa-
sovun fotolarından ibarət “Bakıya sevgi ilə” adlı sərgi keçirilmişdir. Sərgi Hey-
dər  Əliyev  Fondunun  Rusiya  nümayəndəliyinin  rəhbəri,  “Baku”  jurnalının 
təsisçisi və baş redaktoru Leyla xanım Əliyevanın, Azərbaycanın Böyük Brita-
niyadakı səfirliyinin və “Maqnum” agentliyinin təşkilatçılığı ilə baş tutmuşdur. 
İngiltərənin məşhur “Maqnum Fotos” agentliyinin dünya şöhrətli fotoqrafı 
Georgi Pinxasovun Bakı ilə bağlı 2009­cu ildə çəkdiyi 60­a yaxın foto paytax-
tımız haqqında London sənətsevərlərinə kifayət qədər maraqlı məlumat verir. 
Bu fotolarda Xəzərin sahilində yerləşən, həm Şərqin, həm də Qərbin ovqatın-
dan yoğrulan füsunkar Bakı mənzərələri vardır. 
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, “Baku” jurna-
lının təsisçisi və baş redaktoru Leyla xanım Əliyevanın təşəbbüsü ilə Avropa 
insanına  təqdim  olunan  bu  son  dərəcə  maraqlı,  özündə  kifayət  qədər  kolorit 
daşıyan fotolar bir daha Azərbaycan paytaxtının tükənməyən gözəlliklərindən 
xəbər  verir.  Elə  paytaxtımızı  gəzən  Pinxasov  da  avropalı  turistlərin  çoxuna 
məlum olmayan maraqlı anları çəkmişdir. Qafqazın ən böyük şəhəri olan Bakı 
bu fotolarda nəhəng neft­qaz yataqlarına malik Azərbaycanın paytaxtı və əsas 
liman  şəhəri,  çimərlikləri,  təbii  və  mədəni  sərvətləri,  turizm  potensialı  olan 
nəhəng  bir  dünya  kimi  təqdim  olunur:  qala  divarları,  tarixi  məkanları,  mən-
zərəli labirintləri ilə diqqəti çəkən İçərişəhər, dar küçələr, qədim binalar. Məhz 
bu dərin təəssüratın nəticəsidir ki, Pinxasovun Bakı silsiləsi müxtəlif mövzu-
ları,  memarlıq  abidələrini,  limanın  səs­küyündən  sakit  şəhər  kənarınadək  hər 
bir məqamı əhatə edir. Bir sözlə, bu fotoların baş qəhrəmanı hər şeyi ilə, bütün 
yaşadıqları və yaşananları ilə doğma Azərbaycanın döyünən ürəyi – Bakıdır. 
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, “Baku” jurna-
lının təsisçisi və baş redaktoru Leyla xanım Əliyeva tədbirin əhəmiyyətindən 
danışaraq  bildirmişdir  ki,  “Bakıya  sevgi  ilə”  adlanan  sərgidə  salamlayım  və 
“Xoş gəlmisiniz” deyim. Vaxt tapıb gəldiyinizə görə sizə təşəkkür edirəm. İki 
il öncə Moskvada “Baku” jurnalını təsis etdik. Məqsədimiz əziz oxucularımıza 
gözəl  paytaxtımız  haqqında  daha  çox  məlumat  vermək,  Bakının  ab­ havasını 
çatdırmaq, onlarda Bakıya məhəbbət yaratmaq və Azərbaycan paytaxtının sirli 
tərəflərini  onlara  sevdirmək  idi.  Biz  jurnalımızın  səhifələrində  mədəniyyə-
timizi, adət­ənənələrimizi təqdim edirik. Biz təkcə Azərbaycan tarixinə nəzər 
salmırıq, həmçinin onu XXI əsrin ölkəsi kimi təqdim edirik. Uzun əsrlər boyu 
Azərbaycanın paytaxtı Bakıya müxtəlif adlar verilib: “Küləklər şəhəri”, “Odlar 
diyarı”, “Xəzərin mirvarisi”. Bakının bir neçə siması var: qədim və müasir – 
onun geniş prospektlərindən tutmuş, dar orta əsr dalanlarınadək, orta əsrlərə aid 
Qız qalasından başlayaraq, ən müasir şəhər mənzərələrinədək. Bakı dünyanın 

146
iri şəhərləri kimi qaynayır, amma qədim sərvətə sahib Qobustanın timsalında o, 
həm də sirlidir. 
Mən saatlarla Bakı haqqında danışa bilərəm. Amma bunun əvəzində, icazə 
verin, sizi bizim şəhəri öz gözlərinizlə görməyə, çox istedadlı fotoqraf Georgi 
Pinxasovun gözəl əsərlərinə baxmağa dəvət edim. Gördüyünüz kimi, bu foto-
lar yüksək incəsənət nümunələridir və bizim üçün onun fotolarını London kimi 
gözəl bir şəhərdə təqdim etmək çox xoşdur. O şəhər də ki mən ömrümün bir 
neçə xoş ilini burada keçirmişəm”.
2010­cu il may ayının 4­də Heydər Əliyev Fondunun Rusiya nümayəndəli-
yinin dəstəyi ilə Moskvada “Qloballaşma şəraitində mədəniyyətlərin qarşılıqlı 
fəaliyyəti” kitabı çapdan çıxmışdır. Kitab ərsəyə gəlmişdir. 
Nəşr  Azərbaycan  xalqının  Ümummilli  Lideri  Heydər  Əliyevin  xatirəsinə 
həsr olunmuş və 2009­cu il iyunun 15­də Rusiya Elmlər Akademiyasının Fəl-
səfə  İnstitutunda  keçirilmiş  beynəlxalq  elmi  konfransın  materialları  əsasında 
hazırlanmışdır. 
Heydər  Əliyev  Fondunun  Rusiya  nümayəndəliyinin  rəhbəri  Leyla  Əliye-
vanın kitaba yazdığı ön sözdə deyilir ki, Azərbaycan 1991­ci ildə müstəqilli-
yini bərpa etdikdən sonra ciddi iqtisadi və siyasi problemlərlə üzləşmiş və yal-
nız 1993­cü il iyunun 15­də Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 
vəziyyət kökündən dəyişmiş, Ulu Öndər suveren Azərbaycan dövlətinin yara-
dılmasının əsasını qoymuşdur. Heydər Əliyev Fondunun Rusiya nümayəndəli-
yinin rəhbəri yazır: “Heydər Əliyev bütün həyatını öz ölkəsinə həsr etmişdir. 
Onun  müdriklüyü,  siyasi  uzaqgörənliyi  sayəsində  bu  gün Azərbaycan  tərəqqi 
edir... Bu gün Heydər Əliyev sıralarımızda yoxdur, lakin müstəqil Azərbaycan 
yaşayır, onun bütün həyatını həsr etdiyi iş yaşayır. Onun ideyaları yaşayır...”.
Kitabda  REA­nın  üzvü,  MDU­nun  professoru  Əsgər  Akayevin  “Şəxsiy-
yət  fenomeni  inkişafın  və  mədəniyyətlərin  qarşılıqlı  fəaliyyətinin  əbədi  amili 
kimi”, REA Fəlsəfə İnstitutunun direktoru Əbdülsalam Hüseynovun “Mədəniy­
yətlərin  qarşılıqlı  fəaliyyətinin  humanist  əsası”,  A.Utkin  və  V.Fedotovun 
“Azərbaycan  bizim  məhəbbətimizdir”  mövzularda,  habelə  digər  Azərbaycan 
və Rusiya filosof­alimlərinin maraqlı məruzələri yer almışdır. Kitaba Azərbay-
can filosofları – AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, 
professor  İlham  Məmmədzadənin  “Heydər  Əliyevin  mənəvi  irsi  və  vətənpər-
vərlik”,  “fəlsəfə  elmləri  doktoru  Tamilla  Əhmədovanın  “Qloballaşma  şəra-
itində  Azərbaycan  mədəniyyəti”,  REA  Fəlsəfə  İnstitutunun  doktorantı  Ariz 
Gözəlovun “Cəmiyyətin qloballaşması və transformasiyası” və digər alimlərin 
məruzələri daxil edilmişdir. 
Tanınmış  Rusiya  alimləri  qlobal  proseslərə  öz  yanaşmalarını  təqdim  et­
mişlər.  Rusiya  Fəlsəfə  Cəmiyyətinin  vitse­prezidenti,  fəlsəfə  elmləri  dok-

147
toru,  professor Aleksandr  Çumakovun  “Mədəniyyətin  inkişafında  qlobal  və 
regional  əsaslar”,  Rusiya Təbiət  Elmləri Akademiyasının  akademiki,  fəlsəfə 
elmləri  doktoru  İqor  Liseyevin  “Qloballaşmanın  kulturoloji  konteksti”  və 
müasir Rusiya fəlsəfi təfəkküründən bəhs edən digər məruzələr xüsusi maraq 
doğurmuşdur. 
Ümumiyyətlə, elmi nəşrdə tarixi şəxsiyyətin formalaşmasında, müasir dün-
yada mədəniyyətlərin qloballaşması və konvergensiyası proseslərinin qarşılıqlı 
münasibətlərdə, sosial, siyasi, iqtisadi, texnoloji qurumlarda baş verən dəyişik­
liklərin  insanın  həyat  fəaliyyətinə  təsirində,  qlobal  və  regional  səviyyələrdə 
cəmiyyətin  davamlı  inkişaf  problemlərində  kulturoloji  amillərin  rolu  barədə 
materiallar  toplanmışdır.  Azərbaycanda  qlobal  proseslərin  təzahürünə  xüsusi 
diqqət ayrılmışdır.
Unutmamalıyıq ki, Heydər Əliyevin yorulmaz fəaliyyəti sayəsində beynəl­
xalq  aləmdə  layiqli  yer  tutan  suveren Azərbaycan  dövləti  təşəkkül  tapmışdır. 
Ümumxalq  sevgisindən  başqa  heç  nəyi  olmayan  böyük  siyasi  xadim  dağıl-
maq  və  vətəndaş  müharibəsi  təhlükəsi  qarşısında  olan Azərbaycana  çox  ağır 
bir  dövrdə  başçılıq  edərək,  onu  parçalanmaqdan  xilas  etmişdir.  Onun  başlıca 
si lahı  həmişə  xalqın  sevgisi  olmuşdur.  Heydər  Əliyev  müasir  Azərbaycanın 
qeyd­şərtsiz memarıdır. Xalqımız üçün o, daim yaşayacaqdır. 
2010­cu il mayın 10­da Azərbaycan Respublikasının Rusiya Federasiyasın-
dakı səfirliyinin qonaq evində xalqımızın Ümummilli Lideri, görkəmli siyasi və 
dövlət xadimi Heydər Əliyevin anadan olmasının 87­ci ildönümünə həsr edil-
miş təntənəli qəbul təşkil edilmişdir. 
MDB­nin icraçı katibi Sergey Lebedev, ictimai xadim Ramazan Abdulati-
pov,  RF  Federasiya  Şurasının  üzvü Aleksandr  Dzasoxov,  Konstitusiya  Məh-
kəməsinin  sabiq  sədri  Marat  Baqlay  və  başqaları  XX  əsrin  görkəmli  siyasi 
xadimi barədə xoş xatirələrini bölüşərək bildirmişlər ki, Ulu Öndər xalqına və 
ölkəsinə həmişə qəlbən bağlı olmuş, onun təəssübünü çəkmişdir. Heydər Əli-
yev onların müdrik müəllimi və gözəl insan olmuşdur. Natiqlər xüsusi vurğu-
lamışlar ki, Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyevin layiqli siyasi 
varisidir. Azərbaycanın beynəlxalq aləmdə və ölkə daxilində qazandığı böyük 
nailiyyətlər, onun dinamik sosial­iqtisadi inkişafı bunu bir daha təsdiqləyir. 
Heydər Əliyev Naxçıvanın Muxtar Respublikaya rəhbərlik etdiyi iki ildən 
də az müddətdə əsas məqsədə – Naxçıvanı işğaldan xilas etməyə, sərt bloka-
danı  aradan  qaldırmağa,  sakinləri  aclıqdan  və  soyuqdan  xilas  etməyə  nail 
olmuşdur. Sonra o, bütün ölkəni fəlakətdən xilas etmişdir. Buna görə də bu gün 
biz respublikada bir cümləni tez­tez təkrar edirik: “Naxçıvan Əliyevi xilas etdi, 
Əliyev də Azərbaycanı”. Heydər Əliyev Vətənə qayıdandan sonra təkcə Naxçı-

148
vanın deyil, bütün Azərbaycanın xilaskarı oldu. Bugünkü müstəqil Azərbaycan 
dövləti Heydər Əliyev dühasının məhsuludur. 
Naxçıvan  ərazisinin  müdafiəsində  xalqımızın  Ümummilli  Lideri  Heydər 
Əliyevin xidmətləri çox böyükdür və Azərbaycan öz böyük vətənpərvər oğlu-
nun bu rolunu heç vaxt unutmayacaqdır. 
14  may  2010­cu  il  tarixdə  Rusiyanın  şimal  paytaxtındakı  tarixi  binaların 
birində – Sankt­Peterburq Qanunverici Məclisinin yerləşdiyi Mariinsk sarayı-
nın böyük salonunda Naxçıvan Muxtar Respublikasının yaradılmasının 85 illi-
yinə həsr edilmiş “Rusiya­Azərbaycan münasibətləri: keçmişi, bu günü, gələ-
cəyi” mövzusunda konfrans keçirilmişdir. Ulu Öndər Heydər Əliyevin ad günü 
ilə  bir  vaxta  düşən  bu  tədbir  Sankt­Peterburq  Qanunverici  Məclisi,  Heydər 
Əliyev  Fondunun  Rusiya  Federasiyasındakı  Nümayəndəliyi  və Azərbaycanın 
Sankt­Peterburqdakı baş konsulluğu tərəfindən təşkil edilmişdir. 
Sankt­Peterburq  parlamentinin  foyesində  Azərbaycan  xalqının  böyük 
oğlu Heydər Əliyevə həsr edilmiş “Heydər Əliyev Azərbaycan xalqının bir-
liyinin  və  dövlət  müstəqilliyinin  rəmzidir”  adlı  fotosərgi,  habelə  “Naxçı-
van  Muxtar  Respublikasının  tarixi  abidələri  və  müasir  həyatı”  mövzusunda 
stendlər təşkil edilmişdir. 
Naxçıvan haqqında konfransın Sankt­Peterburq Qanunverici Məclisinin bina-
sında  keçirilməsi  dostluq  və  tərəfdaşlıq  xarakteri  daşıyan  Rusiya­ Azərbaycan 
dövlətlərarası münasibətlərinin yüksək səviyyədə olmasını göstərir. 
Bununla  yanaşı,  qeyd  etmək  lazımdır  ki,  görkəmli  siyasi  xadim  Heydər 
Əliyev uzun illər boyu təhsil aldığı və işlədiyi Rusiyaya bağlı olmuş Heydər 
Əliyevin sayəsində Rusiyada Naxçıvan Muxtar Respublikasını yaxşı tanıyırlar. 
Sankt­Peterburqda keçirilən konfrans Azərbaycan və Rusiya arasında münasi-
bətlərin inkişaf etməkdə olmasına daha bir sübutdur. 
2010­cu il mayın 17­də Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi­
nin əməkdaşları Böyük Vətən müharibəsində qələbənin 65­ci ildönümü mü­
nasibətilə  Moskvada  yaşayan  azərbaycanlı  veteranları  evlərində  təbrik  et­
mişlər.  Heydər  Əliyev  Fondunun  Rusiya  nümayəndəliyinin  rəhbəri  Leyla 
Əliyevanın  adından  veteranlara  hədiyyələr,  habelə  Fondun  dəstəyi  ilə  nəşr 
olunmuş kitablar təqdim olunmuşdur. Veteranlara Heydər Əliyev Fondunun 
məqsəd  və  və zi fələri,  habelə  humanitar  sahədə  həyata  keçirilən  layihələr 
barədə məlumat verilmişdir. Qeyd olunmuşdur ki, Azərbaycanda ahıllara daim 
böyük hörmət və ehtiram göstərilir. Veteranlara qayğı və diqqətlə ya naşmaq 
isə hər birimizin borcudur. 
Veteranlar  Qədriyə  Səlimova, Abdul  Hüseynov,  Hüseyn Axundov,  Müse-
yib və Zoya Əliyevlər, Qasım Kərimov onlara göstərilən qayğıya və vətən qar-
şısında  xidmətlərinə  verilən  qiymətə  görə  Heydər  Əliyev  Fondunun  Rusiya 
nümayəndəliyinə,  onun  rəhbəri  Leyla  Əliyevaya  minnətdarlıqlarını  bildirmiş-

149
lər. Veteranlar evlərinə gəlib onları təbrik edən Fondun əməkdaşlarına da təşək-
kür etmişlər. 
2010­cu il oktyabr ayının 11­də Azərbaycanın RF­dəki səfirliyi və YUNEYDS 
(BMT­nin İÇV/QİÇS üzrə birgə proqramı) tərəfindən təşkil edilmiş İ.M.Seçe-
nov adına Moskva Tibb Akademiyasının (MTA) binasında İÇV/QİÇS­ə qarşı 
mübarizə probleminə həsr edilmiş konfrans keçirilmişdir.
Konfransda  müzakirə  edilən  mövzu  müasir  gənclərin  ən  ağrılı  və  ciddi 
problemlərindən  olmuşdur.  Konfrans  gəncləri  QİÇS­in  təhlükəli  xəstəlik  ol­
ması barədə məlumatlandırmağa kömək etmək məqsədi daşımışdır. 
Konfransda  iştirak  edən  Leyla  Əliyeva  əksər  hallarda  gənclərin  mübtəla 
olduğu  bu  xəstəliyin  yayılması  barədə  statistik  məlumatları  açıqlamışdır. 
Leyla  Əliyeva  demişdir:  “Aşkardır  ki,  QİÇS  səhiyyənin  ciddi  problemlərin-
dən biridir və onun həllini axtarmaq zəruridir. Heydər Əliyev Fondu Azərbay­
canda  sə hiyyə  məsələlərinə  çox  böyük  diqqət  yetirir.  Fondun  təşəbbüsü  ilə 
respublikada  bir  neçə  müasir  tibbi  mərkəz  tikilmişdir,  Beynəlxalq  Diabet 
Federasiyası  ilə  fəal  əməkdaşlıq  edilir,  talassemiya  kimi  təhlükəli  xəstəlik-
lərə  qarşı  mübarizə  məsələsinə  böyük  diqqət  yetirilir.  Heydər  Əliyev  Fondu 
UNESCO, İSESCO, YUNEYDS və digər beynəlxalq təşkilatlarla da səhiyyə 
sahəsində  fəal  əməkdaşlıq  edir.  Azərbaycan  Səhiyyə  Nazirliyi  ilə  birlikdə 
uşaqlar arasında qızılca, məxmərək və digər xəstəliklər əleyhinə kütləvi im­
munlaşdırma  tədbirləri  həyata  keçirilmişdir.  Bu  ilin  baharında  isə Azərbay-
canda  QİÇS  barədə  məlumatın  insanlara  çatdırılması  məqsədilə  “Uşaq  göy 
qurşağı” layihəsi həyata keçirilmişdir. 
“Sağlam olduğunu yəqin et. Xəstəliyə yox de” layihəsi çərçivəsində həm-
vətənlərimiz  pulsuz  müayinə  edilmişlər.  Hər  il  “Qanın  milləti  yoxdur”  donor 
aksiyası keçirilir.
RAGT­nin  regional  bölmələri  də  QİÇS­in  təhlükəli  xəstəlik  olması,  onun 
qarşısının alınması və profilaktikası, eləcə də narkotiklərin, tütünün və alkoqo-
lun zərəri barədə gəncləri məlumatlandırmaq üçün böyük işlər aparırlar. 
Biz sağlam həyat tərzini və gənclərin idman təşəbbüslərini həmişə alqışla-
yırıq. Bugünkü konfrans QİÇS təhlükəsi barədə məlumatlandırma üzrə növbəti 
layihəmizdir.  Əminəm  ki,  səylərimiz  sayəsində  gənclərin  bilikləri  artacaq  və 
neçə­neçə insanın həyatı xilas ediləcəkdir. Bu isə o deməkdir ki, gördüyümüz 
bütün işlər çox vacibdir və biz bu istiqamətdə işi davam etdirməliyik”.
Bununla yanaşı qeyd etməliyik ki, Leyla Əliyevanın rəhbərlik etdiyi Rusi-
yanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) “QİÇS­ə və narkomaniyaya qar
şı əlbir olaq” adlı yeni layihə həyata keçirmiş, iki aya yaxın davam edən bu ak­
siya 2010­cu il dekabrın 1­də Ümumdünya QİÇS­ə qarşı mübarizə gününə həsr 
edilmiş tədbirlə başa çatmışdır. 

150
Layihənin məqsədi əhalini İÇV/QİÇS və narkomaniya barədə vaxtında və 
anlaşıqlı şəkildə məlumatlandırmaq, uşaqlarda və gənclərdə narkotiklərə ikrah 
hissi formalaşdırmaq, gənclər və məktəblilər arasında sağlam həyat tərzini təb-
liğ etməkdən ibarət olmuşdur. Layihə çərçivəsində bu xəstəlik, onun yoluxma 
yolları  və  profilaktika  metodları,  narkotiklərdən  istifadə  etməyin  zərəri  haq­
qında maksimum informasiya təqdim edilmişdir. Rusiyanın Azərbaycanlı Gənc-
lər  Təşkilatı  İÇV/QİÇS­ə  qarşı  mübarizədə  təbabətin  imkanları  və  psixoloji 
yardım barədə söhbət açmağı, müxtəlif treninqlər, narkomaniyaya qarşı müba-
rizəyə  çağıran  təşviqat  plakatları  müsabiqəsi  keçirməyi,  xüsusi  videoçarxlar 
nümayiş etdirməyi, üzərində RAGT­nin, YUNEYDS­in emblemləri olan infor-
masiya bukletləri, maykalar, qələmlər və təqvimlər paylamışlar.
14 oktyabr 2010­cu il tarixdə Heydər Əliyev Fondunun Rusiya nümayəndə-
liyinin rəhbəri, “Baku” jurnalının baş redaktoru Leyla Əliyeva, Arzu Əliyeva, 
Fyodor Bondarçuk, Yuli və Mixail Qusman qardaşları, Leonid Portnoy, Rusi-
yada  fəaliyyət  göstərən  xarici  ölkələrin  səfirləri  iştirakı  ilə  “Baku”  jurnalının 
dəstəyi ilə Moskvada Stalik Xankişiyevin Azərbaycan mətbəxinə həsr edilmiş 
“Kazan, baran i dastarxan” kitabının təqdimat mərasimi keçirilmişdir. 
Mahir manqal və şiş ustası S.Xankişiyevin qələmindən çıxan və Azərbay-
can mətbəxinin zənginliyindən bəhs edən kitabda daha çox manqal üzərində 
hazırlanan təamlardan söz açılmışdır. Kitabın giriş hissəsində müəllif azərbay-
canlı  və  əcnəbi  aşbaz  dostlarının Azərbaycan  mətbəxi  barədə  fikirlərinə  yer 
vermişdir. Kitabda vurğulanan əsas fikirlərdən biri də odur ki, süfrənin gözəl-
liyi və yaddaqalan olması üçün hazırlanan hər bir təama xüsusi zövq və fan-
taziya  ilə  yanaşılmalıdır.  Müəllif  bir  daha  əminliklə  hər  bir  insanın  gözəl  əl 
qabiliyyətinə malik olduğunu söyləsə də, bu məharətdən hər kəsin yararlan-
madığına təəssüf edir. 
Müəllifin  Azərbaycan  mətbəxinin  zəngin  olmasından,  hazırlanan  hər  bir 
təamın özünəməxsus və əvəzolunmaz dadının olmasından söz açmışdır.
Tibb elmləri doktoru Yakov Brand bildirmişdir ki, mən uzun müddətdir həm 
“Baku” jurnalı, həm də Heydər Əliyev Fondu ilə dostluq edirəm. Fond Azərbay-
canda  böyük  işlər  görür.  Mən  Fondun  səhiyyə  və  təhsillə  bağlı  layihələri  ilə 
tanışam. Əminəm ki, dünyada məsələlərə belə ciddi yanaşan və ölkəsi üçün bu 
qədər böyük işlər görən ikinci Fond yoxdur. 
Mossovet  Teatrının  aktyoru  Aleksandr  Lenkov  tədbirlə  bağlı  təəssüratla-
rını bölüşərək demişdir ki, belə buludlu bir gündə “Baku” jurnalı gözəl, günəşli 
axşam təşkil edərək, bizə növbəti bayram hədiyyə etmişdir. Gözəl Azərbaycan 
xalqı ilə bağlı bütün işlər bu qədər gözəl keçir. 
Tanınmış  müğənni  Diana  Qurskaya  qeyd  etmişdir  ki,  Leyla  xanım  çox 
gözəl insandır, o, böyük işlər görür, təşəbbüslərə dəstək olur. İndiki zamanda 
məhz belə insanlar çatışmır. 

151
Beləliklə, “Baku” jurnalının dəstəyi ilə keçirilən “Kazan, baran i dastarxan” 
kitabının  təqdimat  mərasimi  Azərbaycan  mətbəxinin  dünyada  daha  da  yaxşı 
tanıdılması istiqamətində vacib bir addım olmuşdur. 
2010­cu  il  oktyabr  ayının  16­da  Moskvadakı  “Bakı”  kinoteatrında  Hey-
dər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, Rusiyanın Azərbay-
canlı  Gənclər  Təşkilatının  (RAGT)  sədri  Leyla  Əliyevanın  və  Ümumrusiya 
Azərbay canlıları  Konqresinin  (ÜAK)  rəhbərlərinin  Rusiya  ali  məktəblərində 
təhsil alan azərbaycanlı tələbələrlə görüşü keçirilmişdir. Görüşdə Azərbaycan 
gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı, habelə ÜAK xətti ilə Mosk-
vanın və Rusiya regionlarının ali məktəblərinə daxil olmuş azərbaycanlı tələ-
bələr iştirak etmişlər. 
Görüşdə  ÜAK­ın  prezidenti,  Rusiya  Tibb  Elmlər Akademiyasının  akade-
miki Məmməd Əliyev Azərbaycan rəhbərliyinin gənclərin xaricdə, o cümlədən 
Rusiyada təhsilinə, habelə ÜAK xətti ilə Rusiya ali məktəblərinə daxil olmuş 
tələbələrə diqqət və qayğısından danışmışdır. 
Heydər  Əliyev  Fondunun  Rusiya  nümayəndəliyi  Moskvada  və  Rusiyanın 
regionlarında təhsil alan aztəminatlı ailələrdən olan 10 tələbəyə sosial təqaüd 
ayırmış, bir neçə tələbəyə isə ÜAK­ın, “Lukoyl” Xeyriyyə Fondunun və Aydın 
Qurbanov Fondunun adlı təqaüdləri təqdim olunmuşdur. 
2010­cu il noyabrın 15­də Heydər Əliyev Fondunun, Azərbaycanın Böyük 
Britaniyadakı səfirliyinin və “Baku” jurnalının birgə təşkilatçılığı ilə Londonda 
Azərbaycan  xalçalarının  “Azərbaycan:  uçan  xalçalarla  nağıllar  aləminə”  adlı 
sərgisi açılmışdır. 
Sərgidə  coğrafi  mövqeyinə,  naxış  kompozisiyasına,  rəng  həlli  və  texniki 
xüsusiyyətlərinə  görə  Azərbaycan  xalçaçılıq  məktəbinin  bütün  istiqamətləri 
təmsil  olunmuşdu.  Burada  nümayiş  etdirilən  Quba, Abşeron,  Şirvan,  Gəncə, 
Qazax,  Qarabağ  və  digər  xalçaçılıq  məktəblərinin  nümunələri  sərgiyə  gələn-
lərdə böyük maraq doğurmuşdur. Sərgidə yer alan Qarabağ xalçaçılıq məktəbi-
nin nümunələri Qarabağın əzəli Azərbaycan torpağı olduğunu bir daha hamının 
diqqətinə çatdırmışdır. 
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva 
sərginin açılışında iştirak etmişdir.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva 
tədbirdə çıxış edərək sərginin min bir gözəllik diyarı olan Azərbaycanın qədim 
və heyrətamiz nağıl aləmi ilə tanışlıq baxımından əhəmiyyətini vurğulamışdır. 
Leyla  Əliyeva  xalqımızın xalçaçılıq sənətinin  tarixindən  söz  açmış, Azər-
baycanın  əfsanəvi  İpək  yolu  üzərində  yerləşdiyini,  bu  yolun  isə  təkcə  ticarət 
yolu deyil, eyni zamanda dəyərlərin və mədəniyyətlərin mübadiləsi üçün geniş 
bir dəhliz olduğunu vurğulamışdır. 

152
Böyük Britaniyanın Mədəniyyət naziri Ed Vaizey Azərbaycan ilə İngiltərə 
arasında mədəni əlaqələrdən danışmış, sərginin ölkələrimizin münasibətlərinin 
daha da güclənməsinə xidmət etdiyini demişdir. 
Rusiyanın  Azərbaycanlı  Gənclər  Təşkilatının  (RAGT)  sədri,  Heydər  Əli-
yev Fondunun RF­dəki nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü 
ilə 24 noyabr 2010
-
cu il tarixdə RAGT Birləşmiş Millətlər Təşkilatının İÇV/
QİÇS üzrə Birgə Proqramı (UNAİDS) ilə birlikdə Smolensk vilayətində “İÇV/
QİÇS­ə qarşı birlikdə” adlı aksiya keçirmişdir. 
100­dən çox məktəblinin iştirak etdiyi tədbirdə şagirdlərə mühazirələr oxun-
muş, mövzuya aid elmi­kütləvi film nümayiş etdirilmişdir. 
Bədən  tərbiyəsi­sağlamlıq  dispanserinin  nümayəndəsi  Tatyana  Lebe-
deva  mühazirə  ilə  çıxış  etmişdir.  Sağlam  həyat  tərzinin  müxtəlif  aspekt-
ləri  barədə  ətraflı  söhbət  açmış  mühazirəçi  şagirdlərə  Rusiyada  millətin 
sağlamlığının  qo runması  sahəsində  həyata  keçirilən  hökumət  proqramları 
barədə məlumat vermişdir. 
2010­cu  il  dekabrın  3­də  Heydər  Əliyev  Fondunun  Rusiya  Federasiya-
sındakı  nümayəndəliyinin  rəhbəri,  Rusiyanın Azərbaycanlı  Gənclər  Təşki-
latının  (RAGT)  sədri  Leyla  Əliyeva  Sverdlovsk  vilayətinin  Yekaterinburq 
şə hərində olmuşdur. 
Səfər çərçivəsində L.Əliyeva Rusiyanın Ural Federal Dairəsində –  Sverdlovsk, 
Çelyabinsk  və  Tümen  vilayətlərində  RAGT­nin  regional  bölmələrinin  nüma­
yəndələri ilə görüşmüşdür. 
Leyla  Əliyeva  RAGT­nin  fəaliyyəti,  məqsədləri  və  yaxın  perspektiv  üçün 
vəzifələri barədə gənclərə məlumat vermiş, gənclər təşkilatı tərəfindən həyata 
keçirilmiş iri aksiyalar və tədbirlər barədə, birlikdə həyata keçirməli olan yeni 
layihələr haqqında söhbət açmışdır. 
Leyla Əliyeva demişdir: “Burada gənclərlə əlaqədar çox maraqlı hadisələr 
baş  verir,  festivallar,  konfranslar,  konsertlər  və  digər  tədbirlər  keçirilir.  Əmi­
nəm  ki,  bizim  gənclər  RAGT­nin  dəstəyi  ilə  müxtəlif  mədəni  tədbirləri  daha 
fəal həyata keçirəcək və vətənimizi ləyaqətlə təmsil edə biləcəklər. RAGT­nin 
coğrafiyası  daim  genişlənir  və  bu,  bizi  sevindirir.  Rusiyanın  bir  sıra  tədris 
müəssisələrində  azərbaycanlı  gənclər  klubları  fəaliyyət  göstərir  və  RAGT  ilə 
birlikdə çoxlu mədəni tədbirlər – konsertlər, fotosərgilər, konfranslar, seminar-
lar, Azərbaycan Mədəniyyəti Günləri və Həftələri keçirilir”. 
Leyla Əliyeva “Xocalıya ədalət” adlı beynəlxalq kampaniyanı RAGT tərə-
findən Heydər Əliyev Fondu ilə birlikdə həyata keçirilən ən mühüm aksiyalar-
dan biri adlandırmışdır. Bu kampaniyanın məqsədi Azərbaycanın bu şəhərinin 
sakinlərinə qarşı ermənilər tərəfindən törədilmiş soyqırımı haqqındakı həqiqəti 
dünya ictimaiyyətinə çatdırmaqdır. Onun sözlərinə görə, RAGT gənclərin hə­
yatının bütün sahələrini əhatə etməyə çalışır – idman tədbirləri, xeyriyyə aksi-

153
yaları keçirir, tələbələrimizin təhsil almasına kömək edir. RAGT başçısı demiş-
dir:  “Bu  yaxınlarda  18  tələbəyə  “RAGT  əlaçısı”  mükafatı  təqdim  edilmişdir. 
Ümid edirəm ki, gələn il bu cür tələbələrin sayı daha çox olacaqdır. Bununla 
bərabər,  tezliklə  RAGT  jurnalının  ikinci  nömrəsi  çapdan  çıxacaqdır.  Biz  bu 
nömrədə  gənclər  üçün  ən  maraqlı  mövzuları  işıqlandırmağa  çalışmışıq.  Əgər 
kiminsə maraqlı məqalələri varsa, onları bizə göndərin, biz ən yaxşılarını hök-
mən jurnalda dərc edəcəyik”. 
Mən böyük inamla deyə bilərəm ki, bu illər ərzində bizim birgə səyləri-
miz, təşəbbüskarlıq və vətənə sevgimiz sayəsində RAGT çox işlər görməyə, 
böyük  uğurlar  qazanmağa  nail  olmuşdur.  Lakin  qarşıda  görüləsi  işlər,  la yi­
hələr çoxdur və mən əminəm ki, biz birlikdə çox yaxşı işlər görə, vətənimizi 
layiqincə təmsil edə bilərik”.
RAGT­nin Çelyabinsk və Tümen vilayətləri üzrə regional bölmələrinin rəh-
bərləri, müxtəlif ali məktəblərin tələbələri öz çıxışlarında gənclər təşkilatlarının 
aktual  problemlərinə  toxunmuş,  perspektiv  planlar  barədə  danışmışlar.  Onlar 
Leyla Əliyevaya Azərbaycan gənclərinə göstərdiyi qayğı və diqqətə görə, eləcə 
də  RAGT  rəhbəri  tərəfindən  bu  təşkilatın  Sverdlovsk  regional  bölməsinə  hə­
diyyə edilmiş milli geyimlərə görə ona təşəkkür etmişlər. 
4  dekabr  2010­cu  il  tarixdə  Heydər  Əliyev  Fondunun  Rusiya  Federasiya-
sındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva Yekaterinburqdakı 1 nömrəli 
vilayət kliniki xəstəxanasının (VKUX) uşaq onkohematoloji mərkəzində olmuş 
və müasir xüsusi tibbi avadanlıqla təchiz edilmiş “Sobol” markalı təcili yardım 
maşınını Heydər Əliyev Fondu adından həmin mərkəzə hədiyyə etmişdir.
Qeyd  etmək  lazımdır  ki, Yekaterinburqdakı  uşaq  onkohematoloji  mərkəzi 
Uralda  onkoloji  və  hematoloji  xəstəliklərdən  əziyyət  çəkən  uşaqlara  yüksək 
texnoloji  səviyyədə  tibbi  yardım  göstərən  ilk  klinikadır.  Beynəlxalq  müalicə 
protokollarının tətbiq edilməsi sayəsində uşaqların 70 faizini sağaltmaq müm-
kün olmuşdur. Bu xəstəxananın həkimləri onkoloji xəstəliklərin müalicəsində 
qazandıqları uğurlarla şöhrətlənmişlər. Onların çoxu dünyanın ən yaxşı klinika-
larında – ABŞ­da, Almaniyada, Avstriyada, İsraildə öz ixtisaslarını artırmışlar.
Leyla  Əliyevanı  Sverdlovsk  vilayətinin  səhiyyə  naziri  Arkadi  Belyavski, 
vilayət  qubernatorunun  müavini  Vadim  Dubiçev  və  xəstəxananın  baş  həkimi 
Sergey Boyarski qarşılamışlar. Onlar Leyla Əliyevanın şəxsində Heydər Əliyev 
Fondunun RF­dəki nümayəndəliyinə uşaqların sağlamlığı problemlərinə göstə-
rilən qayğı və diqqətə görə dərin təşəkkürlərini bildirmişlər.
Sverdlovsk vilayətinin səhiyyə naziri Arkadi Belyavski, 1 nömrəli vilayət 
kliniki xəstəxanasının baş həkimi Sergey Boyarski və mərkəzin rəhbəri Larisa 
Feçina  uşaq  onkohematoloqlarının  işi  barədə  məlumat  vermişlər.  Balaca  xəs­
tələrin müalicəsi üçün yaradılmış ən müasir və rahat şərait, yüksək texnologi-
yalara əsaslanan əməliyyat və laboratoriya bloku – bütün bunlar Heydər Əliyev 

154
Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva-
nın marağına səbəb olmuşdur. Məsələn, o, laboratoriyaların fəaliyyəti ilə tanış 
olarkən çoxlu sual vermişdir: “Həkimlər gövdə rüşeymlərini tiplərə ayırmağa 
necə nail olurlar?”, “Konkret donorun münasib olub­olmaması necə aydınlaşdı-
rılır?”, “Terapiyanın uğurlu olub­olmaması necə izlənilir?” və s. Ley la Əliyeva 
klinikanın səviyyəsini, burada tətbiq edilən və işlənib hazırlanan yeni metodi-
kaları qiymətləndirərək ümid etdiyini bildirmişdir ki, Azərbaycan onkoloqları 
urallı həmkarları ilə əməkdaşlıq edəcəklər.
Leyla Əliyeva demişdir: “Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi 
artıq dörd ildir ki, fəaliyyət göstərir. Fond səhiyyə məsələlərinə böyük diqqət 
yetirir. Azərbaycanda xeyriyyəçilik ianələri hesabına Fond xəstəxanalar tikdi-
rir, diabetli uşaqlara kömək edir, təhlükəli xəstəliklərə qarşı vaksinləri xeyriy-
yəçilik yolu ilə paylayır, bir sıra başqa tədbirlər həyata keçirir. Buna görə də 
Yekaterinburqdakı xəstəxanaya baş çəkmək bizim üçün vacib idi. Uşaq onko-
loji mərkəzi mənə çox yaxşı təsir bağışladı. Burada hər şey funksional olmaqla 
bərabər, həm də qəşəng, təmiz, çox müasirdir. Lakin əsas məsələ bu deyil, mənim 
üçün ən əhəmiyyətlisi buradakı auradır. Auranı isə burada böyük bir ailə kimi 
işləyən insanlar yaradırlar. Həkimlərin hər bir uşağa öz övladı kimi münasibət 
bəsləməsi, məncə ən başlıca məsələdir”.
Azərbaycanın  Yekaterinburqdakı  baş  konsulu  Sultan  Qasımov  azərbay-
canlı  bəstəkar  və  müğənni  Emin Ağalarovun  xeyriyyə  konserti  barədə  məlu-
mat verərək vurğulamışdır ki, həmvətənimizin konserti böyük uğurla keçmiş, 
konsertdən əldə edilən vəsait Yekaterinburqdakı 6 nömrəli uşaq evinin hesabına 
köçürüləcəkdir.
Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəh-
bəri Leyla Əliyeva həyat yoldaşı Emin Ağalarovla birlikdə Sverdlovsk vilayət 
diyarşünaslıq muzeyində də olmuşdur. Burada onları diyarın qədim və zəngin 
tarixi ilə tanış etmişlər.
5 dekabr 2010­cu il tarixdə Heydər Əliyev Fondunun Rusiya nümayən-
dəliyinin rəhbəri Leyla Əliyeva Leninqradın müdafiəsi zamanı həlak olmuş 
azərbaycanlı  döyüşçülərin  xatirə  lövhəsinin  təntənəli  açılış  mərasimində 
iştirak etmişdir.
Xatirə lövhəsinin açılışı “Nevski pyataçok” Əsgəri Memorialın Beynəlmiləl 
şöhrət və xatirə xiyabanında olmuşdur. Abidənin yaradılması layihəsi Heydər 
Əliyev  Fondunun  Rusiya  nümayəndəliyinin  hamiliyi  altında  Sankt­Peterburq 
vilayəti hökumətinin dəstəyi ilə həyata keçirilmişdir.
Leyla  Əliyeva  Leninqradın  müdafiəsi  uğrunda  gedən  döyüşlərdə  həlak 
olmuş azərbaycanlı əsgərlərin xatirəsini anmaq üçün “Nevski pyataçok”a top-
laşmış tədbir iştirakçılarına səmimi qəlbdən minnətdarlığını bildirərək demişdir 
ki, keçmiş Sovet İttifaqı xalqlarının Böyük Vətən müharibəsi illərində göstər-

155
diyi rəşadətin bəşəriyyət tarixində tayı­bərabəri olmamışdır. Hitler faşizmi üzə-
rində qələbəyə Azərbaycan xalqı böyük töhfə vermişdir. Döyüş meydanlarında 
300 mindən çox azərbaycanlı həlak olmuşdur. O demişdir: ”Təyyarəçi Hüseyn­
bala  Əliyevin  göstərdiyi  hünər  məlumdur.  O,  Leninqrad  ətrafında  döyüşlərdə 
bir  uçuşda  2  düşmən  təyyarəsini,  o  cümlədən  ikincisini  ölümcül  yaralanmış 
vəziyyətdə məhv etmişdir. Bu qəhrəmanlığına görə ali hökumət mükafatına – 
“Lenin ordeni”nə layiq görülmüşdür. Leninqradın mühasirəsi 900 gün davam 
etmişdir. Aclıq,  soyuq  və  bombardmanlar  üzündən  yüz  minlərlə  insan  həlak 
olmuşdur. Amma nə artilleriya atəşləri, nə də daimi ölüm qorxusu leninqradlı­
ların  dəmir  iradəsini  və  vətənpərvərlik  ruhunu  qıra  bilmədi.  Şəhər  davam 
gətirdi və bu gün inkişafda olan Sankt­Peterburq dünyanın mədəni paytaxtı sta-
tusunu təsdiq edir”.
Leyla  Əliyeva  bildirmişdir  ki,  Azərbaycan  Respublikasının  Xatirə  Kita-
bında  Leninqradın  faşistlərin  mühasirəsindən  azad  edilməsi  uğrunda  Nevski 
pyataçokda  və  Sinyavinsk  yüksəkliklərində  gedən  döyüşlərdə  həlak  olmuş 
850  azərbaycanlının  adı  yer  almışdır.  O  demişdir:  “Nevski  pyataçok”  döyüş 
meydanı  hərb  tarixinin  ən  rəşadətli  və  faciəli  səhifələrindən  biridir.  Döyüş 
meydanının müdafiəçilərinin tərkibi, demək olar, hər gün büsbütün yenilənirdi 
–  həlak  olanları  yeni  döyüşçülər  əvəz  edirdi.  Artıq  peterburqlu  heykəltəraş 
tərəfindən abidə hazırlanmışdır və gələn il Fondun nümayəndəliyinin hamiliyi 
altında,  Leninqrad  vilayəti  hökumətinin  dəstəyi  ilə  Sinyavinsk  yüksəkliklə-
rində ucaldılacaqdır. Döyüşçülərin rəşadəti gələcək nəsillərin xatirəsində əbə
di  yaşayacaqdır.  Sevindirici  haldır  ki,  bu  gün  mərasimdə  çoxlu  gənc  iştirak 
edir. Onların vətən uğrunda canlarından keçmiş ata və babalarının xatirəsini 
uca  tutmaları  çox  vacibdir.  Xalqlarımızın  birliyi  və  dostluğu  sayəsində  biz 
Böyük Qələbə qazana bildik. Bu Qələbə belə bir danılmaz həqiqəti təsdiq etdi 
ki,  biz  sülhə,  əmin­amanlığa  və  vətəndaşlarımızın  xoşbəxt  gələcəyinə  ancaq 
bir yerdə nail ola bilərik”.
Leyla  Əliyeva,  həmçinin  “Leninqrad  blokadasının  yarılması”  qoruq­mu­
ze yində  olmuşdur.  Qoruğun  işçiləri  muzeyin  mərkəzi  ekspozisiyasından  – 
Leninqradın müdafiəsi tarixində dönüş yaratmış 1943­cü il hadisələrini canlan-
dıran dioramdan danışmışlar.
Heydər  Əliyev  Fondunun  Rusiya  nümayəndəliyinin  başçısı  həlak  olmuş 
qəhrəmanların nurlu xatirəsinə qayğıkeş münasibət göstərdiklərinə görə muze-
yin əməkdaşlarına minnətdarlığını bildirmiş, Heydər Əliyev Fondunun dəstəyi 
ilə  nəşr  edilmiş,  Leninqrad  uğrunda  döyüşlərdə  canlarından  keçmiş  azərbay-
canlıların (850 nəfər) adbaad siyahısı olan “Leninqradın faşist blokadasından 
azad  edilməsi  uğrunda  qəhrəmancasına  həlak  olmuş  azərbaycanlılar”  kitabını 
muzeyə hədiyyə etmişdir.

156
25 fevral 2011­ci il tarixdə Azərbaycanın Rusiyadakı səfirliyi, Heydər Əli-
yev Fondunun Rusiyadakı nümayəndəliyi, Ümumrusiya Azərbaycanlılar Kon­
qresi, Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) İslam Konfransı Təşki-
latının Gənclər Forumu ilə birlikdə “Xocalıya ədalət” beynəlxalq informasiya 
kampaniyası çərçivəsində ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdik-
ləri faciənin 19­cu ildönümünə həsr edilmiş konfrans keçirmişlər.
“Prezident­hotel”  mehmanxana  kompleksinin  “Bolşoy  Petrovski”  zalında 
keçirilmiş  konfransda  Xocalı  faciəsi  haqqında  həqiqətin,  bu  barədə  obyektiv 
informasiyanın dünya ictimaiyyətinə çatdırılmasına və təqsirkarların məsuliy-
yətə cəlb edilməsinə yönəlmiş “Xocalıya ədalət” kampaniyası çərçivəsində gö­
rülmüş işlər müzakirə edilmişdir.
 “Xocalıya ədalət” beynəlxalq kampaniyasının məqsədi təkcə Xocalı faciəsi-
nin deyil, başqa etnik təmizləmələrin də qurbanları üçün ədalətə nail olmaqdır. 
Leyla Əliyeva qeyd etmişdir ki, Xocalının dinc sakinlərinə qarşı törədilmiş, 
günahsız insanların, o cümlədən uşaqların, qadınların və qocaların həyatına son 
qoymuş  soyqırımı  aktı  yaddaşımızda  Ermənistan­Azərbaycan,  Dağlıq  Qara-
bağ münaqişəsinin tarixində ən dəhşətli və qanlı faciə kimi həmişəlik qalacaq-
dır. Onun sözlərinə görə, bu gün bu zalda iştirak edənlər, eləcə də “Xocalıya 
ədalət”  beynəlxalq  kampaniyasını  dəstəklədiklərini  bildirən  milyonlarla  insan 
bu faciəyə beynəlxalq birlik tərəfindən hansı hüquqi, mənəvi və insani qiymət 
verilməsinə əsla biganə qala bilməz. Leyla Əliyeva demişdir ki, Xocalıda törə-
dilmiş cinayətin icraçıları və sifarişçilərinin indiyə qədər layiqli cəza almaması 
dəhşətli haqsızlıqdır.
Bizim  kampaniyanın  məqsədi  Ermənistan­Azərbaycan,  Dağlıq  Qarabağ 
münaqişəsi,  qaçqınların  və  məcburi  köçkünlərin  düşdüyü  ağır  vəziyyət  haq­
qında bütün həqiqəti dünya birliyinə çatdırmaqdır. Torpaqlarımız hələ də işğal 
altındadır,  erməni  cəlladlar  öz  tamahkar  məqsədlərinə  çatmaq  üçün  günahsız 
insanları  amansızcasına  qətlə  yetirmişlər.  Xocalı  faciəsinin  beynəlxalq  birlik 
tərəfindən insanlığa qarşı cinayət və soyqırımı aktı kimi tanınmasına nail olmaq 
hər bir azərbaycanlının vəzifəsi, o cümlədən mənim də vəzifəmdir. Bu cinayət 
bir daha təkrarlanmamalıdır.
Leyla Əliyeva bildirmişdir ki, Heydər Əliyev Fondu dalbadal neçənci ildir 
ki, dünyanın 70 ölkəsində Xocalı faciəsinə həsr edilmiş tədbirlər keçirir. Fond 
konfranslar, xatirə gecələri təşkil edir, kitablar, bukletlər dərc edir, DVD disk-
lər buraxır, filmlər çəkir. 2008­ci ildə başlanmış “Xocalıya ədalət” beynəlxalq 
kampaniyası çərçivəsində bütün dünyada yüzlərlə aksiya keçirilir. Avropa İtti-
faqının üzvü olan dövlətlərin, demək olar ki, hamısında, MDB, Asiya, Cənubi 
və  Şimali  Amerika  ölkələrində  konfranslar,  seminarlar,  piketlər  keçirilir.  Bu 
kampaniya sayəsində bir sıra beynəlxalq forumlar Xocalı faciəsini tanımışlar. 
İKT Gənclər Forumunun təşəbbüsü ilə 31 ölkənin deputatları Xocalı faciəsini 
insanlığa qarşı cinayət kimi tanımışlar. Bu gün dünyanın 20 ölkəsində aparıcı 

157
universitetlər arasında gənclərin fleşmobları keçirilir. Bununla bərabər, keçən il 
bizim kampaniyanın yeni mərhələsi – dövlət və hökumət başçılarına, ATƏT­in 
Minsk  qrupuna,  AŞPA­ya,  BMT  Baş  Katibliyinə,  dünya  parlamentlərinə  və 
beynəlxalq təşkilatlara ünvanlanmış, bu faciəni soyqırımı aktı və insanlığa qar
şı  cinayət  kimi  tanımaq  tələbi  irəli  sürülən  petisiya  və  müraciətlər  yayılması 
mərhələsi başlanmışdır.
Tədbir  iştirakçıları  www.justiceforkhojaly.org  saytında  yerləşdirilmiş  peti-
siya ilə tanış olmuş və elə oradaca həmin sənədi imzalamışlar.
Tədbirdə 600­dən çox qonaq, o cümlədən Türkiyənin və Paraqvayın RF­dəki 
səfirləri, Moskvada akkreditə edilmiş diplomatik missiyaların, Rusiya XİN­in, 
ziyalıların,  paytaxtın  elmi  və  yaradıcı  dairələrinin,  Azərbaycan  diasporunun, 
KİV­in  nümayəndələri,  habelə  Moskva  və  regionların  ali  məktəblərinin  tələ-
bələri iştirak etmişlər.
Onu  da  qeyd  etmək  lazımdır  ki,  gənclər  Heydər  Əliyev  Fondunun  və 
 RAGT­nin təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyasını Rusiyanın 27 regio-
nunda davam etdirmişlər.
Elə həmin gün Sankt­Peterburqun M.Qorki adına Mədəniyyət Evində Hey-
dər Əliyev Fondunun Rusiya Federasiyasındakı Nümayəndəliyi və Baş Konsul­
luğun birgə təşkilatçılığı ilə XX əsrin ən qanlı faciəsi olan Xocalı soyqırımı-
nın 19­cu ildönümünə həsr olunmuş “Xocalıya ədalət!” elmi­praktiki konfrans 
keçirilmişdir.
Tədbirə 600­dən çox soydaşımız qatılmışdır. Konfransda Sankt­ Peterburq 
ictimaiyyətinin nümayəndələri, bir sıra ali təhsil ocaqlarının müəllimləri, nü­
fuzlu  iş  adamları,  tələbələrimiz  və  kütləvi  informasiya  vasitələrinin  nü ma­
yən dələri iştirak etmişlər.
Tanınmış yazıçı, professor Yuri Pompeyevin şəxsi xatirələri əsasında yazıl-
mış “Qarabağ gündəliyi” və Robert Arakelovun “Erməni ziyalısının etirafı” ki­
tablarının  təqdimatı  keçirilmişdir.  Xocalıda  törədilmiş  vəhşilikləri  əks  etdirən 
fotosərgi nümayiş olunmuş, tədbir iştirakçılarına Heydər Əliyev Fondu tərəfin-
dən hazırlanmış “Qarabağ həqiqətləri” məlumat toplusu təqdim edilmişdir.
Konfransda yenilənmiş justiceforkhojaly.org saytının təqdimatı keçirilmiş-
dir. İştirakçılara saytdan istifadə qaydaları barədə geniş məlumat verilmişdir.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva-
nın təşəbbüsü ilə Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) və Ümumru-
siya Azərbaycan Konqresi ilə birlikdə Moskvada və Rusiyanın bir sıra region-
larında Yeni il bayramı ərəfəsində irimiqyaslı xeyriyyə aksiyaları keçirilmişdir.
Belə ki, 27 dekabr 2011­ci il tarixdə Heydər Əliyev Fondunun Rusiya nü­
mayəndəliyinin  əməkdaşları  və  RAGT­nin  üzvləri  Moskvanın  bir  neçə  uşaq 

158
evində, bərpa mərkəzində olmuşlar. Uşaqlar üçün Şaxta baba, Qar qız və digər 
nağıl qəhrəmanlarının iştirakı ilə bayram tədbirləri təşkil olunmuşdur.
Xeyriyyə aksiyaları Moskvanın 43 və 11 nömrəli bərpa mərkəzlərində, 12 
nömrəli uşaq evində, Rusiya Tibb Elmləri Akademiyasının B.V.Petrovski adına 
Elmi  Cərrahiyyə  Mərkəzində,  habelə  “Yujnoye  Butovo”  əlil  uşaqların  Sosial 
Reabilitasiyası Mərkəzində keçirilmişdir. 
Rusiyanın digər regionlarında – Sankt­Peterburqda, Yekaterinburqda, Vla-
dimir, Tula, Kaluqa, Tver, Kirov, Voronej, Çelyabinsk, Lipetsk, Tümen, Yaroslavl 
vilayətlərində, habelə Udmurtiyada da bu cür xeyriyyə aksiyaları keçirilmişdir.
Aksiyalarda  Heydər  Əliyev  Fondunun  Rusiya  nümayəndəliyinin  əmək-
daşları ilə yanaşı, Leyla Əliyevanın bir il əvvəl yaratdığı Rusiya Azərbaycanlı 
Gənclər Təşkilatının üzvləri də fəal iştirak etmişlər.
2011­ci il may ayının 17­də Moskvada Azərbaycan Respublikasının müs tə­
qilliyini yenidən bərpa etməsinin 20­ci ildönümünə həsr olunan “Azərbaycan 
gecəsi”  adlı  təntənəli  mərasim  keçirilmişdir.  Heydər  Əliyev  Fondunun  təşəb-
büsü, ölkəmizin Rusiyadakı səfirliyinin dəstəyi ilə baş tutan və Dövlət Kreml 
Sarayında  keçirilən  mərasimdə  Azərbaycanın  birinci  xanımı,  Heydər  Əliyev 
Fondunun prezidenti, UNESCO­nun və İSESCO­nun xoşməramlı səfiri, Milli 
Məclisin  deputatı  Mehriban  Əliyeva  və  Rusiyanın  birinci  xanımı  Svetlana 
Medvedeva iştirak etmişlər.
Burada Azərbaycanın və Rusiyanın birinci xanımları “Karl Faberje və daş 
oyma ustaları. Rusiyanın əlvan dəfinəsi” adlı sərgiyə baxdılar. Ekspozisiyada 
görkəmli rus zərgərı Karl Faberjenin şah əsərləri nümayiş etdirilir. Bütün dün-
yada  tanınan  zərgər  Karl  Faberje  1846­cı  ildə  Sankt­Peterburqda  zərgər  ailə-
sində dünyaya gəlmişdir. Faberje Zərgərlik Evi rus çar ailəsi üçün özünəməx-
sus  tərzdə  zinət  əşyalarının  istehsalı  sayəsində  məşhurlaşmışdır.  Bu  zərgərlik 
məmulatları virtuoz hazırlanma tərzi və ideyanın orijinallığı ilə seçilir.
Mehriban Əliyeva və Svetlana Medvedeva sərgidə Faberje ilə eyni döv-
rdə  yaşayan  və  imperator  sarayı  üçün  zinət  əşyaları  hazırlayan  zərgərlərin, 
Ural  sənətkarlarının  işləri  ilə  də  tanış  oldular.  Ekspozisiyada  İmperator, 
Yekaterinburq,  Peterqof  və  Kolıvan  fabriklərində  istehsal  edilən  əsərlər  də 
nümayiş etdirilir.
Dövlət  Kreml  Sarayında  “Azərbaycan  gecəsi”  çərçivəsində  Heydər  Əli-
yev Fondunun ən uğurlu layihələrindən olan “Azərbaycan” nəşrinin rus dilin-
dəki versiyasının təqdimatı oldu. Oxuculara odlar yurdu Azərbaycan haqqında 
müfəssəl məlumat vermək məqsədilə ərsəyə gətirilən nəşrdə toplanan 1000­dən 
çox şəkil xalqımızın qədim tarixini, ənənələrini, mədəniyyətini, etnoqrafik xü­
susiyyətlərini əks etdirməklə yanaşı, ölkəmizin keçmişini və bu gününü, müa-
sir  simasını  da  təcəssüm  etdirir.  Bu  kitab  oxucuda  ölkəmiz  haqqında  əyani 

159
təsəvvür yaratmaq, onu tanımaq və sevmək baxımından çox böyük əhəmiyyətə 
malikdir.  Kitabda  paytaxt  Bakı  ilə  bərabər,  bütün  bölgələr  barədə  şəkillər  və 
materiallar əksini  tapmışdır.  Ölkəmizin  qədim  tarixinin,  memarlığının,  mədə-
niyyətinin bütün tərəfləri ilə əks olunduğu “Azərbaycan” nəşri ilə tanışlıq res-
publikamız və paytaxt Bakı haqqında dolğun təəssürat yaratmaqla, onun mədə-
niyyətlər və sivilizasiyaların qovuşuğunda yerləşməsindən xəbər verir.
Bu gecəyə Azərbaycan xalçalarının sərgisi də xüsusi ovqat gətirdi. Coğrafi 
mövqeyinə, naxış kompozisiyasına, rəng həlli və texniki xüsusiyyətlərinə görə 
Azərbaycan  xalçaçılıq  məktəbinin  bütün  istiqamətlərinin  təmsil  olunduğu  bu 
sərgidə 80­dən çox xalça nümunələri nümayiş etdirilir. Sərgidə yer alan Qara-
bağ  xalçaçılıq  məktəbinin  nümunələri  Qarabağın  əzəli  Azərbaycan  torpağı 
olduğunu bir daha hamının diqqətinə çatdırır.
Azərbaycanda  xalçaçılıq  məktəbi  özünün  inkişaf  dövrünü  yaşayır.  Xalqı-
mızın  milli  sərvəti  olan  bu  sahənin  inkişafı  ilə  bağlı  ölkədə  həyata  keçirilən 
tədbirlər  ilk  növbədə  bu  qədim  el  sənətinin  yaşadılmasına  göstərilən  diqqət-
dən irəli gəlir. Hazırda özünün yeni inkişaf mərhələsinə daxil olan xalçalarımız 
Azərbaycan  mədəniyyətinin  ən  böyük  hamisi  olan  Heydər  Əliyev  Fondunun 
həyata keçirdiyi layihələrlə daha da zənginləşir.
Azərbaycan xalçalarının Dövlət Kreml Sarayında nümayişi böyük maraqla 
qarşılandı. Xalqımızın milli kimliyinin, soydaşlarımızın arzu və istəklərinin əks 
olunduğu bu xalçalar hər bir azərbaycanlının qəlb döyüntüsünü Moskva audito-
riyasına uğurla çatdırdı.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə çıxış etdi. Təd-
birə gələnləri salamlayan Mehriban Əliyeva Azərbaycan gecəsində iştirak etdi-
yinə  görə  Rusiya  Prezidentinin  xanımı  Svetlana  Medvedevaya  xüsusi  min-
nətdarlığını  bildirdi.  Azərbaycanın  birinci  xanımı  “Eurovision­2011”  mahnı 
yarışmasında ölkəmizi təmsil edən Eldar Qasımov və Nigar Camal cütlüyünə 
səs verənlərə təşəkkürünü çatdırdı. Vurğuladı ki, bu günlərdə Azərbaycanda 
hamı bu qələbə, gənclərimiz və ölkəmiz ilə fəxr edir. Heydər Əliyev Fondu-
nun prezidenti müsabiqədə səsvermə zamanı Azərbaycana ilk 12 balı verən 
Rusiyaya təşəkkürünü bildirdi. Azərbaycan dövlətçiliyinin qədim tarixindən 
danışan Mehriban Əliyeva ölkəmizin həmişə Şərqlə Qərbi, Şimalla Cənubu 
birləşdirdiyini  vurğuladı.  Bildirdi  ki,  Azərbaycanda  həmişə  bütün  xaqlar 
sülh şəraitində yaşamışlar.
Mehriban  xanım  Əliyeva Azərbaycanın  müsəlman  Şərqində  ilk  parlament 
respublikası olduğunu, burada ilk opera və baletin yarandığını bildirdi, qazanı-
lan uğurları qeyd etdi. Sovet dövründə neft sahəsinin inkişafı, faşizm üzərində 
qələbənin qazanılmasında Azərbaycanın rolu barədə danışan Mehriban Əliyeva 
bildirdi ki, biz ölkəmizin əldə etdiyi nailiyyətlərlə fəxr edirik.

160
Azərbaycanın  birinci  xanımı  Azərbaycan­Rusiya  əlaqələrinə  toxundu,  bu 
gün ölkəmizdə orta və ali təhsilin ana dili ilə yanaşı, rus dilində də tədris olun-
duğunu, Bakı Slavyan Universitetinin, Lomonosov adına Moskva Dövlət Uni-
versitetinin filialının, Rus Dram Teatrının fəaliyyət göstərdiyini bildirdi.
Azərbaycanın birinci xanımı ötən il Bakıda Azərbaycan­Rusiya humanitar 
forumunun keçirildiyini, bu il Rusiya ilə birgə beynəlxalq humanitar forumun 
təşkil olunacağını diqqətə çatdırdı.
“Mədəni  müxtəliflik  qədim  mədəniyyət  və  tarixə  malik Azərbaycan  xalqı 
üçün ənənəvidir”, – deyən Mehriban xanım Əliyeva müstəqil dövlət kimi ölkə-
mizin 20 il mövcud olduğunu və bu qısa vaxtda böyük uğurların qazanıldığını 
vurğuladı. Azərbaycanın iqtisadi sahədə əldə etdiyi nailiyyətlər haqqında danı-
şan Heydər Əliyev Fondunun prezidenti ölkəmizin irimiqyaslı layihələr həyata 
keçirdiyini, dövlət siyasətinin sosialyönümlü olduğunu, 900 min yeni iş yeri-
nin yaradıldığını, yoxsulluğun səviyyəsinin azaldıldığını, ölkədə yeni təhsil və 
səhiyyə ocaqlarının inşa edildiyini, parkların, teatrların yaradıldığını və yeni-
dən qurulduğunu diqqətə çatdırdı. Bildirdi ki, yalnız bu il Bakıda beşulduzlu 
altı otelin açılması planlaşdırılır.
Ermənistan­Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən 
Azərbaycanın  birinci  xanımı  vurğuladı  ki,  ölkəmiz  bu  məsələnin  beynəlxalq 
hüquq normaları çərçivəsində həll olunacağına və ərazi bütövlüyümüzün bərpa 
ediləcəyinə ümid edir. “Bu gün bizim vizit kartımız – zəngin mədəni irsimiz-
dir”, – deyən Mehriban Əliyeva hamını Azərbaycana dəvət etdi. “Sizi görmək 
biz azərbaycanlılara həmişə xoş olacaq”, – deyən Azərbaycanın birinci xanımı 
Rusiya xalqına sülh, əmin­amanlıq və firavanlıq arzuladı.
Beləliklə, bu gün Rusiya ilə Azərbaycanın münasibətlərində ictimai diplo-
matiyanın rolu ilbəil artır. İki ölkənin humanitar qarşılıqlı fəaliyyət prosesləri, 
politologiya  dilində  desək,  soft­power  mexanizmləri  artıq  dövlətlərin  siyasi 
səylərinin  sadəcə  əlavəsi  deyil,  məmləkətimizi  vətəndaş  cəmiyyəti  səviyyə-
sində birləşdirən müstəqil prosesə çevirmişdir.
Bu işdə Azərbaycanın birinci xanımı, UNESCO­nun və İSESCO­nun xoş-
məramlı səfiri Mehriban Əliyevanın başçılıq etdiyi Heydər Əliyev Fondu fəal 
iştirak  edir.  Fondun  Rusiyada  həyata  keçirdiyi  təşəbbüslərin  əlaqələndiricisi 
prezident ailəsinin böyük qızı Leyla Əliyeva olmuşdur.
RAGT Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatıdır. Bu birlik ölkənin Mos-
kva və Sankt­Peterburqdan tutmuş Primorsk diyarınadək müxtəlif ali məktəb-
lərdə təhsil alan azərbaycanlı tələbələrdən ibarət klubları bir araya gətirmişdir. 
RAGT­nin Rusiyada 60­dan çox regional şöbəsi vardır. Onun fəaliyyətinin pri-
oritet istiqaməti gənc azərbaycanlıların yaşadıqları, təhsil aldıqları və çalışdıq-
ları çoxmillətli Rusiyanın reallıqlarına inteqrasiyasına kömək etməkdir. Qonşu 
xalqların adət­ənənələrinə hörmət ruhunda tərbiyə olunmuş Azərbaycan gənc-

161
ləri Rusiya mühitinə asanlıqla alışırlar. RAGT Azərbaycan gənclərini birləşdi-
rir, cəmiyyətdə layiqli yer tutmalarına, Azərbaycanın hüdudlarından kənarda da 
vətənə faydalı olmalarına kömək edir. Gənclər təşkilatı ehtiyacı olan hər kəsə, 
xüsusən, uşaqlara və xəstələrə yardım göstərir. RAGT görüşlərin təşkilini, ide-
yaların əlaqələndirilməsini və əməli sahibkarlığı dəstəkləyir, həm Rusiyada, həm 
də Azərbaycanda gənc azərbaycanlıların məşğulluq səviyyəsinin daha yüksək 
olmasına çalışır. RAGT­nin vəzifəsi gənclərdə həyata nikbin münasibət və doğ
ru seçim etmək bacarığı formalaşdırmaqdır.
Azərbaycanın  Rusiyada  imicinin  formalaşmasında  və  inkişaf  etdirilmə-
sində informasiyanın və praktiki tərkib hissənin güclənməsi Rusiyanın Azər-
baycanlı  Gənclər  Təşkilatının  sədri  Leyla  Əliyevanın  fəaliyyətinin  sanballı 
nəticəsi ol muşdur. Mübaliğəsiz deyə bilərik ki, Leyla Əliyeva öz vətəninin soft­ 
powerinin  həyata  keçirilməsi  üçün  bir  növ  nadir,  postsovet  məkanında  ana-
loqu olmayan mexanizm yaratmışdır. Məhz onun təşəbbüsü ilə təsis edilmiş 
“Baku” jurnalı istedadlı qələm sahiblərinin yazdığı dolğun, maraqlı mətnlərin 
və yüksək keyfiyyətli fotoşəkillərin dili ilə həm Azərbaycanın ənənəvi mədə-
niyyəti  haqqında,  həm  də  ölkə  həyatının  müasir  meyilləri  və  xüsusiyyətləri 
barədə  söhbət  açır.  Jurnalda  həm  də  tanınmış  rusiyalı  müəlliflərin  oçerkləri 
dərc edilir. Bu materiallarda azərbaycanlıların dünyagörüşü, Bakı şəhər mədə-
niyyətinin koloriti heyrətamiz dərəcədə dəqiq və eyni zamanda obrazlı şəkildə 
təsvir edilir. Bununla da oxucu Azərbaycan dünyasının rəngarəng reallıqlarına 
dərindən bələd olmaq imkanı əldə edir.
Lakin Leyla Əliyevanın ən mühüm layihəsi Rusiyanın Azərbaycanlı Gənc-
lər Təşkilatı (RAGT) adlanan ictimai qurumdur. RAGT Azərbaycan diasporu­
nun  mədəni  həyatının  inkişafında  keyfiyyətcə  yeni  mərhələ,  gənclərə  doğru 
atılan  cəsarətli  addım  olmuşdur.  Bu  layihədə  təkcə  diasporun  həyatı  deyil, 
Rusiyanın özünün gənclər siyasətinin bir sıra cəhətləri əhatə edilir.
Nəhayət, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin məxsusi fəa-
liyyəti barədə. Əgər Azərbaycanın beynəlxalq ictimai­siyasi tədbirlərinin bütün 
spektrinə  və  ya  Azərbaycan  mədəniyyətində  baş  vermiş  mühüm  hadisələrlə 
əlaqədar təşkil edilmiş ayrı­ayrı tədbirlərə nəzər salsaq, heç şübhəsiz, Rusiya 
ictimai məkanında Azərbaycanın sosial və mədəni təşəbbüslərinin əsas əla qə­
ləndiricisi rolunda məhz Heydər Əliyev Fondu çıxış edir.
Azərbaycanın  “mülayim  qüvvə”  siyasəti  hansı  istiqamətlərdən  ibarətdir? 
Ölkənin  hüdudlarından  kənarda Azərbaycanın  mədəni  təsirini  dəstəkləməyə 
qabil olan üç sahə məlumdur. Bunlardan birincisi çoxsaylı Azərbaycan dias­
porunun  özüdür.  Burada  bir  neçə  mədəniyyət  və  informasiya  istiqamətini 
fərqləndirmək lazımdır. Əvvələn, öz mədəni irsinə biganə qalmayan hər hansı 
ölkə kimi Azərbaycan da diasporun özündə ana dilinin öyrənilmə sinə kömək 

162
etməyə yönəlmiş təşəbbüsləri dəstəkləməyə çalışır. Doğma vətənlə əlaqə sax-
lamaq hər bir milli diaspora münasibətdə istənilən dövlət üçün ənənəvi və zi­
fədir. Lakin rusiyalı azərbaycanlılara münasibətdə Bakı hər şeydən əlavə, on­
ların Rusiya cəmiyyətinə daha keyfiyyətli inteqrasiyası üçün şərait yaratmağa 
çalışır  və  beləliklə,  miqrantları  qəbul  edən  dövlətin  funksiya larının  bir  qis-
mini öz üzərinə götürür.
Rusiya azərbaycanlıları müxtəlif yaşlı, müxtəlif dünyagörüşlü, təhsil stan-
dartları müxtəlif olan, sosial proseslərə müxtəlif dərəcədə cəlb edilmiş insan-
lardır. Azərbaycanın müxtəlif regionlarından olan bu insanlar Rusiyanın müxtə-
lif regionlarında məskunlaşmışlar. Bütün bunları nəzərə almaq zəruridir. Digər 
tərəfdən, ruslarda və Rusiyanın digər vətəndaşlarında Azərbaycanın həyatı və 
mədəniyyəti  barədə  daha  keyfiyyətli  informasiya  formalaşdırmaq  məqsədilə 
əzmlə iş aparmaq lazımdır.
Son illərdə məhz bu missiya Heydər Əliyev Fondu – RAGT tandeminin əsas 
məqsədinə çevrilmişdir. Rəmzi bayram tarixlərinin məzmununu Rusiya cəmiy-
yətinin fəal hissəsinə çatdırmaq və ölkənin müasir tarixindəki faciəli hadisələri 
tarixi mövqedən savadlı şərh etmək onların işinin prioritet istiqamətinə çevril-
mişdir. Oxucuların yaşlı nəslinin yadındadır: burada söhbət mahiyyət etibarilə 
xarici ölkələrlə dostluq cəmiyyətlərində sovet dönəmində aparılan işdən gedir.
Azərbaycanın xarici aləmə mədəni inteqrasiyasının ikinci, birincidən heç də 
az əhəmiyyətli olmayan amili daim Rusiyanın informasiya məkanında olmaq-
dır. Bu halda söhbət təkcə Azərbaycan haqqında rəngarəng materiallar çap edən 
“Baku”  jurnalı,  yaxud  “GEO”  və  “Vokruq  sveta”  kimi  nəşrlərdə  dərc  edilən 
məqalələrdən  getmir.  Rusiya  mətbuatının  səhifələrində  davamlı  və  müsbət 
informasiya  mövqeyinə  malik  olmaq  artıq  qazanılmış  nəticədir.  Heydər  Əli-
yev Fondu indi daha da irəli gedir. Qarşıya Azərbaycanın kütləvi mədəniyyə-
tini və şou­biznes subyektlərini Rusiya mədəni məkanına daha çox cəlb etmək 
vəzifəsi qoyulmuşdur.
Burada müxtəlif iş formalarından istifadə edilə bilər: Azərbaycan ərazisində 
müxtəlif simfonik, caz və folklor festivallarının keçirilməsi, ayrı­ayrı musiqiçi­
lərin  və  kollektivlərin  Rusiyaya  səfərləri  –  bütün  bu  tədbirlər  nəticəsində  iki 
ölkənin  mədəni  birlikləri  bir­biri  ilə  nəinki  tanış  olur,  qarşılıqlı  zənginləşir, 
həm  də Azərbaycan  incəsənətinin  pərəstişkarlarının,  onun  həqiqi  sərraflarının 
davamlı birliyi formalaşır.
Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan musiqi sənəti (musiqinin 
bütün  istiqamətləri  –  cazdan  və  klassik  simfoniyadan  başlamış,  müasir  rəqs 
ritmlərinə qədər) artıq çoxdan öz auditoriyasını qazanmışdır. Rusiya cəmiyyə-
tində bu sənət hələ sovet dövründən yüksək qiymətləndirilir. Eyni sözlər Azər-
baycanın müasir təsviri incəsənətinə, kino sənayesinə, ədəbiyyatına da aiddir.

163
Üçüncü sahə Rusiya­Azərbaycan ziyalı forumlarını, tanınmış liderlərin gö­
rüşlərini,  görkəmli  ictimai  xadimlərin  iştirak  etdiyi  sair  tədbirləri  əhatə  edir. 
Azərbaycanın  tanınmış  yazıçıları,  rəssamları,  rejissorları,  aktyorları,  musiqi-
çiləri, idmançıları Azərbaycanın ictimai diplomatiyasına getdikcə daha fəal cəlb 
edilir. Fond bu cür tədbirlərin əsas təşkilatçısıdır.
Deyə  bilərik  ki,  RAGT­ni  formalaşdıran  dəstək  və  birlik  hissi  Rusiya-
dakı  azərbaycanlı  gənclərə  fəal  həyat  mövqeyi  aşılayan  kifayət  qədər  güclü 
sosial ­psixoloji  stimulyatordur.  Fəal  vətəndaş  mövqeyi  peşəkarlığın,  özünü 
təmin  etmək  qabiliyyətinin  və  ölkə  qarşısında,  cəmiyyət  qarşısında  mənəvi 
məsuliy yətin  təməlidir.  Bunu  sübut  etmək  üçün  hər  hansı  xüsusi  dəlillər 
axtarmağa ehtiyac yoxdur.
2010­cu  ilin  may  ayında  Moskvada  Rusiyanın  bütün  bölgələrində  altmış 
yerli regional bölməni birləşdirən bu güclü təşkilatın ikinci konfransı keçiril-
mişdir.  Forum  Rusiyadakı  azərbaycanlı  gənclərin  yüksək  dərəcədə  hazırlıqlı 
və  mütəşəkkil  olmasını  göstərdi.  Forumun  seksiyalarında  nümayiş  etdirilmiş 
qeyri­ standart qərarlar qəbul etmək bacarığı, öz fikrini sərbəst ifadə etmək, ste-
reotiplərdən asılı olmamaq kimi keyfiyyətlər ümid etməyə əsas verir ki, Rusiya 
ilə Azərbaycan arasında qarşılıqlı faydalı əlaqələrin daha da inkişaf etdirilmə-
sinə ləyaqətlə xidmət edəcək, kreativ təfəkkürlü gələcək liderlərin keyfiyyətcə 
yeni nəsli formalaşmaqdadır.
RAGT­nin lideri Leyla Əliyevanın çıxışının əsas tezisləri mənəviyyatlılıq, 
vətənpərvərlik, nikbinlik və birlik kimi yeni sosial­siyasi dəyərlərin formalaş­
ması  problemləri  ilə  bağlıdır.  Bunların  hamısı  Rusiya  cəmiyyətinin  bütün 
subyektləri  üçün  həyati  əhəmiyyətli  oriyentirlərdir.  Məhz  onlar  müasir  dün-
yada  fərdin  ahəngdar  inkişafının  rəhni  və  Rusiyada Azərbaycan  diasporunun 
səmərəli fəaliyyətinin qarantıdır. 
RAGT­nin  hər  bir  üzvü  ölkənin  intellektual  kapitalı,  Rusiyada  öz  vətən-
daş  potensialını  reallaşdırmağa  qabil  olan  güclü  diaspordur.  Məhz  bu  səbəb-
dən RAGT­nin fəaliyyəti və gələcək inkişafı çox böyük əhəmiyyət kəsb edir. 
RAGT milli diaspor siyasətini tamamlamaqla bərabər, həm də humanitar diplo-
matiyanın davamıdır.
Ulyanovsk şəhərindəki orta ümumtəhsil məktəbi Heydər Əliyev Fondunun 
dəstəyi ilə əsaslı şəkildə yenidən qurulmuşdur. Bu, Rusiyanın sosial məkanında 
Azərbaycanın humanitar təsirinin genişlənməsinin daha bir təzahürü olmuşdur. 
Maraqlıdır  ki, Azərbaycanın  bu  cür  təşəbbüsləri  Moskvadan  kənarda  da  çox 
sürətlə inkişaf etməkdə, bütün Rusiyada dərinləşməkdə və genişlənməkdədir.
Məsələn, 2010­cu ildə RAGT­nin regional bölməsi tərəfindən Udmurtiya-
nın İjevsk şəhərindəki 66 nömrəli ümumtəhsil məktəbi bazasında Azərbaycan 

164
bazar  günü  məktəbi  açılmışdır.  Bu  məktəbdə Azərbaycan  dili  və Azərbaycan 
tarixi fənləri tədris edilir.
Bütün  bunlar  azərbaycanlıların  və  rusiyalıların  qarşılıqlı  sosiomədəni  fəa-
liyyətinə yeni təkan verir. Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi 
çərçivəsində  Ulyanovskda  Rusiyanın  adi  bir  məktəbinin  yenidən  qurulması 
əyani  şəkildə  göstərir  ki,  ölkələrimizin  qarşılıqlı  humanitar  fəaliyyəti  keyfiy-
yətcə  yeni  mərhələyə  qədəm  qoymuşdur.  Bu  həm  də  Heydər  Əliyev  Fondu-
nun və RAGT­nin Rusiya məkanında kompleks, səmərəli və birgə fəaliyyətinin 
göstəricisidir. Məlum olduğu kimi, bu iki qurumu birləşdirən onların ideologi-
yasının oxşar olmasıdır: Fond Azərbaycanın sosial və mədəni təşəbbüslərinin 
təbliğ edilməsi üçün maliyyə və insan resurslarını akkumulyasiya edir, RAGT 
isə gənclərin vətəndaşlıq təşəbbüslərini əlaqələndirir. Bu qurumların təşkilatçı-
larının başının ucalığıdır ki, onlar sosial işin çox dəqiq və olduqca uğurlu vek-
torunu  –  azərbaycanlı  gəncləri  Rusiyanın  vətəndaş  cəmiyyətinin  fəal  üzvləri 
rolunda çıxış etməyə həvəsləndirməyi və istiqamətləndirməyi seçmişlər. Əgər 
əvvəl onların keçirdiyi tədbirlər diasporun obrazını dəyişməyə yönəlmişdi və 
kifayət qədər məhdud dairənin marağını cəlb edirdisə, indi buraya Rusiyanın 
sosial həyatında fəal iştirak etmək iddiasında olan daha bir tərkib hissə əlavə 
olunmuşdur.  Ulyanovskdakı  məktəbin  açılışından  sonra  (xatırladaq  ki,  bu  la­
yihənin ümumi dəyəri 25 milyon rubl olmuşdur) onu da qeyd etmək lazımdır 
ki, Heydər Əliyev Fondu və RAGT daha sadəcə olaraq, Rusiyanın “xeyirxah 
qonaqları” deyildir, onlar ümumi evin inşa edilməsində, rusiyalıların həyat key-
fiyyətinin artırılmasında və bir­birinin yeni müsbət obrazının formalaşmasında 
tərəfdaş qurumlara çevrilir.
Bu aksiyanın digər nəticəsi Rusiyadakı gənc azərbaycanlıların özlərinə is ti­
qamətlənmişdir.  Heydər  Əliyev  Fondunun  proqramları  çərçivəsində  iş  prose-
sində  başqa  millətlərin  nümayəndələrində  rusiyalılarla  çiyin­çiyinə  çalışmaq, 
onların  ümumi  ölkəsinin  sosial  məkanında  mütərəqqi  dəyişikliklər  istiqamə-
tində birgə səy göstərmək bacarığı tərbiyə olunur. Qeyd edək ki, yuxarıda adı
nı  çəkdiyimiz  Ulyanovsk  məktəbi  “Azərbaycan  məktəbi”,  yəni  etnik­mədəni 
komponentli  təlim  proqramını  həyata  keçirən  ümumtəhsil  məktəbi  deyildir. 
Ulyanovskdakı  adi  ümumtəhsil  məktəbində  şagirdlərə Azərbaycanın  tarixi  və 
mədəniyyəti  ilə  əyani  şəkildə  tanış  olmaq  imkanı  verən  zallar  yaradılmışdır. 
Təbii ki, bu, Azərbaycanı daha yaxşı tanımağa kömək edəcək, həmin biliklər 
isə, öz növbəsində, gələcəkdə ölkələrimiz arasında mehriban qonşuluq atmos-
ferinin qorunub saxlanmasının rəhni olacaqdır.
Məktəbdə yaradılmış 3 kompüter sinfinə Azərbaycanda “Gələcək üçün təh-
sil 1:1” layihəsi çərçivəsində (bu layihə də Heydər Əliyev Fondunun himayəsi 
ilə  həyata  keçirilmişdir)  istehsal  edilən,  İnternet  şəbəkəsinə  naqilsiz  qoşulmaq 

165
üçün qurğularla, zərbəyə davamlı örtüklə və lisenziyalı proqram təminatı ilə təc-
hiz edilmiş 20 ədəd NEXUS noutbuku verilmişdir. Bunların sayəsində rusiyalı 
yeniyetmələr  hələ  ibtidai  məktəbdə  oxuyarkən Azərbaycan  haqqında,  Cənubi 
Qafqazda yerləşən bu dövlətin sənaye, o cümlədən texnoloji cəhətdən də inki-
şaf etmiş, Rusiyaya dost ölkə kimi təsəvvürə malik olacaqlar. 
Gənclərlə  iş,  hətta  bu  iş  ayrı­ayrı  tədbirlərdən  başlandıqda  belə,  öz  mən-
tiqinə  görə  gec­tez  inkişaf  edərək  konstruktiv  vətəndaş  fəallığına  çevriləcək, 
səmimi volonterlik və könüllülük nümunələri göstərəcəkdir. Yalnız bu əsasda 
həmin iş uğurlu ola bilər. RAGT də məhz özünün güclü təşkilati resurslarından 
istifadə etməklə gənclərə bu cür təkan vermək, onlardan əsl vətəndaşlar yetiş-
dirmək, müsbət həyat mövqeyi, real işlər görmək üçün əsl vətəndaş istəyi for-
malaşdırmaq, onları dünyanı yaxşılığa doğru dəyişməyi bacaracaqlarına inan-
dırmaq əzmindədir. Buna görə də təsadüfi deyildir ki, Rusiyanın digər gənclər 
təşkilatları, məsələn, “Rossiya Molodaya” təşkilatı RAGT­nin uğurlarına diqqət 
yetirir (bu iki təşkilat arasında tərəfdaşlıq sazişləri imzalanmışdır).
Gənclik problemlərinə həsr edilmiş çoxsaylı tədqiqatlar göstərir ki, Rusiya 
gəncləri haqqında hələlik tam təsəvvür formalaşmamışdır. Eyni qayda ilə gənc-
lərdə də gələcək həyat yolu barədə təsəvvür çətinliklə formalaşır. “Zəmanəmi-
zin qəhrəmanı, nümunə götürməyə layiq olan kumir necə insandır?”, “gəncləri 
hərəkətə gətirən oriyentirlər hansılardır, merkantil praqmatik maraqlar gəncliyə 
xas  olan  romantik  idealları  tam  üstələmişdirmi?”,  –  bu  kimi  mühüm  suallara 
hələlik dəqiq cavab yoxdur. Nəhayət, ən mühüm sual – çoxmillətli ölkəmizdə 
gənclərin  nəzərində  yeni  rusiyalının  dolğun  obrazı  mövcuddurmu,  yoxsa  bu 
obraz ayrı­ayrı etnik seqmentlərə parçalanır? Həmin suallara necə cavab veril-
məsindən və Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı etnik mənşəyindən asılı 
olmayaraq,  Rusiya  vətəndaşının  inkişaf  “sexinə”,  tolerant  və  fəal  vətəndaşın 
formalaşdığı məkana çevrilə bilər.
Real  işlər,  həyata  keçirilmiş  ideyalar,  nail  olunmuş  məqsədlər  əminliklə 
de məyə  imkan  verir  ki,  RAGT  özünü  təsdiq  etmiş  birlikdir.  Hazırda  RAGT 
Azərbaycandan kənarda ən fəal gənclər təşkilatıdır. Üzvlərimizin sayı bir ilə bir 
neçə dəfə artmışdır. Təşkilatın artıq 60­dan çox bölməsi vardır. Regional təş-
kilatlar  fəallıqlarına  görə  heç  də  mərkəzdən  geri  qalmırlar.  Bir  il  ərzində  biz 
təkcə  Moskvada  və  Bakıda  deyil,  həm  də  Sankt­Peterburqda, Tverdə,  İvano-
voda, Smolenskdə, Murmanskda və Yekaterinburqda xeyli tədbirlər, görüşlər, 
aksiyalar keçirmişik.
Təşkilatın  fəaliyyətimizin  prioritet  istiqamətləri  mədəniyyətlərarası  dialo­
qun  qurulması, Azərbaycanın  zəngin  mədəni  və  tarixi  irsinin  təbliği,  müasir 
Azərbaycan reallıqlarının Rusiya cəmiyyətinə çatdırılması, habelə elm və təhsil 
sahələridir. Bir də əlbəttə, Rusiya Federasiyasında yaşayan və təhsil alan Azər-
baycan vətəndaşları, tələbələri və gənclərinə qayğı göstərilməsidir.

166
Təşkilatın  fəaliyyətinin  mühüm  tərkib  hissələrindən  biri  Heydər  Əliyev 
Fondu ilə birlikdə “Xocalıya ədalət” beynəlxalq kampaniyasının keçirilməsi­
dir.  Bu  kampaniya  çərçivəsində  dünyanın  müxtəlif  ölkələrində  70­dən  çox 
aksiya  keçirilmişdir.  Kampaniyanın  məqsədi  1992­ci  ilin  fevral  hadisələri 
barədə  dünyanın  bütün  qitələrinə  məlumat  çatdırmaqdır.  Xocalı  bizim  dər-
dimizdir  və  dünya  birliyinə  bu  faciə,  ümumilikdə  Ermənistan­Azərbaycan 
münaqişəsi  ba rədə  məlumat  verilməsi  çox  vacibdir.  Bu  münaqişə  ədalətli 
həll  olunanadək, Azərbaycanın  ərazi  bütövlüyü  bərpa  edilənədək  təşkilat  bu 
istiqamətdə fəaliyyət göstərəcəkdir.
RAGT mədəniyyəti bütün dialoqların universal açarı hesab edir. Moskvada 
və  Rusiyanın  digər  şəhərlərində Azərbaycan  mədəniyyəti  günləri  və  həftələri 
keçirmiş, musiqi gecələri, fotosərgilər, filmlərin nümayişi təşkil olunmuş, zən-
gin Azərbaycan mədəniyyətini layiqincə təmsil etməkdədir. 
RAGT humanitar və sosial sahələrdə də xeyli iş görmüş, köməyə ehtiyacı 
olanlara  konkret  yardımlar  etmiş,  məsələn,  uşaq  evlərində,  xəstəxanalarda 
uşaqlara böyük qayğı göstərmişdir. Xəstə uşaqlar üçün “Qanın milləti yoxdur” 
devizi  altında  dərin  rəmzi  məna  daşıyan  qanvermə  aksiyasını  xüsusi  qeyd 
etmək olar. Bu, göstərir ki, Azərbaycan və Rusiya gənclərinin həyat dəyərləri 
eynidir. RAGT­nin təşəbbüsü ilə tütünün və alkoqolun insan orqanizminə təsiri 
barədə  reklam­maarifləndirmə  kampaniyası  keçirilmişdir.  “Əmin  ol  ki,  sağ-
lamsan” və “Xəstəliyə “yox” de” proqramları çərçivəsində Azərbaycandan və 
Moskvadan yüzlərlə adam pulsuz müayinə olunmuşdur. 
RAGT idmanda da parlaq nəticələr əldə etmişdir. 2009­cu ildən Moskvada 
Rusiyada təhsil alan azərbaycanlı tələbələrdən ibarət 16 komandanın iştirakı ilə 
mini­futbol çempionatı keçirilir. Regionlar bu ideyanı dəstəkləmişlər və bu il 
çempionatda artıq 24 komanda iştirak etmişdir. Bu, gənclərimizin idmana olan 
böyük marağından xəbər verir. 
RAGT­nin  rəsmi  saytı  yenilənmişdir  və  gənclərimiz  ünsiyyət  bağlaya, 
maraqlı  informasiyaları  müzakirə,  müsabiqələrdə  iştirak  etmək  imkanına 
malik olmuşlar. 
“Baku” jurnalı qədim olduğu qədər də çox gənc bir şəhərin bütün gözəlli­
yini  əks  etdirir.  Bu  gün  Bakı  müasirliklə  ayaqlaşan  zəngin  mədəni  dəyər-
lər,  milli  ənənələr  şəhəridir.  Bu  jurnal  Rusiyada  Azərbaycan  mədəniyyətin-
dən, adət­ənənələrindən söz açan yeganə illüstrasiyalı nəşrdir. Oxucular onun 
köməyi ilə Azərbaycanı kəşf edir, onun zəngin mədəniyyəti və tarixinə bələd 
olurlar.  Jurnal  Odlar  Yurdunun  Yer  kürəsinin  müxtəlif  guşələrində  yaşayıb­ 
yaradan ən layiqli nümayəndələri ilə rusiyalıları tanış edir. “Baku” jurnalı orta 
əsr  şəhərinin  qədim  küçələrinə  və  inkişafda  olan  dövlətin  müasir  paytaxtı nın 
gur  işıqlandırılmış  geniş  prospektlərinə  səyahətə  dəvət  edir.  “Baku”nun  sə hi­

167
fələrində Abşeron çimərlikləri, Lənkəran və Naxçıvanın ecazkar təbiəti, Qafqaz 
dağları əks olunmuşdur. Jurnalın səhifələrində Üzeyir Hacıbəylinin və Niyazi­
nin  musiqisinə,  Müslüm  Maqomayevin  və  Rəşid  Behbudovun  nəğmələrinə, 
Banişevskinin və Tofiq Bəhramovun futboluna rast gəlirsən. “Baku”nun redak-
siyası məzmunlu aksiya və təqdimatlar təşkil edir, sevimli şəhər barədə canlı 
boyalarla maraqlı söhbət açmağa, rusiyalı oxucularda Bakının və Azərbaycanın 
unudulmaz obrazını yaratmağa çalışır.
Heydər  Əliyev  Fondunun  təşəbbüsü  ilə  2012­ci  il  iyunun  5­də  Sankt­ 
Peterburqda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik 
yubileyi münasibətilə onun adını daşıyan bağın təntənəli açılışı olmuşdur. Açı-
lış mərasimində Heydər Əliyev Fondunun vitse­prezidenti Leyla Əliyeva işti-
rak etmişdir. 
Leyla  Əliyeva  mərasimi  açaraq  bildirmişdir  ki,  Nizami  Gəncəvi  adına 
bağın açılışı Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi ilə Sankt­Peter-
burq Administrasiyasının daha bir layihəsidir. O demişdir: “2002­ci il iyunun 
9­da  XII  əsrin  dahi  Azərbaycan  şairi  və  mütəfəkkirinin  Sankt­Peterburqda 
abidəsinin  açılışında  prezidentlər  Heydər  Əliyev  və  Vladimir  Putin  iştirak 
etmişdilər.  Bakıda  hazırlanmış  abidə Azərbaycan  xalqının  Sankt­Peterburqa 
hədiyyəsi olmuşdur. 
Nizaminin  obrazını Azərbaycan  heykəltəraşı,  V.Muxina  adına  Leninqrad 
Ali Rəssamlıq Məktəbinin məzunu Qəyruş Babayev yaratmışdır. Bu il şairin 
anadan olmasının 870 illiyi tamam olur. Bununla əlaqədar, fondun nümayən-
dəliyinin hamiliyi ilə bağda qranitdən nadir skamyalar və Nizaminin əsərlə-
rindən  fraqmentlər  təsvir  edilmiş  pannolar  qurulmuş,  şairin  abidəsi  bərpa 
olunmuşdur. Sankt­Peterburq qubernatorunun qərarı ilə bu gözəl bağa Nizami 
Gəncəvinin adı verilmişdir. 
Qeyd etməliyik ki, Sankt­Peterburq ziyalıları Böyük Vətən müharibəsinin 
ən ağır illərində dahi şairin 800 illik yubileyini qeyd etmişlər. Böyük Nizamiyə 
bu  qayğıkeş  münasibəti  Azərbaycan  xalqı  heç  vaxt  unutmayacaqdır.  Heydər 
Əliyev  Fondunun  təşəbbüsü  ilə  Sankt­Peterburq  şəhərində  dahi  Azərbaycan 
şairi və mütəfəkkiri Nizami Gəncəvinin xatirəsinə ucaldılmış abidə və salınmış 
bağ Azərbaycanın möhtəşəm qədim tarixə və zəngin irsə malik olan mədəniy-
yətini təcəssüm etdirir. 

168

169

170

171

172
1   ...   7   8   9   10   11   12   13   14   15


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə