aynasıdır. Burada hər sahəyə aid nümunələr verilmişdir: titullar, ləqəblər, kiıi və qadın adları, flora,
fauna, silah, parça adları, saray titulları və s. verilir. Türk xalqlarının ensklopediyası sayılan bu
əsərdə 318 atalar sözü, 240 beyt və bənd şeir, 40-a yaxın yemək, içki reseptləri verilib. “Divan”da
türklərin təbabətdə istifadə etdikləri dərmanlardan tutmuş, türk hüquq düzənindən idarəçiliyinə
qədər, toxuculuq və əl sənətindən türk damğalarına qədər yüzlərlə müxtəlif sahələrə aid nümunələr
verilmişdir. Kaşğari XI yüzillikdə türklərin ütülü paltarlarda gəzdiklərini, geyimlərin adlarını
söyləyirdi. Əsərdə futbolun atası sayıla bilən çəpik oyunundan da danışılır.
Türk xalqları yaradıcılığının müxtəlif janrlarını dərindən araşdırmaq baxımından
M.Kaşğarinin “Divan”ı böyük əhəmiyyət kəsb edir. “Divanü lüğat-it-türk”lə tanış olarkən orda
verilən müxtəlif janrlarının öyrənilməsi zərurəti meydana çıxır. Divanda işlədilən folklor
nümunələrindəki sadəlik, yığcamlıq, sağlam təfəkkür qədim türk xalqlarının zəngin tarixindən xəbər
verir. “Divan” türk xalqlarının ortaq mənəvi-mədəni sərvətidir. F.Köçərli folklor nümunələrini
öyrənməyin zərurətindən yazır: “Keçmişdə şan-şöhrət sahibi olan türk milləti öz məişətinə, ayin və
adətinə dair yaratdığı qisim-qisim nağıl və hekayələr, gözəl mənzumə və bayatılar, hikmətamiz
məsəllər (atalar sözü), nazik mənalı müəmmalar, tapmacalar,balalar qəlbi aşan düzgülər və
yanıltmaclar, heyvan qisminə məxsus sayaçı sözləri mürur əyyam ilə xatirələrdən çıxıbdır və bu
halda unudulmaqdadır... O millət ki öz tarixini, dolanacağını, vətənini və dilini sevir- bu qisim
əsərləri kəmal-şövq və diqqətlə cəm edib ziqiymət sərmayə kimi saxlayır və bəlalarının ilk təlim və
tərbiyəsini onları oxutmaq ilə başlayır.” (6, s.2)
Hər hansı xalqın folkloru onun biliyinin, təcrübəsinin, inancının, bədii təfəkkürünün
məhsuludur. “Millət hər bir ittifaqdə münasib hal söyləməgini, dünyada dolanmasını, insanlar ilə
rəftarını və sairə məxluqatla əlaqəsini az sözlü amma dərin mənalı “müfid-müxtəsər” kəlamı ilə
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
369
bəyan qılır.” (6, s.6) İllərlə insanların təfəkkür tarixindən süzülüb gələn atalar sözləri və məsəllərin
ən qədim mənbələrindən biri də “Divanü lüğat-it-türk”dür. Burada türkün inancını, həyat tərzini,
adət-ənənələrini, məişətin bütün sahələrini əks etdirən hikmətli sözlərlə zəngindir. Türklər göy
gurultusunu, Tanrının inayəti, ildırımı, tufanı, susuzluğu Allahın cəzası hesab edirdilər. Burada
zamanla atalar sözləri halını alan hikmətli sözlər, şerlər vardır. Buradakı folklor nümunələrində
türkün ictimai-siyasi dünya görüşü, arzu idealları, mənəvi dünyası öz əksini tapmışdır.
“Divanü lüğat-it-türk”də işlədilən hikmətli sözlərin əksəriyyəti nəzmlə verilmişdir. Burada
yeddiliklər, səkkizliklər, onikiliklər heca vəznində verilmişdir. Burada işlənən atalar sözləri və
məsəllərin sayı türkoloqların araşdırmalarında müxtəlif sayda verilmişdir. Abdülahad Nurinin
əsərində 251, Brokkelmanda 264, Necib Asımda 290, Ferit Birtekdə 291, Ali Ulvi Elövedə 266
dənə atalar sözləri verilmişdir.
İgidliyi, qəhrəmanlığı, birliyi təbliğ edən hikmətli sözlər, məsəllər Divanda kifayət qədər
işlədilmişdir: “...alp yağıda, alçak çoğıda”. İgid adam düşmən qarşısında, ağciyər adam isə döyüşdə
bəlli olar. (2.s115) “Üri kopsa, oğuş aklışur, Yağı kəlsə, imrəm təprəşür” . Səs-küy qopsa, qohum-
qardaş axışar, yağı gəlsə, el yerindən tərpənər. ( Bir çığlıq, fəryad qopsa, qışqırana kömək üçün
bütün oymaq axışır, yağı gəlsə, bölüklər savaş üçün toplaşır). (2s.152)
“...Ot tesə, ağız köyməs”. Od deməklə ağız yanmaz. (2s.117) Bu dediyini dananlar üçündür.
Insan ömrünün əbədi olmasını ifadə edən atalar sözü:
“Öd keçər, kişi tuymas,
Yalnqluk oğlı mənqgü kalmas.
Zaman keçər, insan bilməz,
Adəm oğlu əbədi qalmaz ”.(2s.118)
Özündən razı adamlar haqqında verilən atalar sözü:
“Aşıç ayur: tübüm altun,
Kamıç ayur: mən kayda mən .
Qazan deyər: dibim altın,
Çömçə deyər: mən hardayam?”(2s.125)
“... yurt kiçük bolsa, anqut bedük ur=deşik kiçik olsa da, qıfılı böyük elə”. (2s.156)
Öz elinə, yurduna xor baxan adamlar haqqında deyilən atalar sözü: “...tilkü öz inqə ürsə,
udhuz bolur=Tülkü öz hininə, yuvasına hürsə, qotur olar.” ( 2s.127)
“... öküz adhakı bolğınça, buzağu başı bolsa, yeg öküz ayağı olmaqdansa, buzov başı olmaq
yaxşıdır.” Bu söz “ başlı- başına, sərbəst olmaq başqa adama tabe olmaqdan xoşdur ” demək yerinə
işlədilir .(2s.130)
İki hiyləgərin qarşılaşdığı vaxt deyilən atalar sözü: “ aşçı neçə al bilsə, adhığ ança yol
bilir=ovçu naçə al bilsə, ayı onca yol bilir” (2s.132)
“... tirig əsən bolsa, tanq öküş körür=diri adam sağlam olsa, çox şeylər görər” (2s.131) ; “...
sartnınq azukı arığ bolsa, yol üzrə yer=satıcının malı təzə olsa, elə ordaca yeyər ”.(2s.135) “... anuk
utru tutsa yokka sanmas=hazır olan şey qabağa qoyulsa yox sayılmaz ”. (2s.136) “ kündə irük yok,
bəgdə kayık yok=günəşdə çat olmaz, bəy də sözündən dönməz”. (2s.138) “...alımçı arslan, berimçi
sıçğan=alıcı aslan, borcu olan isə siçandır” , (alacağı olan (borc sahibi) hücumda aslan kimidir,
borclu isə qorxub qaçan siçan kimidir.) (2s.143) “... əsəndə əüək yok=sağlıqda tələsmək yoxdur ”.
(2s.144)
Əməyi təbliğ edən müdrik sözlər:
“ Ərik irini yağlığ,
Ərməgü başı kanlığ.”
Qoçağın dodağı yağlı,
Tənbəlin başı qanlı.(2s.138)
Uzaq səfərə çıxanlara yol göstərən atalar sözü:
“ Ula bolsa, yol almas,
Bilik bolsa, söz yazmas”.
Əlamət olsa, yol azmaz,
Bilik olsa, söz çaşmaz.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
370
(Çöldə əlamət, nişan qoyulsa, yolu azmazlar, adam bilikli olsa, sözündə yanılmaz). (2s.155)
Acgöz , tamahkar, dünya malından gözü doymayan adamlar üçün deyilən atalar sözləri:
“...atan yüki aş bolsa, açka az kürünür=axta dəvənin yükü tamam yemək olsa belə, ac adama yenə
də az görünər.” (2s.143) “... Al ilə arslan tutar, küçin oyuk tutmas = al ilə aslan tutular, güc ilə oyuq
tutulmaz”, ( hiylə ilə aslanı tutmaq olar, lakin güc ilə heç bostan müqəvvasını da tutmaq olmaz).
(2s.148) “ ... tawar uçun tənqri edhləmədhip uya kadaş oğlını çınla boğar”, (insanın gözünü mal-
mülk üçün hərisliyi bürüyəndə, tanrı xofunu unudub hətta doğmaca qardaşı oğlunu da boğar”
deməkdir.) (2s.151) “...Aç nə yeməs, tok nə teməs=ac nə yeməz, tox nə deməz”, (aca nə versən,
hamısını yeyib qurtarar, tox aca nələr deməz! ). (2s.148) “...Yılan kəndü əgrisin bilməs, təwi boynın
əgri ter ilan öz əyriliyini bilməz, dəvənin boynu əyridir deyər”. (2s.185) Yəni öz gözündə tiri
görmür, başqasında tük axtarır.
Qonaqpərvərliyi, əliaçıqlığı təbliğ edən məsəllər də burada göstərilmişdir:
“ Kəlsə kalı yarlığ bolup yunçığ uma,
Kəldür anuk bolmış aşığ tutma uma”.
Gəlsə əgər sənə yoxsul bir qonaq
Hazır aşı dərhal gətir, gecikdirmə.
(Əgər pərişan, qəlbi sınıq bir qonaq gəlsə, hazır olan yeməyi dərhal onun qabağına qoy,
gecikmə). (2s.156)
Qonaq sevməyən, simic adamlar üçün deyilən atalar sözü:
“ Ütrük ötün oğrılayu yüzgə bakar,
Əlkin taşup, bermiş aşığ başfa kakar”.
Hiyləgər, alçaq adam oğru kimi üzə baxar,
Qonağı qovub, verdiyi aşı başa qaxar.
(Oğru kimi qonağın üzünə gülən, alçaq hiyləgər adam əvvəl ona hörmət edər, sonra isə
qovqraq verdiyi yeməyi başa qaxar). (2s.165)
“...Əndik uma əwligni ağırlar=çaşqın qonaq ev yiyəsini əzizlər, ağırlar”. (s.168) “ Kəlsə kişi,
atma anqar örtər külə, Bakkal anqar edhgülügün ağzın külə”. Yanına bir adam gəlsə, üzünə yanar
kül atma, Ağzın gülərək ona yaxşılıqla bax. (Yanına bir adam gəlsə, onun üzünə isti kül atma. Ona
gülər ağızla, xoşluqla bax). (2s.187)
“... Yırak yer sawın arkışı kəldi=Iraq (uzaq) yerin sözünü, xəbərini karvan gətirər ”. (2s.161)
“...Tağlığ ukrukın əgməs, tənqizni kayğıkın bügməs = dağ kəməndlə əyilməz, dəniz isə
qayıqla qapanmaz”. Bu söz “böyük bir iş kiçik bir səbəblə yarımçıq qalmaz” yerinə işlədilir.
(2s.164)
Qəlbi qara adamlar üçün söylənilir: “...kişi alası içtin, yılkı alası taştın=adamın alası içində,
heyvanın alası çölündədir”.
Bəyi getdikdən sonra xalqa rəhbərlik edənlər haqqında deyilir: “... kaz kopsa, ördək kölig
igənür=qaz getsə, ördək gölə yiyə çıxar”.(2s.166)
Tədbirli adamlar üçün: “... izlik bolsa ər öldiməs, içlik bolsa at yağrımas=çarıq olsa, adamın
ayağı aşınmaz, keçə olsa, at yağır olmaz”. (2s.167)
Məsəl: Yola çıxan adama hazırlıq üçün deyilən sözlər: “... anqduz ölsə, at ölməz”, (andız
hazır olsa, at qarın ağrısından ölməz). (2s.176)
“... ıtka uwut atsa, oldanq yiməs=itə həya verilsə, məstin altını yeməz”.(s. 176), “... beş
ərnqək tüz ərmə =beş barmaq bir olmaz”(2s.181)
Elin qüdrətini, birliyini, igidliyi təbliğ edən atalar sözləri: “... arpasız at aşumas, arkasız alp
çərig sıyumas=arpasız at çöl aşmaz, arxasız alp qoşun basmaz”, (arpasız at yoxuşu aşa bilməz,
igidin arxası olmasa, döyüş səfini yara bilməz). (2s.183) “... alp erig yawrıtma, ıkılaç arkasın
yağrıtma=alp adamı pisləmə, yüyrək atın arxasını yağır etmə”, (igid adamı pisləmə, yüyrək ata
qamçı vurma). (2s.45)
Zəgin adam haqqında verilən atalar sözü: “... açığlığ ər şəbük karımas=varlı adam tez
qocalmaz”. (2s.203)
Qulun ağaya məhəbbətinin olmadığını göstərən məsəl: “...kul yağı, ıt böri=qul yağıdır, it
canavar”
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
371
Divanda işlənən atalar sözü və zərb məsəllərin bir çoxu qəliblərini, tərkibindəki leksik
vahidləri bu günümüzə gəlib çıxmışdır. “...otuğ odhçuğ birlə öçürməs=odu atəşlə söndürməzlər”.
(2s.228) Bu atalar sözü müasir Azərbaycan dilində “qanı qan ilə yumazlar, su ilə yuyarlar” kimi
ifadə olunur. “...Ətli tırnqaklı ədhirməs=ət dırnaqdan ayrılmaz”. (2s.228) “... Yalnquk ürülmüş kap
ol, ağzı yazlıp alkınur=adəmoğlu şişirilmiş tuluq kimidir, ağzı aşılan kimi boşalar”.
ƏDƏBİYYAT
1. Banarlı S.N. Türk Edebiyyatı tarihi. I cild, Milli Eğitim Basımevi, İstanbul, 1971.
2. Əskər R. Mahmud Kaşğari “Divanü lüğat-it-türk”. I cild, Bakı, “Ozan”, 2006.
3. Əskər R. Mahmud Kaşğari “Divanü lüğat-it-türk”. II cild, Bakı, “Ozan”, 2006.
4. Əskər R. Mahmud Kaşğari “Divanü lüğat-it-türk”. III cild, Bakı, “Ozan”, 2006.
6. Köçərli F. Balalara hədiyyə, Bakı, “Kaspi” mətbəəsi, 1912.
7. Ziynət Əlizadə, Azərbaycan atalar sözü və zərb məsəllərinin leksik-semantik xüsusiyyətləri,
ADU mətbəəsi, Bakı 1980.
Sevinc Səfərova, elmi işçi
AMEA Nəsimi adına Dilçilik İnstitutu
Tətbiqi dilçilik şöbəsi
AZƏRBAYCAN ƏDƏBİ DİLİNİN TƏDQİQİNƏ BİR BAXIŞ
Hər bir elm inkişaf etdikdən sonra onun tarixi yaranır. Həm təbiət, həm də cəmiyyətin
dəyişməz qanunlarından biri də budur ki, bütün sosial və təbii kateqoriyalar müəyyən inkişaf
mərhələsi keçdikdən, özünəməxsus daxili və xarici keyfiyyət müəyyənliyini qazandıq sonra öz
tarixini – tərcümeyi-halı formalaşdırır. Azərbaycan ədəbi dilinin tədqiqi tarixi çox da qədim olmasa
da, artıq dilçilik elmimizin özünəməxsus bir sahəsi kimi müstəqilləşmiş elm və fənnə çevrilmişdir.
Əslində, Azərbaycan ədəbi dilinin tarixi daha erkən vaxtlarda öyrənilə bilməzdi. Bunun bir neçə
səbəbi vardır.
1. XIX əsrdə dilimizin tarixini öyrənmək üçün ehtiyac olmamışdır. Çünki elm sahələrindən
biri və tədris fənni kimi nə cəmiyyətin sosial həyatında, nə də tədris sferasında öyrənilməsinə
lüzumu olmamışdır. Sosial-kulturoloji baxımdan belə bir məsələ heç kəsin düşüncəsini məşğul
etməmişdir.
2. Dilimizin tarixini kim öyrənməli idi? Axı XIX əsrdə, lap XX əsrin əvvəllərində bu çətin
məsələnin araşdırılmasına girişə biləcək savadlı kadrlar yox dərəcəsində idi.
3. 1920-ci ildə Azərbaycan müstəqil dövlətçiliyini itirməsə, bəlkə də, bu isə bir qədər tez
başlamaq olardı. Sovet imperiya siyasəti tələb edirdi ki, türk xalqları öz keçmişi haqqında aydın
təsəvvürə malik olmasın; özünün zəngin elmi-mədəni irsinə malik olduğunu bilməsin. Buna görə də
qədim yazılı abidələrin, hətta “Dədə-Qorqud” dastanlarının tədrisi və tədqiqi yasaq edilmişdi.
4. Sovet hakimiyyətinin ilk illərində imperiya doktrinasını adamların şüuruna yetirmək üçün
əhalini savadlandırmaq lazım idi. Bu isə elmi əlifbadan başlamaq demək idi. Başqa sözlə, o, vaxtlar
dilçiliyin praktik məsələləri həll edilmədən nəzəri problemlərin araşdırılmasına keçmək olmazdı.
Azərbaycan ədəbi dili tarixinin öyrənilməsinin ilkin elementlərini biz prof. B.V.Çobanzadəyə
müraciət edirik. Xüsusilə 1924-cü ildə Bakıda nəşr edilmiş “Türk-tatar lisamiyyətinə mədxəl” adlı
kitabında bu haqda bəzi məlumatları vermişdik. Türkologiyada və Azərbaycan dilçiliyində “Ümumi
dilçiliyə” aid ilk elmi əsər olan bu kitabda müəllif ərəb dilçiliyi onun Kufə və Bəsrə və məktəbi
nümayəndələri haqqında ətraflı məlumat verir (1). Türkcə sərf-nəhv iqtilahlaşrı əsərində isə xivəli
Zəməkşari (1074-1143) skaet (1160-1129), əl Cürcani (1078-?) və başqaları haqqında məlumat
verir (2). Bu məqalədə müəllif habelə dünya türkologiyasının ilk böyük korifeyi Mahmud Kaşğari
və onun “Divani lüğat-it-türk” əsəri haqqında geniş məlumat verir. Qeyd etmək lazımdır ki, Kaşğari
haqqında Azərbaycan oxucusuna ilk məlumat verən də Bəkir Çobanzadə olmuşdur. Bundan sonra
Cəmaləddin ibn Mühənna, Mirzə Kazımbəy haqqında qiymətli fikirlər söyləmişdir.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
372
B.Çobanzadə onu pontürkist damğası ilə məhv etmək istəyənlərə cavab olaraq yazırdı:
“Bir vaxt var idi pontürkizm ideoloqları elan edirdilər ki, Azərbaycan türk dili osmanlı –
türkcəsinin pozuq şivəsidir, əlbəttə, tarixi və elmi baxımdan belə fikirlər heç bir əsasa malik deyil.
Azərbaycan dili də osmanlı-türk dili qədər qədim və müstəfildir. Artıq xristian erasının XI əsrində
biz Mahmud Kaşğarinin monumental əsəri olan “Divani-lüğat-it türk” əsərində Azərbaycan dilinin
ən zəruri fonetik, leksik, qrammatik xüsusiyyətləri ilə rastlaşırıq. Məlum olduğu kimi, Azərbaycan
dilinin təşəkkülünə əvvəlcə oğuz-qıpcaq, sonra isə osmanlı türkcəsindən ayrılması həmin dövrə (XI
əsr) təsadüf edir. Bundan əlavə Azərbaycan dili əsrlər keçdikcə müxtəlif türk-tatar, Qafqaz və canlı
İran dilləri ilə çarpazlaşmışdır (2, 136).
Ə.Dəmirçizadənin məqaləsinin əlavəsi: kurs IV
Elə həmin il V.Xuluflu ilə birgə tərkib etdikləri “Türk xalq danışıq şivələri lüğəti”nə yazdığı
müqəddimədə əvvəlki fikri yenidən təsdiq edərək yazırdı:
Nihilistlər bilmirdilər ki:
1. Azərbaycan türk dili Osmanlı dilindən çox əvvəl təşəkkül etmişdir. Çünki daha XI əsrdə
Mahmud Kaşğari tərəfindən göstərilən oğuz-qıpçaq ləhcəsinin xüsusiyyətləri bu gün də Azəri-türk
dili xüsusiyyətlərinin mühüm bir qismini təşkil edir.
Bu xüsusiyyətləri ilə türk dili özgə türk-tatar dillərindən və xüsusilə, məlum olduğu üzrə
ancaq XV-XVI əsrlərdə öz ədəbi şəklini almış olan Osmanlı dilindən ayrılır. Bu xüsusiyyətlərdən
mühümü aşağıdakılardır.
a) özgə türk-tatar dillərində və osmanlıcada bulunan söz başı “Y” səsinin Azəri türkcəsində
düşməsi; il, ulduz, uz, ilxı, igit, ürək, üzmək və s.
b) Azəri türk dilində icbari müstəqbəl şəklinin bulunması. Məs. Güləsi gedəsi, deyəsi, yazası,
oxuyası və s.
2. Azəri-Türk dilinin lüğətində Qafqaz dilləri üçün müştərək və ümumi olan və olduqca
yüksək faiz təşkil edən sözlərə rast gəlirik. Bu cəhətdən də Azəri türkcəsi özgə şərtlər arasında -
ərəb, qrek, italyan və s. xalqların qonşuluğunda inkişaf etmiş osmanlıcadan ayrılır. Məs. Musa-
gürcuc və s.
3. Eyni surətdə Azəri türkcəsində monqol ünsürləri:
a) Kəmər, qayçı, lap yekə...
b) cane farscadan aftafa, kandar...
c) şimal türk-tatar ünsürləri – cır-cırmaq
4. semantik (məna) cəhətdən də Azəri-türk dilinin xüsusiyyətləri az deyildir: qoca, kişi
saxlamaq, dayanmaq və s.
17 ildən sonra Çobanzadənin istedadlı şagirdi Ə.M.Dəmirçizadə, M.Kaşğarinin “Divani-
lüğat-it türk” əsərinin Azərbaycan dili çıxış edir.
“Azərbaycan dilindəki oğuz-qıpçaq lisani ünsürləri” adlı məqaləsində Ə.Dəmirçizadə yazırdı:
Tarixi hadisələrdən belə məlum olur ki, türk sistemli yeni Azərbaycan dilinin təşəkkülündə
digər türk tayfa lisani ünsürlərindən qıpçaq və oğuz tayfalarının lisani ünsürləri nisbətən daha çox
təşkiledici aşqar kimi iştirak etmişdir. Məhz buna görə də qıpçaq-oğuz dillərinə xas olan
xüsusiyyətlər, demək olar ki, indi mövcud türk sistemli dillərin hamısından daha çox, həm də
“bütövlüklə” Azərbaycan dilində saxlanılmış və bu xüsusiyyətlər əsasında Azərbaycan dili inkişaf
edib indiki mərhələyə çatmışdır.
Dediklərimizi müşahidə və sübut etmək üçün lisani dəlillərə, lisani abidələrə müraciət edək.
Türk sistemli Azərbaycan dilinin təşəkkül etdiyi dövrdə, yəni XI əsrdə yetişmiş olan ilk türk
dilçisi Kaşğarı Mahmud özünün “Divani-lüğat-it türk” adlı, əsərində bir çox türk adlanan
qəbilələrdən və bunların dil xüsusiyyətlərdən ətraflı məlumat vermişdir. Mahmud Kaşğari XI əsrdə
yaşadığı üçün yeni türk sistemli Azərbaycan dilinin ilk təşəkkül etmə dövrünün ən dürüst
xəbərçisidir. Doğrudur, M.Kaşğari Azərbaycan xalqı yaxud tayfası adlanan bir xalqın dilindən bəhs
etməmişdir. Lakin bəhs etdiyi tayfaları coğrafi vəziyyətlərinə görə sadalarkən Rum (indiki Türkiyə)
yaxınlığından ta Çinə qədər uzanan böyük və geniş ərazidə sakin olan tayfaları sırası ilə göstərmiş
və hətta hansı tayfanın, haraya yaxın bir yerdə sakin olduğunu da qeyd etmişdir. M.Kaşğari türk
qəbilələrinin coğrafi mövqelərini belə göstərmişdir.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
373
Hələ 1928-ci ildə Azərbaycan dilinin başqa türk dilləri ilə ayrılan cəhətlərini göstərən
“M.F.Axundovda Azəri ləhcəsi” (bəzi xüsusiyyətlər adlı məqaləsində ədəbi dilimizin tarixində
M.F.Axundovun yerini müəyyənləşdirir və bütövlükdə onun dilinin sırf Azərbaycan türkcəsi
olduğunu qeyd edirdi.
Bundan sonra 1931-ci il elmi-tədqiqat işləri haqqında hesabatında alim (B.Çobanzadə) “Dədə-
Qorqud” dastanlarının dili” adlı əsəri tamamlamışam deyə məlumat verirdi.
Prof. Dəmirçizadə yuxarıda adını çəkdiyimiz məqsədə B.Çobanzadənin müqayisələrinə
istinad edərək bir qədər də irəli gedir.
Buna görə də türkcə isim və feillərin başındakı “y” səsinə qarşı oğuz və qıpçaqlarda bəzən “ç”
səsinin işlədilməsini, bəzən isə “y” səsinin düşməsini həm qıpçaqlara, həm də oğuzlara ümumi
şəkildə aid etmək doğru olmaz. Çox ehtimal ki, türkcə feil və isimlərin başındakı “y” səsi
qıpçaqlarda “ç” səsinə çevrilmiş, oğuzların dilində isə bu “y” səsi tamamilə düşmür Bunu M.
Kaşğari ümumiləşdirərək vermiş; halbuki sövti dəyişmələrdən I-si Şimali Qafqaz türk dillərində, II-
si isə Azərbaycan dilində indi də mövcuddur. Bunu aşağıdakı misallarda daha aydın sürətdə
müşahidə etmək mümkündür.
Məs: türkcədə “yigit”, “yigirmi”, “yıldız”, “yüzük”, “yilan” və s. deyildiyi halda, noqay
dilində çigit”, “çigirmə”, “çıldız”, “çüzük”, “çilan” deyilir. Azərbaycan dilində isə söz başındakı
“y” səsi düşərək “igit”, “iyirmi”, “ulduz”, “üzün”, “ilan” və s. deyilir.
Bu müqayisədən aydın surətdə görünür ki, Azərbaycan dilinin təşəkkülündə oğuz dili
ünsürləri digərlərindən üstün olmuşdur. Lakin, bununla belə bir sıra hallarda, söz başında “y”
səsinin qaldığını. Yaxud müəyyən məna dəyişikliyini ifadə etmək “y” əvəzinə “ç” səsini
işlənildiyini göstərən bəzi sözləri də Azərbaycan dilində tapmaq mümkündür. Məs: Bir sıra türk
tayfalarında Noqay və ya Tuvin dillərində “çazu”, “çağsı”, “çer-çaz”, “çara” deyildiyini halda
Azərbaycan dilində də, bir sıra türk dillərində olduğu kimi, bu sözlər “y” ilə yəni “yazı”, “yaxşı”,
“yaz” “yer”, “yara” şəklində işlənilir. Oğuz dilinin ümumi sövti xüsusiyyətinə görə gərək bu
sözlərin başındakı “y” səsi düşmüş olaydı; “yaxşı” deyil “axşı”, “yazı” deyil “azı”, “yaz” deyil “az”,
“yarmaq” deyil “armaq” işləniləydi. Eləcə də, bəzi türk dillərində “y” səsilə işlənən sözlər
Azərbaycan dilində “ç” ilə işlənir; məs; “çızmaq”, “çırmaq” və s... Belə görünür ki, burada digər
türk dillərinin də təsiri olmuş və bunun nəticəsi olaraq bir sıra ünsürlər halında digər türk dillərinin
xüsusiyyətləri də Azərbaycan dilində özünə er tapmışdır.
II. Mahmud Kaşğari türk adlandırığı dillərlə oğuz, qıpçaq (xüsusən oğuz) dilinin fərqindən
bəhs edərək, yenə göstərir ki, sözlərdə olan bütün “ta” ( ) yəni yəni “t” səsi oğuzlarda və bunların
dilində danışanların tələffüzündə “dal” ( ) yəni “d” səsinə çevrilir. Məs: türklər dəvəyə “tərəf” ( )
dedikləri halda, oğuzlar “dəvəy” ( ) deyirlər. Türklər atəşə “ot” ( ) dedikləri halda, oğuzlar “od-
deyirlər”. Yaxud “Türklərdə (taqi) ( ), oğuzlarda “daqi” ( ) deyilir.
Prof. A.Babayev göstərir ki, M.Kaşğarini Azərbaycan oxucularına Bəkir Çobanzadə tanış
etmişdir. Amma B.Çobanzadənin müəyyən müddəaları Azərbaycan dilinin tarixinin ardıcıl və
sistemli şəkildə araşdırılması deyil. Prof. Y.M.Seyidov prof. A.M.Babayevə əsaslanaraq yazır ki,
Azərbaycan ədəbi dilinin elmi şəkildə tədqiqi prof. Ə.Dəmirçizadənin adı ilə bağlıdır:
“Professor Adil Babayev yazır ki, “Ə.Dəmirçizadə Azərbaycan dili tarixinin elmi şəkildə
öyrənən ilk alimdir” (1, s. 273).
Prof. A.Babayev Azərbaycan dilçiliyinin tarixini sistemli şəkildə və ardıcıl olaraq araşdırmış
və dil tarixi problemlərindən bəhs edərək prof. Ə.Dəmirçizadənin əsərlərini əvvəlcə aşağıdakı kimi
xülasə etmiş, sonra onlara şərh vermişdir. “Azərbaycan dilçiliyinin tarixi”-əsərində oxuyuruq:
Dostları ilə paylaş: |