İmtahan Sualları Pedaqogika elminin təşəkkülu və inkişafı


Sual 8 Şəxsiyyətin inkişafının yaş və fərdi xüsusiyyətləri



Yüklə 53,03 Kb.
səhifə14/19
tarix02.04.2023
ölçüsü53,03 Kb.
#92592
1   ...   11   12   13   14   15   16   17   18   19
pedaqogika

Sual 8 Şəxsiyyətin inkişafının yaş və fərdi xüsusiyyətləri

İnsan öz inkişafında müxtəlif yaş dövrlərindən keçir və hər bir dövr şəxsiyyətin inkişafına müəyyən təsir göstərir. Pedaqogika tarixində insanın yaş dövrləri ilə bağlı müxtəlif mülahizələr irəli sürülmüşdür (Aristotel, N.Gəncəvi, Y.A.Komenski, C.C.Russo və b.). Məsələn, Y.A.Komenski dörd fəslə müvafiq olaraq insan həyatını dörd dövrə bölmüşdü: həyatın bahar dövrü (uşaqlıq), yay dövrü (gənclik), payız dövrü (orta yaş), qış dövrü (qocalıq). C.C.Russo uşaq və gənclik illərini dörd yaş dövrünə bölmüş və hər dövr üçün səciyyəvi tərbiyə sahəsini göstərmişdir: I - fiziki inkişaf dövrü (0-2 yaş); II - hisslərin inkişafı dövrü (2-12 yaş); III - zehni inkişaf dövrü (12-15 yaş); IV - əxlaqi inkişaf dövrü (15-18 yaş).


Yaş dövrlərinin göstərilən bölgüləri elmi bölgü hesab edilə bilməz. Hazırda pedaqoji, psixoloji və herontoloji baxımdan insanın aşağıdakı yaş dövrləri müəyyən edilmişdir: çağalıq və körpəlik dövrü (0-3 yaş); məktəbəqədər dövr (3-6 yaş); kiçik məktəbli dövrü (6-10 yaş); yeniyetməlik dövrü (10-15 yaş); gənclik dövrü (15-30 yaş); yetkinlik dövrü (30-60 yaş); ahıllıq dövrü (60-75 yaş); qocalıq dövrü (75-90 yaş); uzunömürlülük dövrü (90-150 yaş).
Hər yaş dövrü özünə məxsus xüsusiyyətlərə malikdir. Tərbiyəçi bu xüsusiyyətlərdən çıxış edərək şəxsiyyətin formalaşmasını düzgün istiqamətləndirə bilər.
Məktəbəqədər yaşlı uşaqların xüsusiyyətləri. Bu dövrdə bir sıra anatomik-fizioloji xüsusiyyətlər özünü göstərir. Uşaq fiziki cəhətdən inkişaf edir: Bu yaşda uşaqların sümük-əzələ sistemi xeyli inkişaf etsə də, sümükləri elastik olur. Odur ki, uşağın düzgün oturmasına, yatmasına, ağır yük götürməməsinə nəzarət etmək lazımdır.
Bu yaşda uşaqlarda müəyyən psixoloji xüsusiyyətlər də özünü göstərir: duyğu, qavrayış, hafizə, nitq inkişaf edir. İdrak maraqları artır, uşaq hər şeyi öyrənməyə can atır, böyüklərə çoxlu suallar verir.
Məktəbəqədər yaşlı uşağın iradəsi zəif olur: onda yamsılama güclüdür, təsir altına tez düşür. Yaşlıların, xüsusən valideynlərin müsbət nümunəsi, sözü onun üçün böyük əhəmiyyət kəsb edir. Oyun, idman, əmək, rejim iradəni möhkəmlətməkdə, çətinlikləri aradan qaldırmaqda kömək göstərir.
3-6 yaşlı uşaqların hissi-emosional aləmi zəngin olur. Onlar şən oyunları, əyləncələri, nağıl və yumoru xoşlayırlar. Onların təsiri ilə uşaqlarda əxlaqi-estetik hisslər formalaşır.
Bu yaşda uşaqlarda xarakterin bünövrəsi qoyulur. Uşağı hədsiz dərəcədə əzizlədikdə, ona daim güzəştə getdikdə, yersiz (şıltaq) tələblərini ödədikdə onda eqoizm, şıltaqlıq, kobudluq, ərköyünlük, dəcəllik baş qaldıra bilər. Bunun qarşısını almaq üçün uşağa qarşı hörmət və tələbkarlığı uzlaşdırmaq lazımdır.
Uşaqlarda qabiliyyətlərin ilk əlamətləri özünü büruzə verir (musiqi duyumu, rəsm, rəqs və b.). Onları vaxtında aşkara çıxarmaq və inkişafı üçün qayğı göstərmək vacibdir.
3 yaşda uşaqlarla böyüklərin münasibətlərində müəyyən çətinliklər yaranır: uşaq müstəqilliyə can atır, hər şeyi özü sərbəst etmək istəyir ("Mən özüm"), valideynlər isə onun müstəqilliyini məhdudlaşdırır, çox şeyi qadağan edirlər. Uşaq tərslik edir, hər şeyi tərsinə etməyə çalışır. Bununla da o, böyüklərin tələblərinə öz neqativ münasibətini bildirir. Psixoloqlar bunu "3 yaşın böhranı" adlandırırlar. Valideynlər uşağa müəyyən sərbəstlik verməli, onu müxtəlif növ oyunlara cəlb etməli, onunla birlikdə oynamağa çalışmalıdırlar.
Məktəbəqədər yaşda əsas fəaliyyət növü oyundur. Uşaq oyunlarına rəhbərlik zamanı diqqət yetirmək lazımdır ki, oyun təkcə əylənmə vasitəsi olmasın; uşaq oyunda həyatı öyrənsin, tərbiyə olunsun və psixi cəhətdən inkişaf etsin.

Yüklə 53,03 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin