2. Pedaqogikanın mövzusu əsas anlayışları sahələri və tədqiqat metodları Pedaqogikada elmi ümumiləşmələri ifadə edən anlayışlar pedaqoji kateqoriyalar kimi də qəbul edilir. Əsas pedaqoji kateqoriyalara tərbiyə, təlim və təhsil aiddir. Pedaqogika geniş şəkildə inkişafı və formalaşmam da ümumi elmi kateqoriya kimi işlədir. Bəzi tədqiqatçılar əsas pedaqoji kateqoriyalara «özünütərbiyə», «özünütəhsil», «özünüinkişaf», «pedaqoji proses», «pedaqoji fəaliyyətin bəhrələri», «sosial formalaşma» və s. ümumi anlayışları da daxil etməyi təklif edirlər. Pedaqogikanın anlayışlarından olan tərbiyə tarixən qazanılmış sosial təcrübənin yaşlı nəsil tərəfindən gənc nəslə ötürülməsi prosesidir. İndi tərbiyə üç mənada: geniş sosial, geniş pedaqoji və məhdud, dar mənada işlədilir: a) geniş sosial mənada. Bu halda tərbiyəyə həyatımızın bütün sahələri-xalqın milli-sosial həyat tərzi, dövlətin və müxtəlif ictimai təşkilatların apardıqları tərbiyə işləri aiddir; b) geniş pedaqoji mənada. Təlim-tərbiyə müəssisələrində həyata keçirilən məqsədyönlü və mütəşəkkil tərbiyə prosesi geniş pedaqoji mənada tərbiyədir; c) məhdud, dar mənada. Məhdud mənada tərbiyə şəxsiyyətin bir xarakter əlamətinin, mənəvi keyfiyyətinin, əxlaqının formalaşmasına təsir edəcək xüsusi tərbiyə sahəsini nəzərdə tutur. Məsələn, ya fiziki, ya estetik, ya vətənpərvərlik və ya insanpərvərlik tərbiyəsi və s. Deməli, tərbiyə geniş sosial, pedaqoji və məhdud tərbiyə məsələlərini əhatə edir. Pedaqogikanın anlayışlarından olan təlim müəllim və şagirdlərin məqsədyönlü, qarşılıqlı fəaliyyətidir. Təlim müəllimin rəhbərliyi ilə şagirdlərin müəyyən bilik, bacarıq və vərdişlər sisteminə yiyələnməsi və bu zaman onların tərbiyə olunması və inkişaf etdirilməsi prosesidir. Təlim verəndə tərbiyə edirik, tərbiyə edəndə təlim veririk, «tərbiyə» ilə «təlim» anlayışları qismən bir-biri ilə bağlıdır. Təhsil təlimin nəticəsidir. O, əsl mənada öyrənilən fənn barədə bitmiş təsəvvürlərin əldə edilməsidir. Təhsil təlim olunanın əldə etdiyi bilik, bacarıq və vərdişlərin sistemli həcmidir. Hələ XIX əsrdə insanların formalaşması təhsil almaqla ölçülürdü. Lakin indi fənn və biliklərin geniş miqyas alması insanların bütün bilik sahələrinə yiyələnməsinə imkan vermir. Hətta indi uzunmüddətli təhsil vasitəsilə də bu mümkün deyildir. İndiki şəraitdə təhsilli o adama deyilir ki, o, müəyyən elm sahəsində biliyə malikdir, səbəblər və nəticələr barədə məntiqi nəticələr çıxarmağı, düşünməyi bacarır. Qədim atalar məsəllərindən birində deyilir ki, «Təhsil bütün öyrənilənlərin yadda qalanıdır». Təhsil şagirdlərin elmi bilik, idraki bacarıq və vərdişlər sisteminə yiyələnməsi, dünyagörüşünün və əxlaqi-mənəvi keyfiyyətlərinin formalaşması, yaradıcılıq bacarıqlarının inkişafı prosesi və nəticəsidir.Təhsil üç formada həyata keçirilir:1. Müəllimin rəhbərliyi altında keçirilən təhsil (təlim); 2.Özünütəhsil; 3. Distant (məsafədən) təhsil.İnkişaf, insanın idarə olunan və idarə olunmayan, daxili və xarici, sosial və təbii faktorların təsiri altında formalaşmasıdır. Daha çox işlədilən tərifləri təhlil ed