Pedaqoji konsilium metodu bu və ya digər pedaqoji hadisə , fak, konkret şagirdlə bağlı pedaqoji işçilərin(müəllimlərin) kollektiv müzakirəsi fakt və hadisələrin qiymətləndirilməsi çətinliklərin araşdırılması və optimal tədbirlərin müəyyən edilməsi metodudur.Elmi tədqiqat işində pedaqoji sənədlərin öyrənilməsi də böyük rola malikdir. Belə ki, istər tədris müəssisələrində, istərsə də məktəbdənkənar tərbiyə müəssisələsində təlim-tərbiyə işinin necələyini müəyyənləşdirmək üçün tədris planları və proqramlarına, dərs cədvəllərinə, sinif jurnallarına, protokollara, sinif rəhbərinin fəaliyyət proqramlarına, külli miqdarda başqa sənədlərə müraciət olunur. Tədqiqatçılıq bacarıqları:Bu metodun köməyi ilə həm tərbiyəçilərin, həm də tərbiyə olunanların bu və ya digər pedaqoji fakt və hadisələrə münasibəti müəyyənləşdirilir və bununlada hadisənin səbəb vəmahiyyəti haqqında daha dərin təsəvvür yaratmaq mümkün olur. Şagirdlərin yaradıcılıq məhsullarının təhlili metodu onların mövcud olan bilik, bacarıq, vərdiş və qabiliyyətlərini öyrənib müəyyən fikir söyləməyə imkan verir. Şagirdlərin çəkdiyi şəkillərin, qurduğu modellərin, hazırladıqları fiqurların, yazdıqları şer və hekayələrin təhlili yolu ilə müəyyən nəticələr əldə etmək mümkündür. Qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi və ümüumiləşdirilməsi.Bu metod təlimi və tərbiyəni daha böyük müvəffəqiyyətlə həya keçirən müəllimlərin iş təcrübəsinin nəzəri cəhətdən öyrənilməsinə və təhlilinə söykənir.
Pedaqoji kəmiyyət metodu. Bir sıra ədəbiyyatda buna riyazi metod da deyilir. Pedaqogikada kəmiyyət metodlarında istifadə üçün iki əsas yol vardır: birinci, müşahidə və eksperimentlərin nətəcələrini işləmək üçün; ikinci, təlim-tərbiyə prosesini müasirləşdirmək, diaqnozlaşdırmaq, proqnozlaşdırmaq, kompüterləşdirmək üçün istifadə olunur.
Sosiaolji tədqiqat metodları (reytinq, anketləşdirmə). Bu metodlar Kollektiv daxili münasibətləri təhlil etməyə imkan verən, fərqləndirməyi öyrənən metoddan (sosiometrik metod) geniş istifadə olunur. Bu pedaqogika elminə sosiologiyadan keçdiyindən sosioloji metodlar da adlandırılır. Sosiometirya qrup vəya kollektivdə şəxsiyyətlərarası münasibətləri öyrənmək üçün aparılır.
Anketləşdirmə üsulu müəyyən məsələni öyrənmək və ya dəqiqləşdirmək məqsədilə aparılır. Anket əsasən kollektiv sorğu üçün hazırlanır. Anketləşdirmədə iştirak edənlərin sayı çox olur. Alınan cavablar əsasında müəyyən fikir və ya nəticə əldə olunur.İndi pedaqoji tədqiqatda açıq və gizli, adlı və adsız, tam və qısaldılmış və s. müxtəlif anket formalarından istifadə olunur.
Sorğu iştirakçılarla plan üzrə keçirilir. Şifahi (intervyu) və ya yazılı (anketləşdirmə) yolu ilə aparılır.Reytinq (qiymətləndirmə) tədqiqat metodudur. Onun köməyi ilə sorğuya cəlb olunanlara şəxsiyyətin əxlaqi keyfiyyətlərini, həmçinin şagirdlərin davranışlarını qiymətləndirmək təklif olunur.
Modelləşdirmə pedaqoji tədqiqatların kökündən dəyişdirilməsində ən güclü vasitə hesab olunur. O, yeni pedaqoji modellərin yaradılması və tədqiqi deməkdir. Pedaqoji tədqiqat metodları sistemində pedaqoji test xüsusi yer tutur. Test sözü ingiliscə təcrübə, sınaqdeməkdir. Testləşdirmənin əsasını B.Anri və A.Bine qoymuşlar. Testin iki forması vardır: müddətli və müddətsiz.