İmtahan Sualları Pedaqogika elminin təşəkkülu və inkişafı


Pedaqogikanın əsas sahələri başqa elmlərlə əlaqəsi



Yüklə 53,03 Kb.
səhifə3/19
tarix02.04.2023
ölçüsü53,03 Kb.
#92592
1   2   3   4   5   6   7   8   9   ...   19
pedaqogika

3. Pedaqogikanın əsas sahələri başqa elmlərlə əlaqəsi.
Əsas sahələri Bildiyimiz kimi, elmin müəyyən qollara bölünməsi şərtidir və gerçəkliyin daha dərindən öyrənilməsinə xidmət edir.
Məktəbəqədər pedaqogika. O, uşaqların anadan olandan 6 (altı) yaşına kimi (ailədə və məktəbəqədər müəssisədə) tərbiyəsindən bəhs edir. O, aşağıdakı problemləri: a) məktəbəqədər yaşlı uşaqların tərbiyəsinin vəzifələrini, onların inkişafının qanunauyğunluqlarını və tərbiyəsinin əsas xüsusiyyətlərini; b)məktəbəqədər yaşlı uşaqların əqli, əxlaqi, fiziki, estetik, əmək, ekoloji və s. tərbiyəsinin elmi əsaslarını, məzmununu, metodlarını; c)məktəbəqədər təhsilin nəzəri əsaslarını, onun məzmun, metod və təşkilini; ç) uşaqların fəaliyyət növlərinin məzmununu və elmi əsaslarını, onların qabiliyyətlərinin və güclərinin hərtərəfli inkişafına, həm də şəxsiyyət kimi formalaşmasına yönəlmiş rəhbərlik metodlarını; d)ailə tərbiyəsinin elmi əsaslarını, ailədə uşaqların tərbiyə şəraitinin spesifikası və təyin olunan xüsusiyyətlərini; e)pedaqoji prosesin təşkilinin elmi əsaslarını və s. öyrənir.
Ümumi pedaqogika. Bu, insan tərbiyəsinin ümumi qanunauyğunluqlarını öyrənən, bütün tərbiyə müəssisələrində tədris-tərbiyə prosesinin ümumi əsaslarını işləyib hazırlayan əsas elmi fəndir.Ənənəvi olaraq ümumi pedaqogika dörd böyük bölmədən ibarətdir: -ümumi əsaslar; -didaktika (təlim-təhsil nəzəriyyəsi); -tərbiyə nəzəriyyəsi; -məktəbşünaslıq.
Orta ixtisas məktəbi pedaqogikası. Müxtəlif quruluşlu, müxtəlif müddətli texnikum və gimnaziyalarda təlim-tərbiyə imkanlarını araşdırıb üzə çıxarır, onları ümumiləşdirib müəyyən istiqamətdə köməklik göstərir.Ali məktəb pedaqogikası. Ali təhsil müəssisələrində təhsil alanların təlim-tərbiyəsi, təhsili və psixoloji inkişafını, yəni bütövlükdə pedaqoji prosesi öyrənir.Əlahiddə pedaqogika (korreksion). Qüsurlu, habelə psixikasında müəyyən dəyişiklik olan uşaqların təlim-tərbiyəsindən, onların xüsusiyyətlərindən, biliklərin aşılanma imkanlarından bəhs edən pedaqogikadır. Əlahiddə pedaqogika bir neçə qola ayrılmışdır: a)surdopedaqogika–eşitmə və nitq məhdudiyyəti olan uşaqların təlim-tərbiyəsindən bəhs edən; b)tiflopedaqogika-görmə məhdudiyyəti olan uşaqların təlim-tərbiyəsindən bəhs edən; c)oliqofreno pedaqogika-əqli məhdudiyyəti olan olanların təlim-tərbiyəsindən bəhs edən.

Yüklə 53,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin