İmtahan Sualları Pedaqogika elminin təşəkkülu və inkişafı


Sual 11 Didaktikanın inkişaf tarixi , qolları və əsas anlayışları



Yüklə 53,03 Kb.
səhifə19/19
tarix02.04.2023
ölçüsü53,03 Kb.
#92592
1   ...   11   12   13   14   15   16   17   18   19
pedaqogika

Sual 11 Didaktikanın inkişaf tarixi , qolları və əsas anlayışları
İnkuşaf tarixi Didaktika» anlayışı pedaqogika elminə XVII yüzillikdə gətirilmişdir. Həmin termini ilk dəfə alman pedaqoqu Volfqanq Ratke (1571-1635) və çex pedaqoqu Yan Amos Komenski (1592-1670) işlətmişlər. Bu anlaşıyın mahiyyətini həmin şəxslərin hərəsi bir cür aydınlaşdırmışdır. V.Rakteyə görə, didaktika elmləri, dillləri və incəsənəti öyrətmək məharətidir. Y.A.Komenskinin nöqteyi-nəzərincə, didaktika hər şeyi hamıya öyrətmək sənətidir.
Pedaqoji fikir tarixində didaktikanı gah təhsil, gah təlim, gah da təlim və təhsil nəzəriyyəsi kimi aydınlaşdırmaq cəhdləri olmuşdur. Bu cəhdlərə baxmayaraq, deyə bilərik ki, əslində didaktika təhsil və təlim haqqında nəzəriyyədir.
Didaktikanın qolları və əsas anlayışları
Pedaqogikanın formalaşmış sahələrindən biri olan didaktika özü qollara şaxələnmişdir: ümumi didaktika, xüsusi didaktika, mək­tə­bəqədər təlim-tərbiyə didaktikası, məktəb didaktikası, ilk-peşə ix­tisas mək­təbi didaktikası, orta ixtisas məktəbi didaktikası, ali mək­təb di­dak­tikası, hərbi təhsil didaktikası, yaşlıların təhsili di­dak­tikası, xü­susi mə­ktəb didaktikası, ixtisasartırma didaktikası, əlahiddə di­dak-tika və s.
Ümumi didaktika təlim və təhsil haqqında nəzəriyyə kimi ba­şa düşülür. Didaktikanın tədqiqat obyekti təhsil prosesidir. Onun pred­meti isə didaktik münasibətlərdən, bu münasibətlərin mücərrəd sə­viyyədə modelləşdirilməsindən ibarətdir. Didaktika müəllimin rəh­bərliyi altında verilən təhsil növünü (yəni təlimi) “müəllim-va­sitə-şagird” (və ya tələbə) sistemi dairəsində tədqiq edir, müstəqil təh­sili isə “öyrənən-material” sistemi çərçivəsində araşdırır. Təlim–tər­biyə müəssisələrində təhsil müəllimin rəhbərliyi altında verildi­yin­dən orta məktəb didaktikası, əsasən təlim haqqında nəzəriyyə he­sab edilir. Ümumi didaktika təlim prosesinin obyektiv qanunauy­ğun­luqlarını, onları şərtləndirən amilləri üzə çıxarmağa çalışır. Söh­bət bu və ya digər fənnin, yaxud bir qrup fənnin tədrisi qanunauy­ğun­luqlarından deyil, bütün fənlərin tədrisinə xas olan ümumi qa­nu­na­uyğunluqlardan gedir. Ümumi didaktika müəyyən etmişdir ki, mə­sələn, bütün fənlərin tədrisində təkrar olunan səciyyəvi hallar var­dır; müəllim və şagird fəaliyyətinin bir-birini şərtləndirməsi, təd­ris vəzifələrini şagirdlərin başa düşməsinə müəllimin rəhbərliyi; təd­r­is vəzifəsinə uyğun gələn obyektlərin əlamətlərinə aid şagirdlərdə tə­səvvürlərin əmələ gəlməsi və bu əsasda anlayışların formalaş­dı­rıl­ma­sı; təlim zamanı formalaşan anlayışların əməli işə tətbiqi; biliyin tət­biqi zamanı bacarıq və vərdişlərin formalaşması və s.
Xüsusi didaktikaların (bunlara çox vaxt “metodikalar” de­yir­lər; bəzi ədəbiyyatda “xüsusi didaktika” əvəzinə “fənn didaktikası” an­layışı da işlədilir, təbii ki, “ümumi didaktika” anlayışı ilə yanaşı “xü­susi didaktika” anlayışının işlənilməsi daha məntiqidir) vəzifəsi konk­ret fənlərin təlimi xüsusiyyətlərini meydana çıxarmaqdan iba­rət­dir. Ümumi didaktika ayrı-ayrı fənlərin tədrisi metodikasına və xü­susi didaktikaya əsaslansa da, onlara xas spesifik halları özündə eh­tiva etmir. Halbuki, konkret fənni (məsələn, botanikanı, zoolo­gi­ya­nı, insan anatomiyası və fiziologiyasını, ümumi biologiyanı) təd­ris edən müəllim üçün iki cəhəti: ümumi didaktikanın müəyyənləş­dir­diyi qanunauyğunluqların konkret fənnin tədrisində necə təzahür et­di­yini və konkret fənnin tədrisi üçün səciyyəvi olan qanunauyğun­luq­ları bilməsi daha vacibdir. Xüsusi didaktikaya, məsələn, bioloji fən­lərin tədrisi problemlərini ümumiləşmiş şəkildə əhatə edən bio­lo­giyanın tədrisi metodikası, fizikanın ayrı-ayrı sahələrinin tədrisi mə­sələlərini əhatə edən fizikanın tədrisi metodikası və s. aiddir .
Ümumi didaktika bütün xüsusi didaktikaları ümumiləşmiş şə­kil­də özündə birləşdirir və onların özəyinə çevrilir, fənlərin tədrisinə va­hid mövqedən yanaşılmasına imkan verir.
Didaktikanın əsas anlayışları. Pedaqogikanın ən inkişaf et­miş sahəsi və özünün dəqiq müəyyənləşmiş tədqiqat mövzusu olan, habelə konkret məsələləri əhatə edən didaktika bir sıra anlayışlara is­tinad edir: təhsilin məzmunu, təhsil sistemi, təhsil sisteminin prin­sip­ləri, təhsilin məqsədi, təlim, təlimin mahiyyəti, təlimin mərhələ­lə­ri, təlim prinsipləri, təlim üsulları, təlimin təşkili formaları, təlim va­si­tələri, müəllim, şagird, dərs, dərsin tipləri, dərsin mərhələləri, tə­limdə mənimsəmə, təlim texnologiyaları, müvəffəqiyyət, nailiy­yət, mənimsəməyə nəzarət, şagird nailiyyətlərinin qiymətləndiril­mə­si, bilik, bacarıq , vərdiş və s.
Yüklə 53,03 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin