İmtahan Sualları Pedaqogika elminin təşəkkülu və inkişafı


Sual 9 Pedaqoji proses bir sistem kimi mərhələləri və metodları



Yüklə 53,03 Kb.
səhifə17/19
tarix02.04.2023
ölçüsü53,03 Kb.
#92592
1   ...   11   12   13   14   15   16   17   18   19
pedaqogika

Sual 9 Pedaqoji proses bir sistem kimi mərhələləri və metodları
Pedaqoji proses dedikdə, şəxsiyyətin tərbiyəsi, təhsili, təlimi və inkişafı ilə bağlı aparılan bütün məqsədyönlü, planlı və mütəşəkkil işlər nəzərdə tutulur.
Pedaqoji proseslər silsilə xarakteri daşıyır. Bütün pedaqoji pro­ses­lərin inkişafında eyni mərhələlər nəzərə çarpır. Mərhələlər pro­se­sin tərkib hissələri deyil, onun inkişaf ardıcıllığıdır. Pedaqoji prosesin üç başlıca mərhələsi – hazırlıq, əsas, yekun mərhələləri vardır.
Pedaqoji prosesin hazırlıq mərhələsində prosesin nəzərdə tutul­muş istiqamətdə və sürətlə baş verməsi üçün zəruri şərait ya­ra­dılır. Bu mərhələdə aşağıdakı mühüm vəzifələr həll olunur: qarşıya məq­sədin qoyulması, şəraitin diaqnostikası, nailiyyətlərin proqnoz­laş­­dırılması, prosesin inkişafının planlaşdırılması və s. Məqsədin müəyyənləşdirilməsi və əsaslandırılması təhsil siste­mi­nin qarşısında duran ümumi pedaqoji məqsədi konkret vəzifələrə çe­virmək deməkdir. Buna pedaqoji prosesin müəyyən kəsiyində və konkret şəraitində nail olunur. Məqsəd pedaqoji prosesin konkret sis­temi ilə bağlıdır. Pedaqoji prosesin bu mərhələsində ümumi pedaqoji məktəbin tələbləri ilə tədris müəssisələrinin, şagird kontingentinin konkret imkanları arasında ziddiyyətləri aşkara çıxarılır və plan­laş­dırılan prosesdə həmin ziddiyyətlərin həlli yolları nəzərdə tutulur. Pedaqoji prosesin əsas məqsədini və vəzifələrini diaq­nos­ti­ka­sız müəy­­yən etmək mümkün deyil. Pedaqoji diaqnostika pedaqoji pro­se­sin baş verəcəyi şərtləri və şəraiti aydınlaşdırmaq isti­qamətində apa­rı­lan tədqiqatdır. Onun başlıca məqsədi nəzərdə tutulan nəticələrə nail ol­mağa kömək və ya mane ola biləcək səbəblər haq­qında aydın təsəv­vür əldə etməkdir. Diaqnostika prosesində peda­qoq və şagird­lərin real imkanları, onların əvvəlki hazırlıq səviyyəsi, pro­sesin baş verdiyi şərait, bir çox digər vacib şərtlər haqqında lazım olan bütün infor­masiyalar toplanılır. Bundan sonra pedaqoji prosesin gedişi və nə­ti­cə­ləri proqnozlaşdırılır. Proqnozlaşdırmanın mahiyyəti ondan iba­rətdir ki, burada proses başlamazdan qabaq mövcud konkret şəraitdə əldə ediləcək mümkün nəticələrə ilkin qiymət verilir. Proq­noz­laş­dırma mü­rəkkəb metodikalarla həyata keçirilir. Peda­qoq­lar pedaqoji prose­sin az səmərəli olacağını və ya arzuolunmaz nəti­cə­lə­rə gətirib çıxa­ra­cağını gözləmədən onun planlaşdırılmasına və gedişinə fəal müdaxilə etmək imkanı qazanırlar .

Yüklə 53,03 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin