İmtahan Sualları Pedaqogika elminin təşəkkülu və inkişafı


Pedaqoji prosesin əsas mərhələləri



Yüklə 53,03 Kb.
səhifə18/19
tarix02.04.2023
ölçüsü53,03 Kb.
#92592
1   ...   11   12   13   14   15   16   17   18   19
pedaqogika

Pedaqoji prosesin əsas mərhələləri qarşılıqlı əlaqəli, mühüm elementləri özündə birləşdirir. Bu mərhələ özlüyündə digər sis­tem­lərdən nisbi təcrid olunmuş bir sistemdir. Onun aşağıdakı ele­ment­ləri vardır: qarşıdakı fəaliyyətin məqsəd və vəzifələrinin müəy­­­yən olun­ma­sı və izah edilməsi; pedaqoqlarla şagirdlərin qarşı­lıq­lı təsi­ri; pe­da­qo­ji prosesin nəzərdə tutulmuş metodları; vəzifələri və for­ma­ları; əl­ve­rişli şəraitin yaradılması; məktəblilərin fəaliyyətini sti­mul­laşdırmaq üçün müxtəlif tədbirləri həyata keçirmək; pedaqoji pro­sesin digər proseslərlə əlaqəsini təmin etmək. Pedaqoji prosesin sə­mə­rəliliyi bu elementlərin bir-birilə məqsədyönlü əlaqəsindən, onla­rın istiqamə­ti­nin və praktik həyata keçirilməsinin ümumi məqsədə və bir-birinə zidd olmamasından asılıdır. Pedaqoji prosesin həyata keçirilmə mər­hələsində onun idarə edilməsi ilə bağlı operativ qərarlar qəbul etmək üçün əks əlaqənin mühüm rolu vardır. Əks əlaqə prosesi keyfiyyətlə idarə etmək üçün əsasdır. Bununla əlaqədar qeyd etmək lazımdır ki, pedaqoji proses sistemi xeyli dərəcədə özünü tənzim­ləyən sistemdir, çünki orada iştirak edən insanlar öz iradəsinə və sərbəst seçmə im­ka­nı­na malikdirlər. Pedaqoji prosesin gedişində operativ əks əlaqənin yaradılması qarşılıqlı təsirdə vaxtında düzəlişlər aparmağa kömək edir.
Pedaqoji prosesin yekun mərhələsi alınan nəticələrin təhlili ilə başa çatır. Təhlil edən zaman pedaqoq buraxılan səhvlərdən həm nə­ti­cə çıxarır, həm öyrənir və həm də inkişaf edir. Ona görə də ciddi təh­lil və özünütəhlil pedaqoji ustalığın yüksəldilməsinin ən mühüm şər­tidir. Pedaqoji prosesin gedişi və nəticələri proqnozlara uyğun gəl­­mir­sə, onda səhvin harada, necə və nə üçün buraxıldığını müəy-yən et­mək lazımdır. Praktika göstərir ki, pedaqoq prosesin diaq-nos-ti­kasını və proqnozunu nəzərə almayanda daha çox səhv buraxır. Be­lə proses şa­girdlərin vaxtını almaq, marağını itirməkdən başqa heç bir şey vermir
Sual 10 Didaktika mövzusu vəzifələri və problemləri
Didaktika (yunanca "öyrədirəm" deməkdir) pedaqogikanın mühüm bir sahəsini təşkil edir. Pedaqoji ədəbiyyatda didaktikanın mövzusu müxtəlif şəkildə şərh olunur: gah təhsil və ya təlim nəzəriyyəsi kimi, gah da onların vəhdəti kimi nəzərdən keçirilir. Sonuncu mövqe daha düzgündür. Çünki didaktika həm təlimin, həm də təhsil prosesinin nəzəri əsaslarını, məzmununu ("Nəyi öyrətməli və öyrənməli?"), vasitə və metodlarını, təşkili formalarını ("Necə öyrətməli və öyrənməli?") araşdırır.
Didaktikanın obyekti təlim və təhsil prosesidir. Onun mövzusu (predmeti) isə təlim və təhsil prosesinin qanunauyğunluqlarını, müəllimin öyrətmə və şagirdin (tələbənin) öyrənmə fəaliyyətinin qarşılıqlı əlaqəsini, səmərəli yollarını, şərtlərini müəyyən etməkdir.
Didaktikanın əsas anlayışlarına təhsil, təlim, tədrisetmə, təhsilalma və b. daxildir. Təhsil müəyyən tədris müəssisəsində verilən, tərbiyə və inkişafa xidmət edən bilik, bacarıq və vərdişlərin sistemidir. Təhsil həm müəllimin rəhbərliyi ilə (təlim), həm də müstəqil yolla (özünütəhsil) əldə edilə bilər. Təlim müəllimin rəhbərliyi altında insanın məqsədyönlü şəkildə bilik, bacarıq və vərdişlər sisteminə yiyələnməsi və bu zəmində tərbiyə və inkişaf etməsi prosesidir.
Didaktika üç başlıca suala cavab verir: nəyi öyrətmək (öyrənmək), necə öyrətmək (öyrənmək), hansı formada öyrətmək (öyrənmək)? Bu məsələlərlə bağlı təlimin optimal məzmununu, səmərəli vasitə və yollarını, təşkili formalarını müəyyən etmək, təlim və təhsilin qanunauyğunluqları və prinsiplərini araşdırmaq didaktikanın əsas problemlərinə aiddir. Təlim prosesinin səmərəsi müəllim və şagirdlərin qarşılıqlı fəaliyyətindən asılıdır. Didaktika bu əlaqənin şərtlərini, tənzimlənməsi yollarını araşdırır.

Yüklə 53,03 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin