İmtahan Sualları Pedaqogika elminin təşəkkülu və inkişafı


Sual 5 Şəxsiyyətin formalaşmasına aid nəzəriyyələr



Yüklə 53,03 Kb.
səhifə8/19
tarix02.04.2023
ölçüsü53,03 Kb.
#92592
1   ...   4   5   6   7   8   9   10   11   ...   19
pedaqogika

Sual 5 Şəxsiyyətin formalaşmasına aid nəzəriyyələr
Şəxsiyyətin ahəngdar inkişafı tərbiyənin başlıca məqsədidir.
Şəxsiyyət dedikdə, müəyyən sosial keyfiyyətlərə, mənlik hissinə malik olan şüurlu fərd başa düşülür. İnsan fərd (bioloji varlıq) kimi doğulur, sonradan müxtəlif amillərin təsiri ilə şəxsiyyətə çevrilir.
Şəxsiyyətin inkişafı dedikdə, insanın müəyyən keyfiyyətlərə (zehni, psixi, mənəvi, əmək, fiziki və s.) yiyələnməsi və özünü təkmilləşdirməsi başa düşülür. Şəxsiyyət birdən-birə formalaşmır; o, müəyyən səviyyələrdən (aşağı, orta, yüksək, ideal səviyyə) keçir. Psixoloqlar 3-5 yaşlı uşaqların da şəxsiyyətin müəyyən keyfiyyətlərinə malik olduğunu qeyd edirlər.
Şəxsiyyətin inkişafına dair iki baxış mövcuddur: metafizik və dialektik baxış. Metafizik baxış inkişafı mexaniki proses kimi başa düşür: ona kəmiyyət dəyişməsi kimi baxır, inkişafın mənbəyini isə genetik proqramda axtarır.
Dialektik baxış isə şəxsiyyətin inkişafına kəmiyyət dəyişmələrindən keyfiyyət dəyişmələrinə keçid kimi yanaşır, inkişafın mənbəyini ziddiyyətlərin həlli prosesi ilə bağlayır. Dialektik baxışa görə, şəxsiyyətin inkişafının hərəkətverici qüvvəsini ziddiyyətlərin yaranması və həlli təşkil edir. Əsas ziddiyyət insanın tələbatları ilə imkanları arasındakı ziddiyyətdir. İnsan öz ehtiyacını (tələbatını) ödəmək üçün bütün imkanlarını (biliyini, bacarığını, iradi qüvvəsini və s.) səfərbərliyə alır və nəticədə tələbatını ödəyir. Bu prosesdə öz inkişafında irəliyə doğru müəyyən addım atır - bu və ya digər keyfiyyətə yiyələnir.
İnsan şəxsiyyəti müxtəlif amillərin nəticəsində formalaşır. Şəxsiyyətin formalaşmasına təsir edən amillər çoxcəhətlidir: onlar daxili və xarici, təbii və ictimai, subyektiv və obyektiv, planlı və kortəbii olur.
Bəs, şəxsiyyətin inkişafına təsir göstərən amillərdən hansı əsasdır, həlledicidir? Bu sualla əlaqədar şəxsiyyətin inkişafına dair müxtəlif nəzəriyyələr meydana gəlmişdir . Şəxsiyyətin inkişafında hansı amillərə üstünlük verilməsindən asılı olaraq həmin nəzəriyyələri bir neçə qrupa bölmək olar:
1. Bioloji amilin rolunu şişirdən nəzəriyyələr. Orta əsrlərdə mövcud olan "irsiyyət" nəzəriyyəsi, XIX əsrin sonlarında mövcud olan "biogenetik" nəzə­riyyə şəxsiyyətin inkişafında irsiyyət amilini əsas götürür. Guya insan hazır qabiliyyət və xasiyyətlə doğulur. Bəzi alimlər - E.Torndayk, C.Dyui (ABŞ) qabiliyyətlərin göz və qulaq kimi insana genlər vasitəsilə hazır verildiyini qeyd edirlər.
Dinin «qismət» nəzəriyyəsi də bu mövqedən çıxış edir: insanın taleyi doğularkən onun alnına yazılır: yazılanı isə pozmaq olmaz, heç kəs qismətdən artıq yeyə bilməz. "Ot kökü üstə bitər", "Qozbeli qəbir düzəldər" ifadələri də irsiyyətin rolunu şişirtməyə, tərbiyə və mühitin rolunu inkar etməyə yönəlmişdir. XIX əsrin sonu, XX əsrin əvvəllərində meydana gəlmiş bəzi nəzəriyyələrdə də irsiyyət həlledici amil kimi irəli sürülür. "Biheviorizm", "Freydizm", "İrqçilik" və "Elita" nəzəriyyələri məhz bu mövqedə durmuşlar. Onlar insanların zehni, mənəvi, sosial fərqlərini onların təbiəti ilə - irsi amillərlə izah edirlər.

Yüklə 53,03 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin