İmtahan Sualları Pedaqogika elminin təşəkkülu və inkişafı



Yüklə 53,03 Kb.
səhifə6/19
tarix02.04.2023
ölçüsü53,03 Kb.
#92592
1   2   3   4   5   6   7   8   9   ...   19
pedaqogika

Pedaqoji eksperiment. Pedaqoji eksperiment olduqca əlverişli, dəqiq və fəal tədqiqat metodudur. İşin gedişinə müdaxilə edərək, xüsusi şəraitdə təzahür edən hadisələri öyrənməkdən ibarət olan tədqiqat metoduna eksperiment üsulu deyilir. Müşahidə üsulundan fərqli olaraq eksperiment müəyyənləşdirilən məsələni təbii və ya xüsusi yaradılmış şəraitdə öyrənir. Həm də onu nisbətən qısa bir zaman kəsiyində başa çatdırır. Pedaqoji eksperimentdən müəllimlərin pedaqoji fəaliyyətinin təşkilində, şagirdlərin bilik və bacarıqlarının keyfiyyətinin yüksəldiliməsində, nəzəri müddəaların, yaxud hipotezin (fərziyyənin) qabaqcadan hazırlanması və yoxlanılmasında istifadə olunur. Fərziyyə və yaxud təsəvvürlər öz təsdiqini praktikada tapır. Tədqiqatçı ona əsaslanaraq müvafiq nəzəri ümumiləşdirmələr aparır və nəticələr əldə edir. Məqsədinə görə eksperiment konstatasiya olunmuş (müəyyənləşdirici), yaradıcı, quraşdırıcı və nəzarət edici növlərə ayrılır. Keçirilmə yerinə görə pedaqoji ekspriment təbii və labarator eksperiment kimi fərqlənir. Təbii eksperiment onun daha əlverişli növüdür. o, ilk dəfə rus psixoloqu A.F.Lazarov tərəfindən işlənmişdir. Bu eksperiment adi, təbii şəraitdə - küçədə, dəhlizdə, futbol meydançasında, sinifdə, dərs zamanı və s. aparılır . Bu eksperimentin əsas mahiyyəti ondan ibarətdir ki , tədqiqatçı bu və ya digər hadisələri təhlil etməklə yanaşı, elə bir pedaqoji situasiya yaratmağa çalışır ki, bu, şagirdlərin və müəllimlərin fəaliyyət ritmini pozmur və təbii xarakter daşıyır. Laborator eksperiment isə xüsusi laboratoriyada xüsusi cihazlardan istifadə etməklə aparılır. Bu eksperimentin böyük üstünlükləri vardır. O, pedaqoji tədqiqatın daha ciddi elmi formasıdır. Onun vasitəsilə şagirdlərin inkişaf xüsusiyyətlərini tədqiq etmək mümkündür. Tədqiqatın məqsədindən asılı olaraq eksperimentin aşağıdakı növləri də vardır. Konstatasiyalı (Müəyyənləşdirici) eksperimentin əsas məqsədi tədqiqat aparılacaq sinifdə vəziyyətin, şəraitin necəliyini üzə çıxarmaqdır.Tədqiqatın başlanğıcınd aparılır, öyrənilən problem üzrə məktəb təcrübəsidəki işin vəziyyətini üzə çıxarmaq vəzifəsini həyata keçirir. Sonra tədqiqatın ikinci mərhələsi başlayır. Yaradıcı, quraşdırıcı, dəyişdirici və formalaşdırıcı eksperimentdə yeni pedaqoji hadisələr yaradılır. Bu metodun əsas mahiyyəti ondadır ki, alim tədqiqiqatın fərziyyəsini işləyib hazırlayır. Başqa sözlə desək, o, tədqiq olunan problemin həlli ilə bağlı konkret metodik ölçülərin istifadə olunmasını nəzərdə tutur. Tədqiqatçı yeni psixoloji vəziyyət yaradır və bununlada işin daha yaxşı istiqamətdə yenidən təşkilinə kömək edir. Əgər nəticələr səmərəli olarsa, onda fərziyyə öz təsdiqini tapır, alınmış məlumat və nəticələr sonra nəzəri təhlilə cəlb edilir və müvafiq nəticələr çıxarılır. Yoxlayıcı, dəqiqləşdirici, nəzarət eksperimenti problemi dərk etmək prosesində yaradılmış fərziyəni yoxlamaq üçündür. Bu problemin tədqiqat mərhələsinin sonrası alınmış nəticələrin yoxlanılması və işlənib hazırlanmış metodikanın kütləvi məktəb təcrübəsində tətbiq olunmasından ibarətdir. Əgər əldə edilmiş nəticələr təsdiq edilərsə, onda tədqiqatçı alınmış nəticələri ümüuiləşdirir və sonra onlar pedaqogikanın nəzəri və metodik sərvətinə çevrilir.Mümkün olan amillərin eksperimentə təsirini aradan qaldırmaq və nəticənin tam obyektivliyini təmin etmək nəqsədilə çarpazlaşan eksperimentdən istifadə edilir. Burada paralel sinifdə və ya məktəblərdə tətbiq olunan iş tərzlərinin yeləri dəyişdirilir və eksperiment davam etdirilir.
Qarşıya qoyulmuş məqsəddən aslı olmayaraq eksperiment 3 mərhələdə(eksperimentin planlaşdırılması, aparılması və yekunlaşdırılması)aparılır.Pedaqoji tədqiqat metodlarında biri də təcrübənin öyrənilməsidir. Bu metodun köməyi ilə konkret problemin həll edilməsi yolları təhlil olunur və onların yeni tarixi şəraitdə tətbiq edilməsinin məqsədəuyğunluğu barədə düşünülmüş nəticələr çıxarılır. Buna görə də, bu metod çox vaxt tarixi metod adlanır. Bu metod ilk mənbələrin öyrənilməsi (arxiv) ilə bağlıdır.

Yüklə 53,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin