İslah əmək pedaqogikası. İslah-əmək düşərgələrində təlim-tərbiyə işinin təşkilindən, onların xüsusiyyətlərindən bəhs edir.Hərbi pedaqogika. Əsgəri xidmət yaşma çatmamış gənclərlə aparılan təlim-tərbiyə məsələlərini tədqiq edib öyrənir.Ailə pedaqogikası. Ailənin demoqrafik inkişafındüa tərbiyə baxımından özünü göstərən səciyyəvi xüsusiyyətlərdən, uşaq amilinin nəzərə alınmasından, təlim-tərbiyə işinin təşkilindən bəhs edir.Xalq pedaqogikası.Şifahi xalq yaradıcılığının nümunələrinə istinad olunaraq xalq pedaqogikasının mövzusu, ümumi əsaslan, xüsusiyyətləri, komponentləri, üsul və vasitələri haqqında insanlann mütərəqqi fikirlərini sistemli şəkildə gənc nəslə aşılayır.
Başqa elmlərlə əlaqəsiBütün elmlər kimi, pedaqogikanın da başqa elmlərlə əlaqəsi vardır. Pedaqogikanın insanının psixi inkişaf qanunauyğunluqlarını öyrənən psixologiya ilə əlaqəsinin müstəsna əhəmiyyəti vardır. Psixologiya başlıca olaraq müxtəlif yaş dövrlərində uşaqların psixi inkişafı ilə, pedaqogika isə insanın daxili dünyasında və davranışında nəzərdə tutulan dəyişiklikləri öyrənməyə xidmət edən tərbiyəvi təsirlərin səmərəliliyi ilə maraqlanır. Pedaqogikanın hər bir bölməsi psixologiyanın müvafiq bölmələrində öz dayağını tapır. Bildiyimiz kimi, bəşəriyyətin bilik və mənəvi mədəniyyətinin ən qədim və qiymətli sahələrindən biri fəlsəfədir. Fəlsəfənin bir qolu olan etika və estetika əxlaq tərbiyəsi nəzəriyyəsinin işlənilməsində və onun təşəkkülündə pedaqogika elminə yardım edir. Pedaqogikanın sıx əlaqədə olduğu elmlərdən biri də insan anatomiyası və fiziologiyasıdır. Bu elmlər ayrı-ayrı yaşlarda uşaq orqanizminin və insanın bioloji varlıq kimi başa düşülməsi üçün bünövrə rolunu oynayır. Onlar bədənin müxtəlif üzvlərinin quruluşu və inkişafının xüsusiyyətləri haqqında pedaqogikaya müvafiq məlumatlar verir. Genetika elmindən istifadə də pedaqogikada xüsusi yer tutur. Bu mənada hələ XIX əsrdə yaşamış məşhur bioloq Mendelin (1822-1884) çarpazlaşdırma nəzəriyyəsi pedaqogika üçün zəngin material verir. O, genlər, irsilik, cinsi tərbiyə, ailə tərbiyəsi və s. məsələlər barədə biliklər verilməsinə kömək edir.Pedaqogikanın sıx əlaqəsi olan elmlərdən biri də erqotıomikadır. Erqonomika yunanca qanun deməkdir. O, əmək prosesində insanın funksional imkanlarını öyrənən, onun iş qabiliyyətini yüksəltmək üçün optimal şəraitin təşkili imkanlarını yaradan qanunauyğunluqları aşkara çıxaran bir elmdir. Bir elm kimi erqonomika psixologiya, fiziologiya, antropologiya, gigiyena, pedaqogika, sosiologiya və digər sahələrin əldə etdiyi nəticələri ümumiləşdirir və onlardan istifadə edir. Pedaqogikanın tarix və ədəbiyyat, coğrafiya və antropologiya, səhiyyə və ekologiya, iqtisadiyyat və arxeologiya, etnoqrafiya elmləri ilə də əlaqəsi vardır. Çünki pedaqoqlan insan, onun yaşadığı sahə, onun həyatı, inkişaf şəraiti daim maraqlandırır. Onlar bu əlaqələr vasitəsilə öz fənlərinin tədrisində məqsədlərinə çatmağa nail olurlar.