Sual 4 Pedaqogikanın elmi-tədqiqat metodları. Metod elmi idrak prosesində tədqiqatçını məlum həqiqətlərdən naməlum biliklərə doğru aparan hərəkətlər, addımlar sistemidir. Metod ümumidir. Hər bir elmin özünün metodları vardır.Tədqiqatın aparılma texnologiyası, konkret tədqiqat metodlarını konkret obyektə tətbiq etmək metodika adlanır. Metodikanın mahiyyətini öyrənilən obyektlə tətbiq olunan metodun arasındakı əlaqənin üz əçıxarılması və nəzərə alınması təşkil edir.Maddi aləmin dərk olunması prosesində tədqiqatçının rəhbər tutduğu fəlsəfi təlim metodologiya adlanır. Ümumiyyətlə, tədqiqat metodlarını nəzəri, empirik-nəzəri, empirik (emprio yunan sözü olub mənası təcrübə deməkdir) olmaqla qruplara ayırmaq mümkündür. Son dövrlərdə, müasir elmşünaslıqda daha bir qrup metodlardan – metanəzəri elmi-tədqiqat metodlarından da bəhs olunur. Qeyd edək ki, pedaqoji hadisələrin öyrənilməsinə idrak metodlarından heç də bir-birindən təcrid olunmuş şəkildə istifadə olunmur. Empirik metodlara tədqiqatla bağlı ədəbiyyatın təhlili, təhlillə bağlı məktəb sənədlərinin öyrənilməsi, məktəbəqədər yaşlı uşaqların, şagirdlərin, müəllimlərin fəaliyyətinin öyrənilməsi, müşahidə, müsahibə, pedaqoji təcrübənin öyrənilməsi, ekspert xidməti, monitorinq, təcrübi iş, pedaqoji eksperiment aiddir. Nəzəri tədqiqat metodlarına ideallaşdırma, formalaşdırma və ekstrapolyasiya, abstraktdan konkretəyüksəlmə, aksiomatik metodlar daxildir. Empirik-nəzəri metodlara təhlil və tərkib, induksiya, deduksiya, mücərrədləşdirmə və konkretləşdirmə, model və modelləşdirmə daxildir.Nəzəri, empirik-nəzəri və empirik tədqiqatlar sıx qarşılıqlı əlaqədə olduğundan bəzən onların metodikasından ayrıca söz açmaq, onları fərqləndirmək çətinləşir. Onların hər birində başqa metodlardan, xüsusilə müsahibə və müşahidədən istifadə olunur.Pedaqoji tədqiqatın metodları dedikdə müəyyən elmi problemi həll etmək üçün istifadə olunan yol və vasitələrin məcmusu başa düşülür.Pedaqoji tədqiqatların metodları aşağıdakı kimi müəyyənləşdirilir: 1.Pedaqoji Müşahidə. Bu müşahidədən demək olarki bütün tədqiqatlar zamanı istifadə olunur. Bu təlimtərbiyə hadisələrini planlı qavramaq prosesidir. Hadisələrin gedişinə qarışmadan onları təbii şəraitdəöyrənməyə müşahidə deyilir. Pedaqoji hadisələrin öyrənilməsi tədqiqatçıdan həmin hadisələri bilavasitəmüşahidə etməyi, pedaqoji işlə bağlı faktiki materialı toplamağı və onu qeyd eməyi tələb edir.Pedaqoji prosesi müşahidə etmək tədqiqatçıya düzgün nəticə çıxarmağa imkan verir.Müşahidənin bir neçə növləri vardır. Bəzi halda tədqiqatçı müşahidə aparılan qrupun üzvü olur, bəzilərində isə kənardan müşahidə aparır. Müşahidə tam və seçici, açıq və gizli, geniş və məhdud, sistematik və epizodik ola bilər.Tam müşahidədə proses bütövlükdə - başdan sona qədər əhatə olunur. Seçmədə prosesin bu və ya digər cəhətləri öyrənilir. Tədqiqat müşahidəsi üç formada təşkil olunur: 1) hadisələrin gedişinə qarışmadan kənardan izləmək, yəni prosesləri kənardan müşahidə etmək; 2) tədqiqatçı bilavasitə müşahidə aparır, sanki özü dərs deyir; 3) sanki tədqiqatçı sıravi sınananlardan birinə çevrilir. Geniş (və ya bütöv) müşahidə adətən obyekti tam əhatə edir. Bu zaman müşahidəçi müafiq qanunauyğunluğu çıxarmaq üçün daha çox məktəbi, sinfi, şagirdi əhatə etməli olur. Məhdud müşahidə bir növ seçmə xarakter daşıyır. Məsələn, şagirdlərin idrak fəaliyyətinin müşahidəsi. Sistematik müşahidə uzunmüddətli müşahidədir, o xeyli müddət davam edir. Epizodik müşahidə dövri xarakter daşıyır və ona nisbətən az vaxt sərf olunur.Müsahibə metodu müxtəlif tədqiqat üsullarının, o cümlədən müşahidə və eksperimentlərin nəticələrini tamamlamağa xidmət edir. Bu metodun köməyi ilə hər hansı pedaqoji fakt və hadisəyə müəllimlərin, şagirdlərin və valideynlərin münasibət müəyyə olunur, müəyyən təlim-tərbiyə hadisəsi başqaları ilə söhbət etmək vasitəsi ilə öyrənilir. Hər bir tədqiqatçı problemi müəyyənləşdirdikdən sonra onun müsahibə üçün zəruri olan sahələrini konkretləşdirir və bunlara əsaslanan suallar hazırlayır. Əvvəlcədən müsahibənin planı tutulmalı və ona əməl olunmalıdır.
Müsahibənin aşağıdakı növü vardır: 1. Ümumi müsahibə (qabaqcadan mövzusu müəyyən olunmamış müsahibə) 2. Müəyyən problem üzrə aparılan müsahibə 3. Qabaqcadan müəyyən olunmuş suallar üzrə aparılan müsahibə 4. İntervyu qarşıya qoyulmuş məqsədə uyğun məlumat alınması üçün şifahi yolla aparılan tədqiqat üsuludur. O, məxfi xarakter daşımır.
Dostları ilə paylaş: |