İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə82/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   78   79   80   81   82   83   84   85   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 99 

ixtisasyönlü hesablama maşınları. 
Elm və texnikanın müxtəlif sahələrində müxtəlif növ məsələləri həll etmək 
üçün universal hesablama maşınlarından istifadə etmək daha əlverişlidir. Bu tıp 
hesablama maşınlarının əsas çatışmayan cəhəti satış qıymətlərinin həddindən 
artıq baha olmasıdır. 
Problemyönlü hesablama maşınları müəyyən sinif məsələlərin, məsələn, 
idarəetmə məsələlərinin həllində geniş istifadə edilir. 
Xüsusi təyinatlı məsələlərin həllinin reallaşdırılması üçün ixtisasyönlü 
hesablama maşınları əlverişlidir. 
Qeyd etmək lazımdır ki, son 35÷40 il ərzində bəşəriyyət hesablama 
texnikasının sürətli inkişafının şahidi olmuşdur. Bu inkişafın mərkəzində fərdi 
kompüterlərin yaradılması durur. Kompüterlər universal mikroelektron qurğu 
olub, fərdi istifadə üçün nəzərdə tutulmuşdur. Müxtəlif firmalar və şirkətlər 
tərəfindən şəxsi istifadə üçün istehsal olunan fərdi kompüterlərin ölçüləri və 
çəkiləri ilə yanaşı satış qiymətləri də müxtəlifdir. Fərdi kompüterlərin hazırlanma 
texnologiyasının günü-gündən təkmilləşdirilməsi nəticəsində onlarda hesablama 
əməliyyatlarının aparılma sürəti milyon dəfələrlə artmış, ölçüləri ilə yanaşı enerji 
tələbatları isə dəfələrlə azalmışdır. Kompüterlərdə istifadə edilən element 
bazasının mütəmadi təkmilləşdirilməsi nəticəsində satış qiymətləri bir neçə min 
dollardan bir neçə yüz dollara qədər ucuzlaşmışdır. 
Fərdi kompüterin qurğularını bir masa üzərinə yerləşdirmək mümkündür 
(odur ki, onlara çox vaxt masaüstü kompüterlər də deyirlər). Bu kompüterlərdə 
müxtəlif əyləncəli və məntiq oyunları da oynamaq olar. Bu səbəbdəndir ki, ilk 
istehsal olunan fərdi kompüterlər əsasən əyləncəli oyunlar oynamaq üçün 
nəzərdə tutulmuşdu. 
Fərdi kompüterin tərkibinə informasiyanı insan üçün əlverişli şəkildə daxil 
etməyə və oxumağa imkan verən qurğular daxildir. Bu qurğuların köməyi ilə 
qrafik və ya mətn tipli informasiyanı emal etmək, rəngli təsvir almaq və s. həyata 
keçirmək olur. 
Fərdi kompüterin yaradılmasında əsas diqqət onunla istifadəçi arasındakı 
əlaqənin sadəliyinə, həmçinin ondan istifadə edən şəxsin tələbatının maksimum 
dərəcədə ödənilməsinə yönəlmişdir. İstifadəçinin fərdi kompüterdən tam istifadə 
etməsi naminə kompüter güclü proqram təminatı ilə təmin edilmişdir ki, ondan 
istifadə edən şəxsin kənardan heç bir köməyə ehtiyacı qalmasın, istənilən 
məsələni kompüterdə müstəqil həll və təhlil etsin. 
Fərdi kompüterin quruluşu elə təşkil edilmişdir ki, informasiya ona yalnız 
rəqəm formasında daxil olduqda onu emal edə bilir. Əgər kompüterə daxil olan 
informasiya başqa formadadırsa (məsələn, səs, təsvir və s.), onda kompüterin 
belə informasiyanı emal etməsi üçün mütləq informasiyanı rəqəm formasına 
çevirən çeviricilərdən istifadə edilməlidir. 
Anoloji olaraq mətn tipli informasiyanı da fərdi kompüterdə emal (təhlil) 
etmək olar. Bunun üçün hər bir hərf müəyyən bir rəqəmə uyğun kodlaşdırılır və 
kompüterdə təhlil edildikdən sonra istifadəçi tərəfindən başa düşüləcək şəklə 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin