Araşdırmalar göstərir ki, rayonda fəaliyyət göstərən sənaye müəssisələrində istehsalın son nəticələri ilə orada çalışan işçilərin orta aylıq əmək haqqı arasında üzvü əlaqə təmin edilməmiş, sənaye məhsulunun həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 18% azalmışdır.
Kənd təsərrüfatının inkişafı. Xızı rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Həmin sahənin fəaliyyətini xarakterizə edən məlumatlar 3 saylı cədvəldə verilmişdir.
Cədvəl 3.
Xızı rayonunda kənd təsərrüfatı məhsullarının istehsalı *)
-
Göstəricilər
|
İ l l ə r
|
2005-2012-ci illərdə artım tempi (%-lə)
|
2005
|
2008
|
2009
|
2010
|
2011
|
2012
|
Əsas bitkiçilik məhsullarının istehsalı (bütün təsərrüfat kateqoriyaları üzrə, ton
Dənli və dənli paxlalılar
|
2852
|
2890
|
3017
|
2553
|
2579
|
3110
|
109,0
|
o cümlədən buğda
|
1383
|
1045
|
1212
|
887
|
1032
|
1216
|
87,9
|
Kartof
|
559
|
466
|
265
|
312
|
398
|
187
|
33,5
|
Tərəvəz
|
1213
|
508
|
508
|
816
|
1066
|
744
|
61,3
|
Bostan məhsulları
|
870
|
343
|
362
|
494
|
634
|
605
|
69,5
|
Meyvə və giləmeyvə
|
421
|
67
|
70
|
72
|
75
|
81
|
19,2
|
Üzüm
|
16
|
23
|
25
|
33
|
38
|
41
|
2,6 dəfə
|
Məhsuldarlıq (bütün təsərrüfat kateqoriyaları üzrə), sentner/ha
Taxıl
|
14,1
|
14,0
|
15,1
|
14,6
|
15,0
|
15,0
|
106,4
|
o cümlədən buğda
|
14,3
|
14,0
|
15,2
|
15,4
|
15,9
|
16,0
|
111,9
|
Kartof
|
80
|
66
|
66
|
80
|
78
|
77
|
96,3
|
Tərəvəz
|
71
|
65
|
64
|
76
|
73
|
73
|
102,8
|
Bostan bitkiləri
|
64
|
67
|
66
|
79
|
72
|
71
|
110,9
|
Meyvə və giləmeyvə
|
55,8
|
7,3
|
7,3
|
7,5
|
7,7
|
8,1
|
14,6
|
Mal-qaranın sayı (bütün təsərrüfat kateqoriyaları üzrə), baş
İri buynuzlu mal-qara
|
9755
|
11408
|
11090
|
10715
|
11546
|
12096
|
124,0
|
o cümlədən inək və camışlar
|
4426
|
5068
|
5153
|
5150
|
5460
|
6078
|
137,3
|
Qoyunlar və keçilər
|
77861
|
100471
|
97866
|
87544
|
92090
|
102125
|
131,2
|
Quşlar
|
654036
|
1121840
|
1060836
|
1876717
|
1188684
|
1287055
|
196,8
|
Heyvandarlıq məhsul-larının istehsalı, ton
Ət (kəsilmiş şəkildə)
|
1221
|
793
|
709
|
1038
|
2489
|
2572
|
2,1 dəfə
|
Süd
|
4150
|
5209
|
5606
|
8940
|
9650
|
11575
|
2,8 dəfə
|
Yumurta, min ədəd
|
64215
|
150773
|
155435
|
164140
|
38661
|
106500
|
165,6
|
Yun (fiziki çəkidə)
|
119
|
139
|
142
|
143
|
145
|
146
|
122,3
|
*) Azərbaycanın regionları. Bakı, “DSK”, 2013, s. 98.
|
Cədvəldən göründüyü kimi, 2005-2012-ci illərdə rayonda dənli və dənli paxlalılar və üzüm istisna olmaqla, digər bütün növ bitkiçilik məhsullarının istehsalı kəskin azalmış, lakin ayrı-ayrı növlər üzrə məhsuldarlıq xeyli yüksəlmişdir. Həmin dövrdə rayonda iri və xırda buynuzlu mal-qaranın, elecə də quşların sayının artması nəticəsində heyvandarlıq məhsullarının (ət və südün), eləcə də yumurta və yun istehsalı əsaslı şəkildə çoxalmışdır. Rayonda kəndli-fermer təsərrüfatının inkişafı üçün subsidiya, lizinq yolu ilə texnika, taxıl əkini üçün yanacaq-sürtkü materiallarına görə yardım verilmiş, fermerlər gübrəni 50% güzəştlə almışlar. Taxtakörpü-Ceyranbatan Su kanalının işə düşməsi rayonda yüzlərlə hektar istifadəsiz torpaqlara yeni həyat bəxş etmişdir.
Tikintinin inkişafı. Rayonda yaşayış sahələrinin, sosial infrastruktur obyektlərinin tikintisi sürətlə artmaqdadır. Belə ki, orada mənzil fondunun ümumi sahəsinin xeyli artması, yeni ATS-lərin, məktəblərin, Müalicə-Diaqnostika Mərkəzinin yaradılması, Mərkəzi Xəstəxananın əsaslı təmiri, Heydər Əliyev Mərkəzinin inşası, Yeni Azərbaycan Partiyası Xızı Rayon Təşkilatının inzibati binasının, Gənclər Mərkəzinin, Şahmat Məktəbinin, eləcə də Heydər Əliyev və Cəfər Cabbarlı Parkları, Bayraq Meydanı, Şəhidlər Abidə Kompleksinin yenidən qurulması, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 16 mənzilli yaşayış binasının, çoxsaylı turizm obyektlərinin tikilməsi, Bakı-Rusiya Federasiyası Dövlət sərhədi avtomobil yolunun rayon ərazisindən keçən 26 km hissəsinin əsaslı təmiri; 31 km uzunluğunda Giləzi-Xızı avtomobil yolunun yenidən qurulması; 14 km uzunluğunda Xızı-Qızılqazma yolunun əsaslı təmiri; 4137 nəfər əhalinin yaşadığı 11 məntəqəni birləşdirən 21 km uzunluğunda Xızı – Altıağac avtomobil yolunun və digər obyektlərin inşası tikintinin əsas göstəricilərinin yüksələn xəttlə artmasına imkan vermişdir. (cədvəl 4).
Cədvəl 4.
Xızı rayonunda tikintinin əsas göstəriciləri *)
Göstəricilər
|
İ l l ə r
|
2005-2012-ci illərdə artım tempi (%-lə)
|
2005
|
2008
|
2009
|
2010
|
2011
|
2012
|
|
İstifadəyə verilmişdir:
əsas fondlar, min manat
|
1290,8
|
3880,9
|
2002,0
|
677,0
|
10186,7
|
6620,6
|
5,1 dəfə
|
yaşayış evləri, ümumi sahə, min kv. m.
|
0,6
|
5,1
|
3,3
|
1,6
|
-
|
3,7
|
6,2 dəfə
|
onlardan fərdi yaşayış evləri
|
0,5
|
4,2
|
3,3
|
1,6
|
-
|
3,7
|
7,4 dəfə
|
Əsas kapitala yönəldilmiş vəsaitlər, min manat
|
1300,8
|
95383,6
|
25841,3
|
6663,0
|
11986,9
|
11831,5
|
9,1 dəfə
|
o cümlədən
tikinti-quraşdırma işlərinə
|
1261,8
|
94454,2
|
25391,9
|
6198,3
|
10118,4
|
8662,7
|
6,9 dəfə
|
Tikinti təşkilatlarında çalışan işçilərin sayı, nəfər
|
13
|
78
|
76
|
75
|
77
|
78
|
6 dəfə
|
Öz gücləri ilə yerinə yetirilmiş tikinti işlərinin həcmi, min manat
|
46,1
|
687,2
|
973,0
|
836,6
|
686,1
|
633,7
|
13,8 dəfə
|
*) Yenə orada, s. 99
|
Nəqliyyat və rabitə sferasının inkişafı. Təhlil göstərir ki, 2005-2012-ci illərdə Xızı rayonunda avtomobillərin sayı – 16,3% o cümlədən: yük avtomobilləri – 37,3%; avtobuslar – 11,8%; digər növ nəqliyyat vəsitələrinin sayı – 76,9% artsa da, avtomobil nəqliyyatı ilə yük daşınmalarının həcmi – 162,7%; sərnişin daşımalarının həcmi – 180,8%; yük və sərnişin dövriyyəsinin həcmi uyğun olaraq – 2,1 dəfə və 138,1% artmışdır. Həmin dövrdə rayonda poçt şöbələrinin sayı 3 dəfə azalsa da, yeni ATS-lərin istifadəyə verilməsi hər 100 ailəyə düşən telefon aparatlarının sayının 113,6%; o cümlədən, kənd yerlərində 116,1% artmasına təminat yaratmışdır (cədvəl 5)
Cədvəl 5.
Xızı rayonunda nəqliyyat və rabitə sferalarının əsas göstəriciləri *)
Göstəricilər
|
İ l l ə r
|
2005-2012-ci illərdə artım tempi (%-lə)
|
2005
|
2008
|
2009
|
2010
|
2011
|
2012
|
|
Avtomobil nəqliyyatı ilə yük daşınması, min ton
|
287
|
357
|
381
|
407
|
436
|
467
|
162,7
|
Yük dövriyyəsi, mlyn. ton km
|
17,1
|
22,8
|
24,0
|
25,3
|
32,5
|
35,3
|
2,1 dəfə
|
Avtomobil nəqliyyatı ilə sərnişin daşınması, min nəfər
|
1546
|
1749
|
1964
|
2217
|
2494
|
2796
|
180,8
|
Sərnişin dövriyyəsi, mlyn. sərnişin km
|
4,2
|
5,0
|
5,2
|
5,4
|
5,6
|
5,8
|
138,1
|
Avtomobillərin sayı-cəmi, ədəd
|
716
|
668
|
674
|
646
|
561
|
599
|
83,6
|
O cümlədən:
yük avtomobilləri
|
308
|
256
|
245
|
224
|
181
|
193
|
62,7
|
avtobuslar
|
34
|
34
|
37
|
34
|
31
|
30
|
88,2
|
sərnişin minik
|
333
|
316
|
337
|
343
|
331
|
357
|
107,2
|
şəxsi minik
|
301
|
290
|
307
|
310
|
298
|
328
|
108,9
|
xüsusi təyinatlı avtomobillər
|
15
|
16
|
16
|
11
|
12
|
13
|
86,7
|
digərləri
|
26
|
46
|
39
|
34
|
6
|
6
|
23,1
|
Poçt şöbələrinin sayı, vahid
|
6
|
2
|
2
|
2
|
2
|
2
|
33,3
|
Hər 100 ailəyə düşən telefon aparatlarının sayı, ədəd
|
44
|
48
|
50
|
50
|
49
|
50
|
113,6
|
şəhərdə
|
58
|
56
|
71
|
66
|
65
|
66
|
113,8
|
kənddə
|
31
|
36
|
31
|
34
|
33
|
36
|
116,1
|
*) Yenə orada, s. 100.
|
Xızı rayonunda turizmin inkişafı üçün geniş imkanlar vardır. Burada yeni turizm obyektləri, mehmanxana və istirahət mərkəzləri yaradılmışdır. Rayonda “Cənnət Bağı”, “Qızılqazma”, “Mərcan”, “Gil” və digər 10 yeni istirahət mərkəzləri yaradılmışdır ki, onlar da qonaqlara yüksək xidmət göstərirlər. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 31 avqust tarixli Sərəncamı ilə Xızı rayonunda Altıağac Milli Parkı yaradılmışdır.
Nəticə.
Aparılan təhlil nəticəsində belə qənaətə gəlmək olar ki, son 10 ildə Xızı rayonunun sosial-iqtisadi sferasında sürətli inkişaf davam etdirilir. Sənaye və kənd təsərrüfatı məhsullarının həcmi xeyli artmış, əhaliyə göstərilən pullu xidmət sferasında və sahibkarlığın, eləcə də turizmin inkişafında əsaslı dönüş yaranmış, yeni yollar çəkilmiş, əhaliyə kommunal xidmət xeyli yaxşılaşmışdır. Lakin bütün bunlara baxmayaraq, rayonun sosial-iqtisadi inkişafı istiqamətində çoxsaylı ehtiyat imkanları mövcuddur. Onlardan səmərəli istifadə etmək üçün aşağıdakı təklif və tövsiyələrin həyata keçirilməsinə ehtiyac duyulur:
-
Rayonda yeni sənaye müəssisələrinin yaradılması. Bu baxımdan yerli xammaldan istifadə etməklə aqrar emal müəssisələrinin xarici investisiyaları cəlb etməklə təşkili, yüksək iqtisadi səmərə verə bilər;
-
Tikinti məhsullarının istehsalı üzrə yeni sahibkarlıq subyektlərinin yaradılması;
-
Kiçik və orta müəssisələr tərəfindən əsas kapitala yönəldilən vəsaitin artırılması imkanlarının genişləndirilməsi;
-
Yük və sərnişindaşıma üzrə avtomobil nəqliyyatı parkının yeniləşməsi;
-
Meyvə və giləmeyvə qurudulması üzrə kiçik Sahibkarlığın inkişafı;
-
Kartof, tərəvəz və bostan məhsullarının həcminin artırılması üçün sahibkarlara güzəştli kreditlərin verilməsi və onların stimullaşdırılması üçün təsirli tədbirlərin həyata keçirilməsi;
-
Kənd təsərrüfatı məhsullarının tədarükü üzrə şəbəkələrin yaradılması;
ƏDƏBİYYAT
1. Azərbaycanın regionları. Bakı, “DSK”, 2013, 778 s. 2. Azərbaycanda tikinti. Bakı, “DSK”, 2013, 354 s. 3. Xızı – 2003-2013; hədəflər, inkişaf, nəticələr. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin bülleteni. Bakı, 2013, 95 s.
Современное состояние и перспективы социально-экономического развития Хызинского района
РЕЗЮМЕ
В статье на основе многолетних статистических данных проанализировано современные состояние социально-экономического развития Хызинского района по сферам его экономической деятельности; выявлены соответствующие резервы и разработаны рекомендации по их рациональному использованию.
Ключевые слова: социально-экономическое развитие, промышленность, сельское хозяйство, строительство и социальные инфраструктуры.
Current state and prospects of socio-economic development of the Khizi district
SUMMARY
On the basis of long-term statistical data is analyzed contemporary state of socio-economic development Khizi district on areas of its economic activity, reveals the relevant provisions and the recommendations for their management.
Dostları ilə paylaş: |