17
Əlbəttə, məqalədə, bu mülahizələr ancaq milli təəssübkeşlik
hissi ilə deyilmiş fikirlər olaraq yer almır. Məmmədəli Mübariz öz
mövqeyini əsaslandıra bilir.
Eyni zamanda, 20-30-cu illərin elmi fikrində Nizami Gəncəvi və
müasirlərinin farsca yazmasının tarixi şəraitlə birbaşa şərtləndiyini və
farsca yazmanı sənətkarın milli mənsubiyyətini təyin
etməkdə yeganə
əsas göstərməyin düzgün olmamasına dair fikirlər irəli sürülür, əsaslan-
dırılır. Nizaminin müasirlərindən Xaqaninin, Fələki və İzzəddin
Şivaninin, Mücirəddin Beyləqaninin, Məhsətinin yaradıcılığı öyrənilir.
Nizami əsərlərinin tərcüməsi problemi və tərcümələrdə yol verilən
qüsurlara aydınlıq gətirilir. Nizami qəhrəmanları ilə Firdovsi qəhrəman-
larının xarakterləri arasında paralellər aparılır. Sirlər xəzinəsi” poeması
ilə Sənainin “Hədiqətül-həqaiq” poeması müqayisəli təhlilə cəlb edilir.
Hər iki əsərin ideya-struktur, bədiilik imkanları müqayisə müstəvisinə
gətirilir. “Xəmsə”yə daxil olan poemaların
bəzilərinin bir neçə
hökmdara həsr olunmasının tarixi-ictimai səbəbləri üzərində dayanılır.
Aparılan tədqiqatlar 20-30-cu illər tənqidində ədəbiyyatımızın farsdilli
mərhələsinə, xüsusən Nizami yaradıcılığına böyük diqqətin nəticəsi
kimi meydana gəlir və bu münasibət ədəbiyyat tariximizə vulqar-
sosioloji tənqid epoxası kimi daxil olan 20-30-cu illərin ədəbi-nəzəri
fikrinin mürəkkəb xarakterini üzə çıxarır.
III fəslin
“Ədəbi tənqidin orta əsrlər Azərbaycan ədəbiyyatına
anadilli ədəbiyyat müstəvisində baxışı” adlı ikinci paraqrafında göstə-
rilir ki, bu iki onillikdə orta əsrlər Azərbaycan ədəbiyyatına aid üzə
çıxarılan materiallar və onlara verilən təhlillər sonrakı
mərhələlərdə
ədəbiyyat tariximizin həm faktoloji, həm də nəzəri mənbəyi olmuşdur.
Dissertasiyada anadilli ədəbiyyatımızla bağlı görülən işlərin bir
neçə istiqaməti fərqləndirilir. Birinci halda, anadilli şeirimizin bu gün
ədəbiyyat tarixlərimizdə yer tutan nümayəndələrinin böyük əksəriy-
yəti haqqında tərcümeyi-hal materialları və onlara məxsus əsərlər
aşkarlanır; İkinci halda, sənətkarların avtoqrafiyasının yazılması,
əvvəldən məlum olan avtobioqrafiyaların zənginləşdirilməsi istiqa-
mətində işlər görülür, şeirləri təhlil süzgəcindən keçirilir. Üçüncü
halda, Firidun bəy Köçərlinin “Ədəbiyyat tarixi”ndə
tərcümeyi-
halları və yaradıcılıqları ilə bağlı məlumatlar əks olunan sənətkarlara
aid araşdırmalar dərinləşdirilir.
18
Məhəmməd Fuad Köprülüzadənin “Azəri ədəbiyyatına dair
tədqiqlər” kitabında İzzəddin Həsənoğlu, Qazi Bürhanəddin,
İmadəddin Nəsimi, Həbibi, Şah İsmayıl Xətayi, Məhəmməd Füzuli
haqqında verilən ilkin məlumatlar və onların Azərbaycan ədəbiyyatı-
nın nümayəndələri olmasnı əsaslandıran müəllif konsepsiyası Salman
Mümtazın tədqiqatlarında, “Ədəbiyyatdan iş kitabı”nda yer alan
araşdırmalarda (xüsusən Atababa Musaxanlı və Abdulla Şaiqin araş-
dırmalarında), Əmin Abidin, Məhəmməd Kazım Ələkbərlinin və b.
çoxsaylı məqalələrində inkişaf etdirilir, dərinləşdirilir. Təsəvvüf ədə-
biyyatı-sufizm və hürufilik cərəyanları, onların
əsas nümayəndələ-
rinin yaradıcılığı ilə əlaqədar bəzi ziddiyyətli və ideologiyadan güc
alan mülahizələrlə bərabər, əsasən çox ciddi tədqiqatlar aparılmasına
diqqət yetirilir,onların əhatəli təhlili verilməklə ədəbiyyat tariximizin
yazılmasında ilkin və əsaslı baza rolu oynaması fikri irəli sürülür.
Dissertasiyada 20-30-cu illər tənqidində orta əsrlərdə yaşayan
sənətkarların bədii irsində təsəvvüfün tutduğu yerin nisbətinə, misal
üçün Nəsimi ilə Həbibi, eləcə də Füzuli şeiri arasında bu istiqamətdəki
fərqlərə, sufi şeirlərlə dünyəvi şeirlərin sərhəddinin ayrılmasına,
həmçinin xüsusən Salman Mümtazın və Abdulla Şaiqin tədqiqatları
əsasında Molla Vəli Vidadi və Molla Pənah Vaqif irsinə dair aparılan
araşdırmalar təhlil edilərək ümumiləşdirici qənaətlərə gəlinir.
IV fəsildə
Dostları ilə paylaş: