İxtisas: 5716. 01 – Azərbaycan ədəbiyyatı Elm sahəsi: Filologiya



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə6/12
tarix21.01.2023
ölçüsü0,66 Mb.
#79988
1   2   3   4   5   6   7   8   9   ...   12
avtoreferat aynur az

TƏDQİQATIN ƏSAS MƏZMUNU 
Girişdə problemin qoyuluşu, aktuallığı əsaslandırılır, öyrənil-
mə dərəcəsi, tədqiqatın obyekti və predmeti, məqsəd və vəzifələri
metodları, nəzəri və praktik əhəmiyyəti müəyyənləşdirilir, müda-
fiyəyə çıxarılan müddəalar və elmi yeniliyi şərh olunur. 
Birinci fəsil
“20-30-cu illər tənqidi sənətin mənşəyi, xalq 
ədəbiyyatının praqmatik funksiyaları və ideya-estetik xüsusiy-
yətləri haqqında” adlanır. “Sənətin mənşəyi 20-30-cu illər tənqidini 
düşündürən konseptual problem kimi” adlı birinci paraqrafda göstə-
rilir ki, 20-ci illərə qədər xalqın ədəbiyyat tarixinin yaradılmasını 
milli ədəbi yaddaşın bərpası kimi başa düşmək tendensiyası tənqidi 
düşüncədə artıq dərk edilmiş həqiqət idi və bu həqiqət uğrunda 
mübarizə gedirdi. Lakin 20-ci illərə qədər tək-tək vətəndaş ziyalıların 
üzərinə düşən bu vəzifə 20-ci illərdən sonra bütövlükdə ədəbi-tənqidi 
və nəzəri düşüncənin əsas problemlərindən birinə çevrildi. Sistemli 
ədəbiyyat tarixi yaratmaq, ədəbiyyat tarixinin konsepsiyasını 
formalaşdırmaq baş məqsədlərdən birinə çevrildi. 
Əsaslandırılır ki, 20-30-cu illər tənqidi bu konsepsiyanı 
gerçəkləşdirərkən ilkin olaraq sənətin mahiyyəti və onun mənşəyi 
probleminə elmi-nəzəri cavab verməli oldu. Dövrün aparıcı 
tənqidçilərindən Əli Nazim, Hənəfi Zeynallı, Bəkir Çobanzadə, 
Atababa Musaxanlı, Cabbar Əfəndizadə və başqaları bu istiqamətdə 
əsaslı araşdırmalar apardılar. 
İlk növbədə, Azərbaycan ədəbiyyatının tarixinin qədimliyini və 
zənginliyini sübut etmək, “ədəbiyyatımız fəqirdir” kimi yalnış baxış 
sistemini elmi şəkildə təkzib etmək, ədəbiyyatımızın zənginliyinin 
sübutu ola biləcək həqiqi ədəbiyyat tarixini yaratmaq zərurəti 
tənqidin qarşısında ən vacib problem kimi dayanırdı. Əli Nazim 
yazırdı: “Fikirlər bu bir neçə nöqtədə mərkəzləşdi: ədəbiyyatımız 
fəqirdir, ədəbiyyatımız böhran halındadır və başqaları... Bax, bizi bu 
xüsusda böyük yanlışlığa salan - ədəbiyyatımızı tədqiq edib onun 
haqqında fikir yürüdərkən xalq ədəbiyyatından tamamilə xəbərsizcə-
sinə davranmamızdır”.
6
 
6
Nazim, Ə. Seçilmiş əsərləri / Ə.Nazim. – Bakı. Yazıçı, – 1979, – s.28 


12 
20-30-cu illər tənqidində sənətin yaranmasını şərtləndirən 
amillər, ictimai iqtisadi münasibətlər sistemində onun keçdiyi tarixi 
mərhələlər probleminə aydınlıq gətirilir, sənətin mənşəyini 
şərtləndirən amillər üzə çıxarılırdı. Atababa Musaxanlının, Bəkir 
Çobanzadənin, Hənəfi Zeynallının, Cabbar Əfəndizadənin 20-ci illər 
tənqidində bu tip məsələlər ön mövqedə idi. 
I fəslin ikinci paraqrafının problemi “Xalq ədəbiyyatının 
praqmatik funksiyaları və ideya-estetik xüsusiyyətləri ədəbi tənqid 
müstəvisində” kimi müəyyənləşdirilmişdir.
20-30-cu illər tənqidində “Oğuznamə”lərin araşdırılması istiqa-
mətindəki tədqiqatlar xüsusi əhəmiyyət kəsb edir
7
. Tənqid belə bir 
qənaətə gəlirdi ki, Azərbaycan türklərinin tarixi varlığının qədimliyini 
göstərən ən mühüm folklor abidəsi “Oğuznamə”dir. Ərəb tarixçisi 
Dəvadirinin verdiyi məlumatlara əsasən tənqid belə bir qənaətə gəlirdi 
ki, ilk “Oğuznamə” “Ulu xan Bitikçi” kimi əski tarixlərin kitabıdır. 
Əmin Abid və Atababa Musaxanlının tədqiqatları sübut edir ki, “Ulu 
xan Bitikçi” çığatay türklərinin qədim kitabı olduğu kimi, Dəvadarinin 
haqqında danışdığı “Oğuznamə” oğuz türklərinin qədim kitabıdır. 
Əmin Abid Aybədid Dəvadarinin kitabından sitat verir. Sitatda deyilir: 
“Əski türklər arasında iki kitab var. Bunlardan birisi “Ulu xan 
Bitikci” deyilən kitabdır ki, bunun mənası Böyük xan Ata kitabı 
deməkdir. Bu kitab ilə moğullar və qıpçaqlar iftixar edirlər və onlarda 
bu kitab çox hörmətlə dutulmaqdadır. Bu kitab moğulların 
yaradılmışları başlanğıcından bəhs edir, moğul və qıpçaqların “Ulu 
xan Bitikçi” kitabı olduğu kimi, o biri türklərin də “Oğuznamə” adlı 
kitabları vardır. Bu kitab türklərin arasında çox məşhurdur. Mənim 
hər iki kitab haqqında biliyim vardır. Bu isə türk xalqının tarixini çox 
gözəl bildiyimi göstərdiyindən bu xalq haqqıda verdiyim məlumatın 
doğruluğunu təsdiq üçün kafidir”.
8
 
7
Məmmədova, A. 20-30-cu illər tənqidində “Oğuznamə” haqqında 
araşdırmalar // A.Məmmədova. – Bakı: Dədə Qorqud. Elmi-ədəbi toplu, 2018. 
№1(62), – s.37-42. 
8
Abid, Ə. Azərbaycan türklərinin ədəbiyyat tarixi / Ə.Abid. – Bakı: Elm və 
təhsil. – 2016, – s.171. 


13 
“Oğuznamə”də “Kitabi-Dədə Qorqud” və “Koroğlu” eposların-
dan parçaların, hekayətlərin yer alması onların qədim oğuznamələr 
kimi yaranmasını sübut edən mühüm faktlar kimi ortalığa qoyulur. 
Tənqidin bu istiqamətdəki araşdırmaları dərinləşdikcə, 
“Koroğlu” eposunda “Kitabi-Dədə Qorqud” eposu ilə üst-üstə düşən, 
bir-birini tamamlayan məqamlar hər ikisində mifik zamanı işarələyən 
təsvirlər, hər ikisində islamiyyətdən əvvəlki zamanın hadisələrinin 
işarələnməsi xüsusən “Koroğlu”nun ilkin versiyasının qədim 
“Oğuznamə” kimi yaranması və göstəricisi kimi meydana çıxır. 
Türk xalqlarının folkloru içərisində milli folklorun yerinin 
özünəməxsusluğunu müəyyənləşdirmək istiqamətində araşdırmalar 
aparmış, ibtidai cəmiyyət mərhələlərində xalq ədəbiyyatı nümunələ-
rinin praqmatik funksiyalarını şərh etmişlər. 
Azərbaycan folklorunun ən müxtəlif janrlarının ideya-estetik 
xüsusiyyətləri, xüsusən “Oğuznamə” və “Kitabi-Dədə Qorqud”la 
bağlı onların çox qiymətli mülahizələrini elmi dövriyyəyə daxil 
etmək, folklorşünaslığımızda açıq qalan bir çox məsələlərə bu yolla 
aydınlıq gətirməyə ehtiyac var. 
Dissertasiyanın 

Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin