İxtisas: 5716. 01 – Azərbaycan ədəbiyyatı Elm sahəsi: Filologiya


“Yazılı ədəbiyyatın başlanğıci və dövrləşdi-



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə7/12
tarix21.01.2023
ölçüsü0,66 Mb.
#79988
1   2   3   4   5   6   7   8   9   ...   12
avtoreferat aynur az

“Yazılı ədəbiyyatın başlanğıci və dövrləşdi-
rilməsi probleminə müxtəlif tənqidi yanaşmalar” adlanan II 
fəslinin birinci paraqrafında (“Yazılı ədəbiyyatın başlanğıcı problemi 
və ədəbi tənqid”) aparılan araşdırmaları umumiləşdirərək aşağıdakı 
qənaətləri önə çıxarmaq olar: 
20-ci illər tənqidi Azərbaycan yazılı ədəbiyyatının başlanğıcını 
onun ümumtürk kökündən ayırmır. Azərbaycan yazılı ədəbiyyatının 
ümumtürk ədəbiyyatı kontekstində yaranmasını və tarixi təkamül 
prosesi keçirdiyini qəbul edir. 20-ci illər tənqidi qəbul edir ki, zaman 
keçdikcə türk xalqlarının fərqli ictimai-siyasi proseslər şəraitində və 
fərqli coğrafi ərazilərdə məskunlaşması türk dilində şivələrin yaranma-
sına təkan vermiş, türk dilinin bazası əsasında iki nəhəng türk şivəsi – 
Şərq və Qərb şivələri formalaşmış, bunun əsasında da ümumtürk 
ədəbiyyatında məhəlli ədəbiyyatlara (indiki terminologiya ilə desək
milli ədəbiyyatlara) keçid prosesi başlamışdır. 30-cu illərə doğru dife-
rensiallaşma faktından imtina edilərək hər bir türk xalqının müstəqil 
bir tarixi inkişaf yolu keçməsinə dair fikir formalaşdırılmasına cəhdlər 
edilsə də (ideologiyanın birbaşa təsiri ilə), ciddi elmi mənbə və 


14 
məxəzlərlə tanışlıq, ədəbi abidələrin dərindən təhlili tənqidi düzgün 
metodoloji yol tutmağa sövq etmişdir. Tənqid anadilli ədəbiyyatın 
yaranmasını Azərbaycan ədəbiyyatının keçdiyi tarixi yolun süni 
surətdə müstəqilləşdirilməsində yox, türk xalqları ədəbiyyatının tarixi 
təkamülünün nəticəsi olan differensiallaşmada axtarmışdır. 
20-30-cu illər tənqidinin milli ədəbiyyat tarixinin öyrənilməsi 
istiqamətindəki araşdırmalarının mühüm bir qismi yazılı ədəbiyyatı-
mızın başlanğıcı və tarixi dövrləşdirilməsi problemi idi. 
Tənqid “Orxon-Yenisey”, Turfan abidələrini bu ədəbiyyatın 
başlanğıc faktları kimi araşdırır və eyni zamanda tədqiqatları 
dərinləşdirərək bəzi qədim mənbələr əsasında ədəbiyyatımızın 
ümumtürk kökünün daha da qədimlərə gedib çıxması haqqında bəzi 
ədəbi faktlar ortaya qoyur, nəzəri mülahizələr irəli sürürdülər. Bəkir 
Çobanzadə X əsrin çinli səyyahı Van Yanqtenin çin, əcəm və türk 
mənbələrinə istinadən “türklər öz vaqeənamələrini təqribən miladdan 
min il əvvəl başlayaraq yazdıqlarını söylıyir” qənaəti ilə
9
çıxış edir. 
30-cu illərə doğru diferensiallaşma faktından imtina edilərək 
hər bir türk xalqının müstəqil bir tarixi inkişaf yolu keçməsinə dair 
fikir formalaşdırılmasına cəhdlər edilsə də (ideologiyanın birbaşa 
təsiri ilə), ciddi elmi mənbə və məxəzlərlə tanışlıq, ədəbi abidələrin 
dərindən təhlili tənqidi düzgün metodoloji yol tutmağa sövq etmişdir. 
Tənqid anadilli ədəbiyyatın yaranmasını Azərbaycan ədəbiyyatının 
keçdiyi tarixi yolun süni surətdə müstəqilləşdirilməsində yox, türk 
xalqları ədəbiyyatının tarixi təkamülünün nəticəsi olan 
differensiallaşmada axtarmışdır. 
II fəslin ikinci paraqrafında “Ədəbi tənqid və tarixi dövrləş-
dirmə problemi” qoyulur 
10
. Dissertasiyada məsələ ilə bağlı Atababa 
Musaxanlı, Bəkir Çobanzadə, Əli Nazim, Əmin Abid, Yusif Vəzir 
Çəmənzəminli, Məmməd Kazim Ələkbərli və başqalarının məsələ ilə 
bağlı mövqeləri ciddi araşdırma obyekti olur. Milli tənqidin dövrləş-
9
Çobanzadə, B. Seçilmiş əsərləri: [5 cilddə] / – Bakı: Şərq-Qərb, – III c. – 
2007, – s.222.
10
Məmmədova, A, 20-30-cu illər ədəbi tənqidində Azərbaycan 
ədəbiyyatının tarixi dövrləşdirilməsi problemi // – Bakı: Sivilizasiya, Bakı 
Avrasiya Universiteti. – 2018. №4, – s.165-171. 


15 
dirməyə münasibətində türk alimi Məhəmməd Fuad Köprülüzadənin 
mülahizələrinə yanaşmalar da əhatəli təhlil edilir 
11

Azərbaycan ədəbiyyatının tarixi inkişaf yolu ilə bağlı ümumtürk 
ədəbiyyatından diferensiallaşmaya qədər və ondan sonrakı dövrlərdəki 
təkamül prosesini dövrləşdirmənin əsas obyekti kimi seçməsi tənqiddə 
aparıcı təmayül olduğu fərqləndirilir. İkinci bir tərəfdən, tənqidin 
Azərbaycan ədəbiyyatının tarixi inkişaf yolunu və bu yolun dövrləşdi-
rilməsini ümumtürk kontekstindən ayırmaq və müstəqil inkişaf dövrü 
və mərhələləri kimi təqdim edən tendensiyası üzərində də dayanılır. 
Dissertasiyada məsələyə bu fərqli prizmalardan baxışın elmi-
nəzəri və ideoloji əsaslarının müəyyənləşdirilməsi məsələsi də geniş 
təhll predmeti olur və birinci tendensiya tərəfdarlarının türk xalqlarının 
ədəbiyyatının mənşəyi, tarixi təkamülü və diferensiallaşmanın özünə-
məxsusluqlarını incəliklərinə qədər öyrənilmədən dövrləşdirmənin 
düzgün aparılmasının mümkün olmayacağı fikri məsələyə doğru elmi 
yanaşma kimi qəbul edilir. Bu nöqteyi-nəzərdən Bəkir Çobanzadənin 
mövcud tarixi dövrləşdirmə problemlərinə, o cümlədən dövrləşdir-
mədə tarixi-xronoloji prinsipin, həmçinin ictimai-siyasi amillərin önə 
çıxarılması yolu ilə aparılmasına, həmçinin Məhəmməd Fuad 
Köprülüzadənin türk xalqlarının ədəbiyyatına dair ortaya qoyduğu 
dövrləşdirməyə tənqidi münasibətinin mahiyyəti araşdırılır. 
Bəkir Çobanzadənin rus alimi Sakulinin fikirlərinə istinadən 
ədəbiyyatın tarixi inkişaf yolunu “özünəməxsus əlamətlərinə görə 
sistem altına almaq və dövrlərə ayırmaq prinsipi”ni
12
etməsi ədəbi-
tarixi inkişafda estetikliyin həlledici prinsip kimi seçilməsi nöqteyi-
nəzərindən təqdir edilir. 
Dissertasiyada müəlliflər kollektivinin 1928-ci ildə nəşr olunan 
“Ədəbiyyatdan iş kitabı”nda tarixi dövrləşdirməyə aid ortaya 
qoyduqları bölgünün Məhəmməd Fuad Köprülüzadədən gələn 
tərəfləri və orijinal cəhətləri üzərində də dayanılır. 
11
Мамедова, А. Ф.Кепрюлюзаде и проблема родного языка в 
Азербайджанской критике 20-30-х годов // – Киев: Мова I Kултyра. Киевский 
национальный университет имени Тараса Шевченка. – 2019. Выпуск 22. Том 
II (197), – с.409-416.
12
Çobanzadə, B. Seçilmiş əsərləri: [5 cilddə] / – Bakı: Şərq-Qərb, – III c. – 
2007, – s.253. 


16 
Dissertasiyada 30-cu illərə doğru Azərbaycan ədəbiyyatının tarixi 
təkamülünü türk xalqları ədəbiyyatının ümumi təkamülündən ayırmaq 
tendensiyasına və bu tendensiyanın özünü dövrləşdirmə məsələsində 
aydın göstərməsinə dair məsələlər də geniş analiz edilir və bu sırada Əli 
Nazim, Yusif Vəzir Çəmənzəminli, Məhəmməd Kazım Ələkbərli və 
başqalarının mövqeləri tənqid-təhlil süzgəcindən keçirilir. 
Dissertasiyanın III fəsli

Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin