İxtisas: 5716. 01 – Azərbaycan ədəbiyyatı Elm sahəsi: Filologiya



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə1/12
tarix21.01.2023
ölçüsü0,66 Mb.
#79988
  1   2   3   4   5   6   7   8   9   ...   12
avtoreferat aynur az



AZƏRBAYCAN RESPUBLİKASI 
Əlyazması hüququnda 
XX ƏSRİN 20-30-cu İLLƏRİNDƏ AZƏRBAYCAN ƏDƏBİ 
TƏNQİDİNDƏ KLASSİK İRS PROBLEMİNƏ MÜASİR 
BAXIŞ 
İxtisas: 
5716.01 – Azərbaycan ədəbiyyatı 
Elm sahəsi: Filologiya 
İddiaçı: 
Aynur Məmməd qızı Məmmədova 
Fəlsəfə doktoru elmi dərəcəsi almaq 
üçün təqdim edilmiş dissertasiyanın 
A V T O R E F E R A T I 
BAKI – 2022 



Dissertasiya Azərbaycan Dillər Universitetinin Azərbaycan 
ədəbiyyatı kafedrasında yerinə yetirilmişdir. 
Elmi rəhbər: 
filologiya elmləri doktoru, professor 
Təyyar Salam oğlu Cavadov 
Rəsmi opponentlər: 
filologiya elmləri doktoru, professor 
Gülşən Teymur qızı Əliyeva 
filologiya elmləri doktoru, dosent 
Xuraman Bəhmən qızı Hümmətova 
filologiya üzrə fəlsəfə doktoru
Törə Kamal qızı Məmmədova 
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya 
Komissiyasının Azərbaycan Milli Elmlər Akademiyası Folklor 
İnstitutunun nəzdində fəaliyyət göstərən ED 1.27 Dissertasiya Şurası 
Dissertasiya Şurasınn sədri: 
AMEA-nın həqiqi üzvü, 
filologiya elmləri doktoru, professor
 
Muxtar Kazım oğlu İmanov  
Dissertasiya Şurasının elmi katibi:
 
filologiya üzrə fəlsəfə doktoru, dosent 
Afaq Xürrəm qızı Ramazanova
Elmi seminarın sədri: 
filologiya elmləri doktoru, dosent 
Leyla Kamran qızı Məmmədova 



İŞİN ÜMUMİ SƏCİYYƏSİ 
Mövzunun aktuallığı və öyrənilmə dərəcəsi. Azərbaycan 
ədəbi tənqidinin tarixi ilə bağlı fundamental araşdırmalarda onun 900 
illik bir tarixi inkişaf yolu keçməsindən bəhs olunur. Eyni zamanda 
milli və professional ədəbi tənqidin tarixinin Mirzə Fətəli 
Axundzadənin bu istiqamətdəki fəaliyyəti ilə başlaması fikri də önə 
çəkilir. Bu halda da Azərbaycan ədəbi tənqidinin böyük bir inkişaf 
yolu keçməsi həqiqəti ilə qarşılaşırıq. 
XX əsrin 20-30-cu illəri milli ədəbi tənqidimizin tarixində ən 
zəngin və mürəkkəb bir mərhələdir. Tənqidin ədəbi hərəkatın önündə 
getməsi hadisəsi bu mərhələdən başlayır. 
20-30-cu illərdə tənqidin aktivləşməsi, ədəbi prosesi arxasınca 
aparmaq imkanları sənətin inkişafına ziddiyyətli təsir göstərir. 
Tənqid bədii yaradıcılıqda sinfiliyə, məfkurəviliyə, bütövlükdə 
ideoloji yönə diqqətini artırır. Ədəbi tənqid sosioloji prinsiplərdən 
çıxış edir, bir çox hallarda isə vulqar-sosioloji mahiyyət qazanır. 
Tənqid materialları ilə dərindən tanışlıq aydın göstərir ki, bu 
mərhələdə ədəbiyyata vulqar-sosioloji yanaşma ilə bərabər, estetik 
nöqteyi-nəzərdən baxış da, başqa sözlə, ədəbiyyatı ədəbiyyat qanun-
ları şərh etmək istəyi və tendensiyası da əsas olmuşdur. “Ədəbiyyatın 
özünəməxsus qanunları vardır”.
1
 Bu fikir 20-ci illər tənqidində uca 
səslə elan edilir və mahiyyətində isə sənəti estetik prinsiplər əsasında 
şərh etmək tələbi dayanırdı. 
20-30-cu illər ədəbi-nəzəri fikrinin, tənqidin materialları ilə 
əhatəli tanışlıq aydın göstərir ki, bu mürrəkkəb mərhələdə şifahi xalq 
ədəbiyyatına, yazılı ədəbiyyatımızın bütün tarixi dövr və mərhələlə-
rinə kifayət qədər həssas və elmi münasibət olmuşdur. Bu fikri 
cəsarətlə səsləndirmək olar ki, indiki ədəbiyyat tarixlərimizin funda-
mental bazasını 20-30-cu illərin tədqiqatları təşkil edir. 
20-30-cu illərdə fəaliyyət göstərən tənqidçi və ədəbiyyatşünas-
ların böyük əksəriyyətinin repressiya qurbanları olduğunu nəzərə 
almaq lazım gəlir. Bu mahiyyətcə o deməkdir ki, onların elmi-nəzəri 
1
Çobanzadə, B. Seçilmiş əsərləri: [5 cilddə] / – Bakı: Şərq-Qərb, – III c. – 
2007, – s.308. 



irsi uzun müddət yasaq olunmuş, elmi düşüncəyə təsir imkanlarından 
məhrum edilmişdir. Bu isə o deməkdir ki, həmin dövrün tənqidinin 
klassik irsə baxış sistemi, bu sistemin mürəkkəb, ziddiyyətli və eyni 
zamanda, inkarçı və orijinal mövqeləri öyrənilməli, araşdırılmalıdır. 
Əlbəttə, aydın məsələdir ki, repressiya qurbanlarının elmi-
nəzəri və ədəbi-tənqidi irsi onlara rəsmi bəraət veriləndən sonra bu 
və ya digər dərəcədə elmi düşüncənin diqqət mərkəzində olmuşdur. 
İlk növbədə, onların zəngin irsinin müəyyən qismi müasir əlifbaya 
keçirilmiş, oxucu kütləsinə və elmi ictimaiyyətə çatdırılmışdır. Bu 
zaman daha çox ideoloji konveyerdən keçən materiallara üstünlük 
verilmişdir. Müstəqillik dövründə ədəbiyyatşünaslıq bu kəsiri müəy-
yən qədər aradan qaldırsa da, bütövlükdə, 20-30-cu illər tənqidinin 
sistemli şəkildə, enişli-yoxuşlu tərəfləri ilə, bütün mürəkkəbliyi və 
ziddiyyətləri ilə öyrənilməsinə ehtiyac var. 
Nəzərə alsaq ki, bu elmi-nəzəri və tənqidi düşüncədə ədəbiyya-
tımızın tarixi inkişaf yolu haqqında kifayət qədər əsaslı, dərin 
tədqiqatlar yer almışdır, eyni zamanda, bu mərhələdə söylənilən bir 
çox nəzəri müddəa və konsepsiyalar məhz müstəqillik dövrü 
ədəbiyyatşünaslığının mövqeyini tamamlayır, onun ədəbi-tənqidi 
bazası rolunda çıxış edir, onda bu tənqidin klassik irsə baxışlarının 
obyektiv mənzərəsinin yaradılmasının nə qədər aktual və müasir 
olduğu meydana çıxar. 
Repressiya xofunun davam etməsi 70-80-ci illərə qədər 20-30-cu 
illər tənqidinin nümayəndələrinin yaradıcılığını nəşr etmək və 
araşdırmağa imkan verməmişdir. Əsasən 80-ci illərdə - milli müstə-
qillik ərəfəsində onların əsərlərinin nəşri və tədqiqi istiqamətində 
sürəkli iş başlamışdır. Hənəfi Zeynallının, Əli Nazimin, Salman 
Mümtazın, Əmin Abidin və b. əsərləri toplu halında nəşr edilmiş, 
həmin kitablara “Ön söz”lər yazılmışdır. Rasim Tağıyevin Hənəfi 
Zeynallının “Seçilmiş əsərlər”inə (Bakı, Yazıçı, 1983) “Görkəmli 
ədəbiyyatşünas-tənqidçi”, Şamil Salmanovun Əli Nazimin “Seçilmiş 
əsərləri”nə (Bakı, Yazıçı, 1979) “Əli Nazimin ədəbi-tənqidi görüşləri”, 
Rasim Tağıyevin Salman Mümtazın “Azərbaycan ədəbiyyatının qay-
naqları” (Bakı, Avrasiya-Press, 2006) kitabına “Görkəmli tədqiqatçı-
ədəbiyyatşünas”, Bədirxan Əhmədovun Əmin Abidin “Seçilmiş 
əsərləri”nə (Bakı, Şərq-Qərb, 2007) “Görkəmli ədəbiyyatşünas”, 



Bədirxan Əhmədov və Əli Şamilin Əmin Abidin “Azərbaycan 
türklərinin ədəbiyyat tarixi” kitabına (Bakı, Elm və təhsil, 2016) “Ön 
söz” müqəddimələrində bu tənqidin nümayəndələrinin yaradıcılığı 
haqqında əsasən iki istiqamətdə mülahizələr söylənmişdir: Ədəbiyyat 
tarixi və müasir ədəbi proseslə bağlı. Bu yazılarda onların folklor və 
ədəbiyyat tarixi istiqamətində gördükləri işlərə ümumiləşdirici dəyər 
verilmişdir. Klassik irsimizin ayrı-ayrı nümayəndələrinin həyat və 
yaradıcılıq faktlarının üzə çıxarılmasından tutmuş, ədəbiyyat 
tariximizin başlanğıcı, dövrləşdirilməsi məsələləri ilə bağlı tənqid-
çilərin fikirləri tədqiq-təhlil süzgəcindən keçirilmişdir. 
Tənqidin klassik irsimizlə bağlı apardığı tədqiqatlarla bağlı 
fikirlər onlar haqqında yazılan məqalə, portret-oçerk xarakterli yazı-
larda bir qədər də dərinləşdirilmişdir. Bu tipli ilk yazılar sırasında 
Nizaməddin Şəmsizadənin “İtmiş nəslin ardınca” silsiləsindən Bəkir 
Çobanzadə, Əmin Abid, Mustafa Quliyev, Hənəfi Zeynallı, Atababa 
Musaxanlı, Məmməd Kazım Ələkbərli, İsmayıl Hikmət haqqında 
oçerklərini xüsusi fərqləndirmək lazımdır.
2
 
Tənqidin klassik irslə bağlı araşdırmalarının daha əhatəli şəkildə 
tədqiqi mənasında onlar haqqında yazılmış monoqrafik əsərləri xüsusi 
qeyd etmək lazımdır.
3
 Həmin monoqrafiyaların hər birində tənqidçilə-
rin ədəbiyyat tarixi istiqamətindəki fəaliyyəti bir fəslin araşdırma ob-
yekti olur. Nərgiz Qurbanovanın, Qızqayıt Babayevanın, Nizaməddin 
Şəmsizadənin tədqiqatlarında klassik irsə münasibətdə tənqidin 
vulqar-sosioloji mövqeyi ilə estetik yanaşmalarının fərqləndirilməsinə 
xüsusi diqqət yetirilir. Bu tədqiqatlarda tənqidin “klassikləri nəzəri-
estetik cəhətdən təhlil əvəzinə bəzi hallarda inqilabın şüarları ilə təftiş 
etməsi”nə
4
və ümumən “marksist sənət konsepsiyası”ndan irəli gələn 
mülahizələrinə tənqidi baxış ifadə olunur. 
2
Şəmsizadə, N. İtmiş nəslin ardınca. Seçilmiş əsərləri: [3 cilddə] / 
N.Şəmsizadə. – Bakı: Elm, – II c. – 2010. – s.233-291. 
3
Qurbanova, N. Hənəfi Zeynallı / N.Qurbanova. – Bakı: Yazıçı, – 1989. – 
156 s.; Şəmsizadə, N. Əli Nazim. Seçilmiş əsərləri: [3 cilddə] / N.Şəmsizadə. – 
Bakı: Elm, – II c. – 2010. – s.11-231.; Babayeva, Q. Mustafa Quliyev / 
Q.Babayeva. – Bakı: Ozan, – 1999. – 136 s. 
4
Babayeva, Q. Mustafa Quliyev / Q.Babayeva. – Bakı: Ozan, – 1999. – 136 
s. 



20-30-cu illər tənqidinin klassik irslə bağlı mövqeyi müstəqil-
lik dövrünün tədqiqatlarında da davam etdirilir
5
; klassik irs problemi-
nin qoyuluşunun bəzi əsaslı məsələləri metodoloji və elmi-nəzəri 
baxımdan tənqid-təhlil süzgəcindən keçirilir. Müstəqillik dövrünün 
tədqiqatları üçün klassik irsə baxışda tənqidin milli qolunun bir təma-
yül kimi fərqləndirilməsi, bu cəhətin xüsusən Əmin Abidin, Atababa 
Musaxanlının və Bəkir Çobanzadənin yaradıcılığında qabarıq nəzərə 
çarpdığını fərqləndirmək, tədqiqatların istiqamətini bu yöndə 
genişləndirmək səciyyəvi cəhət kimi diqqəti çəkir. Bu araşdırmalar 
məsələyə yanaşmanın metodoloji istiqamətini özündə ehtiva etdiyi 
üçün xüsusi əhəmiyyət daşıyır. 

Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin