Tədqiqatın obyekti və predmeti. Tədqiqatın obyektini 20-30-
cu illər tənqidində Azərbaycan ədəbiyyatının tarixi inkişaf yoluna,
ayrı-ayrı nümayəndələrinin yaradıcılığına, bədii metod, üslub və
ədəbi cərəyanların tarixinə dair aparılan araşdırmalar – məqalə və
monoqrafik tədqiqatlar təşkil edir. Klassik irsdə sənətin mənşəyi,
folklorun praqmatik funksiyaları, estetik xüsusiyyətləri, yazılı ədə-
biyyatın başlanğıcı, tarixi dövrləşdirilməsi, ayrı-ayrı tarixi dövrlərdə
yazıb yaradan sənətkarların yaradıcılığının ideya-estetik xüsusiyyət-
ləri haqqında 20-30-cu illər tənqidinin mürəkkəb və ziddiyyətli
baxışlarının araşdırılması tədqiqatın predmeti kimi götürülür.
Tədqiqatın məqsəd və vəzifələri. Tənqidin klassik irsə - tarixi
ədəbi prosesə baxışlar sisteminin obyektiv mənzərəsini aşkarlamaq,
milli tarixi ədəbi proses haqqında müasir ədəbiyyatşünaslıq düşüncə-
sinin formalaşmasında bu tənqidin rolunu aydınlaşdırmaq tədqiqatın
əsas məqsədidir. Bu məqsədin yerinə yetirilməsi üçün aşağıdakı
problemlərin elmi həllini vermək zəruri hesab edilmişdir.
5
Əhmədov, B. 20-30-cu illər ədəbi tənqidində metodoloji dəyərləndirmənin
bəzi aspektləri / B.Əhmədov. XX əsr Azərbaycan ədəbiyyatı məsələləri. I kitab. –
Bakı: Elm, – 2006. – s.222-238.; Salamoğlu, T. Ədəbi tənqid tarixinə dair portret –
oçerklər / T.Salamoğlu. – Bakı: Vətənoğlu NPŞ MMC, – 2014, – 332 s.; Əliyev, K.
Əsərləri. Mustafa Quliyevin ədəbi-tənqidi görüşləri [10 cilddə] / K.Əlyev. – Bakı:
Elm və təhsil, I c. – 2018. – s.409-483; Dadaşlı, Y. Azərbaycan ədəbi tənqidinin
tarixi (Sovet dövrü) / Y.Dadaşlı. – Bakı: Elm və təhsil, – 2019. – 472 s.
7
-Tənqidin klassik irsə münasibəti zəminində onun sənət prinsiplərinin mahiyyətini aşkarlamaq, ideoloji və estetik tərəflərinə aydınlıq gətirmək; -Mərhələnin tənqidinin klassk irsə baxışda sinfiliklə milliliyin sərhədlərini müəyyənləşdirmək; -Sənətin mənşəyi probleminə tənqidi baxışın səciyyəsinə aydınlıq gətirmək; -Şifahi xalq ədəbiyyatının praqmatik funksiyaları və ideya este- tik xüsusiyyətləri haqqında tənqidi düşüncənin müasir folklorşünas- lığın mövqeyi ilə üst-üstə düşən və düşməyən tərəflərini şərh etmək; -Yazılı ədəbiyyatın başlanğıcı probleminə tənqidi baxışların tipologiyasını açmaq; -Ədəbi tənqidin tarixi dövrləşdirmə probleminə dair mülahizə- lərini tipoloji ümumiləşdirməyə cəlb etmək; -Tənqidin farsdilli Azərbaycan ədəbiyyatına, xüsusən “Nizami məsələsi”nə baxışlarını izah etmək; -Ədəbi tənqidin orta əsrlər Azərbaycan ədəbiyyatna anadilli ədəbiyyat müstəvisində baxışlarına elmi münasibət bildirmək; -Yeni dövr Azərbaycan ədəbiyyatına yanaşmaların tipologiya- sını açmaq, müasir ədəbiyyatşünaslıq ilə müqayisədə zəif və qüvvətli – üstün cəhətlərini izah etmək; “izm”lər kontekstindəki dəyərləndir- mələri mahiyyət müstəvisinə çıxarmaq.